reklam
USD
2 ℃
EUR
BAKI

“Azərbaycan neft və qazdan asılılığına son qoyacaq” - “Fitch” beynəlxalq reytinq agentliyi

İqtisadiyyat / 16.03.2018 11:46

"Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunur ki, "Cənub Qaz Dəhlizi” çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün strateji əhəmiyyət daşıyır.

Agentliyin hesablamalarına görə, Azərbaycan tədricən neft və qazdan asılılığına son qoyacaq, çünki Sovet dövründən qalan neft yataqları artıq hökuməti yeni gəlir mənbələrini inkişaf etdirməyə sövq edir: "OPEC-lə əldə olunan razılaşmaya əsasən 2017-ci ildə neft hasilatı azaldılıb. 2018-ci ildə reallaşacaq "Şahdəniz-2” layihəsi nəticəsində isə gələcək inkişafa nail olunacaq. Layihənin strateji əhəmiyyəti gələcəkdə onun transsərhəd mahiyyəti, o cümlədən daxili öhdəliklərin və tranzit ölkələri, Avropa Birliyi və istehlakçıların siyasi dəstəyi ilə möhkəmlənəcək. 2045-ci ilədək artıq qaz ehtiyatlarının böyük hissəsi Avropa Birliyi və Türkiyə hökuməti tərəfindən alınıb.

Agentlik mütəxəssisləri qeyd edib ki, 2017-ci ildə "Cənub Qaz Dəhlizi” aşağıdakı beynəlxalq maliyyə təşkilatlarından birbaşa vəsait cəlb edib: "Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (İBRD) 0,4 milyard dollar, Asiya İnfrastruktur və İnkişaf Bankından (AİİB) 0,6 milyard dollar, Asiya İnkişaf Bankından (ADB) 1 milyard dollar, Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) 0,5 milyard dollar həcmində dövlət zəmanətli kredit cəlb olunub”.

""Fitch” "Cənub Qaz Dəhlizi” QSC-nin yüksək təminatsız beynəlxalq bazarlarda yerləşdirilən istiqrazlarının uzunmüddətli reytinqini "BB+” səviyyəsində təsdiq edib. Proqnoza görə, QSC-nin əməliyyatlar və kapital xərcləmələri üçün tələb olunan maliyyə vəsaiti 2018-2019-cu illərdə 2,2 mlrd. dollara yaxın olacaq: "Orta müddətli dövrdə maliyyələşmə ilə bağlı "Cənub Qaz Dəhlizi” Konsorsiumunun inkişaf institutlarından kredit cəlb edəcəyini proqnozlaşdırırıq”.



Oxunub: 345






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim