reklam
USD
9 ℃
EUR
BAKI

“AvroMed Company” müştəriləri və bütövlükdə sosium qarşısında böyük məsuliyyət daşıyır!

MÜSAHİBƏ / 29.11.2018 22:20
"AvroMed Company” müştəriləri və bütövlükdə sosium qarşısında böyük məsuliyyət daşıyır!

"AvroMed Company” şirkəti 2002-ci ilin aprel ayında öz fəaliyyətinə başlayıb. Yaranan ilk gündən şirkətin ali məqsədi Azərbaycanın səhiyyə sistemindəki müalicə-profilaktik müəssisələrin, özəl klinika və vətəndaşların keyfiyyətli dərman vasitələri ilə təminatını həyata keçirməkdir. Ölkənin əczaçılıq sektoruna verdiyi töhfələrə görə şirkət iki dəfə Consulting & Business jurnalının təsis etdiyi "UĞUR” Milli mükafatına layiq görülüb.
İş metodu, qiymət siyasəti, biznesin aparılması strategiyasına baxışları və s. ilə bağlı müsahibimiz "AvroMed Company” Qapalı Tipli Səhmdar Cəmiyyətinin baş direktoru Əzizə Baxşiyevadır.
________________________________________
DOSYE
Əzizə Baxşıyeva, 2000-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin "Müalicə işi” fakültəsini bitirib, ixtisasca onkoloqdur. Magistr elmi dərəcəsinə malikdir. 2000-ci ildən əmək fəaliyyətinə Britaniyanın GSK əczaçılıq şirkətində tibbi nümayəndə vəzifəsilə başlayıb. Bu şirkətdə təqribən 10 il işlədiyi müddətdə marketinq üzrə direktor vəzifəsinə qədər yüksəlib. Daha sonra AstraZeneca şirkətinin Bakıda yaradılan nümayəndəliyində rəhbər vəzifəsini icra edib. 2013-cü ilin sonundan "Avromed” şirkətində idxal üzrə direktor vəzifəsində fəaliyyətə başlayıb, bir ildən sonra şirkətin baş direktoru vəzifəsinə təyin olunub. Ailəlidir, iki övladı var.
________________________________________
– Əzizə xanım, söhbətimizin əvvəlində icazə verin, Sizi rəhbərlik etdiyiniz şirkətin 15 illik yubileyi münasibətilə təbrik edim və ona uğurlar, çiçəklənmə arzulayım. Sirr deyil ki, "AvroMed Company” indiyə kimi yerli bazarda öz fəaliyyətini uğurla davam etdirir. İlk sualım: "Şirkət hansı üstünlükləri hesabına uzun müddət ərzində rəqabətə davam gətirərək bazarda avanqard kimi qalmağı bacarıb?
– Təbrikə və arzularınıza görə çox sağ olun. Bəli, doğrudan da hazırda şirkətimiz bazarda böyük paya malik olmaqla, yalnız Azərbaycan ərazisində deyil, əminliklə deyə bilərəm ki, Qafqazda ən böyük distribütorlardan biridir. Bizim uğur sirrimiz gördüyümüz işin keyfiyyətinə xüsusi diqqət ayırmağımızdadır. Çünki "necə?” sualı bizim fəaliyyətimiz üçün çox vacibdir. Ona görə də atdığımız hər bir addımı dəfələrlə ölçüb-biçirik və hər bir hərəkətimizi illərlə qazandığımız nüfuzumuza uyğun həyata keçiririk ki, onu bir anda itirməyək. Bunun sayəsində "AvroMed Company ” şirkəti hazırda əczaçılıq bazarında ən yaxşı ada malik olan bir etik şirkətdir. Şirkətin tarixi, gördüyümüz işlər və həyat göstərir ki, uzun illər ərzində bizimlə əməkdaşlıq edən və xidmətlərimizdən yararlanan hər bir tərəfdaş, eləcə də ölkəmizin sadə vətəndaşları, "Avromedin işindən razısınızmı?” sualına yalnız müsbət cavab verirlər. Bu isə bizi çox sevindirir, həvəsləndirir və daha yaxşı çalışmağa stimul verir.
– Sizə sakinləri çox narahat edən bir sual vermək istərdim. Sirr deyil ki, apteklərdə bizə məlum olan ucuz dərmanların çox bahalı analoqları satılır. Tərkibindəki maddələr eynidir, ancaq biz məşhur brend ada görə yüksək məbləğdə pul ödəyirik. Və bizə elə gəlir ki, brend ticarət nişanının qiyməti əsassız olaraq yüksəldilib. Bu vəziyyəti necə izah edə bilərsiniz?
– Məsələ burasındadır ki, əczaçılıq biznesində brend məhsul və onun analoqu – yəni, həmin tərkibli generik məhsullar anlayışı var. Qeyd etmək lazımdır ki, brend məhsullar öz istehsalı ilə bərabər ixtiralarına görə patent alan lazımi molekulları yaratmaq üçün xüsusi laboratoriyaya malik transmilli şirkətlər tərəfindən buraxılır. Yeni məhsul yaradan ixtiraçı şirkət onun tərəfindən artıq patentləşdirilmiş molekulu yeni molekullar sintez etmək imkanı olmayan istehsalçı şirkətlərə satır. Yəni, brend məhsul baha başa gəlir, çünki onun yeni molekullar yaradan və onu əvvəl heyvanlar, sonra isə insanların üzərində sınaqdan keçirərək çoxlu sayda randomizə olunmuş tədqiqatlar aparan iri elmi-tədqiqat mərkəzləri var. Generik istehsalçı şirkətlərdən fərqli olaraq, bütün bu proseslər əlbəttə ki, böyük xərc tələb edir. Və əgər brend şirkət qablaşmanın üzərinə öz ticarət nişanını - loqosunu yerləşdirirsə, demək məhsulunun keyfiyyətinə, onun yaradılmasının hər bir mərhələsinə və bazardakı sonrakı irəliləyişinə görə cavabdehlik daşıyır.
 – Belədirsə, hansı məhsulu seçməliyik?
– Burada isə seçim həkim və xəstənindir. Generik istehsalçının məhsulu öz keyfiyyətinə və digər kriteriyalarına görə brend şirkətin məhsulundan pisdir, demək olmaz. Dünyada tanınan, hətta əczaçılıq dünyasında öz nüfuzu olan xeyli sayda iri generik istehsalçı şirkətlər mövcuddur. Bu şirkətlər imic və nüfuzunu uzun müddətli fəaliyyətləri nəticəsində qazanıblar, dəqiq strategiya və iş prinsiplərinə malikdirlər və loqoları altında bazara çıxartdıqları məhsullara görə məsuliyyət, məhsullarının pasiyentdə yaratdığı arzuolunmaz əlavə təsirlərə görə cavabdehlik daşıyırlar. Ona görə də bu cür istehsalçı şirkətlərin xidmətlərini kiçiltmək olmaz.
– Əlavə təsirlərin monitorinqi necə, aparılırmı?
– Dərman preparatları istehsal edən brend və generik istehsalçı şirkətlərdə xüsusi qurumlar - farmakoloji nəzarət departamenti mövcuddur və biz bu departamentlərlə sıx əməkdaşlıq edirik. Əgər yerli bazarda pasiyent məhsulu aptekə geri qaytarırsa, dərmanın əlavə təsirlərindən şikayət edirsə və ya qəbul zamanı səhhətində neqativ dəyişikliklər baş veribsə, siqnal dərhal xüsusi formada qeyd edilir və istehsalçı şirkətə göndərilir. Tam şəkildə hesabat yığmaq üçün müalicə həkimi ilə əlaqə saxlanılır, pasiyentin eyni zamanda hansı preparatı, hansı dozada və necə qəbul etdiyi və digər hallar qeyd olunur. Ədalət naminə deyim ki, bütün dərman vasitələrinin əlavə təsirləri ola bilər, dərmanların qablaşdırmasında olan təlimat vərəqəsində bütün mümkün əlavə təsirlər haqqında ətraflı məlumat almaq mümkündür. Lakin bu, o demək deyil ki, hər bir pasiyentdə mütləq belə hallar olmalıdır. Əgər göstərilən dərman vasitəsinin qəbulu zamanı 10 milyon pasiyentdən birində hansısa əlavə təsir aşkar edilibsə, həmin şəxs monitorinq siyahısına salınır. Yəni, şirkət arzuolunmaz effektlərin monitorinqini həyata keçirirsə, bu artıq şirkətin öz məhsuluna görə yüksək məsuliyyət kriteriyalarına sahib olduğunu göstərir. İnsanlar kənardan bunun necə ağır iş olduğunun fərqinə varmaya və bunun həyata keçirilməsinin çox sadə və asan olduğunu düşünə bilərlər. Əslində, biz, hər gün dərman vasitələrinin təchizatı ilə məşgul olan bir şirkət kimi pasiyentlər və bütövlükdə cəmiyyət qarşısında böyük bir məsuliyyət daşıyırıq.
– Hansı ölkələrlə əməkdaşlıq edirsiniz?
– Biz Avropanın bir çox ölkələri ilə xüsusən də əczaçılıq sənayesinin həddən ziyadə inkişaf etdiyi Almaniya, İngiltərə, Avstriya, Belçika, Fransa, Danimarka və s. dövlətlərlə əməkdaşlıq edirik. Bundan əlavə, Amerikadan da dərman idxal edirik. Yəni, biz Azərbaycanda həm nümayəndəliyi olan bütün xarici şirkətlərdən, həm də birbaşa Avropa və Amerikadan məhsul alırıq və bu məhsullar Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərinə uyğun şəkildə bütün müvafiq sənədlərlə idxal olunur.
Məlumdur ki, bugün Azərbaycanda dərman vasitələrinin istehsalı hələ inkişaf mərhələsindədir, ilk əczaçılıq zavodlarının təməli yenicə qoyulub. Ona görə də apteklərdə satılan məhsulların 90 faizi ölkəyə xaricdən idxal edilir. Bununla əlaqədar "AvroMed Company”-də idxal üzrə üç departament fəaliyyət göstərir: Avropa və Amerikadan olan xarici şirkətlərdən idxal, MDB ölkələrindən idxal və Xarici bazardan məhsulu özü idxal edən yerli şirkətlər. Sonuncular həm idxal, həm də onun marketinqi ilə birbaşa məşğul olurlar, distribütorluq xidmətini isə "AvroMed Company ” həyata keçirir. Bu yerli şirkətlərin idxal və marketinq etdiyi bütün dərman vasitələri Azərbaycan Respublikasının Qanunvericiliyinin tələblərinə uyğun bütün lazımi sənədlər – keyfiyyət sertifikatı, Səhiyyə Nazirliyinin Qeydiyyat şəhadətnaməsi və Səhiyyə Nazirliyinin rəsmi icazəsi ilə satışa buraxılır. Hər hansı bir sənəd çatışmazlığı olarsa, bu cür məhsullar yerli şirkətdən alınmır, çünki məsuliyyətimiz yalnız birbaşa idxal etdiyimiz mallara deyil, həm də yerli bazardan aldığımız mallara da şamil olunur.
– Nəyə görə qablaşmanın üzərində Avropa əczaçılıq şirkətinin loqosu olduğu halda, istehsalçı ölkə başqasıdır?
– Məsələn, elə böyük fransız əczaçılıq şirkəti var ki, 70 zavoda sahibdir. Bu o demək deyil ki, həmin zavodların hamısı Fransanın ərazisində yerləşməlidir. Onda bütün Fransanın ərazisi bu zavodlardan ibarət olardı, ona görə də istehsalçı öz zavodlarını dünyanın iqtisadi cəhətdən məqsədyönlü olan üçüncü ölkələrində yerləşdirir. Zavodun hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq bu transmilli şirkətlər məhsulların keyfiyyətini nəzarətdə saxlayır və buna görə məsuliyyət daşıyırlar. Əgər qablaşmada Fransa şirkətinin loqosu varsa, lakin istehsalçı tutaq ki, Sloveniya qeyd olunubsa, bu o demək deyil ki, məhsul saxtadır və ya keyfiyyəti aşağıdır.
– Şirkətinizin qiymət siyasəti necədir? Topdan və pərakəndə satış qiymətlərini necə hesablayırsınız?
– 2015-ci ilin ortalarından dərman vasitələrinin qiyməti dövlət tərəfindən, daha dəqiq desək,Tarif Şurası tərəfindən tənzimlənir. Əgər əvvəllər hər hansı dərman vasitəsi Azərbaycanın ərazisində satış üçün ilk növbədə Səhiyyə Nazirliyinin qeydiyyatından keçməli idisə, indi bununla yanaşı, Tarif Şurasında qiymət də təsdiqlənməlidir. Tarif Şurasının rəsmi saytında tənzimlənmiş topdan satış və pərakəndə qiymətləri elan edilməyibsə, hətta həmin malı satmaq belə olmaz.
Ona görə də ölkəmizdə dərman məhsullarının qiyməti kifayət qədər reallığa və imkanlara uyğundur, Avropa ölkələrini demirəm, lakin digər MDB ölkələri ilə müqayisədə əhəmiyyətli dərəcədə ucuzdur. Əlbəttə, bu proseslərə görə bəzi dərmanlar yerli bazarı tərk etməli oldu, amma ümumilikdə götürsək, səhiyyə sahəsində müsbət dəyişikliklər baş verir. Hazırda hər bir vətəndaş Tarif Şurasının saytına daxil olub orada təsdiq olunmuş topdan və pərakəndə satış qiymətləri haqqında məlumat ala bilər.
– Amma apteklərdə həmişə vicdanlı satıcılar olmur...
– Əlbəttə, bundan heç kim sığortalanmayıb, ancaq pasiyent öz hüquqlarını bilməlidir. O, bu və ya digər məhsulun qiymətini İqtisadiyyat Nazirliyinin hamı üçün açıq olan saytında yoxlaya və müqayisə edə bilər. Əgər orada göstərilibsə, preparat 10 manat 32 qəpikdir, deməli preparat həmin qiymətə satılmalıdır. Ona görə də dərman preparatlarının satışında rəqabət anlamı artıq itmişdir, Azərbaycanda dərman preparatlarının satışı sahəsində ancaq xidmətə görə rəqabət aparıla bilər.
 – Siz necə xidmət təqdim edirsiniz?
– Hər bir aptek bizim şirkətdən gün ərzində 2 dəfə məhsul sifariş verə və ala bilər. Operativliyi yüksəltmək üçün Azərbaycanın 10 – Sumqayıt, Gəncə, Şirvan, Şəki, Bərdə, Qazax, Lənkəran, Xaçmaz, Şamaxı və Mingəçevir regional satış şöbələrimiz fəaliyyət göstərir. Xüsusilə vurğulayım ki, Azərbaycanda heç bir distribütor şirkətinin belə geniş təchizat şəbəkəsi yoxdur.
– Əhalini həyati əhəmiyyət daşıyan preparatlarla təmin etmək üçün dövlət proqramlarında iştirak edirsinizmi? İnsulin, hematologiya, uşaqlar üçün peyvəndlər…
– Əlbəttə, bu cür dövlət proqramlarında tibb məhsullarının realizasiyasında digər şirkətlər кimi biz də iştirak edirik. Hər il Səhiyyə Nazirliyinin müxtəlif lotlar üzrə dövlət satınalmaları üçün elan olunmuş tenderlərində iştirak edirik və qalib gələ bilirik.
– «Avromed» homeopatik məhsullar idxal edirmi?
- Bəli. Məsələn, almanların «Hell» homeopatik şirkəti xüsusi elmi tədqiqatlar aparır və möhtəşəm nəticələrə malikdir. Bu elmi doktrinanın tərəfdarları olan bir çox həkimlər öz pasiyentlərinə bu preparatları təyin edirlər. Ancaq bizə hər hansı istehsalçı zavod tərəfindən homeopatik preparat təklif edilirsə, lakin onun heç bir keyfiyyət sertifikatı yoxdursa və ya bazarda tövsiyə olunan rəylərə malik deyilsə, biz onun alışından və ölkəyə idxal olunmasından imtina edirik.
– Həmişəmi müasir preparatlar əvvəlkilərdən daha yaxşıdır?
– Azərbaycan ərazisində vətəndaşlarımızın hələ tanıdığı və Avropa analoqları ilə əvəzləmək imkanı olan Rusiya preparatları satılır. Köhnə fikirli adamlar, bir qayda olaraq, konservativ olurlar. Bu yalnız pasiyentlərə deyil, həm də bir preparatdan digərinə keçməkdə çox çətinlik çəkən yaşlı nəsil həkimlərə də aiddir. Əgər bu məhsul kifayət qədər yaxşıdırsa və pasiyentin müalicəsində müsbət dinamika açıq şəkildə görünürsə, onun istifadəsi uzun illər davam etdirilir. Ümumiyyətlə, pasiyentə bu və ya başqa preparatı təyin etmək həkimin müstəsna hüququdur. Bu gün həkimlər daha çox dərmanın tərkib molekulunu yazırlar və xəstə bu molekul tərkibli preparatın istehsalçı ölkəsini özü seçə bilir - Fransa, Almaniya, İtaliya və ya digər. «AvroMed Company» ölkəyə bütün qiymət spektrində məhsullar idxal edir. Bilirsiniz ki, Hindistan və Çində bütün Avropa ölkələri və Amerikaya mal satan tanınmış böyük şirkətlər var. Bu şirkətlər dərman vasitələrinin istehsalını və keyfiyyətini xarakterizə edən bütün JSP və FDA standartlarına malikdir. Buna görə də, bu ölkələrin bütün məhsullarına şübhə ilə yanaşmaq da düzgün deyil.
– Hansı əczaçılıq şirkətlərinə üstünlük verirsiniz – qərb yoxsa, keçmiş sovet məkanına?
– Demək olar ki, biz yeganə şirkətik ki, məhsul portfelinin böyük əksəriyyətini qərb istehsalı olan preparatlar təşkil edir. Hərçənd Rusiya, Ukrayna, Belarus, Moldova da bizim diqqətimizi cəlb etməkdədir. Qeyd edim ki, bu ölkələrdəki istehsalçı zavodlar da təkmilləşirlər və onların elmi-tədqiqat mərkəzlərində hazırlanmış, sintezləşmiş innovasiyalı məhsulları, yeni molekulları meydana çıxır. Yarandığı ilk gündən isə "AvroMed Company”-in strategiyası dəyişməz qalır: əhalini ən yüksək keyfiyyətli dərman vasitələri ilə təmin etmək! Biz bütün istehsalçıların yeni yaratdıqları molekul və innovasiyaları daima izləyən bir şirkətik. Əgər hər hansı preparata tələb yaranırsa, əlbəttə ki, yerli bazarın marketinq araşdırmasını aparırıq. Bazarda nəyə tələbat var? Dünya əczacılıq bazarında yeni nələr ixtira olunub? Sadə vətəndaşlarımızın hər hansı dərman üçün xarici ölkəyə getməsinin qarşısını almaq üçün nə təklif edə bilərik? Bu kimi suallara cavab tapmaq həmişə bizim üçün prioritet olaraq qalır.
Maraqlı müsahibə üçün təşəkkür edirik.


Oxunub: 2363






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim