reklam
USD
24 ℃
EUR
BAKI

İçməli su layihələrinin icrası insanların sağlamlığına verilən böyük töhfədir

CANLI TV / 02.03.2019 18:33
İçməli su layihələrinin icrası insanların sağlamlığına verilən böyük töhfədir

Ötən il Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıb. Dövlət başçısının əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq "Azərsu” ASC tərəfindən kompleks tədbirlər həyata keçirilib. Şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin böyüməsi, abadlaşması, yeni istehsal, emal və xidmət müəssisələrinin fəaliyyətə başlaması regionlarda həyat səviyyəsinin yüksəlməsindən xəbər verir. Məhz bu istiqamətdə görülmüş işlərə "Azərsu” ASC də öz töhfəsini verməkdədir.

CarciTV xəbər verir ki, İçməli su çatışmazlığı olan 18 rayonun 41 kəndində layihələr icra edilib.

Dövlət investisiya layihəsi çərçivəsində keçən il əhalinin fasiləsiz və dayanıqlı içməli su ilə təminatı baxımından mühüm işlər görülüb. Belə ki, Prezident İlham Əliyevin iştirakı ilə Xaçmaz və Xızı şəhərlərində, həmçinin Altıağac qəsəbəsində su və kanalizasiya şəbəkələri, Mingəçevir və Astara şəhərlərində isə içməli su şəbəkələri istismara verilib. Eyni zamanda, Ağcabədi, Daşkəsən şəhərlərində su və kanalizasiya, Biləsuvar şəhərində kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb. Şamaxı, Gədəbəy, Lerik və Tovuz şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra olunub.

Dövlət başçısının "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2018-ci il 9 aprel tarixli Sərəncamı, həmçinin dövlət investisiya layihəsi çərçivəsində içməli su çatışmazlığının müşahidə edildiyi 18 rayonun 41 kəndində layihələr icra olunub. Bu kəndlərdə 325 kilometr magistral və paylayıcı su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 1100 bulaq quraşdırılıb.

Ölkə üzrə 69 faiz, Bakıda isə 81,5 faiz əhali içməli su ilə təmin olunub

Bakı şəhəri və Abşeron yarımadasında ötən il mühüm layihələr icra edilib. Avtomobil yollarının yenidən qurulması çərçivəsində Babək prospekti, Təbriz, Xiyabani, Mir Cəlal və Məsud Davudoğlu küçələrində su və kanalizasiya xətləri yenilənib. İl ərzində 1162 kilometr magistral və şəbəkə su xətləri, 335 kilometr kanalizasiya kollektoru və xətləri, 10 su anbarı inşa edilib, 26 subartezian quyusu qazılıb.

Paytaxt və ətraf qəsəbələrdə, eləcə də regionlarda 48 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilib, 97 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da, fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi ölkə üzrə 69 faizə, Bakı şəhəri üzrə isə 81,5 faizə yüksəlib.

Bu il 5 şəhərdə içməli su layihələrinin icrası başa çatacaq

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev əhalinin içməsi su ilə təminatı məsələsinin vacibliyini diqqətə çatdırıb. Ölkə başçısı bildirib ki, içməli su 26 faiz təmin edilirdi, bu gün bu, 70 faizdir: "İçməli su layihələri davam etdirilir. Hazırda 38 şəhərdə içməli su layihələrinin icrası başa çatıb, bu il 5 şəhərdə başa çatacaq və 12 şəhərdə işlər artıq başlanıb, gedir və bir neçə şəhərdə hələ ki, başlanmayıb. Bu məsələlər daim gündəlikdədir və qəbul ediləcək dördüncü proqramda da öz əksini tapacaq”.

Cari ildə, həmçinin "Azərsu” tərəfindən Ağdaş, Qəbələ və Xırdalan şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşacaq. Eyni zamanda, Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində tullantı sutəmizləyici qurğuların inşası tam başa çatacaq. Bundan başqa, Qazax və Horadiz şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına, 10-dan çox şəhərdə isə tullantı sutəmizləyici qurğuların tikintisinə başlanılacaq. Bu il içməli sudan əziyyət çəkən kəndlərdə layihələrin, binadaxili kommunikasiya xətlərinin yenilənməsi və sayğaclaşma işlərinin davam etdirilməsi nəzərdə tutulur. 2019-cu ildə müştəri xidmətləri sahəsində də mühüm tədbirlər həyata keçiriləcək.


Oxunub: 395






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim