reklam
USD
9 ℃
EUR
BAKI

Naxçıvan: tənəzzülün tərəqqidə inikası

MÜSAHİBƏ / 15.03.2020 00:15
Naxçıvan: tənəzzülün tərəqqidə inikası


"Yəhudi tarixçisi İosif Flavi Nuhun gəmisinin dayandığı yer olaraq "Apobaterion" (yunanca: Αποβατήριον) toponimini qeyd edir ki, bu toponim də "Naxçıvan" kimi səslənir və adı çəkilən toponim də məhz müasir Naxçıvana aid edilir”.
Naxçıvan - Azərbaycanın qədimiliyini və zənginliyini, milliliyini və bəşəriliyini, tarixiliyini və çağdaşlılığını, intibah və inkişafını, sabitlik və rifahını təcəssüm və tərənnüm edən əzəli və əbədi Oğuz Yurdudur.
SSRİ-nin son akordları vurulan, milli dirçəliş notları köklənən vaxtdan bu günə qədər Naxçıvanın ümumilikdə vəziyyətini aşağıdakı kimi səciyyələndirmək mümkündür:
1. 1988-1991-ci illər tənəzzül dövrü;
2. 1991-1995-ci illər keçid dövrü;
3. 1995-2003-cü illər durğunluq dövrü;
4. 2003-2015-ci illər inkişaf dövrü;
5. 2015-hal/hazırkı illər tərəqqi dövrü.
Müasir Azərbaycan Respublikasının dövlət quruluşunun vahidliyini xarakterizə - Konstitusiyada unitarlığı simvolizə edən məhz Naxçıvan muxtar dövlətidir.
Naxçıvan Azərbaycanın istiqlal beşiyi olub, milli düşüncə mərkəzi və liderlik məktəbi sayılır. Dövlət institutlarının təkmilləşdirilməsinin və cəmiyyətin təşəkkülünün lokomotividir. 
Məhz buradan bütün dünyaya bütöv bir milli fikir yayılmış və yaşamaqdadır.
Vahid məfkurənin - "azərbaycançılıq” idealogiyasının məhək daşıdır.
Xalqımız üçün ən ümdə, taleyüklü məsələlər burada öz həllini tapmışdı:
1.  Hürriyyət-demokratiya istiqamətində (sovet hüdudları kontekstində buxovların qırılması) ilk addım;
2. Milliləşdirmə (üçrəngli bayrağın qaldırılması, sovet qoşmasından imtina olunması və s.) istiqamətində ilk addım;
3. Dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində ilk addım;
4. Xüsusiləşmə, dövlətin inhisarında olan mülkiyyətin özəlləşdirilməsi istiqamətində ilk addım.
5. Bütün vətəndaşların dövlətçilik ətrafında birləşməsi istiqamətində ilk addım.
Bunların hamısı cəmlikdə dövlət müstəqilliyinin bərpası, möhkəmləndirilməsi və xalqın maraqlarının qorunması, rifahı üçün bazis rolunu oynadı.
Azərbaycan Respublikasının konstitusiyasında statusu müəyyənləşmiş, Azərbaycan Respublikasının tərkibində muxtar dövlət olan Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi kimi milli təhlükəsizliyimiz üçün həyati vacib əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının təkamülünün indiqatoru olmaqla hərbi gücü, müdafiə qabiliyyətini şərtləndirir. Sabitlik və firəvanlıq nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.
Millilik ilə bəşəriliyin vəhdətini tarixən yaşadan bu məkan öz səmaviliyi, sakrallığı, mistikliyi, enerjisi, spesifikliyi, ecazkarlığı ilə seçilir və sivilizasiyaları qovuşdurmaqla özündə mədəniyyətləri birləşdirir.
Tarixi əhəmiyyəti, coğrafi mövqeyi, tranzit imkanları və təbii potensialı buranı həmişə cəlbedici etmiş, məqsəd və mənafelərin qovuşduğu və toqquşduğu yer kimi diqqət mərkəzinə çevirmişdir.
Ta Nuh əyyamından bu tərəfə, inanclar və dinlərarası körpü - Atəşpərəstlik, Yəhudiçilik və Xrinstianlıq, sonra isə İslamçılığın hərəkətçi qüvvəsi olmuşdur.
Kür-Araz mədəniyyətindən başlayaraq, Əcəmi memarlıq məktəbinə qədər zəngin yol keçmiş və müasir dövrümüzdə parlaq yaradıcılıq səlnaməsi yazmışdır.
Məkan və zaman baxımından milli dövlətçiliyimiz üçün böyük töhfələr bəxş etmiş, Eldənizlər kimi Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik bir dövlətin mərkəzi olmuşdur.
Hətta Araz-Türk Cümhuriyyəti adı altında bir müddət sərbəst fəaliyyət göstərmiş və Azərbaycanın tərkibində qalmaq üçün tarixin sərt sınağından şan-şöhrətlə çıxmışdır.
Dünya fatehi Əmir Teymurun hücumuna tab gətirən, müqavimət göstərən və mühasirədə belə məğlubiyyətlə barışmayan bu qeyrət qalası tarixin müxtəlif dövrlərində başqa-başqa situasiyalarla qarşılaşmışdır.
Naxçıvan fenomeni tarixin tənəzzül və tərəqqi inikasını mübariz və fəxarətlə yaşamışdır.
Tarixin çox mürəkkəb və çətin sınaqlarından çıxmış bu diyar indi müstəqil dövlətçilik məktəbi, funksional təcrübə və sınaq mərkəzidir.
Naxçıvan bir müddət tənəzzül dövrünü yaşamış, buna qarşı mərdi-mərdanə dayanmış və tərəqqiyə doğru mətinliklə addımlamış, buna məharətlə nail olmuş bir məmləkətdir.
Müqəddəs kitabımız olan Qurani-Kərimdə adı keçən Ashabi-Kəfin bu sakral yerdə - mülahizələrə görə məhz Naxçıvanda yerləşməsi böyük üstünlükdür.
Bu elin ən dəyərli sərvəti və zəngin kapitalı məhz zəki, cəsur, vətənpərvər, zəhmətsevər insanlarıdır.
Şəxsiyyətləri ilə sayılıb-seçilən bu elin bir çox ziyalısının, elm və yaradıcılıq adamının, ictimai və dövlət xadiminin, qəhrəmanı və şəhidinin adlarını tarixə silinməz izlərlə həkk etmişdir.
Buranın Heydər Əliyev kimi fenomenin Ata yurdu olması ən parlaq göstəricisi və taleyin bəxşişidir. Belə bir övladı həm böyük Vətən - Azərbaycan, həm də dünya üçün bəxş edən diyarın avantajının da əsil məğzi və rəhni məhz bu amillərdir.
Yenidənqurma dövründə baş verən ictimai-siyasi proseslərin fonunda gedən bir çox hallar, sosial-iqtisadi təlatümlər buradan da yan keçmədi. 
Hətta Dağlıq Qarabağ həqiqəti bura ilə paytaxt Bakının əlaqələrini iflic etdi.
Yenə də mətanət və şəxsiyyət faktoru buranı bu təlatümdən qurtardı və tənəzzüldən çıxartdı.
Qonşu İran, Qardaş Türkiyə ilə yeni çalarlarla mehriban münasibətlərin qurulması, düzgün yanaşma və doğru anlaşma çətin vəziyyətdən qurtardı.
Dahi Heydər Əliyevin dediyi kimi, "taleyin ümidinə buraxılmış tənha ada”nı xatırladan vaxtda İran-Azərbaycan arasında "Culfa”, Türkiyə-Azərbaycan arasında "Sədərək” körpülərinin açılışı Naxçıvana oksigen verdi.
Müasir tarixi şəraitdə xəritədən ayrılsada, Ölkənin digər bölgələrindən ayrı düşsədə, kəmiyyət-keyfiyyət dəyişikliyinə məruz qalsada kompleks inkişafdan geri qalmadı, əksinə təcrid üçün deyil, öz mühafizəsi üçün qurduğu qala Azərbaycan adlı səltənətin istehkamına, səddinə çevrildi.
(Şahmatda qala şahı müdafiə etmək üçün qurulur, təcrid etmək üçün yox!).
Şərqlə Qərbi birləşdirən dəhliz, Türk dünyasının astanası kimi unikal işin öhdəsindən layiqincə gələ bildi.
Ağrıdağa açılan mənzərənin həsrətini çəkən erməni xislətinə Haçadağ oldu.
Bu yaxınlarda Münhen Təhlükəsizlik Konfransında "manevr” edərək Naxçıvan ilə bağlı sərsəm və absurd yanaşma sərgiləməsi fundamental tədbir görməyə və ciddi təbliğat aparmağa sövq edir.
Ümumilikdə həyata keçirilən tədbirlər və icra edilən layihələrə nəzər yetirsək xeyli müvəffəqiyyətlərimiz vardır:
Yol infrastrukturu, rayon və kənd mərkəzləri, məktəb və xəstəxana (ambulatoriya), eləcədə digər ictimai iaşə obyektlərinin yenisi ilə əvəz edilməsi və istifadəyə verilməsi olduqca təqdirəlayiqdir.
Burada bir neçə amil halqa şəklində özündə birləşdirir:
1. İnsan rahatlığı və strateji məqam;
2. Əhaliyə qayğı və xidmət;
3. Keyfiyyətli təhsil və səhiyyə;
4. Sakinlərin demoqrafiyası və məskunlaşması.
Naxçıvanın bəlkədə son illərdə ən böyük qazancı 100% qazlaşdırılmasıdır.
Çünki bu 3 vacib məsələni özündə birləşdirir:
1. İnsanların güzəranın yaxşılaşdırılması və köçünün qarşısının alınması;
2. Əhalinin komfortu və dolanışacağını bir qismini təmin edən ağacların kəsilməsinin qarşısının alınması;
3. Ekloji vəziyyətin qorunması və floramızın mühafizəsi.
2020-ci ilin fevral ayının 25-də Bakıda Azərbaycan Respublikası Prezidentinin və Türkiyə Respublikası Prezidentinin iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında 
Qardaş Dövlətin Başçısının mətbuata bəyanatında
"Amma bundan başqa siyasi sahədə xüsusilə önəmli bir addım Naxçıvan və Türkiyə arasındakı dəmir yolu məsələsidir. Bu, Naxçıvanın strateji-hərtərəfli inkişafı baxımından çox önəmlidir.
Digər bir önəmli addım isə Naxçıvanda sərhədə qədər, eyni qaydada, İğdırdan da sərhədə qədər təbii qaz kəmərinin çəkilməsidir.
Beləliklə, təxminən 160 kilometrlik kəmərin çəkilməsi ilə Naxçıvan təbii qazla bağlı daha əlverişli imkan əldə edəcək. Yəni, həm İrandan, həm də Türkiyədən dəstək almaqla daha güclü bir vəziyyətə gələcək. Mən bu baxımdan bunu da enerji sahəsində həqiqətən çox önəmli hesab edirəm. Bunun da xeyirli olmasını diləyirik. Biz bu gün nazirlərimizə tapşırıqlar verdik. Sabahdan etibarən infrastruktur işlərinə başlayacaqlar və İnşallah, bunu sürətlə başa çatdıraraq qısa müddətdə burada təbii qaz nəqlinə başlanacaq. Bu, çox önəmlidir"
mesajını verməsidir.
Zaman-zaman müxtəlif sınaqlara çəkilmiş və bu sınaqlardan mərdanə çıxmış Naxçıvan intibah dövrünü yaşayır.
Baxmayaraq ki, XXI əsri ən təhlükəli "epidemiyası” urbanizasiya prosesi, paytaxta, şəhərlərə axın, yəni, kənd təsərrüfatı üzrə ixtisaslaşmış bir regionun əhalisinin köçməsinə ciddi təsir göstərmiş və göstərməkdədir.
Daxili və xarici miqrasiyanın meyillərinin son illər azalması onu deməyə əsas verir ki, demoqrafik artımda problemi olmayan bir cəmiyyətin inkişafı yaxın gələcəkdə sürətlənəcəkdir. 
Kənd təsərrüfatına subsidiya ilə yanaşı, yeni sənaye müəssisələri açılacaq, aqrar sahə ilə sənaye müəssisələri culğalaşdırılacaq, yeni istehsalat yerləri - iş yerləri yaranacaqdır ki, bu da ümumi tərəqqiyə öz töhfəsini verəcəkdir.
Milli maraqlar baxımından "gərəksiz” dərəcə ilə təsnifləşdirilən - "ağ ciyər” ilə "kor bağırsağı” ayırd edə bilməyən "siyasi cərrah”lar "milli nəfəsliyin”, Dağlıq Qarabağa nəzarətin, alternativsiz yolun və ikinci cəbhənin məhz Naxçıvandan olduğunu dərk etmirdilər.
Buranın, Şərqin "qızıl qapısı”nın, qədim "böyük ipək yolu” ilə müasir "dəmir ipək yolu”nun qovşağının, Türk birliyinin astanası olduğunu zənn etmirdilər.
Artıq illərdən 2020-ci ildir. Əsrin 51 qət edirik.
20 ildir ki, doğulduğum, boya-başa çatdığım elimi cismən olaraq tərk etsəmdə eyni zamanda ruhən orada yaşayıram.
Bu illər ərzində həmişə düşüncəm Azərbaycan və onun "ürək parası” Naxçıvanla olub.
Böyük Vətənim üçün çalışmalarımın bir hissəsini elə "Elimiz üçün!” olub - Naxçıvan xidmət təşkil edib. 
Tələbəlik dövründə bu tərəfə müqəddəs məkanın məxsusi adət-ənənələrin yaşadan və yayan Tusi adına xeyriyyə cəmiyyətinin işində yaxında iştirak etmiş, Novruz şənliyinin özəlliyini yaşatmışıq.
Təsis etdiyimiz "Həmrəy” GMDİB-yi Naxçıvan ilə əlaqədar bir neçə layi reallaşdırıb.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 və 95 illik yubileyinə həsr olunmuş "Naxçıvan: tarix, müasirlik və gənclik” adlı tədbir və "Naxçıvan-2018: İslam mədəniyyətinin və Azərbaycan gənclərinin paytaxtı” mövzusunda elmi-praktiki konfrans keçirib. 
Facebook-da "Mənim Naxçıvanım-90” platformasını qurmuşuq və idarə edirik.
Naxçıvan ilə bağlı bir neçə elmi və publisistik məqalə, kitab və elektron resurs ərsəyə gətirilmişdir.
("Naxçıvandan diaspor quruculuğuna doğru”, "Qədim naxçıvan tarixi ərazilərini bərpa edir”, "Qapıcıq zirvəsinə yüksələnlər” və s.).
Ordubadın tarixi-arxeloji abidələrinin elektron xəritəsi hazırlanmışdır.
Hazırda virtuallaşan dünyada aktuallıq kəsb edən elektron kitabxanada (vikipediyada) Naxçıvanla əlaqədar müvafiq işlər davam etdirilir.
Yeni dünya nizamının tələb və təkliflərini gündəlikdə saxlamaqla Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində tədbirlər Naxçıvanı da əhatə edir. Naxçıvanda modern üsul-idarə formalaşdırılır, təcrübə ilə praktikanın vəhdətinə yer verilir.
"ASAN” brendi təqdir və tətbiq olunur.
Strateji məsələlər prioritet hesab edilir və sosial siyasət həyata keçirilir.
Kənd təsərrüfatı, melorativ tədbirlər, qida təhlükəsizliyi, tibbi sığorta sahəsində vacib qərarlar qəbul edilir.
Yeni texnologiyaların tətbiqi, kiber təhlükəsizlik və gen mühəndisliyi kimi müasir çağırışlar nəzərə alınmaqdadır.
Müsbət hal ondan ibarətdir ki, artıq enerji təhlükəsizliyi tam təmin olunur, eyni zamanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə əsas göstərici təşkil edir. 
Ölkənin ən böyük Günəş elektrik stansiyası burada istismara verilib.
Unun zənginləşdirilməsi və təhsildə inkiluziv kimi lazımlı tədbirlər plandadır.
Bütün bunlara rəğmən, Naxçıvanın diqqət və qayğı ilə əhatələnməsi olduqca zəruridir.
Bura ilə bağlı məxsusi yanaşma davam etdirilməlidir.
Kiçik və orta sahibkarlığın inkişafı ən əsas məsələ kimi gündəmə gətirilməli, mini istehsalat müəssisələri və sexlər yaradılmalıdır.
Əhalinin istirahəti, yeniyetmələrin-gənclərin asudə vaxtının səmərəli təşkili və cavan-qocaların sərbəst zamanının faydalı keçirmələri üçün müvafiq addımlar atılmalıdır.
Bütünlükdə insanların mənafeyi və rahatlığı çərçivəsində yeni cəmiyyətin formalaşdırılması labüddür.
Turizmin təşfiqi (maarifləndirmə və təbliğat) Naxçıvan iqtisadi-coğrafi rayonunun, bölgələrin və sakinlərin ümumilikdə rifah halının yüksəlməsinə gətirib çıxarar və əhalinin həyatına-yaşayışına rəngarənglik qatar.
Dövlət və Hökumət səviyyəsində konkret Naxçıvan ilə bağlı strategiya və proqramların qəbulu ümummilli məsələlərin müsbət məcrada inkişafının xeyrinə olar.
Bir sözlə, mövcud sitiusiyaların fəlsəfi mahiyyəti və riyazi məntiqi bunu qeyd eyməyə əsas verir ki, Azərbaycandan təcrid olunan Naxçıvan adlı qala istehkamı nəinki öz müdafiəsini, eyni zamanda Vətənin mühafizəsinin keşiyini məğrur dağları-qayaları tək vüqarla çəkir. 
Odur ki, indi Dağlıq Qarabağa yolların həmləsi "Ağbulaq” yüksəkliyindən müəyyən edilir.
XX əsrdə sərt üzünü göstərmiş və XXI əsrdə simasını dəyişmiş, batini mənəviyyatını və zahiri görkəmini qoruyub saxlamış, tənəzzülün tərəqqidə inikasını yaradan və yaşadan müasir Naxçıvan irəlidə daha inamlı və uğurlu zəfərlərə imza atacaqdır.
Son 25 illik qazanılmış nəticənin fövqündə Dövlət Başçısı ilə Naxçıvan Rəhbərliyinin şəxsi bağları, əlaqələri, tandemi dayanır və əldə edimiş nailiyyətlər bu vəhdətin bariz nümunəsidir.
"Yer kürəsi kosmosdan baxanda Naxçıvanın rəngində görünür...”.

Yəhya Babanlı
Tarix üzrə fəlsəfə doktoru


Oxunub: 855






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim