reklam
USD
4 ℃
EUR
BAKI

Şamaxıda kilosu 6 min manata satılan ilbiz kürüsü

XƏBƏR / 27.04.2020 15:55
Şamaxıda kilosu 6 min manata satılan ilbiz kürüsü


"Ziyanverici həşəratdır” deyərək tələf etdiyimiz ilbizi avropalılar ən qiymətli delikates kimi menyularında istifadə edirlər. Azərbaycan üçün qeyri-ənənəvi olan bu sahədən ölkəmizdə gəlir qazananlar da var. Düzdür, onların sayı elə də çox deyil. Belə təsərrüfatçılardan biri də Şamaxı rayon sakini Akif Əmralıdır. O, fərdi həyətində ilbiz təsərrüfatı yaradıb. Sənəti diş həkimi olmasına baxmayaraq, 20 ildən çoxdur ilbiz kürüsü satmaqla qazanc əldə edir.

carciTV xəbər verir ki, Akif Əmralı AZƏRTAC-a bildirib ki, bu sahə ilə çoxdandır maraqlanırmış. Dünyada ilk dəfə ilbiz kürüsünün kütləvi istehsalına 1987-ci ildə Fransada başlanıldığını və 1989-cu ildə satışa çıxarıldığını deyən Akif Əmralı bundan sonra, 1990-cı ildə ilbizlərin toplanmasına, yetişdirilməsinə və satışına qərar verib. O, təsərrüfatından əldə etdiyi ilk məhsulu 1997-ci ildə yerli, 2017-ci ildə isə xarici bazara çıxarmağa müvəffəq olub. Vurğulayır ki, proteini yüksək, xolestrolu az olan, insana yüksək enerji verən ilbiz əti dünyada bir çox xalqlar tərəfindən yeyilir. Bizdən fərqli olaraq, bir sıra Avropa və Şərq ölkələrində ilbiz geniş istehlak edilir, amma buna baxmayaraq, dünyada ilbiz ətinə olan tələbatın 70 faizi ödənilmir.

Fermerin ən böyük arzusu 1 kiloqramı 6000 manata satılan ilbiz kürüsünü kütləvi şəkildə xarici bazarlara çıxarmaqdır. Onun sözlərinə görə, Yer üzərində 32 min ilbiz növü var. Amma tənək ilbizlərinin ətindən və kürüsündən istifadə etmək daha faydalıdır. Qidalanmada da ən bahalı delikateslərdən sayılır. Eyni zamanda, ilbizin kürüsü çox qiymətli müalicə vasitəsidir. Ondan tibdə yanıqların sağalması, dəridəki çapıqların aradan qaldırılması, ginekoloji xəstəliklər, cinsi zəiflik, dərini cavanlaşdırmaq, ləkələri aradan qaldırmaq və immuniteti artırmaq üçün istifadə olunur. Müxtəlif dərman preparatları da hazırlanır. Həmçinin dünyanın əksər ölkələrində, eləcə də Azərbaycanda ilbiz kremlərindən istifadə geniş yayılıb.

Altı-yeddi il ömür sürən ilbizlər əsasən göy otlardan, tərəvəz və meyvələrdən qidalanır. Akif Əmralı deyir ki, ilbizlərin erkəyi, dişisi olmur. İstənilən ilbiz bir-biri ilə mayalana bilir. Yay və yaz aylarında torpağın altında hər bir ilbiz 60-70 yumurta (kürü) qoyur. Bala ilbizlər 21 gündən sonra yumurtadan çıxır.

Fermer kürü götürəcəyi ilbizlərin 4,5 yaşı olduqda olanlara xüsusi qulluq edir, belə olan halda götürülən məhsul daha keyfiyyətli olur.


Oxunub: 885






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim