reklam
USD
9 ℃
EUR
BAKI

Qulu Məhərrəmli: "Bu hadisə bəşəriyyət, böyük dövlətlər və bütövlükdə insanlar üçün dərsdir"

MÜSAHİBƏ / 27.04.2020 22:34
"Bu hadisə bəşəriyyət, böyük dövlətlər və bütövlükdə insanlar üçün dərsdir" — Qulu Məhərrəmli
 

carciTV əməkdar jurnalist, teletənqidçi, BDU-nun professoru Qulu Məhərrəmlinin pressklub.az-a verdiyi müsahibəni təqdim edir:


-Qulu müəllim, bütün dünyanın ritmini, sosial həyatı iflic etmiş koronavirusla bağlı nə deyərdiniz, hansı hissləri keçirirsiniz?

– Əlbəttə, bizim hazırda üzləşdiyimiz situasiya qeyri-adi situasiyadır. Çünki epidemiya və karantin şəraitinin yaratdığı vəziyyətlə biz əvvəl heç vaxt üzləşməmişik. Söhbət kütləvi şəkildə insanların sosial izolyasiyasından, təcriddən gedir. Əlbəttə ki, təcrid anlayışının özü, sosial izolyasiya ümumiyyətlə, insanın psixikasına, ruhuna, düşüncəsinə, davranışına mənfi təsir göstərir. Nəzərə almaq lazımdır ki, bu, məhz fövqəladə vəziyyət deyil, karantin şəraitidir. Əslində karantin lokal bir məkan, ərazi üçündür. Amma indi bütövlükdə ölkə ərazisində elan olunmuş rejimdir və bundan irəli gələn məhdudiyyətlər var. Əlbəttə, qeyd etdiyim kimi, bu, ilk növbədə insanın psixologiyasına təsir edir. Söhbət mənfi təsirlərdən gedir. Çünki insan ünsiyyətsiz mümkün, mövcud deyil. İnsan sözünün mənşəyi ərəb dilindən gəlir və "üns” sözündən yaranıb,  mənası ünsiyyət deməkdir. Ona görə də, ünsiyyətsiz çox çətindir. Amma indi heç olmasa, virtual ünsiyyət var və bu da nisbətən kömək edir. Radio, televiziya var, sosial şəbəklər ciddi rol oynayır. İnternetin yaratdığı mühit nisbətən vəziyyəti rahatlaşdırır, o mənada kı, əlaqələr var, fikir mübadiləsi var. Bunların hamısı insanın indiki vəziyyətinə kömək edir. Müxtəlif informasiyalar yayılır, bunların arasında həm müsbət, həm də mənfi  informasiyalar var, bunlar ciddi təsir edir. Yəni mühitin özü nə qədər qeyri-standartdırsa, insan burda xətləri, axınları, tendensiyaları özü müəyyənləşdirir ki, o, necə edə bilər. Bu baxımdan, bu hadisə bəşəriyyət üçün, böyük dövlətlər üçün bir dərsdir. İlk növbədə isə fərdlər və insanlar üçün bir dərsdir. Biz gözlənilməz hər cür şəraitdə necə etməli, nə cür davranmalı kimi məsələlər üzərində düşünürük. İnsanın həm də bir səfərbərlik, yaradıcılıq, təsir gücü var. Hesab edirəm ki, bununla bağlı insanın içərisində olan güclü resurslarla bir əlaqə var, insan bunu üzə çıxarır. Yaranmış indiki mühit təkcə insanların bioloji mövcudluğu üçün deyil, həm də insanın səbri, ruhu və iradəsi üçün də bir növ sınaqdır. Ona görə də, biz bu sınaqdan çıxmaq üçün özümüzü hərtərəfli səfərbər etməyi bacarmalıyıq.

-Belə məqamlarda tanınmış, toplumun önündə gedən şəxsiyyətlərin dəstəyi, məsləhətləri insanlar üçün vacibdir. Həmvətənlərinizə hansı məsləhətləri verə bilərsiniz?

– Görürəm ki, son zamanlar məsləhət verənlərin sayı artıb. Ona görə də, sözün açığı, mən ciddi, böyük bir çağırış etməyi düşünmürəm. Çünki bunu televiziyalar çox pis başladılar. Şou-biznes adamlarını, cəmiyyətdə heç bir nüfuzu olmayan müğənniləri filan efirlərə çıxardılar. Ölkənin ciddi adamları, alimləri, təfəkkür adamları qaldı bir kənarda, elə bir rakursdan yanaşıldı ki, bu çağırışların özü də o effekti vermədi. Amma bununla yanaşı, dostyana tövsiyələr var ki, indiki şəraitdə insan birinci növbədə ruhunun vəziyyətini, düşüncə ritmini qaydada saxlamalıdır. Həm qidalanma, həm rejim davranışını normalda saxlamalıdır. İmmuniteti möhkəmləndirməlidir. İndiki halda tək orqanizmi deyil, ruhu qidanlandırmaq vacibdir. Çünki bəzən depressiv psixoz yaranır, insanın immunitetini azaldır və bu da sağlamlığa mənfi təsir göstərir. Müəyyən peşəkar həkim məsləhətləri olur, xüsusən də yaşlı adamlar üçün, onlara əməl edilməlidir. Şayiələrə inanmaqdan vaz keçin, artıq, əlavə infomasiyaları qəbul etməyin, çünki onlar insanın durumuna çox mənfi təsir göstərir. Yəni bu şəkildə məsləhətləri dostyana deyə bilərəm.

-Karantin rejimində vaxtınızı necə keçirirsiniz, yaradıcılıq üzərində işləyirsinizmi?

– Mən hər zaman hərəkətdə olan insanam. Rejimin özü də məni məhdudlaşdıra bilməyib. Bildiyiniz kimi, YouTube kanalımız var, verlişlərimiz daimi olaraq gedir, mən də istər-istəməz KİV, media adamı kimi bu verilişlərin hazırlanmasında iştirak edirəm. Evdən çıxma halları nisbətən azalıb. Amma evdə olduqda da evin öz işləri var. Çünki vaxtilə toplanan materiallar var, üst-üstə qovluqlar şəklində yığmışam ki, vaxt olan kimi işləyim. Həmin qovluqlar indi açılır, onları nəzərdən keçirirəm. Yarımçıq qalmış çoxlu sayda məqalələr, kitablar var, onlara baxıram. Bu dəqiqə Azərbaycan Tərcümə Mərkəzinin sifarişi ilə son 25-30 ildə Azərbaycan dilinə gəlmiş alınma sözlər var ki, onların izahlı lüğətini hazırlayıram. Demək olar ki, tam hazırdır. Jurnalistikanın əsasları kitabım var, onun üçüncü nəşri üzərində işləyirəm, yəni bir az vaxt resursu yaranıb, onu həll etməyə çalışıram. Təbii ki, mütaliəyə vaxt gedir. Müəyyən filmlər var, vaxtilə izləmək imkanım olmayıb, indi onları izləyirəm, evdən online dərslər aparıram. Videodərslər hazırlamışıq. Magistrlarla online şəklində dərslərimizi davam etdiririk. Sözün açığı, mənim üçün "bu gün nə edəcəyəm” sualı yoxdur. Yenə də vaxtım belə işlərə gedir. Ünsiyyət imkanlarım hər zamanki kimi qalmaqdadır.

– Oxumaq üçün tövsiyə edəcəyiniz və özünüzün də oxumaq istədiyiniz kitablar hansılardır?

– Ümumiyyətlə, tövsiyə etmək mənim üçün iki pillədən ibarətdir. Məsələn, mən auditoriyada dərs deyən zaman, xüsusilə magistrlara oxunması vacib olan ixtisas kitabları ilə yanaşı, həm də bədii kitabları tövsiyə edirəm. Və onlar da həqiqətən oxuyurlar, böyük zövq aldıqlarını deyirlər, mən də bundan məmnun oluram ki, müəyyən dərəcədə zövq yaxınlığı var. Əlbəttə, hazırda kimin əlində nə varsa, kitabxanasında nə varsa, onlarla keçinməli olurlar. Konkret özüm nə oxuyuram sualına gəlincə isə, bu dəqiqə əlimin altında olan kitablar Üzeyir Hacıbəyovun, Firudin Köçərlinin, Ömər Faiq Nemanzadənin məqalələridir. Bunları oxuyuram. Çox ciddi fikir adamlarıdır. Bunlar xüsusilə 20-ci əsrin əvvəllərində gedən tendensiyaları necə gözəl ifadə ediblər, ana dilinin özüylə bağlı prosesləri necə gözəl təhlil ediblər. Milli düşüncə, xarakterlə bağlı məsələlərdən necə gözəl bəhs ediblər. Bəzi adamlar çox elitar görünmək üçün (gülür- Ü.Ş.) cürbəcür yazıçıların adlarını çəkirlər. Həmin yazıçıların özləri də, əsərləri də gözəldir. Amma mən tövsiyə edərdim ki, ələ keçdikcə, biz öz klassiklərimizi oxuyaq. Mən adlarını çəkdiyim insanlarla yanaşı, bura Əli bəy Hüseynzadəni, xüsusən Əhməd bəy Ağaoğlunu, Mirzə Cəlili, Yusif Vəzir Çəmənzəminlini əlavə edə bilərəm. Bunları oxuduqca, insan nə qədər mənəvi cəhətdən, ruhi baxımdan zənginləşdiyini hiss edir. Ona görə də, dünyanı da oxumalıyıq, amma eyni zamanda öz klassiklərimizi oxuyub, özümüzü daha da yaxından tanımalı, duymalı, güvənməliyik. Xarici ədəbiyyat əlbəttə, lazımdır, çünki dünya genişdir, biz o tendesiyaları, böyük yazıçıların, qüdrətli yazçıların əsərlərini də oxumalıyıq, oxuyuruq. Amma eyni zamanda, özümüzünkülərə də baxmalı, oxumalı və böyük yazıçılarımızı görməliyik.

carciTV


Oxunub: 361






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim