reklam
USD
9 ℃
EUR
BAKI

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev – Sevgi ilə anırıq

NƏŞR / 13.05.2020 13:39
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev – Sevgi ilə anırıq



"...Mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən jurnalistləri həmişə sevmişəm...”

Heydər Əliyev

Müstəqil və mütərəqqi mətbuat hər bir cəmiyyətdə sağlam və yaradıcı ictimai-siyasi fikrin formalaşmasında əhəmiyyətli və xüsusi rola malikdir. İnformasiya-kommunikasiya texnologiyalarının sürətlə cəmiyyətlərə nüfuz etdiyi yeni bir dönəmdə hər bir beynəlxalq subyekt mövcud ictimai münasibətləri tənzimləmək üçün bütün mümkün resurs və imkanlardan ən səmərəli və milli-mədəni xüsusiyyətlərə uyğun şəkildə istifadə etməyə çalışır.
Ümummilli lider Heydər Əliyevin proseslərə zamanında çevik müdaxiləsi nəticəsində Azərbaycan bir çox sahələrdə olduğu kimi mətbuat və söz azadlığının inkişafı istiqamətində də müsbət naliyyətlərə sahib oldu. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdən etibarən qısa zaman kəsiyində ölkədə çoxsaylı qəzetlərin çap edilməsi, televiziya və radio kanallarının, internet televiziyalarının sayının günü-gündən artması, ölkədə xarici telekanal və radioların yayımında məhdudiyyətlərin olmaması, elektron informasiya vasitələrinin rəqabətli şəkildə formalaşması, regionlarda yerli telekanal və radioların fəaliyyətə başlaması beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Dövlət başçısının ölkədaxili və xarici səfərlərində, rəsmi və işgüzar görüşlərində jurnalistlərin birbaşa iştirakının təmin edilməsinə yaradılan şərait, mütəmadi olaraq brifinqlərin keçirilməsi, müsahibələrin təşkili Heydər Əliyevin azad sözə, jurnalistlərə verdiyi yüksək dəyərin nümunəsi idi.
Hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə o, qəzetlərin cəmiyyətdəki rolunu yüksək qiymətləndirib, mətbuatın problemləri ilə yaxından maraqlanıb, hətta idarəçilik prosesində belə qəzetlərin imkanlarından istifadə edib. Hadisələrə ekskurs edərək milli mətbuatın yaradılmasının 125 illiyi münasibətilə təşkil olunmuş tədbirdə Heydər Əliyevin həmin dövrün reallıqlarından bəhs edən fikirlərinə nəzər salmaq yetərlidir:
"...O vaxt "Kommunist" qəzetinin redaktoru Ağababa Rzayev idi. Bəli, "Kommunist" qəzeti "Lənkəran hadisələri" haqqında yazı vermişdi. Mən həmin yazını oxudum, gördüm ki, dəhşətli bir vəziyyətdir. O vaxt bu məsələləri Mərkəzi Komitənin Bürosu həll edirdi. Mən həmin məsələni on gündən sonra Büroya çıxardım. Müzakirə etdim, rayonun bütün rəhbərlərini işdən çıxardım və Kommunist Partiyasından xaric etdim. Bu da ölümə bərabər bir iş idi. "Kommunist" qəzeti ruhlandı, sonra gedib Göyçay rayonunda və başqa yerlərdə belə hadisələri açdılar...”
Ümmumilli lider bu hadisəni qeyd etməklə sovet rejiminin cəmiyyət üzərində təqiblərinin mövcud olduğu dövrdə belə bütün təhlükələri gözə alaraq ictimai nəzarətin vacibliyinə və dövlət idarəetməsində mətbuatın əhəmiyyətinə nə qədər yüksək dəyər verdiyini bəyan edirdi.
Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Azərbaycan milli mətbuatının dövrün tələblərinə uyğun şəkildə formalaşmasını və gələcək inkişaf perspektivlərini diqqətindən kənar qoymadı.
Demokratik dövlət quruculuğunda əsas göstəricilərdən hesab edilən və ölkə Konstitusiyasında öz əksini tapan 5 azadlıqdan məhz 3-ünün – Fikir və söz azadlığı, Məlumat azadlığı və Yaradıcılıq azadlığının – birbaşa və ya bilavasitə mətbuatın fəaliyyəti ilə bağlılığı həm ölkə prezidenti, həm də Konstitusiya Komissiyasının sədri kimi Heydər Əliyevin bu sahəyə olan xüsusi rəğbətindən xəbər verirdi.
Hadisələrin məntiqi gedişatı da qeyd olunan fikri əyani olaraq sübut edir:
- Ümummilli liderin 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı ilə ölkədə senzura və Nazirlər Kabineti yanında Mətbuatda və Digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə Edən Baş İdarə ləğv edildi.
- Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edən "Kütləvi informasiya vasitələri haqqında” yeni qanun qəbul edildi (7 Dekabr 1999).
- Ulu öndərin sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” qəbul edildi.
- Azərbaycanda demokratik mətbuatın yaradılmasının 125 illiyinin təntənəli surətdə qeyd olunması üçün ümummilli lider tərəfindən 27 Mart 2000-ci il tarixində "Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında” fərman imzalandı.
- Ümummilli liderin daha bir - 5 sentyabr 2002-ci il tarixli sərəncamı ilə Sahibkarlığa Kömək Milli Fondundan KİV sahəsində layihələrin maliyyələşdirilməsi üçün 600 min manat vəsait ayrıldı.
Bu addımlar Azərbaycanın uzunmüddətli və davamlı demokratik inkişafına nail olmaq, cəmiyyətdə fikir, söz, mətbuat azadlığını, plüralizmi təşviq və təmin etmək, jurnalistlərin və digər mətbuat işçilərinin sosial təminatını yaxşılaşdırmaq və qəzetlərin maliyyə vəziyyətinin daha da müstəqilləşməsi prosesinə dəstək olmaq üçün atıldı. Nəticə etibarilə Azərbaycan milli mətbuatı yeni dirçəliş mərhələsinə qədəm qoydu və mətbuatın ümumi vəziyyəti əhəmiyyətli dərəcədə müsbətə doğru dəyişdi.
Ümummilli lider bütün mətbuat işçilərinin xatirində əbədi olaraq həm görkəmli dövlət xadimi, həm də səmimi və qayğıkeş dost kimi qalacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev irsi uğurla və daha dinamik şəkildə davam etdirilir. Milli mətbuatın hərtərəfli inkişafı naminə 2008-ci ildə Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbul edilməsi, ardınca Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ümummilli liderin əsasını qoyduğu dövlət siyasətinin davam etdirilməsinin parlaq nümunələrindəndir.
Ölkə Prezidenti tərəfindən bütün sahələrdə olduğu kimi mətbuat sahəsində də həyata keçirilən uğurlu dövlət siyasəti – mətbuatın maddi-texniki bazasının daha da gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyət göstərməsi üçün birbaşa dövlət qayğısının göstərilməsi məhz ümummilli liderin fundamental ideyalarının müasir və islahatyönümlü təzahürüdür.


Oxunub: 3740






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim