reklam
USD
4 ℃
EUR
BAKI

Qəbul və buraxılış imtahanları birləşdirilə bilər - VAHİD İMTAHAN

CANLI TV / 02.07.2020 02:03
Qəbul və buraxılış imtahanları birləşdirilə bilər - VAHİD İMTAHAN



Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar buraxılış və qəbul imtahanlarının keçirilməsində də məhdudiyyətlər yaranıb. İmtahanlar hissə-hissə keçirildiyindən, ikinci sərt karantin rejimi ilə əlaqədar  olaraq, bir qrup şagird imtahan verə bilmədi. Bu isə şagirdlərdə, eləcə də valdeyinlərdə ciddi narahatlıq doğurub.

Buraxılış imtahanlarını verə bilməyən şagirdlərin aqibəti necə olacaq? İmtahanlar bu il üçün ləğv oluna bilərmi?

Təhsil eksperti Kamran Əsədov açıqlamasında bildirib ki, son qərarlar şagirdlərdə ciddi psixoloji sarsıntı yaradıb. İmtahan müddətinin uzadılması onlarda həm zehni yorğunluğa, həm də ruh düşkünlüyünə səbəb olub:

"2020-ci il abuturiyentlər üçün olduqca uğursuz il oldu. Mart ayının 3-dən orta məktəblərdə dərslər dayandı, ardınca onların qəbul və buraxılış imtahanlarında nəticə əldə etməsinə birbaşa təsir edən hazırlıq kursları və repititorluğun fəaliyyətinə məhdudiyyət tətbiq edildi və nəticədə şagirdlər normal dərsdən geri qaldılar. Artıq neçə dəfə karantin səbəbi ilə imtahanlar təxirə salınır. Bəli, insanların sağlamlığı hər şeydən önəmlidir. Amma düşünürəm ki, qaydalara əməl edilməklə imtahanların təşkili mümkündür. Son qərar şagirdlərdə olduqca böyük psixoloji sarsıntı yaradıb. Onların özlərinə olan inamı aşağı düşüb. Məhz bu amil qəbul imtahanlarındakı nəticələrə ciddi  təsir edəcək. Mövcud vəziyyətdə imtahanların avqust ayının sonuna qədər uzanacağını gözləmək olar. Bu da şagirdlərin  həm psxioloji, həmdə zehni yorulmasına gətirib çıxaracaq. Hətta biz 9,10,8 və 19 iyunda keçirilən buraxılış imtahanlarında şagirdlərin nəticələrini təhlil edərkən, onların əvvəlki illərlə müqayisədə zəif yazdıqlarının şahidi olduq".

Kamran Əsədov: -Yeni qərardan sonra təhsil sistemində nələr olacaq?

Təhsil eksperti qeyd edib ki, çıxış yolu imtahanların birləşdirilməsi və vahid imtahan şəklində keçirilməsidir:

"Təklif edirəm ki, qəbul və buraxılış imtahanları birləşdirilməklə vahid bir imtahan keçirilsin. Problemi yalnız belə həll etmək mümkündür. Belə ki, şagirdlər iki dəfə imtahana gəlməyəcəklər. Bununla yanaşı yollarda və ictimai nəqliyyatda sıxlığın aradan qaldırılması, şagirdlərin rahatlığının təmin olunması üçün imtahan keçirilən günlərdə digər vətəndaşların küçəyə çıxması qadağan olunmalıdır. İmtahanların vaxtının hər dəfə uzanması şagirdlərə psixloji və mənəvi zərər vursa da, valideyinləri də əlavə xərcə salır. Belə ki, bir çox müəllim repititorlar və hazırlıq kursları online xidmət göstərirlər. Normalda may ayında başa çatmalı olan hazırlıqlar, imtahanların uzanması səbəbindən daha da uzanır və valideyinlər hazırlıqlara əlavə  pul ödəyirlər. Ümumiyyətlə, karantin rejiminin uzanması özəl təhsil sektorunun fəaliyyətinə də ciddi təsir göstərəcək və gələcəkdə onların fəaliyəti sual altına düşəcək. Hesab edirəm ki, əgər vahid imtahan keçirmək mümkün deyilsə, 5-15 iyul tarixləri arasında bütün ölkə ərazisində imtahanları təşkil etmək lazımdır. Çünki bundan sonra ixtisas qrupları üzrə imtahanlar var. İki imtahan arasında vaxtın azlığı abituriyentlərin növbəti imtahana hazırlaşmasına mənfi təsir göstərəcək".


Oxunub: 346






SON XƏBƏRLƏR

2025-01-19

22:04 Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib

Product image

21:40 BİR QƏRİNƏ, İKİ İL

Product image

14:07 Qərənfil

Product image

13:51 20 Yanvar faciəsi

Product image

13:23 2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri

Product image

13:14 18 yaşında ABŞ-yə getdi - Biznes həyatı, neft şirkətlərində karyera, investisiya...

Product image

13:10 Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Product image

13:03 Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib

Product image

13:00 Dağlıq rayonlarda qar yağıb – FAKTİKİ HAVA

Product image

12:44 Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər

Product image

12:35 Qırmızı qərənfillərdən don biçilən ziyarət yolu – FOTOREPORTAJ

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim