reklam
USD
17 ℃
EUR
BAKI

GÖY ÜZÜNƏ YAXIN ADAM

CANLI TV / 06.09.2020 19:09
GÖY ÜZÜNƏ YAXIN ADAM


Ömür çox qısadır. Bir də gözünü onda açırsan ki, yaş 40-ı, 50-ni keçib, 60-ı haqlayıb, ömrün payızı qocalığına çətir tutub. Ömrün necə keçdiyini, nə zaman bu yaşa gəlib çatdığını onda bilirsən ki, saçlarına dən düşüb, ömür
köhlənin yorulub, daha əvvəlkitək şaha qalxa bilmir. Bu ömrü əsl insan kimi yaşayıb, gözəl övladlar tərbiyə edən, cəmiyyət içərisində yaxşı mənada seçilən, yaratdıqları ilə yaşadığı zamana naxışlar vuran insanlar olduğu kimi, Allahın verdiyi ömrü boş və mənasız yerə xərcləyən, özündən sonra xatırlanası heç nəyi olmayan insanlar da olur. Təəssüf ki, zəmanəmizdə
belə insanlar çoxluq təşkil edir. Lakin aqillərimizin gözəl bir deyimi var: dünya yaxşıların çiynindədir. Ömür yolu qəfil qırılan və yarımçıq qalan, lakin bu yarımçıq ömründə iti zəkası, parlaq istedadı, gələcək nəslə vaxtilə Şamaxıda qurub-yaratdığı binalar, obyektlər camaata yadigar qoyan dəyərli
eloğlu, istedadlı ziyalı Azad Zəbhulla oğlu Dadaşov kimi! Belə fenomenal insanların fonunda pislər ya gözə görünmür, ya da barmaqla sayılacaq qədər az görünürlər.
Bu gün telefonda zəngimiz zamanı Azad müəllimin qardaşı, qələm dostum Cəmil müəllimin qırıq-qırıq səsini eşidəndə və qardaşının dünyasını dəyişməsi xəbərini söyləyəndə bir anlığa tutuldum. Bilirdim ki, Azad müəllim xəstəxanada yatır, qardaşları, ailəsi onun yolunda çalışır, müalicə olunub tezliklə ailəsinin, doğmalarının yanına qayıtmağı arzulayır. Elə əslində də dualarımızda biz də bunu söyləyir, Cəmil müəllimə təskinlik, ürək-dirək verirdik. Mən Cəmil müəllimi həmişə ötkəm, təmkinli görmüşəm, amma telefondakı səsi bu ötkəmliyi yumşaltmışdı... Azad müəllimin fotoşəklini mənə göndərəndə mərhumun üzündə dağların saflığını, müdrikliyini, əzəmətliliyini gördüm. Elə o andaca Allaha bu qədər yaxın, bu qədər əziz olan adamın dünyadan belə tez köçməsinə inanmağım gəlmədi...
Nə vaxtsa oxuduğum belə bir şeir isə bu sətirləri qələmə alanda yadıma düşdü:

Bir azca göy üzünə yaxın otur,
duaların tez çatsın Rəbbimə.
İçini tox saxla,
üz vermə qəmə.
Səbrini bas,
gözündən düşmə yerə.
Özünə yaxın otur,
asi olma qədərə.
Hərdən göz aldadır adamı,
öz içindən dikəl, qalx!
Bu dünyaya
ürəyinin gözüylə bax.
Hər şey ölənəcəndi,
Hər şey öləndən sonradı...

Azad Zəbhulla oğlu Dadaşov 1947-ci ildə Şamaxıda anadan olub. Uzun müddət qədim rayonun tikinti təşkilatlarında iş icraçısı işləyib. Ulu Şirvanın ürəyi sayılan Şamaxının qədimliyinə bir yenilik, təravət gətirib. Özünün zəhməti və işgüzarlığı, həmçinin ziyalılığı ilə rayonda ad-san qazanmışdı. Ailəli idi, iki qızı, iki oğlu, səkkiz nəvəsi var.
Cəmil müəllimlə kiçik söhbətimiz zamanı öyrəndim ki, Dadaşovların ailəsinin ilki olan Azad müəllim sanki Cəmil müəllimgilə ağsaqqallıq yox, atalıq, böyüklük edibmiş. Cəmil müəllimgilin ailələri çoxuşaqlı olub. Azad, Azər və Afəri qardaşlarını itirmiş Cəmil müəllimgil ailədə 6 qardaş, 2 bacı olublar. Hazırda 3 qardaş, 2 bacı həyatda qurub-yaratmaqla məşğuldur.
Azad Dadaşov Göy üzünə yaxın yaşayıb, həm də dünyaya ürəyinin gözüylə baxıb. Cismani ölümü ilə də heç şey başa çatmayacaq, hər şey bundan sonra başlayacaq. Onun müəllifi olduğu layihələr, Şamaxıda qurub-yaratdıqları və xatirələri daim əzizlərinin, onu tanıyanların yaddaşında olacaq. Hər dağları, ucalıqları görəndə də yadımıza Azad müəllim düşəcək...
Dünyada bir xeyir, bir şər qalacaq,
Yaxşı insanlardan əsər qalacaq.
Çör-çöpü sahilə tullayır dəniz,
Dənizin dibində gövhər qalacaq.
X.R.Ulutürk bu misraları elə bil Azad Zəbhulla oğlu Dadaşov üçün yazıb.
Allah Sizə rəhmət eləsin, Azad müəllim!
Başınız sağ olun, Azad müəllimin tanıdığım qardaşları – Çingiz, Cəmil və Zəfər Dadaşovlar!

Daşdəmir ƏJDƏROĞLU

P.S. Kərimovlar ailəsi adından Rahib Kərimli və Kərim Kərimli
Dadaşovlar ailəsinin ağsaqqalı Azad müəllimin vaxtsız vəfatından kədərləndiklərini bildirir və qardaşları Çingiz müəllimə, Cəmil müəllimə və Zəfər müəllimə dərin hüznlə başsağlığı verirlər. Allah rəhmət eləsin!


Oxunub: 873






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim