reklam
USD
4 ℃
EUR
BAKI

AMEA-nın şöbə müdirindən Ramiz Mehdiyevə AĞIR İTTİHAM

CANLI TV / 23.09.2020 23:26
"DİSSERTASİYA İŞİ YARARSIZ OLDUĞUNDAN...” – Professor, akademik Ramiz Mehdiyevi saxtakarlıqda ittiham edir
 

"Ramiz Mehdiyev öz şəxsi bioqrafiyasını belə saxtalaşdırıb. Mənim dəqiq yadımdadır ki, o, 1993-cü ildə Prezident Aparatına Ümumi şöbəyə müdir vəzifəsinə təyin olundu. Amma bu fakt onun bioqrafiyasında saxtalaşdırılaraq 1994-cü il kimi göstərilib”. 
"AzPolitika" xəbər verir ki, AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru, professor Əbülhəsən Abbasov belə deyib. O, "Ovqat.com” saytına açıqlamasında bu barədə danışıb. 
Professorun sözlərinə görə, akademikin bu saxtakarlığı səbəbsiz deyil: "Ramiz Mehdiyev o zamana qədər elmi işini müdafiə edə bilmirdi. Hazırladığı dissertasiya işini yararsız olduğundan dəfələrlə Elmi Şura tərəfindən geri qaytarılmışdı. PA-ya işə girdikdən sonra 1993-cü ildə öz elmi işini Elmi Şuraya qəbul etdirən Ramiz Mehdiyev, fəlsəfə elmləri üzrə doktorluq adını aldı. Təzyiqlə elmi ada yiyələnməyini ört-basdır etmək üçün isə PA-ya işə qəbul olunması tarixini saxtalaşdırıb”.

Bütün bunlara baxmayaraq, adının qarşısına "Nyu-York Elmlər Akademiyasının üzvü” və s. kimi titullar yapışdıran Ramiz Mehdiyevin bu saxtakarlığını Akademiyanın rəsmi saytında dərc olunan bir yazının ortaya çıxardığını bildirən Ə.Abbasov, deyib: "Bu yaxınlarda AMEA-nın rəsmi saytında AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidinin bir yazısı dərc olunmuşdu. "Azərbaycan Milli Elmlər Akademiyası, rəhbəri və əməkdaşları haqqında” sərlövhəli yazıda Solmaz xanım çox açıq şəkildə bildirir ki, Heydər Əliyev hakimiyyətə gələn kimi Ramiz Mehdiyev də onun yanına – PA-ya getdi. Sirr deyil ki, Heydər Əliyev 1994-cü ildə yox, 1993-cü ildə hakimiyyətə gəlib. Solmaz xanım da etiraf edir ki, Ramiz Mehdiyev məhz həmin dövrlərdə PA-da işə başlayıb”. 
Qeyd edək ki, hörmətli filosofun bəhs etdiyi həmin yazıda deyilir: "Ramiz müəllim 5 il bu şöbənin müdiri işlədi. İnstitutun rəhbərliyi həmin dövrün tez-tez dəyişən siyasi konyukturasına uyğun olaraq ilk vaxtlar onun özünə və bu səbəbdən şöbəmizin işinə qərəzli "tənqidi”, bəzən olduqca ədalətsiz münasibət bəsləsə də, Ramiz müəllim əməkdaşlarımızın da müdaxiləsi ilə, özünə və şöbəmizə olan bu münasibəti dəyişə bildi. Artıq Heydər Əliyev ölkə rəhbərliyinə gələndə, Ramiz müəllim də Prezident Aparatına işə qayıdanda bu adamların onun qarşısında özlərini necə fərqli apardığını, doktorluq dissertasiyasının müdafiəsi zamanı isə şəninə nələr söylədiyini görmək lazım idi. Odur ki, Ramiz müəllim üçün bu münasibət "dəyişiklikləri” yeni olmasın gərək”.


Oxunub: 346






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim