reklam
USD
11 ℃
EUR
BAKI

“Ayaqlarını amputasiya etdiyim əsgər ayılanda dedi ki, ayağım ağrıyır”

MÜSAHİBƏ / 05.01.2021 00:00

Niyazi həkim: "Ayaqlarını amputasiya etdiyim əsgər ayılanda dedi ki, ayağım ağrıyır” - MÜSAHİBƏ

30 illik müharibəni 44 günə qələbə ilə bitirən Azərbaycan ordusu. Onlara qol-qanad gələn isə bu müharibədə ən az onlar qədər əziyyəti olan ağ xalatlı qəhrəmanlar oldu.

Bu müharibədə hərbi qulluqçularımızla yanaşı, könüllü olaraq cəbhəyə yollanan həkimlərimiz də şəhid oldu. Allah bütün şəhidlərə rəhmət eləsin.

Budəfəki həmsöhbətimiz həm birinci, həm də ikinci Qarabağ müharibəsinin canlı şahidlərindəndir.

Füzuli Mərkəzi Rayon Xəstəxanasında çalışan həkim cərrah Niyazi Əliyevdir. Sentyabrın 27-dən gecə-gündüz demədən əsgərlərin yaralarına məlhəm olan cərrah Azərbaycan ordusu ilə, xalqı ilə qürur duyduğunu deyir.

Həkim deyir ki, İkinci Qarabağ Müharibəsi minimum itki ilə Azərbaycana tarixi qələbə qazandıran savaş oldu.

Oxu.Az iki tarixə şahidlik edən həkim cərrah-travmatoloq Niyazi Əliyev ilə müsahibəni təqdim edir:

- Elə ilk günlərdən ön cəbhədən gələn yaralıları qəbul edirsiz?

- Sentyabrın 28-i səhər saat 8-ə 20 dəqiqə işləmiş bildik ki, müharibə başlayır. Həmin an Füzuli Rayon Mərkəzi Xəstəxanasının bütün kollektivi tam heyətlə işə çıxdı. Aradan bir neçə saat keçmişdi ki, artıq müharibədə yaralanan əsgərlərimizi gətirməyə başladılar. Hər cür yaralı var idi. Təkcə həmin gün 28 yaralı qəbul etdim. Onlardan biri amputasiya olundu, digərləri müxtəlif dərəcəli yaralar idi. Gecə saatlarına qədər yaralıları həyata qaytarmaq üçün əməliyyat aparmışıq.

- Deyilənə görə, düşmən tərəfdən tibb məntəqələri də hədəf alınırdı, doğrudur?

- Elədir. Təəssüf ki, qarşımızdakı düşmən müharibənin qaydalarına riayət etmirdi. Sentyabrın 28-i gecə saat 4 olardı, bizi Füzuli Rayon Mərkəzi Xəstəxanasından çıxardılar. Düşmən xəstəxananın yerləşdiyi mövqenin ətrafına ağır artilleriyadan atəş açırdı. Təhlükəsizlik məqsədilə biz gecə ilə xəstəxananı tərk etdik.

Bizi köçürdülər Füzulidə, daha dəqiq desək rayonun çıxışında yerləşən, yeni tikilən xəstəxana binasına. Rayonun çıxışında yerləşdiyi üçün daha təhlükəsiz yerdə idi. Xəstəxananı gecə ilə köçürdülər həmin binaya. Səhər saat 7 radələrində artıq ön cəbhədən gələn yaralıları qəbul etməyə başladıq. Birdən eşitdik ki, Füzuli Rayon Mərkəzi Xəstəxananın binasını ağır artilleriya ilə vurublar. Biz zamanında oranı tərk etmişik. Nəticədə xəstəxana binasının bir hissəsi dağılaraq, yararsız hala düşdü.

- Gün ərzində nə qədər yaralı qəbul edirdiniz, doktor?

Gün ərzində qəbul edilən xəstələr çox olurdu. Gətirilən əsgərlərin 70 faizi qəlpə yarası alanlar idi. Digərləri minaya düşən əsgərlər olurdu ki, amputasiya olunurdu. Snayper yaraları da olurdu, amma ən çox minaatan mərmisi, qəlpə yaraları olurdu.

Çox çətin şəraitdə xidmət edirdik, çünki ermənilər bu xəstəxananın yaxınlığına da atəş açmağa başlamışdılar. Allah qorudu ki, xəstəxanadan aralı məsafələrə tuş gəlirdi.

- Könüllü xidmət etmək üçün müraciət edən, ön cəbhəyə gələn həkimlərimiz olurdu. Sizin xəstəxanaya göndərilən briqada var idi?

- Bəli, Bakıdan, Sumqayıtdan, 1 saylı Kliniki Tibbi Mərkəzdən, hətta Türkiyədən uzman həkimlər, tələbələr, tibb bacılarından ibarət həkim briqadaları göndərilirdi. Dəstək üçün gələn həkimlər işimizi bir qədər asanlaşdırdı.

Yenə də növbəli işləmədik. Gecə-gündüz bütün heyətlə səhərə qədər yaralıları qəbul edib, zəruri tibbi xidmət göstərirdik.

"Yaralıların qulağına deyirdim ki, ölmək olmaz”...

Həkim deyir ki, yaralıların əksəriyyəti çox qan itirdiyi üçün ağır vəziyyətdə gətirilirdi:

"Əsgərlərə könüllü xidmət edən o qədər insan var idi. Xalqımız bu müharibədə elə birlik nümayiş etdirdi ki, inana bilməzsiniz. Gördükcə, fəxr edirdim. Yaralıların ayaqqabılarını, geyimini çıxarıb cərrahiyyə masasının üzərinə qoyurdular. Biz isə vaxt itirmədən tibbi müdaxilə edirdik. Çox ağır vəziyyətdə olan igidlərimiz vardı ki, Allahın köməyi ilə həyata qaytardıq”.

 "Ayaqlarını amputasiya etdiyim əsgər oyananda ayağının baş barmağının ağrıdığını dedi...”

- Əlinizin şəfa verdiyi hansı əməliyyat qəlbinizdə silinməz yara buraxdı?

Bütün əməliyyatlar mənim üçün çox ağrılı idi. Onlar hamısı bizim oğullarımızdır. Qarın boşluğundan, ayağından, yaralanan, beyin travması alan əsgərlərimiz var idi. Onlara psixoloji cəhətdən də vəziyyəti qəbul etmək çətin gəlirdi.

Ağır yaralı əsgərlərimiz də az deyildi. Sağ olsun bizim reanimatoloqlar hər birini diqqətdə saxlayırdı. Bir əsgər vardı, ağır vəziyyətdə gətirilənlərdən idi. Minaatanla vurulmuşdu. Bud nahiyyəsindən aşağı hər iki ayağını amputasiya etmək məcburiyyətində qaldım. Palataları gəzirdim. Onun yanına yaxınlaşdım ki, vəziyyətini soruşum. Yeni-yeni özünə gəlirdi, ayaqlarının kəsildiyindən xəbəri yox idi. Zəif oğlan idi, amma Allah saxladı, həyatını xilas edə bildik. Dedim, özünü necə hiss edirsən? Dedi ki, "həkim sağ ayağımın baş barmağı ağrıyır, başqa heç nə”... 

Bu mənim üçün çox ağır idi... Bir həkim üçün müharibə dövründə işləmək ömür boyu unudulmaz travmalar yaşadır. Müharibədə hər cür yaralılar olur. Allah hər birinə kömək olsun.

- Siz həm birinci, həm ikinci Qarabağ müharibəsini gördünüz. Müqayisə edə bilərsinizmi vəziyyəti?

- Birinci Qarabağ müharibəsində 1992-ci ildən 2011-ci ilə qədər orduda xidmət etmişəm. Həqiqi hərbi xidmətdə olmuşam. Ona qədər Füzuli Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri kimi çalışmışam. Müharibə başlayanda getdik, biz də Vətən uğrunda xidmət etdik. O vaxt həddən artıq çətin idi. İkinci Qarabağ Müharibəsi ilə müqayisə etsək, o vaxt, Birinci Qarabağ Müharibəsində yaralılar təxminən beş dəfə daha çox idi. Həm də ki, o vaxt bu dövrdə olduğu kimi təminat yox idi. Xəstəxanalar, şərait çox ağır vəziyyətdə idi.

1994-cü ildə müharibədə yaralanan xəstələri qəbul edirdim. Həmin il bir gün ərzində qəbul etdiyim xəstələrdən 11-ni amputasiya etmişəm. Bir gündə 11 amputasiya bilirsiz, nə deməkdir? Gecə saat 2-yə qədər əməliyyatxanadan çıxmamışam. Həm də tək. Yanımda ixtisaslı həkimlər də olmayıb ki, köməklik etsinlər. Əlacımız yox idi, qeyri-ixtisas həkimlərlə çalışırdıq.

O dövrdə geyim yox, ərzaq çatışmazlığı, çətinlik içərisində ac-susuz əməliyyatlar etmək asan deyildi. O müharibə ilə bu müharibəni heç müqayisə etmək olmaz. Birinci Qarabağ müharibəsində yaralıların 60 faizi güllə yarası alırdı, üzbəüz döyüşlər çox olurdu. 5-10 faizi mina partalaması nəticəsində xəsarət alanlar, qalanları da xırda qəlpə yaraları olurdu.

İkinci Qarabağ Müharibəsində isə faiz etibarilə xəsarətlərin göstəriciləri tam əksinə idi. Bu dəfə üzbəüz döyüş çox az oldu, ən ağırı da Şuşada oldu. Döyüşlər əsasən, ağır artilleriya ilə, müasir döyüş texnikaları, PUA-larla və s. olduğuna görə qəlpə yaraları çox idi.

- Siz səyyar həkim kimi döyüş meydanına getmisiniz, yoxsa daha çox xəstəxanada sizə ehtiyac var idi?

Birinci Qarabağ Müharibəsində siravi həkim, qəbul seçmə tağımının komandiri, daha sonra bölük komandiri olmuşam. Bundan başqa səyyar tibb hospitalının rəisi, qərargah rəisi və nəhayət hospitalda komandir vəzifəsini icra etmişəm.

2011-ci ildə 53 yaşında tərxis olundum. Birbaşa Füzuli Rayon Mərkəzi Xəstəxanasında Travmatologiya şöbəsinin müdiri vəzifəsinə keçdim. Bu müharibədə biz mülki həkim kimi çalışırdıq. Həkim briqadaları formalaşdırılmışdı. İşğaldan azad olunan ərazilərimiz elan edildikcə, həkim briqadalar bölüşdürülərək həmin ərazilərə göndərilirdi. Bir hissəsi Qubadlıya, bir hissəsi Cəbrayıla, Hadruta və s. göndərildi. Həkim briqadaları yaralı əsgərlərə hospitala göndərilənə qədər ilkin yardım edirdilər ki, onları qan itkisindən itirməyək.

Burada da biz cərrahi əməliyyatlar edirdik. Yaralı əsgərləri ağırlıq dərəcəsinə görə, elə olurdu bir gün, elə olurdu bir neçə saat palatada saxlayıb Bakıya, Yevlaxa göndərirdik. Biz ona görə ancaq stasionarda qaldıq. Bu müharibədə əsas yük demək olar ki, Füzuli Rayon Mərkəzi Xəstəxanası ilə Füzuli Müalicə Diaqnostika Mərkəzinin üzərinə düşdü.

"Həkim, yaramı tez sarı, döyüşə qayıdım”

- Niyazi doktor, 44 gün ərzində tək siz nə qədər yaralı əsgər qəbul etmisiniz?

Tək özüm haradasa 1000-ə yaxın yaralı qəbul etmişəm. Elə gün olurdu 30 yaralı əsgər, elə gün olurdu 50-sini qəbul edirdim. O baxırdı yaranın ağırlıq dərəcəsinə. Elə yaralı əsgərlər gəlirdi ki, baldır nahiyyəsi, topuq nahiyyəsindən qəlpə yarası almışdılar. Onlara tez-tez tibbi müdaxilə edib palatalara yerləşdirirdik.

Elə gün olurdu ki, gətirilən yaralılar çox ağır vəziyyətdə olurdu. Onların üzərində saatlarla əməliyyat aparırdım. Çoxunu da həyata qaytardıq. Təsəvvür edin, o qədər vətənpərvər oğullardır ki. Bəziləri ağrıdan şoka düşürdülər. Amma əksəriyyətindən eşitdiyim söz eyni olurdu. Hamısı deyirdi ki, "həkim, yaramı tez sarı, döyüşə qayıdım”.

- Heç cərrahiyyə masasında şəhid olan hərbçilər oldumu?

- Təəssüf ki, bu müharibədir. İtkisiz mümkün olmur. Bəli, qəbul etdiyim yaralı əsgərlərdən üçünün həyatını xilas edə bilmədik. Hər üç şəhidimiz qarın boşluğundan, dalaq, qaraciyər, böyrəklərin ağır yaralanması ilə gətirilmişdi. Səhərə qədər Bakıdan gələn həkimlərlə o əsgərlərin üzərində əməliyyat apardıq. Bir Allah şahiddir ki, nələr eləmədik, onları həyata qaytarmaq üçün. Amma alınmadı, hər üçünü itirdik. Yəqin ki, qədərlərinə şəhidlik zirvəsi yazılmışdı.

- Doktor, qəbul etdiyiniz yaralılardan neçəsi amputasiya edilib?

- Bu müharibədə qəbul etdiyimiz xəstələr çox oldu. Amma şükür ki, amputasiya çox olmadı. Peşəkar həkimlərimizlə əlimizdən gələni etdik ki, zədələnmiş sinirlərin fəaliyyətini bərpa edək. Üç yaralıda əlimdən gələni etsəm də, amputasiya qaçılmaz oldu.

Xatırladaq ki, həkim cərrah Niyazi Əliyev qüsursuz xidmətlərinə görə dəfələrlə medal və fəxri fərmanlarla təltif edilib.

Könül Cəfərli

Mənbə: oxu.az



Oxunub: 440






SON XƏBƏRLƏR

2024-11-21

03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar

Product image

02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ

Product image

02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır

Product image

2024-11-14

13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi

Product image

13:19 Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçiriləcək

Product image

13:10 It started 18 years ago with the UAE leadership’s pioneering vision to diversify the economy and address global sustainability challenges

Product image

13:04 Bakıda qadın heykəli buna görə sökülübmüş...SƏBƏB...FOTO

Product image

2024-11-13

12:04 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib

Product image

2024-11-06

13:06 Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisindəCOP29-la bağlı yaradılan şəraitlə tanış olub VİDEO

Product image

12:50 Prezident İlham Əliyev: Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək

Product image

12:47 Şeyxülislam: COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim