reklam
USD
20 ℃
EUR
BAKI

"MƏCBURİ KÖÇKÜNLƏRİN XANKƏNDİNƏ KÖÇÜRÜLMƏSİ SUVERENLİYİMİZİN AÇARIDIR" - "Proseslər heç də Rusiyanın planladığı kimi getməyəcək"

CANLI TV / 16.01.2021 01:38


Yanvarın 11-də Moskva Rusiya, Azərbaycan, Ermənistan liderlərinin keçirilən üçtərəfli görusundə Qarabağdaki erməni hərbiçilərinin çıxarılması, Azərbaycanın suverenliyinin bərpası, Azərbaycan üçün Şuşa, Kəlbəcər kommunikasiyalarının açılması məsələləri muzakirə edilmədi.

Bu məsələlərin taleyi necə olacaq? Azərbaycan nə etməlidir?

Xatırladaq ki, görüş 4 saat çəksə də rəsmi məlumat razılaşmanın yalnız Mehri dəhlizinin istifadəyə veriləcəyi ilə bağlı oldu. Aydındır ki, bu müddətə yalnız bir məsələ müzakirə edilməyib. Sadəcə olaraq ümumi şəkildə nəqliyyat-kommunikasiya xətlərinin, yolların açılması yaradılacaq işçi komissiyaya tapşırıldı.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham ismayıl "AzPolitika.info"-ya şərhində bildirib ki, Moskvada hər iki tərəfi maraqlandıran və narahat edən məsələlər ehtimal ki müzakirə edilib, amma bu barədə nə məlumat verildi, nə də perspektiv tədbirlərə aid edildi.

"Deməli, bu görüş Moskva üçün lazım idi. Hətta bu görüşü Vladimir Putinin bölgədə marağı olan qlobal güclər qarşısında benefisi” adlandırdılar" - deyə ekspert vurğuayıb.

İ. İsmayıl hesab edir ki, ABŞ-da yeni administrasiya fəaliyyətə başlamamış belə bir görüş Rusiya prezidentinə lazım idi: "Fransa prezidenti ilə bir gün əvvəl telefon danışığı da formal xarakter daşıdı. Ən əsası, bu görüşlə Türkiyənin Qarabağ nizamlanmasından və ümumiyyətlə Cənubi Qafqazdan uzaqlaşdırmaq mesajı verildi.

Təbii ki, perspektiv proseslər heç də Rusiyanın planladığı kimi getməyəcək və ABŞ da, Türkiyə də Rusiyanın bölgədə tək hakim olmağına mane olacaqlar. Mehri dəhlizinin tezliklə istifadəyə verilməsi də daha çox Rusiyanın işinə yarayacaq. Rusiya xüsusilə qış mövsümündə Ermənistana göndərdiyi yükləri quru yolla çatdırmaqda çətinliklə üzləşir, alternativ yollar və nəqliyyat vasitələri ilə çatdırma isə baha başa gəlir.

Eyni zamanda Ermənistan nəhayət dəmir yolu ilə əsasən Rusiyaya, həm də İrana çıxış əldə etdi. Gürcüstan vasitəsilə nəql etmək hər zaman çətinlik yaradıb. Yəni, bu yolu yalnız Azərbaycanın Naxçıvan bölgəsi və Türkiyə üçün önəmli olmasını qeyd edənlər bilsinlər ki, düşmən üçün böyük nəfəslik açılmış oldu".

Ekspertin sözlərinə görə, Qarabağda suverenliyimizi tam həll etmədən əlimizdəki "kozırları" xərcləməyimiz düzgün deyil.

"Üstəlik, Türkiyə Qarabağa görə Ermənistanla sərhədi bağlayıb. Əgər Azərbaycan Ermənistana yol açırsa, sabah Türkiyə də sərhədi 2009-cu ildə bağlanmış Sürix razılaşmasına əsasən açsa, nə olacaq?

Qarabağ problem həll olunmayıb, amma düşməni iqtisadi cəhətdən ayağa qaldırmaqla biz şərtlərimizdən məhrum olmuruqmu? Konkret olaraq hələ də Qarabağda Ermənistan silahlı qüvvələrinin olması və bu səbəbdən də Yuxarı Qarabağa qayıtmalı olan azərbaycanlı qaçqınlarla bağlı heç bir rəsmi mövqenin bildirilməməsi bizim çox gecikdiyimiz başlica məsələdir"-deyə ekspert qeyd edib.

İlham İsmayıl hesab edir ki, azərbaycanlı qaçqınların Xankəndi və ətraf yerlərə köçürülməsi Azərbaycanın Qarabağda suverenliyinin bərpa olmasının açarıdır: "Bundan sonra Ağdam-Şuşa yolunun, Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılması asan məsələdir. Hətta bu qayıdışdan sonra status məsələsinin müzakirəsinə ehtiyac belə qalmayacaq. Bu gün narahatlıq yaradan məsələlərin üzərinə Azərbaycan dövləti vaxtında və qətiyyətlə getməsə, sabah artıq bu narahatlıq yox, problem olacaq. Problem isə qloballaşa bilər və Azərbaycanın onu həll etməsi uzunmüddət çəkə bilər".


Oxunub: 415






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim