reklam
USD
4 ℃
EUR
BAKI

Paytaxtın idarəedilməsi: təklif və real vəziyyət

CANLI TV / 31.05.2021 00:09

Paytaxtın idarəedilməsi: təklif və real vəziyyət


Milli Məclisin üzvü Fazil Mustafa MM-in plenar iclasında maraqlı təkliflə çıxış edib. F. Mustafa dövlət qulluqçularının sayını azaltmaqla bələdiyyə qulluqçularının sayını artırmaq, bəzi rayonları birləşdirməklə bələdiyyələrə əlavə səlahiyyətlərini verilməsinin məhz bu gün zəruri olduğunu dilə gətirib. Dəfələrlə belə yüksək tribunadan bu təklifi səsləndirdiyinə görə MM üzvünə təşəkkür edirəm.

***

Mətləbə keçməmişdən əvvəl qeyd edim ki, təklifin əslində Milli Məclisin Regional Komitəsinin üzvləri tərəfindən səsləndirilməsi və əsaslandırılması daha məqsədəuyğun olardı. Fikrimcə, komitənin vaxtı ilə bələdiyyədə çalışmış üzvləri bu təkliflə bağlı fikirlərini bildirməkdə aktiv olmalı və təklifə öz fikirlərini bildirməklə mövzunu daha da geniş müstəvidə müzakirəyə çıxarmalı idilər. Təəssüf edirəm ki, yaxından tanıdığım Səbinə Xasayevə və Əliabbas Salahzadə bu proseslərdə və xüsusəndə bələdiyyələrin problemlərini ictimailəşdirməkdə passivliyi ilə seçilirlər. Qeyd edim ki, Səbinə Xasayevə iki il əvvəl Lökbatan bələdiyyəsinin sədr müavini, Ə.Salahzadə isə Bilgəh bələdiyyəsinin ilk sədri olub. Özü də 21 yaşında. Hər ikisi fəallığı ilə, savadı və qabiliyyətiylə seçiliblər. Bu gün Milli Məclisin üzvü kimi hər ikisi vaxtı ilə təmsil olunduqları sahənin problemlərini daha yaxından bildiyindən istər komitənin icaslarında, istərsə də plenar iclaslarda bələdiyyənin problemlərini heç olmasa səsləndirməkdən çəkinməməlidirlər. Bələdiyyədə olduğu kimi MM-də aktiv olmalı və bu mərtəbəyə haradan gəldiklərini unutmamalıdırlar. Nə isə, keçək mətləbə.

***

Fazil Mustafanın təklifi ilə bağlı deməliyəm ki, son illərdə biz də dəfələrlə təhlil və araşdırmalarımızda bu mövzuya diqqəti çəkmişik. Onu da əlavə edək ki, bizim təklif etdiyimiz əsas məqam ilk öncə paytaxt və Gəncə şəhərindəki rayonların ləğvi ilə bağlı olub. Hazırda Bakı və Gəncə şəhərlərindəki rayon icra hakimiyyətlərinin elə də ciddi səlahiyyəti qalmayıb. Bu strukturlar əslində büdcə üçün də artıq yükdür. Gəlin tam səmimi etiraf edək ki, Bakıda 12 rayon icra başçısına, 36 başçının müavininə, 60 şöbə müdirinə və saysız-hesabsız mütəxəssis korpusuna ehtiyac yoxdur. Sual edirəm bu gün bu icra strukturların əsas vəzifə səlahiyyətlərini bilən varmı. Üstəlik bu qurumların yeni yaradılan sahə inzibati dairələrinə ehtiyacı varmı? Bu SİƏD-lərin işlərini elə bələdiyyələr görür də. Yəni bu qurumlar həqiqətən öz həyatını başa vurub desəm, yəqin ki, yanılmaram. Və hörmətli millət vəkili də yəqin ki, bunu nəzərdə tutub o təklifi verir. Belə olan halda, sual oluna bilər ki, bu prosesin icrası bizə nə verəcək?

Deməliyəm ki, ilk olaraq dövlət büdcəsinin yükü azalacaq. Nəzərə alaq ki, Bakı rayonlarının saxlanmasına büdcədən kifayət qədər vəsait ayrılır. 2021-ci il üçün dövlət büdcəsindən Bakı şəhəri üçün xərclərin həcmi 335.683.000 manat, Gəncə şəhərinə isə 36 226 000 manat ayrılması nəzərdə tutulub. Bu vəsaitin də böyük bir qismi məhz adıçəkilən struktur bölmələrinin saxlanmasına yönəlir. Demək qənaətin edilməsi bü gün üçün zəruri olmalıdır.

Bu məqamın icrasında beynəlxalq təcrübədən yararlanmaqda olar. Qeyd edim ki, beynəlxalq təcrübədə bu məqam çox diqqətlə icra olunur. İstanbulun, Moskvanın, Praqanın və digər paytaxt şəhərlərinin və iri sənaye mərkəzlərinin idarəedilməsinə diqqət yetirsək konkert olaraq belə qənaətə gələ bilərik ki, bizdə də bu prosesə start verilsə həm dövlət büdcəsi qazanar, həmdə vətəndaşın məsuliyyət yükünun artmasıyla problemlərin həlli sürətlənər.

Yəni paytaxtın idarəedilməsi birmənalı olaraq Böyükşəhər bələdiyyəsinə tapşırılmalıdır. Bunun üçün şəhər şurasının və ya şəhər məclisinin üzvləri, habelə Böyükşəhər bələdiyyə sədrinin birbaşa yerlərdə seçki keçirilməklə seçilməsini təklif edərdik. Lakin bununla yanaşı şəhərin inzibati ərazisi məsələsinə də yenidən baxılmalıdır. Bitişik ərazilərin şəhərə qatılması, rayon əvəzinə daha böyük miqyasda biri mərkəz olmaqla dörd istiqamət üzrə inzibati dairənin olmasını təklif edərdik. On iki rayonu ləğv etməklə beş inzibati ərazi vahidi üzrə Mərkəz dairəsi, Şimal dairəsi, Cənub dairəsi, Qərb dairəsi və Şərq dairəsi yaradıla bilər. Və ən əsası bələdiyyələrdə məhz bu dairələr üzrə yaradılmalıdır. Demək paytaxtda RİH-lər ləğv edilir və paytaxtda bələdiyyələrində sayı biri böyük şəhər olmaqla, beş bələdiyyə yaradılır. Pirallahı, Qaradağ, Xəzər rayonu tam, Suraxanı və Sabunçu rayonunun isə bir hissəsi paytaxtdan ayrılır. Fikrimizcə, əhalisinin sayı 50 min nəfəri keçən qəsəbələrə, o cümlədən Binə, Mərdəkan, Maştaga və Hövsana xüsusi statusun verilməsi də gündəmə gətirilməlidir. Maraqlı və təzadlı məqam ondadır ki, əhalisinin sayı iki min nəfər olan rayon mərkəzinə şəhər statusunu vermişik, ancaq əhalisinin sayı az qala yüz əlli min nəfər olan qəsəbələrdə isə idarəçliyi Allah ümidinə buraxmışıq.

Bu arada qeyd edim ki, Abşeron rayonu ilə paytaxta rayonları arasında ərazi probleminin olduğunu da unutmamalıyıq. Bununla yanaşı hazırda kənd təsərrüfatı təyinatlı torpaqlarda aparılan məskunlaşma ilə bağlı torpaqların təyinatının dəyişdirilməsi və "sənəsdiz mənzil” problemi həlli vacib məsələlər sırasına daxil edilməlidiir.

***

Son olaraq qeyd edim ki, Böyük şəhər bələdiyyəsinin yaradılması həmdə bu orqanlara inzibati nəzarəti keçirən orqanın statusunun artırılmasına səbəb olacaq. Ciddi şəkildə inzibati nəzarətin həyata keçirilməsi, həmdə real ictimai nəzarətin olması nəticə etibariylə ümumi fəaliyyət prinsipinə müsbət təsir edəcəyinə şübhəm yoxdur.

Ümumiyyətlə, ölkəmizdə indiki vaxtda ərazi-inzibati idarəçiliyində regional idarəetməyə keçid həyata keçirilməlidir. Yerli hakimiyyət bələdiyyələrə verilməli, ölkədə regional idarəetmə strukturları yaradılmalıdır. Bu gün nazirlik və komitələrin pərakəndə şəkildə və əhalinin maraqlarına uyğun olmayan şəkildə yaratdıqları regional idareətmə məqbul sayıla bilməz.

Güman edirəm ki, regional idarəetməyə keçidlə bağlı prosesin ilk olaraq pilot layihə şəklində Bakı və Gəncədə həyata keçirilməsi nəticə etibariylə ümumi prosesə öz töhvəsini vermiş olacaq, həm dövlət büdcəsi ağır maliyyə yükündən azad olacaq, həm də vətəndaşlarım məsuliyyət yükü artacaq.

Vüqar Tofiqli


Oxunub: 310






SON XƏBƏRLƏR

2025-01-12

01:22 ÇƏRPƏLƏNG (HEKAYƏ)

Product image

00:18 Prezident İlham Əliyev Küveytin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Product image

00:13 Azərbaycanda iki yeni milli park yaradılacaq

Product image

23:33 Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun ikinci gününə yekun vurulub VİDEO

Product image

2025-01-04

01:15 Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

Product image

2024-12-30

02:11 Milli Məclisin 2024-cü il payız sessiyası başa çatıb

Product image

02:06 Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım edib

Product image

01:48 Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib VİDEO

Product image

01:40 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib YENİLƏNİB VİDEO

Product image

2024-12-28

14:02 Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub

Product image

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim