reklam
USD
26 ℃
EUR
BAKI

Bakıda gizli tunel tapıldı: Gizli məkandan ŞOK GÖRÜNTÜLƏR

CANLI TV / 03.06.2021 00:33
Bakıda gizli tunel tapıldı: Gizli məkandan ŞOK GÖRÜNTÜLƏR


Adrenalin yaşamaq istəyirsiniz? Gəlin, bir az qaranlıq, bir az səssiz, bir az da həyəcanverici məkana səyahət edək.

Budəfəki ünvanımız yer üstündə deyil, altındadır.
Xətai rayonu ərazisindəki yeraltı, bir az da qorxunc, ilk baxışdan yiyəsiz və tərk edilmiş bir sığınacaqdan danışıram. Adıçəkilən rayonun UPD adlanan massivində bizim saydığımız 4 giriş-çıxışı olan bu yeraltı keçid yerli əhalinin söylədiklərinə əsasən, sovet dövründə inşa olunub.

Haqqında bəhs etdiyimiz vahiməli, qaranlıq yeraltı sığınacaqda gördüklərimizi Publika.az-ın obyektivindən siz də görmək istəyirsinizsə, başlayaq...

Həmin gün yeraltı sığınacağın kilidli qapısı açıq idi. Çoxdandır ki, görəsən bu quyunun içərisində nə var? – deyə düşünürdük. Qaranlıq və səssiz məkanın içərisində nələrin olduğu bizi hədsiz maraqlandırırdı. Fürsət bu fürsətdir – deyib balaca pilləkənləri ilə aşağıya endik.

Söhbətimizə burada ara verərək deyim ki, sığınacağın yerüstü hissəsində havalandırma sistemindən tutmuş, qazanxana bacalarına qədər hər şey var. Yerli əhali buranı rus dilində "bomboubijişe” adlandırır.

Bəzi rəvayətlərə görə, sovet dövründə bu məkan sığınacaq kimi istifadə olunub. Yəni, Bakıya bomba atılma təhlükəsi olarsa, mülki əhalinin qoruması üçün bu yeraltı sığınacaqlarda mühafizəsi təşkil ediləcəkdi. Ola bilsin ki, bu yeraltı sığınacaq İkinci Dünya müharibəsi dövründə tikilib və təyinatı faşist Almaniyasının bombardmançı təyyarələrindən yerli əhalini qorumaq olub. Təbii ki, bütün bunlar ehtimallardır. Amma içəridəki "setka” çarpayılar, stol və stullar da buranın mülki müdafiə sığınacağı ehtimalını istisna etmir.

İçəri daxil oluruq. Döşəmə hissəsi rənglənib. Amma solğun rənglərdir. İçəridəki qapıların bəziləri uçuq-sökükdür. Bəzi otaqların qapıları isə dəmirdəndir. Özü də çox ağırdır. Stol və stulların olduğu otaqlarda müəyyən kağızlar var. Kağızların bir çoxu latın qrafikalıdır. Hiss olunur ki, bu müəssisə sovet dövründən istifadəsiz qalmayıb. Müstəqilliyin ilk onilliyində də istifadə olunub. Tozlu masaların üzərində "Azərneftyağ İB”, "Soyunma otağı”, "akkumlyator otağı”, "soyuducu otağı” kimi kağız lövhələr, üzərinə "Yanğınsöndürmə xidməti” yazılan qovluqlar görmək mümkündür.

Otaqlar o qədər iç-içədir ki, hətta ani diqqətsizlik dar yeraltı sığınacaq yollarında sizi azdıra bilər. İçəri tam qaranlıqdır. Üstəlik, içəridəki divarlarda "qanlı əl izləri” də görə bilərsiniz. Qandırmı, deyilmi bilmirik. Biz yarıqaranlıq məkanda "qan izinə” oxşatdıq. İçəridəki sanitar qovşaqda xüsusi lampalar, qazan və qazançalar, mülki əşyalar, qızdırıcılar, qovşaqları nasaz kiçikölçülü boru şəbəkələri, ağzıbağlı seyf, hətta qazanxana, orta tutumlu su çənləri... Bir sözlə, hər nə istəsən var.

Sığınacağın birinci mərtəbəsində qurunt sularının "var-gəl” etdiyi də diqqətimizdən yayınmadı.

Pilləkənlərdən aşağı enməyə çəkinirik. Çünki bu sığınacağın altında daha bir mərtəbə də var. Orada nələrin olduğunu müəyyən etmək çətin idi. Ona görə ki, bir mərtəbə aşağı düşmək üçün minimal texniki imkanlarımız buna imkan vermirdi. Hətta daha aşağıdakı mərtəbədə dərin tunelin olduğu və Xəzər dənizinə qədər uzandığı bildirilir. Hər halda bütün bunlar əhali arasında bu gizəmli sığınacaqla bağlı dolaşan əhvalatlar, rəvayətlərdir. Hərbi sirr təyinatlı ola biləcəyindən ehtiyatlanaraq detallara varmaq istəmirik.


Oxunub: 330






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim