reklam
USD
9 ℃
EUR
BAKI

Zəfər yolu - şəhidlərimizin qanı ilə yazdığı şanlı tarix

NƏŞR / 09.07.2021 00:06

Zəfər yolu - şəhidlərimizin qanı ilə yazdığı şanlı tarix

Prezident İlham Əliyev: "Şuşasız bizim işimiz yarımçıq olar”

Bəli, artıq Şuşa dirçəlir. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulan zərər hesablanır, bərpa işlərinə başlanılıb. İlk işlərə şəhərin minalardan təmizlənməsi və yolların çəkilmsi ilə başlandı. Prezidentin sərəncamı ilə Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan "Zəfər yolu"nun inşasına start verildi. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik "Zəfər yolu" Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır və hazırda işlər davam edir. Azad edilən ərazilərdə Prezidentin xüsusi nümayəndəlik institutunun formalaşması istiqamətində ilk təyinat da məhz Şuşa şəhərinə oldu. Bu, Qafqazın mədəniyyət mərkəzi hesab edilən şəhərin hərbi-strateji önəmindən xəbər verir. "Şuşasız bizim işimiz yarımçıq olar”, deyən Ali Baş Komandanın Şuşaya yolu bax belə başladı.Qələbədən sonra Prezidentin Şuşaya səfəri intentiv hal haldı. Səfərlər çərçivəsində erməni vandallığına məruz qalan abidələr bərpa edilməyə başladı. Ali Baş Komandan xalqımızın milli bayramı olan Novruzu məhz Şuşada qarşıladı. Dövlət başçısı builki bayram təbrikini Şuşada "Çıdır düzü"ndə etməklə bizə təkcə məkanın fərqini deyil, həm də gücümüzü göstərdi. Azəbaycanın qələbəsinin mahiyyətini hiss etdirdi. Tonqalın məhz Şuşada yandırılması tarixi ədalətin bərpa edilməsidir. Qalib ölkənin vətəndaşları kimi bu işıqlarınızı Qarabağda yandırdıq. Bayram tonqalımızı Şuşada - "Cıdır düzü"ndə qaladıq. Biz Şuşaya bax belə qayıdırıq. Uzun illər düşmən əsarətində qalan Şuşadan Azərbaycanın irsini silmək mümkün olmadı. Alınmaz qala dağıntılara məruz qalsa da, yenidən öz sahiblərinə qayıtdı.Onun ardınca Prezident bu il Şuşada "Xarı bülbül” festivalı və "Vaqif poeziya günləri”nin keçirilməsi ilə bağlı göstəriş verdi, Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Ən böyük tarixi hadisə isə Şuşa Bəyannaməsi oldu. Bu "Zəfər yolu" ilə Şuşada Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçək olaraq realllaşdırıldı. İlk dəfə bu yola qalib torpağa "Zəfər yolu" ilə səfr edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoydu. Dövlət başçımızın dediyi kimi: "Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var".
Qarabağa aparan Zəfər yolu
Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan "Zəfər yolu”nun dövlətimizin başçısının tapşırıq və sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilərək inşası davam etdirilir. Agentliyin məlumatına görə, təməli qoyulmuş "Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirildi.Qısa müddət ərzində görülmüş işlər nəticəsində yol boyunca gediş-gəliş təmin olunub.Dövlətimizin başçısının tapşırığına əsasən, uzunluğu 101 kilometr təşkil edən "Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir.

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə "Zəfər yolu” Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Hazırda yolboyu genişmiqyaslı tikinti işləri icra edilir. "Zəfər yolu”na cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi və bununla asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi işləri artıq tamamlanıb."Zəfər Yolu"nun ilk 6 km-lik hissəsində layihəyə uyğun olaraq yeni yol yatağının inşası, yolun profilə salınması işləri həyata keçirilib və yeni asfalt-beton örtüyünün alt layı çəkilib. Yolun 34-51-ci km-lik hissəsində torpaq işləri, 42-44-cü km-lik hissədə isə torpaq və asfalt-beton işləri başa çatdırılıb. Eyni zamanda 51-76-cı km-lik hissədə qazma işləri tamamlanıb, yol boyu əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, bəzi hissələrdə yol əsasının alt layının tikintisinə də başlanılıb və paralel olaraq asfaltlanma işləri icra olunur. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib. Yolun bəzi çətin relyefə malik qayalıq ərazidən keçən hissələrində layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağı inşa edilir. Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi boru və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 3 yeni avtomobil körpüsünün inşası da davam etdirilir. Körpülərin uzunluqları 33, 99 və 75 metr olmaqla yolun 0.6-cı, 26-cı və 57-ci km-lik hissələrində layihələndirilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunacaq. Artıq layihənin 52-ci km-də, Böyük Tağlar ərazisində yeni körpünün inşa dayaqları inşa edilib.Tikintinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.Qeyd edilən proseslərin həyata keçirilməsi ilə cari ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır.Bir sözlə, yaranan reallıq və mövcud mənzərə göstərir ki, düşmən dağıdıcı, biz isə qurucu xislətə malikik. Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə Şuşa da, Qarabağ da dirçəldilərək dünyanın ən səfalı, gəzməli və görməli yerlərindən biri kimi həm xalqımızın, həm də turistlərin istifadəsinə veriləcək.Bəli, Ermənistanı diz çökdürən müharibənin qalibi Azərbaycan işğaldan azad olunmuş bütün şəhər və rayonlarını, kənd və qəsəbələrini yenidən quracaq. Ermənistan isə tarixi boyu Azərbaycanın dəmir yumruğunun ağrısını hiss edəcək. Və şəhidlərimizin qanı ilə yazdığı şanlı tarixin şahidi olan "Zəfər" yolunun açılması, həmin yolla əhalinin yenidən doğma yurda qayıtması - Qarabağa Böyük qayıdışı olacaq. Elliklə bütün yollarımız uğurlu, çatacağımız bütün məkanlar abad olsun! Qarabağ Azərbaycandır!

Rahib KƏRİMLİ



Oxunub: 460






SON XƏBƏRLƏR

2024-12-02

13:04 İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı

Product image

12:58 Prezident İlham Əliyev: ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib

Product image

11:11 Sumqayıt şəhərinin 75 yaşı tamam olur SUMQAYIT FOTOLARDA

Product image

2024-11-30

00:40 Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib VİDEO

Product image

2024-11-28

03:06 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat olacaq

Product image

02:52 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib VİDEO

Product image

01:51 Azərbaycanda bələdiyyə seçkiləri gələn il yanvarın 29-da keçiriləcək

Product image

2024-11-21

03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar

Product image

02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ

Product image

02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır

Product image

2024-11-14

13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim