reklam
USD
8 ℃
EUR
BAKI

1969-cu il 14 iyul milli özünüdərkin və özünəqayıdışın başlanğıcıdır

MÜSAHİBƏ / 15.07.2021 01:04
1969-cu il 14 iyul milli özünüdərkin və özünəqayıdışın başlanğıcıdır


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün misilsiz xidmətlər göstərmişdir. Bu gün daha çox ulu öndər Heydər Əliyevin müstəqillik dövründə Azərbaycana rəhbərliyi zamanı gördüyü işlərdən geniş bəhs edilir. Ancaq unutmaq lazım deyil ki, dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan Sovet dövründə də böyük dövlət xadimi, Ümummilli lider Heydər Əliyev milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atmışdır. 52 il öncə Ulu Öndərin respublikanın rəhbəri vəzifəsində fəaliyyətə başlamasının ilk günlərindən aydın olmuşdur ki, dahi şəxsiyyətin simasında Azərbaycan xalqı əsl milli liderini tapmışdır.

Ulu Öndər 14 iyul 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra bütün sahələrdə inkişaf başladı. Sosial-iqtisadi, mədəniyyət, elm, təhsil sahələrində ciddi inkişaf baş verdi və qısa zamanda Azərbaycan keçmiş ittifaq respublikaları arasında ön sıralara çıxdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə milli inkişafın əsası qoyuldu. Belə ki, Ulu Öndər ölkəyə rəhbərlik etdiyi illər ərzində milli inkişaf yolunu dərin elmi əsaslarla müəyyənləşdirmiş, daim xalqını, vətənini düşünmüş, Azərbaycanın ən mürəkkəb məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmiş, böyük fədakarlıqlar göstərmiş, fitri keyfiyyətləri sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan görə bilmişdir. Bununla da müstəqilliyə gedən yolun ilk təməli qoyulmağa başlanmışdır. Ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan müdafiəsi yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan vermişdi. Sovet ideologiyasının ziyanlı təsirləri nəticəsində öz milli kimliyini unutmaq təhlükəsi ilə üz-üzə qalmış insanları tədricən milli ideyalar ətrafında səfərbər etmişdi. Beləliklə, 1969-1982-ci illərdə müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadrların hazırlanması istiqamətində mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına xüsusi diqqət yetirilmişdir. Təsadüfi deyil ki, həmin illər həm də Azərbaycanda elm və təhsilin intibah dövrü kimi xatırlanır. Ümummilli liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılmış, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılmışdır. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər. Buradan da göründüyü kimi, XX əsrin 70-80-ci illərində Ulu Öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaradıb.

Azərbaycan qısa zaman ərzində ittifaq miqyasında iqtisadi-sosial baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına daxil oldu və 1969–1982-ci illərdə öz inkişafına görə sovet respublikaları içərisində birinci yerə keçdi. Bu isə sovet dövrü üçün çox böyük bir hadisə idi. Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün əzəmətli quruculuq işlərinin böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX əsrin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə – yüksəliş mərhələsinə daxil olması demək idi. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir. Ulu Öndərin yorulmaz fəaliyyətinin nəticəsidir ki, 1969-1982-ci illər baş verən dəyişikliklərin miqyasına, ictimai və iqtisadi sahədəki dərin islahatların səviyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində ən parlaq səhifələri təşkil edir. Bütün bunlar göstərir ki, Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün bu işlərə Ulu Öndər şəxsən özü başçılıq edirdi.

Bu gün ölkəmizdə qazanılan uğurların təməlində Heydər Əliyevin xilaskarlıq missiyası, ondan sonrakı dövrlərdə həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət dayanır. Prezident İlham Əliyev Ulu Öndərin möhkəm təməl üzərində qurduğu həmin xətti uğurla davam etdirməklə Azərbaycanı ən uca zirvələrə yüksəldir. Uğurlarımızın bir-birini əvəzləməsinə baxmayaraq, dövlətimizin başçısı bildirir ki, biz daim irəliyə baxmalıyıq. Azərbaycanın artan iqtisad imkanları, siyasi mövqeyi, beynəlxalq aləmdə nüfuzu daha mühüm uğurlara yol açır.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı


Oxunub: 366






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim