reklam
USD
6 ℃
EUR
BAKI

“Laçın dəhlizi nəzarətimizə keçir, Qazax və Naxçıvanın kəndləri qaytarılır” - Moskva görüşünün PƏRDƏARXASI

CANLI TV / 21.07.2021 13:03
"Laçın dəhlizi nəzarətimizə keçir, Qazax və Naxçıvanın kəndləri qaytarılır” - 
Moskva görüşünün PƏRDƏARXASI


Dünən Putin və İlham Əliyev arasında keçirilən görüşdə Kreml rəhbəri Azərbaycan Prezidentinə kompromisli qərarla bağlı təşəkkür etdi. Vladimir Putin "kompromisli qərarlarla” bağlı Əliyevi təşəkkür etməklə nə demək istədi? Söhbət hansı kompromislərdən gedir?

Bu barədə "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki,  Azərbaycanın ən böyük kompromisi odur ki, müharibədə məğlub olan Ermənistana sülh sazişini qəbul etdirmək üçün İrəvana təzyiqi artırmır: "Qalib kimi tələblərimizin siyahısı bəllidir. Laçın dəhlizi nəzarətimizə keçməli, Qarabağdakı separatçılar tərksilah olunmalı, Qazaxın -7, Naxçıvanın – 1 kəndi Azərbaycana qaytarılmalı, Zəngəzur dəhlizinin işə düşməsi üçün addımlat atılmalıdır. Azərbaycanın bir başqa kompromisi də, odur ki, atəşkəsi pozan – Ağdama, Şuşaya, Kəlbəcərə, Tovuza atəş açan Ermənistanı "dəmir yumruq” əməliyyatını davam etdirməklə cəzalandırmır. Nikol Paşinyan razılaşmaların əksinə olaraq nəqliyyat dəhlizinin açılmasını da gecikdirir. Ona görə də Kreml sahibi anlamalıdır ki, Azərbaycan üçün "kompromisin” limiti var”.

Elxan Şahinoğlunun sözlərinə görə, İlham Əliyev cavab nitqində bölgədəki vəziyyətlə bağlı Putinə bunları dedi: "Əlbəttə, regionda münaqişədən sonrakı vəziyyət mövzusu da var. Bu məsələyə daimi diqqətinizə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakınıza görə sizə təşəkkürümü bildirmək istərdim. Biz sizinlə daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”. Bu abzas o deməkdir ki, Vladimir Putin Nikol Paşinyana imzalatdırdığı bəyanatların yerinə yetirilməsini təmin etməlidir. İlham Əliyev bu abzasda bir neçə dəfə "münaqişədən sonrakı dövr” ifadəsini işlədib. Azərbaycan üçün münaqişədən sonrakı dövr sülh sazişinin imzalanması, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün tanınması, sərhədlərin müəyyənləşməsi və Qarabağdakı fəaliyyətimizin davamı deməkdir. İlham Əliyev Vladimir Putinlə qapalı görüşdə böyük ehtimalla ona Qarabağda aparılan quruculuq işləri barədə məlumat verib və Rusiya şirkətlərini də bölgədəki çalışmalara dəvət edib. Ancaq bir ölkə ki, səfirinə Şuşaya getməyi qadağan edib, həmin ölkənin rəhbərliyinin şirkətlərinə işğaldan azad edilmiş bölgələrdə fəaliyyətə yaşıl işıq yandıracağını gözləmək yersizdir. Əsas odur ki, Rusiya bizə Ermənistanla sərhədi müəyyənləşdirməyə mane olmasın. Növbəti hədəfimiz isə Qarabağın tamamında qayda-qanun yaratmaq olacaq. Bunu bölgədə yerləşən rusiyalı hərbçilər etməyəcəklər, özümüz həyata keçirəcəyik. Kreml sahibi heç şübhəsiz Azərbaycan Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyinin bəyanatlarında "Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri” ifadələri ilə tanışdır. Bu məsələdə kompromisin limiti bizim üçün 5 ildir, 1ili başa çatmaq üzrədir, 4 ildən sonra rusiyalı hərbçilər Qarabağı tərk etməlidirlər. Buna həm özümüz, həm də Moskva hazır olmalıdır”.

Bu hal baş verərsə, Azərbaycan Laçın dəhlizini bağlayacağını elan etməlidir”

Politoloq Məhəmməd Əsədullazadə bu barədə açıqlamasında bildirib ki, Moskva görüşündən sonra Azərbaycan Ermənistana təzyiqlərini artıracaq: "Şuşa Bəyannaməsindən sonra prezident İlham Əliyevin Rusiya rəhbəri Putinlə görüşü gözlənilirdi. Belə görüşün baş tutacağını Ərdoğan da qeyd etmişdi. Rusiya konkret olaraq Türkiyə hərbi bazasının rəsmi şəkildə Azərbaycanda varlığını qəbul etmir. Bunu NATO bazası kimi xarakterizə edir. Qeyd edim ki, prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri digərlərindən fərqli olaraq "Şuşa” bəyannaməsi fonunda Türkiyənin müttəfiqi kimi baş tutmuşdu. Bu səfər çərçivəsində heç bir sənəd imzalanmasa da, şifahi razılaşmalar əldə edilib. Rusiyanın burada səmimi olub-olmaması qısa zamanda özünü göstərəcək. Ermənistan baş naziri Paşinyan Fransa və ABŞ-ın birbaşa dəstəyi ilə əldə edilən anlaşmaları yerinə yetirməməyə çalışır, manevr edir. Bu da Rusiyanın vasitəçi olaraq Azərbaycana mümkün təzyiqlərinə yol açır. Konkret olaraq Rusiya da, Ermənistan da manipulyasiya edir və prosesləri başqa bir məcraya daşımağa çalışır. Azərbaycanın da yalnız əsas təsir rıçaqı Ermənistana, Qarabağdakı separatçılara zərbə vurmaqdır. Rusiya əsas vasitəçi olaraq 10 noyabr və 11 yanvar razılaşmalarının reallaşması üçün addımlar atmaycaqsa, o zaman sərhəddə və Qarabağda ermənilərn yaşadığı ərazidə hərbi vəziyyət gərginləşə bilər. Rusiya tərəfinin əsas istəyi Azərbaycanın KTMT müşahidəçi statusu almasıdır. Görünür Kreml mesaj veriri ki, Azərbaycan buna gedəcəyi təqdirdə, Moskva üçtərəfli anlaşmaların reallaşmasına yaşıl işıq yandıra bilər”.

"carciTV"


Oxunub: 343






SON XƏBƏRLƏR

2025-01-12

01:22 ÇƏRPƏLƏNG (HEKAYƏ)

Product image

00:18 Prezident İlham Əliyev Küveytin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Product image

00:13 Azərbaycanda iki yeni milli park yaradılacaq

Product image

23:33 Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun ikinci gününə yekun vurulub VİDEO

Product image

2025-01-04

01:15 Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

Product image

2024-12-30

02:11 Milli Məclisin 2024-cü il payız sessiyası başa çatıb

Product image

02:06 Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım edib

Product image

01:48 Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib VİDEO

Product image

01:40 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib YENİLƏNİB VİDEO

Product image

2024-12-28

14:02 Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub

Product image

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim