reklam
USD
17 ℃
EUR
BAKI

Tarixi həqiqətlər GÜN ÜZÜNDƏ – Erməni kapitanlar Sibirdə Hüseyn Cavidi belə MƏHV EDİB

NƏŞR / 25.10.2021 00:13

Tarixi həqiqətlər GÜN ÜZÜNDƏ – 

Erməni kapitanlar Sibirdə Hüseyn Cavidi belə MƏHV EDİB


Hüseyn Molla Abdulla oğlu Rasizadə 24 oktyabr 1882-ci ildə anadan olub. Müəllim kimi, ziyalı kimi tarixə düşən Hüseyn Cavid sovet hökuməti qurulanda Əhməd Cavad, Mikayıl Müşfiqlə bərabər Türkiyəyə köçmək təklifi alsa da, "bu vətəni kimə qoyaq gedək” deyərək Azərbaycanda qalır.

Sovetlərin ilk hakimiyyət illərində Hüseyn Cavidə toxunmasalar da, onu daimi izləyiblər. Hüseyn Cavid 1926-cı ildə Almaniyaya gedir və 7 ay Berlində yaşayır. Həmin müddət ərzində oradan ziyalıların mənəvi iztirablarını özündə əks etdirən bir sıra siyasi- lirik və lirik-epik şeirlər yazır. Bu səfəri onun bolşeviklərin diqqət mərkəzində olmasına səbəb yaradır. İlkin ittihamlarda onun Berlində keçmiş müsavatçılarla görüş keçirməsi barədə donoslar olur. Sonradan Hüseyn Cavidin İranda hüquqları pozulan azərbaycanlılara aid yazdığı dəstək şeirləri sovet kəşfiyyatını narahat etməyə başlayır… Artıq 1936-cı ildə həbs olunacağı barədə xəbərlər ona çatmağa başlayır. O, Mircəfər Bağırova xəstə olması və heç bir günahının olmadığı barədə məktub yazır. Lakin…. onu digər ziyalılar kimi həbs edirlər.

Hüseyn Cavid NKVD təcridxanasında 39-cu kamerada saxlanılırdı. Cavidin istintaq prosesi iki il bir ay çəkir.

Nəhayət, 1939-cu il iyunun 9-da keçirilmiş müşavirədə Hüseyn Cavid antisovet təşkilatda iştirak etdiyinə, həmçinin Türkiyənin casusu, müsavatçı-pantürkist ittihamları ilə səkkiz il müddətinə azadlıqdan məhrum edilir. İttiham sənədində yazılırdı: "1892-ci ildə (əslində şair 1882-ci ildə dünyaya gəlib) anadan olmuş, azərbaycanlı, bitərəf, Azərbaycan SSR vətəndaşı, 1918-ci ildən "Müsavat” partiyasının üzvü, ali təhsilini Türkiyədə almış Hüseyn Cavid haqqında arayış. Şair, müsavat ədəbiyyatının təbliğçisi olan H.Cavid "Yaşıl qələmlər”in üzvü, teatr texnikumunda müəllimdir. Hazırda Azərbaycan SSR XDİK-nın IV şöbəsinə məlumdur ki, Hüseyn Cavid müsavatçılarla əksinqilabi əlaqələr yaradır, onlarla milli söhbətlər aparır. H.Cavid gənc şairləri ətrafına toplayıb, onları müsavat yönümdə hazırlayır”.

Hüseyn Cavidin son günlərini keçirdiyi islah əmək düşərgəsinin rəhbərləri Şemmel və Çıvayan soyadlı NKVD kapitanları idi. Bu ermənilər hər gün onu təhqir edir, alçaldır, ən dözülməz tapşırıq verirdilər. Hüseyn Cavidin qışın günü qarın içində saxlayan erməni zabitlər bəzən gecə belə onu çağırıb, qarın içində ayaqyalın gəlməsi tapşırığın verirdilər. Məhz bu cür təzyiqlərə görə Hüseyn Cavid sepsisdən – iki ayağının pəncəsinin donması və ürək iflicindən 1941-ci il dekabrın 5-də, gecə saat 22:30-da Sibirdə dünyasını dəyişdi.

Azərbaycanda Hüseyn Cavidin ölümü haqqında qeydiyyat 1948-ci il martın 31-də aparılıb, ölüm şəhadətnaməsi isə 1948-ci il mayın 4-də ailəsinə verilib. Ölüm tarixi dəqiq göstərilsə də, vafat etdiyi yer bildirilməyib. Şairin dəfnində Məhbus Əlillər Evində olan dustaq azərbaycanlılar iştirak edib. Onlar Cavidi üzü qibləyə, Şevçenko kəndinindəki məzarlıqda dəfn ediblər.

"carciTV"


Oxunub: 888






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim