Rusiyaya növbəti zərbə Gürcüstandan gəldi - Putin hansı addımı atacaq?
CANLI TV / 01.04.2022 22:18
Rusiyaya növbəti zərbə Gürcüstandan gəldi - Putin hansı addımı
atacaq?
Ukraynayla müharibənin ilk günlərindən bu günə qədər Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən Gürcüstan artıq bütün sanksiyalara qoşulacağını bildirib.
Belə ki, Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, Gürcüstan Rusiya Federasiyasına qarşı tətbiq edilən bütün beynəlxalq maliyyə sanksiyalarına qoşulur.
Bəs Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, eyni zamanda Qondarma Cənubi Osetiya Respublikası Rusiyanın tərkibinə daxil olmaq üçün referenduma hazırlaşdığını bildirdiyi bir vaxtda Gürcüstan Rusiyaya qarşı sanksiya tətbiq edərsə, bu, ümumi vəziyyətə necə təsir edəcək? Qafqazda yeni müharibə başlaya bilərmi?
Politoloq Zərdüşt Əlizadə bildirib ki, Gürcüstan Rusiyaya sanksiya tətbiq etsə, bu Gürcüstan üçün böyük təhlükə ola bilər:
"Gürcüstanın Rusiyaya sanksiyalar tətbiq etməsi Rusiyaya hər hansı ziyan
verməz. Gürcüstan balaca, zəif ölkədir. Onun sanksiyaları, hərəkətləri Rusiya
üçün əhəmiyyətsizdir. Gürcüstan sanksiya tətbiq etsə, Rusiya Gürcüstan üçün
böyük təhlükə ola bilər”.
Politoloq həmçinin qeyd edib ki, bu məsələlərin kökündə Rusiyanın imperialist maraqları durur və Putin hakimiyyətdən getdikdən sonra bütün məsələlər həllini tapacaq:
"Bütün bu qanunsuz hərəkətlərin, referendumların, işğalların hamısının əhəmiyyəti bir halda itəcək – Putin hakimiyyətdən getdikdən sonra. Bundan sonra Osetiya da, Abxaziya da quzu balası kimi Gürcüstana, Kreml, Donetsk, Luqanst isə Ukraynaya qayıdacaq. Bunlar hamısı Putinin imperialist siyasəti nəticəsindədir. Bundan sonra ola bilər ki, Rusiyada ədalətli, saf seçkilər də keçirilsin. Rusiya böyük xalqdır və böyük dövlətdir, ola bilər ki, hakimiyyətə ağıllı vətənpərvər insanlar gəlsin. Yəni hər şey Putindən asılıdır. Putin hakimiyyətdə olduğu müddətdə isə təhlükə davam edəcək”.
Politoloq Tural İsmayılov da məsələyə münasibət bildirib. O, qeyd edib ki, Gürcüstan istəməsə belə, Rusiya əleyhinə sanksiyalara qoşulmaq məcburiyyətində qalıb:
"İlk günlərdə Gürcüstanın Rusiya ilə bağlı sanksiyalara qoşulmamaqla bağlı qərar böyük etiraza səbəb olmuşdu. Nəzərə almaq lazımdır ki, hətta Ukrayna məsləhətləşmələr üçün Gürcüstandakı səfirini geri çağırmışdı və bu, Gürcüstan-Ukrayna münasibətlərinin zədələnməsinə səbəb olmuşdu. Çünki "Maydan hərəkatı”nı qızışdıran Qərb imperializmi daha əvvəl 2008-ci ildə Gürcüstanda eyni ssenarini həyata keçirə bilmişdi. Bu, hər iki ölkədəki vəziyyəti qəlizləşdirən sistemin içərisində mübarizəyə səbəb olmuşdu. Yəqin ki, beynəlxalq fondlar tərəfindən də yaxşı qarşılanmamışdı.
Əslində Gürcüstanın
ilk dövrlərdə atdığı addım geopolitik situasiyanı düzgün dəyərləndirməyin
göstəricisi idi. Məhz geopolitik situasiyanı Gürcüstan düzgün dəyərləndirdiyi
üçün Rusiyaya qarşı sanksiyalara qoşulmamışdı. Lakin Qərbdəki beyin mərkəzləri
və siyasi institutlar tərəfindən özəlliklə Ukraynanın Gürcüstana etirazından
sonra Gürcüstanın qarşısında ola bilsin ki, hansısa tələb qoyulub. Gücüstanla
münasibətlərin gələcəkdə zədələnməsi ilə bağlı siqnal verilib. Gürcüstan da heç
bir formada hazırki dövrdə Qərblə münasibətlərini zədələmək istəmir. Bu
baxımdan mən düşünürəm ki, hətta istəməsə belə, Gürcüstan Rusiya əleyhinə
sanksiyalara qoşulmaq məcburiyyətində qalıb”.
Politoloq həmçinin qeyd edib ki, Gürcüstan-Rusiya münasibətləri bundan sonra daha da gərgin vəziyyətə keçə bilər:
"Bu sanksiyaların
Gürcüstan üçün heç bir müsbət nəticəsi yoxdur. Ümumilikdə, regiondakı
münasibətlərin normallaşması üçün Azərbaycan və Türkiyə prezidentləri
tərəfindən "3+3” platforması irəli sürülüb ki, bu platformada Gürcüstan da
təmsil olunmaqla Rusiya ilə münasibətlərini normallaşdıra bilərdi. Eyni zamanda
Gürcüstanda olan separatçılıq meylləri də bəlkə də bu danışıqlar fonunda
gələcəkdə daha da yaxşılaşa bilərdi. Bu baxımdan indiki situasiyada, özəlliklə
Osetiya və Abxaziyadakı separatizm nöqteyi-nəzərindən Gürcüstanın bu addımının
təhlükəli olduğunu düşünürəm. Bütövlükdə isə, Rusiya-Ukrayna gərginliyi fonunda
Gürcüstan-Rusiya münasibətləri də gərgin vəziyyətdən daha da gərgin vəziyyətə
keçə bilər ki, bu da istənilən halda Osetiya və Abxaziyadakı separatçılığın
kökünü tez bir zamanda kəsmək perspektivlərini də aradan qaldırmış ola bilər”.
Oxunub: 174
08.06.2026
13:12 Bahar Muradova: "Uşaqları qoruya bilməyən platforma uyğun mühit deyil"
13:11 Bakının mərkəzi küşələrindən birində genişmiqyaslı layihənin icrasına başlanılır - FOTO
12:55 SON DƏQİQƏ! Milli Məclis yeni qərar qəbul etdi:12 ay sonra qüvvəyə minəcək
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
12:36 Hansı sosial şəbəkə uşaqlar üçün daha TƏHLÜKƏLİDİR? - Komitə sədrindən MÜHÜM ÇAĞIRIŞ
12:29 Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu
12:19 Nazir müavini: "Məktəblərdə "TikTok"a çıxış bloklanıb"
12:15 İsrail İrana qarşı genişmiqyaslı hücumları yekunlaşdırdı? - AÇIQLAMA
11:45 Ermənistanda siyasi qüvvələrin parlamentdəki yerləri bəlli oldu
11:12 Altıağac-Xızı yolunda TƏHLÜKƏ: "Yol tamamilə dağılıb" - VİDEO
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim