reklam
USD
8 ℃
EUR
BAKI

Faşizm üzərində qələbədə Azərbaycanın kimyaçı alimlərinin xidmətləri danılmazdır

XƏBƏR / 09.05.2022 12:56

Faşizm üzərində qələbədə Azərbaycanın kimyaçı alimlərinin xidmətləri danılmazdır

 

İkinci Dünya müharibəsində Azərbaycan övladları şərəfli döyüş yolu keçiblər. Amma unutmaq olmaz ki, azərbaycanlılar, həmçinin arxa cəbhədə var gücləri ilə çalışıblar. Onlar müharibəyə elmi kəşfləri ilə də qoşulmuşdular.

"carciTV"Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayevin azərbaycanlı alimlərin elmi kəşfləri ilə cəbhəyə verdikləri töhfələrindən bəhs edən yazısını təqdim edir.

İkinci Dünya müharibəsində qələbənin qazanılmasında digər ölkələrə nisbətən AZƏRBAYCAN adı həm də ona görə böyük hərflərlə yazılır ki, Qələbəyə xüsusən Bakı neftinin töhfəsi əvəzsiz olub. Bu qanlı-qadalı müharibə illərində Sovet İttifaqı respublikalarında müasir texnologiyanın olmadığı, min bir fiziki əziyyət, zəhmətlə çıxarılan neftin 70, aviasiya benzininin və yüksək keyfiyyətli sürtkü yağlarının isə 85-90 faizi Azərbaycanın payına düşürdü. Sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Məhz Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını yaxşı başa düşən Adolf Hitlerin tapşırığı ilə Almaniyanın I tank ordusu 1942-ci ilin sentyabr ayının 25-də Bakını zəbt etməli idi. Hitler Qafqaza hücuma başlayanda feldmarşal Manşteynə deyib ki, əgər biz Bakı neftini ələ keçirməsək müharibəni uduzacağıq. Bəs, Azərbaycan nefti olmasaydı nə baş verəcəkdi? Bax əsas məsələ budur, mənə görə qalanı təfərrüat. Fikrimcə, neftimiz olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatlar ölkəmizə də fəlakətlər gətirəcəkdi – yurdumuzun viran olacağı, insanların sürgün ediləcəyi, gələcəkdə ən azı ittifaq respublikası kimi yaşamaq şansını tam itirəcəyi qaçılmaz olacaqdı.

Bir gənc kimya elmləri doktoru kimi mənim anlamımda bu qələbənin əldə olunmasında Azərbaycanın əhəmiyyəti bir də ondan ibarətdir ki, Azərbaycan təkcə neft ölkəsi olmaqla deyil, bu nefti səmərəli məqsədlərə yönəldən dünyaşöhrətli kimyaçı alimlərimizin o illərdəki tədqiqatları və kəşfləri ilə öz sözünü demişdir. Bəli, məhz o zaman Azərbaycan alimləri tərəfindən yüksəkkeyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edildi və cəbhəyə yönəldildi.

Düzdür, 1941-1945-ci illərdə qazanılmış qələbədə üç həlledici amilin biri Azərbaycan nefti hesab olunur. Lakin ən azı neft və onun aid olduğu sahədə böyük elmi tədqiqatlar aparıb müharibənin taleyini həll edən görkəmli kimyaçı akademik Yusif Məmmədəliyev və onun aspirantı akademik Əli Quliyevin adları xüsusi qeyd olunmalıdır.

Azərbaycanın belə böyük dəyərə sahib olan kimyaçı alimləri o dövrdə neft kimyası və neft emalının vacib proseslərindən olan alkilləşmə sahəsində misilsiz nailiyyətlər əldə edib və yeni kəşflərə imza atıblar. Nəticədə onların üsulu ilə yüksək çıxımla alınan və strateji əhəmiyyətli məhsullar olan alkilaromatik birləşmələr cəbhənin məqsədləri üçün geniş istifadə olunub, həmçinin "Molotov kokteyli” yeni tərkibdə işlənib-hazırlanıb. Top mərmilərinin və minaların hazırlanmasında ən çox istifadə olunan trinitrotoluol (trotil) partlayıcı maddəsinin əsas komponenti olan toluolun yüksək çıxımla alınması, təyyarələrin yüksək uçuşunu təmin edə bilən yüksək oktanlı və çox aşağı donma temperaturuna malik yanacaqların hazırlanması akademik Yusif Məmmədəliyevin adı ilə birbaşa bağlıdır. Alimin elmi ixtiralarına əsasən 1941-1944-cü illərdə Bakı neftayıranları cəbhəyə milyon tonlarla yüksək keyfiyyətli benzin veriblər. Onun Azərbaycan nefti əsasında aldığı yüksəkkeyfiyyətli, oktan ədədi 120-yə bərabər olan, aşağı donma temperaturuna malik bu qiymətli yanacaq İkinci Dünya müharibəsində aviasiya yanacağı kimi də istifadə olunaraq qələbəyə birbaşa töhfə verib. Y.Məmmədəliyev bu kəşfinə görə bir çox təltiflərə, o cümlədən Dövlət Mükafatına layiq görülüb. Halbuki çətin şərtlər daxilində ard-arda sıralanan bu nailiyyətlərin hər biri Nobel mükafatına layiq görülməsini diktə edirdi. Amma bütün bunlara baxmayaraq, Yusif Məmmədəliyev XX əsrdə alim üçün elmi nailiyyətin ən yüksək pilləsi olan Nobel mükafatına layiq ola bilmədi. O, əslində mükafatın astanasında idi. Yalnız hər dönəmdə, sahədə Azərbaycan millətinin başına açılmayan kələf olan erməni məkrliyi yenə də Azərbaycan elminin bəlkə də tarixi boyunca əldə edəcəyi ən böyük uğurun üstündən xətt çəkdi. Halbuki akademik Y.Məmmədəliyevin bu sahədə kəşfləri nəinki səmaları, hətta kosmosu fəth etməyə imkan verib. Söhbət "Y.Məmmədəliyev metodu” ilə alınan yüksəkkeyfiyyətli raket yanacaqlarından Yerin ilk süni peykinin buraxılması və insanın kosmosa uçuşunda istifadə edilməsindən gedir.

İkinci Dünya müharibəsinin taleyinin həll olunmasında Aşqarlar Kimyası İnstitutunun əsasını qoyan və adını daşıyan akademik Əli Quliyevin də rolu danılmazdır. Yeri gəlmişkən bildirək ki, görkəmli alimin bu il anadan olmasının 110 ili tamam olur. Bu münasibətlə mayın 30-31-də adını daşıdığı AMEA Aşqarlar Kimyası İnstitutunda respublika elmi konfransının keçirilməsi nəzərdə tutulur. Tarixi faktlar sübut edir ki, o, öz müəllimi akademik Yusif Məmmədəliyevlə birlikdə yüksəkkeyfiyyətli aviasiya yanacağı sayılan alkilbenzin alınması prosesinin tədqiqində, konkret olaraq sulfat turşusunun iştirakı ilə təbii qaz benzinin baş fraksiyasının alkilləşməsi prosesinin işlənib-hazırlanması ilə məşğul olub. Müharibə başlayanda isə Əli Quliyev laboratoriyanın əsas işi olan aviasiya benzinlərinin tədqiqindən kənarlaşdırılıb. Bu da başa düşülən idi. Təbii ki, müharibənin tələbatı bir neft, aviasiya yanacağına deyildi. O illərin dillərə dastan olan "Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı da bunu təsdiq edir. Gənc tədqiqatçıya da məhz cəbhə üçün tank əleyhinə yandırıcı butulkaların istehsalında elmi yeniliklər etmək və indiyə qədər mövcud olanların təsir imkanlarının artırılması kimi daha bir məsul iş tapşırılır. Bu hərbi sifarişlər üzərində məhz onun rəhbərliyi altında bir sıra əməkdaşlar işləyirdi. Hətta laboratoriyanın aspirantları gecə-gündüz bilmədən bu işə qoşulmuşdular.

Əli Quliyevin müharibə illərindəki ən diqqətçəkən nailiyyətlərindən biri, heç şübhəsiz, tank əleyhinə butulkalar üçün ("Molotov kokteyli”) yeni növ alışdırıcı qarışığın yaradılması olub. Bu ixtiranın mahiyyəti ondan ibarət idi ki, şüşəüfürücü ustaların əvvəlcədən isidərək yan tərəfdən içəri basılmış hala salınan adi şüşə butulka benzin ilə doldurulurdu. Şiddətlənmək üçün isə rezin bağ vasitəsilə içinə güclü oksidləşdirici – xromillə dolu şüşə ampula bərkidilirdi. Düşmən tankına atılan zaman şüşə və butulka sınır, benzin və xromilin qarışması nəticəsində dəhşətli yanğın əmələ gəlir, tankı və onun heyətini bir andaca yandırırdı. Təxmini hesablamalara görə, Əli Quliyev tərəfindən hazırlanmış alışdırıcı qarışıqdan hər il cəbhəyə yüz minlərlə butulka göndərilirdi. Bu yüngül və rahat silah orduda hərbçilərimiz tərəfindən də sevilib və müharibənin bütün döyüş cəbhələrində geniş istifadə olunub. Bu haqda bir çox görkəmli sovet hərbi komandirlərinin xatirələrində minnətdarlıqla qeyd olunub.

Hərbi sahənin tələb etdiyi işlərdən biri də əl qumbaralarının yaradılması olub. Cəbhəyə göndərilməzdən əvvəl onların üzərində texniki yoxlama aparılırmış. Sınaqlardan biri bədbəxtliyə səbəb olur – qumbara Əli Quliyevin əlində partlayır. O sağ əlini itirir, gözləri yanır, bir çox orqanları ciddi zədə alır. Uzunmüddətli müalicədən sonra görmə qabiliyyəti bərpa olunsa da, itirdiyi əli İkinci Dünya müharibəsini ona və ətrafındakılara heç vaxt unutdurmayacaq acı xatirəyə dönür. Belə fiziki və mənəvi zərbəyə baxmayaraq, bu iradəli insan əvvəlki işinə qayıdır və daha çox çalışır, əmək sərf edir və yeni-yeni elmi uğurlara imza atır. Onun haqqında kimyaçı alim Rəsul Əhmədovun yazdığı kitabda diqqəti cəlb edən maraqlı daha bir faktda deyilir ki, akademik Əli Quliyev həm sol əli ilə işləyir, əvvəllər ona uzadılan sağ əli sol əli ilə sıxırmış. Amma bu hadisədən xəbərdar olanlar isə salamlaşarkən ona sol əllərini uzadırlar.

Əli Quliyevin başçılıq etdiyi qrupda partlayıcı və alışdırıcı maddələr hazırlamaqdan əlavə dərman vasitələri – streptotsid, urotropin, saxarin və əsasında alkilaromatik sulfoturşu duzlarının olduğu yuyucu maddələr də hazırlanıb.

Qeyd etdiklərimizi ümumiləşdirsək deyə bilərik ki, İkinci Dünya müharibəsində Azərbaycan neftinin və görkəmli alimlərimizin xidmətləri danılmazdır. Bu müharibədə Azərbaycan neftinin və görkəmli alimlərimizin xidmətindən tez-tez yazılsa, danışılsa təqdirəlayiq olar.



Oxunub: 202






SON XƏBƏRLƏR

2025-01-04

01:15 Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

Product image

2024-12-30

02:11 Milli Məclisin 2024-cü il payız sessiyası başa çatıb

Product image

02:06 Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım edib

Product image

01:48 Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib VİDEO

Product image

01:40 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib YENİLƏNİB VİDEO

Product image

2024-12-28

14:02 Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub

Product image

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim