reklam
USD
16 ℃
EUR
BAKI

Moskvada 27 Sentyabr - Anım Günü tədbiri təşkil olunub

CANLI TV / 28.09.2022 03:05

Moskvada 27 Sentyabr - Anım Günü tədbiri keçirilib


AZƏRTAC xəbər verir ki, günün birinci yarısında səfirliyin əməkdaşları Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Səfirliyin Qonaq evində müharibə dövründə düşmən tərəfindən raket zərbələrinə məruz qalmış şəhər və qəsəbələrimizdəki dağıntıları əks etdirən fotosərgi təşkil edilib və Vətən müharibəsi şəhidlərinə həsr olunmuş videoçarx nümayiş olunub.

Anım mərasimində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları, Rusiya ictimaiyyətinin nümayəndələri, o cümlədən Həştərxan vilayəti Dumasının deputatı Oleq Şein iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Polad Bülbüloğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, sentyabrın 27-in Anım Günü kimi qeyd edildiyini, bu gün İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin yad edildiyini diqqətə çatdırıb. Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Səfir 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının və dövlətçiliyinin tarixində xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək, Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycanın 20 faizdən çox ərazisini, o cümlədən Qarabağı işğal altında saxladığını xatırladıb.

P.Bülbüloğlu qeyd edib ki, dövlətimizin başçısı dəfələrlə ən yüksək tribunalardan çıxış edərək Azərbaycan xalqının münaqişəni sülh yolu ilə həll etmək istədiyini, əks halda öz torpaqlarını güc yolu ilə azad etmək hüququndan istifadə etməyə hazır olduğunu bildirmiş, BMT Nizamnaməsində hər bir ölkənin özünü müdafiə hüququnu əks etdirən xüsusi bəndin olduğunu diqqətə çatdırıb. Azərbaycanın münaqişəni danışıqlar yolu ilə həll etməyə hazır olduğunu, lakin bu məsələ həllini tapmayacağı təqdirdə, gücdən istifadə edəcəyini bildirdiyini xatırladan P.Bülbüloğlu Prezident, Ali Baş Komandan İlham Əliyevin atası, ümummilli lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək möhkəm iradəsi sayəsində torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb. Ermənistanın növbəti təxribatına cavab olaraq həyata keçirilən əks-hücum əməliyyatı nəticəsində Azərbaycan Ordusu möhtəşəm qələbə qazanıb və Qarabağ bu gün azaddır.

Səfir qeyd edib ki, məğlub olduğunu görən çarəsiz düşmən gecə vaxtı qadağan olunmuş silahlarla Azərbaycanın dinc şəhərlərini bombalayıb və nəticədə 100-ə yaxın Azərbaycan vətəndaşı həlak olub, 400-dən çox insan yaralanıb. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

Ağdamda olan xarici jurnalistlərin şəhəri "Qafqaz Xirosiması”na bənzətdiklərini bildirən səfir şəhərlərimizin, kəndlərimizin dağıdıldığını və XXI əsrdə belə vandallıq aktının törədilməsinin dəhşətli olduğunu diqqətə çatdıraraq, dünyanın işğal olunmuş ərazilərimizdə törədilən bu vəhşiliyə göz yumduğunun təəccüb doğurduğunu qeyd edib.

Yeganə təsəllinin azad edilmiş ərazilərimizdə həyata keçirilən sürətli bərpa işləri olduğunu vurğulayan P.Bülbüloğlu 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanının tikildiyini, ilin sonunadək Zəngilanda da Hava Limanının tikintisinin başa çatdırılacağını, 9 ay ərzində Şuşaya "Zəfər yolu”nun çəkildiyini, hazırda körpü, tunelləri olan yeni möhtəşəm yolun salındığını, beləliklə, şəhərə yolun daha da qısalacağını diqqətə çatdırıb.

Səfir, həmçinin Azərbaycanın musiqi beşiyi sayılan Şuşada, demək olar ki, hər gün beynəlxalq tədbirlərin keçirildiyini vurğulayıb.

P.Bülbüloğlu vaxtilə ümummilli lider Heydər Əliyevin erməni əsirliyindən azad edə bildiyi Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün büstlərini Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Şuşaya ilk səfərində birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birgə "öz Vətəninə” qaytararaq, onların açılışını etdiyinə görə təşəkkürünü bildirib. Səfir xatırladıb ki, bu abidələri illər öncə Bakıya gətirəndə ulu öndər Heydər Əliyev bir vaxt onların yenidən Şuşaya qaytarılacağına əmin idi. Prezident İlham Əliyev atası Heydər Əliyevin və bütün Azərbaycan xalqının arzusunu gerçəkləşdirdi.

Səfir Şuşada Bülbülün bərpa olunmuş ev-muzeyinin şəhərin qonaqları tərəfindən ziyarət edildiyini, orada artıq bir neçə musiqi tədbirlərinin keçirildiyini diqqətə çatdırıb.

Sentyabr ayının əvvəlində Azərbaycan xalqının yenə şəhid verdiyini və gənc övladlarımızı itirdiyimizi təəssüflə qeyd edən səfir xalqın, dövlətin ədalətsizlik qarşısında özünü müdafiə etməsinin vacibliyini vurğulayıb.

P.Bülbüloğlu onu da qeyd edib ki, bizim vəzifəmiz şəhidlərimizi, onların keçdikləri həyat yolunu, ailələrini heç vaxt unutmamaqdır. Məktəblərə, küçələrə şəhidlərimizin adlarının verildiyini bildirən səfir Azərbaycan xalqının heç vaxt qəhrəmanlarını unutmayacağına və onların xatirəsinin əbədiləşdiriləcəyinə əminliyini ifadə edib.

O çıxışını "Qarabağ Azərbaycandır və Qarabağ hər zaman Azərbaycanın olaraq qalacaq!” fikri ilə yekunlaşdırıb.

Daha sonra Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) məsul katibi Ceyhun Hüseynov çıxış edərək, 44 günlük müharibənin qəlblərimizdə, talelərimizdə və yaddaşlarımızda dərin iz qoyduğunu, savaş ərzində harada yaşamalarından və hansı peşə sahibi olmalarından asılı olmayaraq, bütün azərbaycanlıların vahid məqsədə nail olmaq üçün Ali Baş Komandanımızın ətrafında möhkəm birləşdiklərini xatırladıb. O, tarixi ədaləti bərpa, işğal altında olan torpaqlarımızı azad etmək, 1 milyona yaxın azərbaycanlının yenidən azad olunmuş torpaqlarımızda yaşaması və yaratması naminə 3000-ə yaxın qəhrəman Vətən övladlarının şəhid olduğunu qeyd edib. C.Hüseynov vurğulayıb ki, gənc nəslin əsas vəzifələrindən biri bütün şəhidlərimizin xatirəsini daim yad etmək, onların ailələrinə, eləcə də qazilərimizə qayğı göstərmək olmalıdır. Gənclər dövlətimizin ərazi bütövlüyü və suverenliyinin qorunması üçün əllərindən gələni etməlidirlər.

Sonra RAGB-nin rəhbəri Leyla xanım Əliyevanın müəllifi olduğu və əsgərlərə həsr etdiyi şeir Abbasqulu Həsənovun ifasında səsləndirilib, Fatimə Qəhrəmanlı özünün Şuşaya həsr olunmuş şeirini oxuyub.

Tədbirdə gənc azərbaycanlı violonçelist İbrahim Nağıyev və rusiyalı skripkaçı Sofiya Fedotovanın ifalarında musiqilər səsləndirilib.

Sonda Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə ehsan verilib.


Oxunub: 192






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim