reklam
USD
16 ℃
EUR
BAKI

Zəngəzur dəhlizi - Araz çayı boyunca Ağbənddən Ordubada

XƏBƏR / 16.10.2022 23:31

Zəngəzur dəhlizi - Araz çayı boyunca Ağbənddən Ordubada


    Vətən müharibəsi nəticəsi olaraq Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat iki dövlətin tarixində postmünaqişə dövrünə yol açdı. Sülh prosesinin başlıca istiqamətlərindən biri regionda nəqliyyat kommunikasiyalarının açılmasıdır və bu məsələ hələ də həllini tapmayıb. Laçın dəhlizi ilə bağlı heç vaxt ciddi ziddiyyətlər yaranmasa və Laçın rayon mərkəzi yaxınlığından keçən yeni yolun istismarı vaxtından əvvəl baş tutsa da (suriyalı və livanlı köçkünlərin itirdikləri "doğma vətənləri Berdzor”la bağlı Ermənistandaxili isteriya nəzərə alınmazsa), əslində, üçtərəfli Bəyanatın Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikasının qərb rayonları arasında nəqliyyat yollarının bərpasını nəzərdə tutan 9-cu maddəsi əvvəlki kimi bəzi mübahisələr yaradır və bu məsələ açıq qalır.
     Aydındır ki, müharibədən dərhal sonra və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan müddəaların praktiki icrası məqsədilə Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri və Rusiya Federasiyası hökuməti sədrinin müavininin həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılıb. Yolların açılması mövzusu Azərbaycan və Ermənistanın dövlət başçıları arasında müxtəlif vasitəçilərin iştirakı ilə aparılan birbaşa danışıqlarda da əsas müzakirə mövzusudur. Qeyd etmək yerinə düşər ki, bütün bu görüşlər qapalı keçib və keçirilir, bu səbəbdən də ekspert cəmiyyəti danışıqların bilavasitə iştirakçılarının ictimaiyyətlə bölüşməyi lazım bildikləri yalnız həmin məhdudlaşdırılmış informasiya əsasında təhlil apara və model yarada bilirlər.
   Bununla əlaqədar qeyd etmək vacibdir ki, danışıqlar prosesinin iki ilə yaxın dövrü ərzində Azərbaycan tərəfinin bağlı qapılar arxasından sızıb keçən məlumatı öz həcminə görə çox az olsa da, bir dəfə də olsun bir-birinə zidd olmayıb. Daha gec daxil olan məlumat ondan əvvəlki ilə ziddiyyət təşkil etməyib, onu təkzib etməyib. Bunu yadda saxlamaq çox mühümdür, çünki bunu anlamaq o faktı izah edir ki, niyə ekspert cəmiyyətlərində müzakirələr bağlı qapılar arxasında danışıqlar masasına başçılıq edən kontentlə heç də həmişə üst-üstə düşməyən müxtəlif istiqamətlərdə gedə bilirdi. Məhz bunun başa düşülməsi bir çox sualları kənarlaşdırır. Yadda saxlamaq lazımdır ki, ilk gündən bütün söhbətlər eyni və ardıcıl məcrada gedirdi və hər halda Azərbaycan tərəfinin əvvəlki mövqelərdən uzaqlaşma kimi heç bir niyyəti yox idi. Əvvəldən bizim bir məqsədimiz olub və biz əminliklə ona doğru gedirik.
    Eyni zamanda, erməni tərəfi danışıqlarda özünün geri çəkilməsini və uğursuzluğunu gizlətməkdən ötrü tez-tez cəmiyyətə heç vaxt müzakirə predmeti olmayan mövzular təqdim edirdi. Sonra isə birdən-birə camaat qarşısında onları təkzib edir və hər şeyi elə şəkildə təqdim edir ki, guya o, hansısa "mövqe”ləri qorumağa müvəffəq olub, o mövqeləri ki, onlara heç toxunulmayıb da. Erməni tərəfi çoxdanışan idi, lakin bədbəxtlik də ondadır ki, o, danışıqlar masası arxasında dediklərindən danışmırdı. Həddən artıq məlumat çatışmazlığı şəraitində ekspert cəmiyyətinin danışıqların gedişi barədə heç də həmişə real mövzunu tamamilə əks etdirən təsəvvürü yaranmır və erməni tərəfi bundan istifadə edirdi.
    Bunu anlamaq üçün biz sadə, lakin olduqca səciyyəvi misal çəkəcəyik. İki ilə yaxın müddət ərzində danışıqlarda iştirak edən Azərbaycan rəhbərliyi "eksterritoriallıq” sözünü dilə gətirmədi. Əgər Prezidentin, onun köməkçisinin, hökumət üzvlərinin və başqa rəsmi şəxslərin bütün çıxışları nəzərdən keçirilsə, bu sözü tapmaq mümkün deyil. Onların çıxışlarının heç birində Ermənistandan öz yolları üzərində onun suverenliyinin dərəcəsini azaltmaq kimi eyhamı gözlədiklərinə rast gəlmək mümkün deyil. Bakı belə tələbləri heç vaxt irəli sürməyib. Ermənistanın hakimiyyətpərəst mənbələri, bəzi hallarda şəxsən baş nazir Paşinyan da dəfələrlə bəyan ediblər ki, guya onların ölkəsi nəsə bir "eksterritoriallığı” nəzərdə tutan hansısa bədnam "dəhliz məntiqi”nə heç vaxt razı olmayacaq, eyni zamanda, bu əsasda danışıqlar, ümumiyyətlə, heç vaxt aparılmayıb. Onlar belə açıq bəyanatlarla o niyyətlə çıxış ediblər ki, sonradan cəmiyyətə suverenliyin qorunub saxlanmasını öz "qələbə”ləri kimi təqdim etsinlər və aşağıda xatırladacağımız ən əsas əngəldən diqqəti yayındırsınlar.
    Erməni tərəfi ilk gündən "dəhliz” sözündən yapışıb və bu sözə özünün "erməni” anlamını əlavə edib. Erməni tərəfi təkcə öz cəmiyyətini deyil, həm də qeyri-erməni olmayan ekspertləri tamamilə yalan stereotipə yoluxdurub ki, guya dəhliz "keçid həyəti” və "suverenlikdən imtina” deməkdir. O, bu sözə öz fikrini əlavə etməklə, Laçın yolunda qüvvədə olan (hələ ki), məlum olduğu kimi, dəhliz adlandırılan rejimdən çıxış edirdi. İndi ona elə gəlir ki, əgər bu yolu "Laçın dəhlizi” adlandırırlarsa, o halda yerdə qalan bütün dəhlizlər məhz bu cür olmalıdır. Madam ki, üçtərəfli Bəyanatın 9-cu maddəsində, eyni zamanda, Laçın hissəsi üzrə adıçəkilən "dəhliz” sözü yoxdursa, deməli, rejimlər "müxtəlif” olmalıdır.  Azərbaycan Prezidenti bu stereotipi ötən ilin dekabrında, NATO-nun mənzil-qərargahında mətbuat qarşısında çıxışı zamanı "Azadlıq Radiosu”nun müxbirinin sualına özünün yığcam cavabı ilə aradan qaldırdı, ilk dəfə o vaxt hər iki yolun necə adlandırılmasından asılı olmayaraq, bu yollarda rejimin şəffaflığı barədə bəyan etdi. Bununla belə, onu da yadda saxlamaq lazımdır ki, o vaxt Prezidentin dediyi kimi, bu iki imkandan hər biri, - istər gömrüklü, istər gömrüksüz olsun, - bizim ölkəni qane edir.
     Beləliklə, Prezident bir ifadəsi ilə bütün dünyaya və bizə, ekspert ictimaiyyətinə başa saldı ki, heç bir "dəhliz məntiqi” mövcud deyil və bir halda "dəhliz” sözü varsa, digər halda yoxdursa, bu, prinsipcə əhəmiyyət kəsb etmir. Mahiyyət terminologiyada deyil, hər iki yolda/dəhlizdə rejimlərin identikliyini nəzərdə tutan məzmundadır. Əgər Prezident o vaxt bu suala aydınlıq gətirməsəydi, Paşinyanın komandası ehtimal ki, cəmiyyəti "dəhliz” və "eksterritoriallıq” terminləri ətrafında abstrakt mühakimələrlə axmaq yerinə qoymaqda davam edərdi.
     Lakin o, bunu bu gün də etməyə çalışır, özü də tamamilə qeyri-səmimi. Çünki o, MDB məkanında beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən TRASEKA marşrutunun, Şimal-Cənub dəhlizi və digərlərinin necə işlədiyini çox yaxşı bilir. Onların hamısı nəqliyyat dəhlizləridir. Lakin onların hansında hələ ki, Laçın yolunda olan rejim fəaliyyət göstərir? Ermənistan rəhbərliyinə çox yaxşı məlumdur ki, nəqliyyat dəhlizi – daşınmanın təşviqində xərcləri və daşınma müddətini azaltmaqdan ötrü razılaşdırılmış nəqliyyat, gömrük və digər siyasət aparan bir neçə ölkənin ərazisindən keçən kommunikasiya marşrutudur. Bununla yanaşı, bu ölkələrin suverenliyi məhdudlaşdırılmır və tapdalanmır. Təbii ki, MDB-yə üzv dövlətlərin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin razılaşdırılmış inkişafı haqqında Sazişin, digər analoji çoxtərəfli və ikitərəfli sənədlərin iştirakçısı kimi Ermənistana da belə nəqliyyat dəhlizi anlamı yaxşı tanışdır. Cəmiyyətə bağlı qapılar arxasında müzakirə olunmayan mövzular ötürən, daha sonra daxili auditoriyasına özünün "qələbəsi” kimi aşkar məlumatlar satan Ermənistan rəhbərliyinin qeyri-səmimiliyinin əsas mətləbi də məhz bundadır.
   Bədnam "eksterritoriallıq”la belədir. Üçtərəfli İşçi qrupu çərçivəsində dəfələrlə izah edilib ki, nəqliyyat dəhlizi eksterritoriallıq prinsipinin tətbiqini nəzərdə tutmur. Lakin Ermənistan rəhbərliyi ictimaiyyətə dəfələrlə bəyan edib ki, o, "buna qarşıdır”. Nəyə qarşıdır? Müzakirə olunmayan hansısa məsələyə? Məlumdur ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonları arasında nəqliyyat yollarına nəzarəti RF Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti orqanları icra edəcəklər. Həmin o RF FTX ki, hələ 1992-ci ildə müvafiq ikitərəfli sazişə əsasən analoji funksiyanı yerinə yetirməkdən ötrü Yerevana göndərilmişdi. Məgər o vaxt Ermənistanda kimsə suverenliyin tapdanması barədə danışıbmı? Hiddətlənibmi? Axı yox!
    Paşinyanın komandası pafosla deyəndə ki, bərpa olunan və tikilən nəqliyyat infrastrukturu obyektləri bu yolların keçdiyi ərazilərə sahib ölkələrin tam suverenliyi altında fəaliyyət göstərməlidir, o zaman onlardan soruşmaq istəyirsən ki, "bəs danışıqlarda bu, şübhə altına alınmışdı?”.
   Cəmiyyətə danışıqların mövzuları olmayan sualları atmaqla və bununla da ictimai müzakirələri yanlış istiqamətə yönəltməklə Ermənistan real, ehtimal ki, yeganə saxlanan ziddiyyəti – avtomobil yolu marşrutunu gizlədir. Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə optimal marşrutun Ermənistan tərəfindən təqdim edilməməsi bu gün danışıqlar prosesinin uzanmasının və əngəlin başlıca səbəbidir. "Dəhliz” və "eksterritoriallıq” terminlərindən öz xeyri üçün istifadə etməklə, Paşinyan komandası danışıqlar prosesini ləngidir, optimal marşrut təqdim etmir və faktiki olaraq, üçtərəfli Bəyanat üzrə öz öhdəliklərini yerinə yetirmir. Yerevanın barəsində elan etdiyi həmin üç keçid-nəzarət məntəqəsi qəbuledilməzdir. Xəritəyə baxsaq, onların Naxçıvandan nə qədər uzaqda olmasını görmək kifayət edər. Digər tərəfdən, üçtərəfli Bəyanata görə hərəkətin təhlükəsizliyinə nəzarəti RF FTX-nin Sərhəd Xidməti həyata keçirəcəyi halda, onları bütün ölkəyə səpələmək əvəzinə daha qısa, bir marşrutda cəmləmək məntiqə uyğun deyilmi?
   Azərbaycan Prezidenti əzmkarlıqla xəbərdar edir ki, Ermənistan istəsə də, istəməsə də biz öz məqsədimizə nail olacaq və dəhliz açacağıq. O, cəmiyyətə və bütün dünyaya açıq-aşkar işarə göndərir: sərhədyanı Araz çayı boyunca Ağbənddən Ordubada ən qısa və daha optimal marşrut olacaq! Dəmir yolu əvvəllər də oradan keçirdi, SSRİ-nin möcudluğunun son illəri ərzində isə ümummilli lider Heydər Əliyevin səyləri sayəsində avtomobil yolu da çəkilib, həmin yol ki, Paşinyan bu gün onu bərpa etməyə müqavimət göstərir. Lakin o, başa düşməlidir ki, prosesin uzanması yaxşı heç nə vəd etmir. Yol olacaq! Onu isə Ermənistan çəkməli olacaq, eynilə Azərbaycan Laçın rayonu ərazisində öz vəsaiti hesabına yeni yol çəkdiyi kimi. Vaxt isə gedir və Ermənistanın xeyrinə işləmir.

Rahib KƏRİMLİ


Oxunub: 150






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim