reklam
USD
9 ℃
EUR
BAKI

Türkiyə-Azərbaycan münasibətlərinin tarixi və inkişaf yolu

NƏŞR / 24.10.2022 00:10

Türkiyə-Azərbaycan münasibətlərinin tarixi və inkişaf yolu


   Ötən əsrin sonlarından başlayaraq bütün dünyanı təhdid edən münaqişələrin baş verməsi, onların dondurulmasına edilən cəhdlər və həllinə törədilən əngəllər müasir dövrdə daha böyük təhlükələrin meydana çıxmasına zəmin yaratdı. Bütün dövrlərdə böyük dövlətlərin maraqlarının toqquşduğu Anadolu və Qafqazda isə hazırda tamamilə fərqli bir mənzərənin şahidi olmaqdayıq. Azərbaycanla Türkiyə arasında uğurla inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələr regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Fəxrlə deyə bilərik ki, hazırda bölgəmiz bütün dünyada ikitərəfli və çoxşaxəli münasibətlərə örnək bir regionuna çevrilib.
   Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu rəşadətli Zəfər qazanaraq 30 illik işğala son qoymaqla beynəlxalq ədaləti bərpa etməsi böyük bir coğrafiyada əməkdaşlıq, qarşılıqlı faydalı münasibətlər kontekstindən yeni mənzərə yaradıb. Bu siyasi təntənənin təməlində Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri, qarşılıqlı faydalı əməkdaşlıq, Liderlərimizin birgə qərarları və davamlı olaraq həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr dayanır. Yaranmış yeni münasibətlər sferası özündə iki mühüm amili ehtiva edir: əvvəla "3+3” formatında əməkdaşlıq təşəbbüsü region dövlətlərinin hamısı üçün bərabərhüquqlu inkişaf imkanları yaradıb və dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən dəstəklənir. İkincisi, mövcud vəziyyət türk dünyasının, onun inteqrasiya və birliyinin tərəfdarı olan dövlətlərin münasibətlərində kompleks inkişaf üçün cəlbedicilik formalaşdırıb. Hər iki vəziyyət qarşısıalınmaz proseslər kimi dinamik inkişafdadır.
Qarabağ Zəfəri qardaş ölkələrimizin tarixi səhifələrinə nur saçır. Qürurverici, əlamətdar hadisə və böyük fəxrdir ki, İkinci Qarabağ savaşında qazanılan Zəfər Türkiyə ictimaiyyətində Azərbaycana sevgini zirvələrə yüksəldib. İstər dövri mətbuatda, istərsə də elmi araşdırmalarda Qarabağda qazanılan Qələbə Çanaqqala Zəfəri, Sakarya zabitlər döyüşü, Qafqaz İslam Ordusu ilə Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələrinin birgə mübarizəsi nəticəsində Bakının qurtuluşu, Osmanlı Şərq Ordusunun Naxçıvanda həyata keçirdiyi milli qurtuluş hərəkatı kimi tarixi hadisələrlə müqayisə olunur. Əlbəttə ki, bütün bu qürurverici tarixi anlar xatırlanarkən hazırda Türkiyənin gücünə güc qatan qüdrətli Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf və tərəqqi strategiyası məmnuniyyətlə xatırlanır, Ulu Öndərin parlaq şəxsiyyətinin qardaş ölkədə də həmişəyaşarlığının şahidi oluruq.
  2020-ci sentyabrın 27-də işğalçı Ermənistanın növbəti hərbi təxribatları nəticəsində başlayıb 44 gün davam edən İkinci Qarabağ savaşında Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş dövlətin, onun hökumətinin və xalqının Azərbaycana göstərdiyi siyasi mənəvi dəstək yalnız işğal altındakı torpaqlarımızın azadlığının deyil, eyni zamanda, Türkiyənin qətiyyətli mövqeyinin təntənəsidir. Bütün dünya, eləcə də bölgəmizdə strateji maraqları olan bütün tərəflər bir daha əmin oldular ki, mövzu vətənin təhlükəsizliyi, torpaqların bütövlüyü, qardaş hüququnun qorunması olanda, belə məsələlər Türkiyədə müzakirə olunmur, yalnız qətiyyətli qərarlar qəbul edilir. Bəli, Qarabağ Zəfəri iki qardaş dövlətin və xalqın birlik təntənəsidir. Bu Zəfər qardaş dövlətlərimizin tarixi səhifələrinə nur saçır.
     Liderlik xüsusiyyətləri Zəfərə aparan yolun təməlidir. Otuz il dağıdılıb məhv edilən ərazilərdə Qarabağ Zəfərindən sonra Azərbaycanın başladığı quruculuq və bərpa işləri dövlətimizin apardığı siyasətin əyani təzahürüdür. Əlamətdar haldır ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasına daim öz məsələsi kimi yanaşan qardaş Türkiyə işğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işlərinin aparılmasında da ölkəmizlə çiyin-çiyinədir. Prezident İlham Əliyevin dediyi kimi: "Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada həm heyvandarlıqla çox genişmiqyaslı məşğul olmaq olar, xüsusilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan rayonlarında, həm də əkinçiliklə daha çox Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında. Azad edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda yaradılır. Keçən il mən qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti ilə birlikdə "DOST Aqropark” adlandırılan aqroparkın təməlini qoyduq”.
  Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, sonra Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi əbədi və dönməzdir. Bu qardaşlıq və müttəfiqlik Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın polad kimi möhkəm liderlik iradəsindən qaynaqlanan davamlı birlik və inkişaf strategiyasının təntənəsidir.
  Ötən il iyunun 15-də Şuşa şəhərində imzalanan Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə iki qardaş ölkənin birlik və həmrəyliyinin tərənnümü olmaqla bərabər, özündə üç mühüm tarixi ehtiva edir: Birincisi, bu Bəyannamə tarixi Qars müqaviləsini yeni çalarlarla təsdiqlədi; İkincisi, bu sənəd ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını özündə yaşadan Milli Qurtuluş Günündə imzalandı; Üçüncüsü isə iki qardaş lider tarixi sənədə Qafqazın incisi, türk dünyasının qeyrət qalası sayılan Şuşada imza atdılar.
  Hazırda davamlı inkişafda olan Azərbaycan-Türkiyə münasibətləri bütün beynəlxalq təşkilatlarda olduğu kimi, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi beynəlxalq və regional təşkilatlar, həmçinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə, Azərbaycan-Türkiyə Qarışıq Komissiyası kimi mexanizmlər çərçivəsində genişlənməkdə və möhkəmlənməkdədir.
    Zəngəzur dəhlizini həyat yoluna çevirən gerçəklər -  bəhs etdiyimiz kimi, İkinci Qarabağ müharibəsində qazanılan rəşadətli Qələbə əməkdaşlıq və faydalı münasibətlər baxımından Azərbaycana və Türkiyəyə olan geosiyasi ehtiyacı əhəmiyyətli dərəcədə artırıb. Məhz bu Qələbə nəticəsində artıq beynəlxalq platformalarda münaqişədən deyil, əməkdaşlıq və inkişafdan danışılır ki, bu mövzuda ön sırada Zəngəzur dəhlizi dayanır. Əvvəla qeyd etmək lazımdır ki, böyük müdrikliklə mehriban qonşuluq və səmimi dostluq siyasəti yürüdən Prezident İlham Əliyev qonşu İranla münasibətləri dinamik inkişafda saxlamaqla, Zəngəzur dəhlizinin reallaşması üçün mühüm uğura nail oldu. Bu nəhəng siyasətin real nəticəsi olaraq bu il martın 11-də Azərbaycan ilə İran arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası (MR) arasında yeni kommunikasiya xətlərinin yaradılması haqqında Anlaşma Memorandumu da imzalandı. Memoranduma əsasən Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.
  Yuxarıda qeyd etdiyimiz mühüm anlaşma Zəngəzur dəhlizinin açılmasının alternativsizliyinin təsdiqidir. Əks halda, Ermənistan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars boru kəmərləri, TANAP kimi layihələrdən məhrum edildiyi kimi, perspektivdəki yeni layihələrdən də təcrid olunmuş vəziyyətə düşə bilər.
  Zəngəzur dəhlizi Avrasiyada məkanında inkişaf və tərəqqi yolu seçən bütün ölkələr üçün həm milli, həm də beynəlxalq əhəmiyyətli layihədir. Ən azı ona görə ki, bu dəhliz bütün tərəflərə rahat və qısa, təhlükəsiz daşımalar, inkişaf və tərəqqi, turizm və çoxmədəniyyətli ünsiyyət vəd edir. Bu dəhlizin açılması Avrasiyada əməkdaşlıq imkanlarını genişləndirəcək və geniş bir coğrafiyanın cəlbediciliyini artıracaq ki, bunun üçün də Azərbaycan və Türkiyə arasında iqtisadiyyat, ticarət, elm, təhsil və digər sahələrdə qarşılıqlı əməkdaşlıq münasibətləri çox mühüm əhəmiyyət kəsb edir.
  Eyni zamanda, qeyd etməliyik ki, Azərbaycan ilə Türkiyə arasında iqtisadiyyat, ticarət, elm və təhsil kimi vacib sahələrdə də dinamik inkişaf mövcuddur. Xüsusilə nəqliyyat və kommunikasiyada sahələrində nəhəng layihələr böyük bir coğrafiyada həyatı sürətlə dəyişir. Xarici sərmayənin ölkəyə cəlb edilməsi, yerli istehsalı artırmaq, ixracatı yüksəltmək sahələrindəki tədbirlər böyük nəticələr verməkdədir. Yeni texnologiyalara milli istehsalın gücü ilə nail olmaq hər iki ölkə üçün prioritet istiqamətlərdir.
  Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin iqtisadi vəziyyətini belə şərh edib: "Yerli və xarici sahibkarların Türkiyəyə investisiya yatırma istəkləri durmadan artır. Ölkədə məşğulluq səviyyəsi 30 milyonu keçib. Ölkənin sənaye istehsalı və ixracı hər ay yeni rekordlara imza atır. 2021-ci ili 225 milyard ABŞ dolları məbləğində ixracla bağladıq və bu il üçün daha böyük hədəflər qoyduq. Aprel ayı etibarilə 12 aylıq ixracatımız 240 milyard dolları keçib. Enerji istisna olmaqla, ixracımızın idxala nisbəti 100 faizi ötüb. İyirmi il əvvəl 365 gündə cəmi 36 milyard dollar ixrac edə bilən Türkiyə bu gün bu rəqəmi 30-35 gündə reallaşdıra biləcək səviyyəyə çatıb. İlin sonunda 250 milyard dollarlıq hədəfimizə doğru əmin addımlar atırıq”.
  İqtisadi sahədəki sıçrayışlı inkişafın daha bir real təzahürü kimi Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə mayın 14-də açılışı keçirilən Rize-Artvin Hava Limanının istifadəyə verilməsidir. Azərbaycan dövlət başçısının çıxışından bir məqama diqqət edək: "Bu hava limanının açılışı Türkiyədə gedən çox xoş və uğurlu inkişafın təzahürüdür. Qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunun təməlində aparılan siyasət, əziz qardaşımın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadirdir. Bunların arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan amili dayanır, dövlət siyasəti dayanır”.
  Azərbaycan-Türkiyə münasibətləri kifayət qədər çoxşaxəli və genişmiqyaslıdır. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, Azərbaycan-Türkiyə qardaşlığa, dostluğa və strateji müttəfiqliyə əsaslanır. Əminliklə söyləmək olar ki, son zamanlar iki ölkənin müxtəlif sahələrdə birgə həyata keçirdikləri layihələr Azərbaycan ilə Türkiyə arasında münasibətləri daha yüksək səviyyəyə yüksəldəcək.

Rahib KƏRİMLİ,
AYB-nin və AJB-nin üzvü, "Qızıl qələm" Media mükafatı laureatı.




Oxunub: 229






SON XƏBƏRLƏR

2024-12-02

13:04 İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı

Product image

12:58 Prezident İlham Əliyev: ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib

Product image

11:11 Sumqayıt şəhərinin 75 yaşı tamam olur SUMQAYIT FOTOLARDA

Product image

2024-11-30

00:40 Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib VİDEO

Product image

2024-11-28

03:06 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat olacaq

Product image

02:52 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib VİDEO

Product image

01:51 Azərbaycanda bələdiyyə seçkiləri gələn il yanvarın 29-da keçiriləcək

Product image

2024-11-21

03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar

Product image

02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ

Product image

02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır

Product image

2024-11-14

13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim