reklam
USD
18 ℃
EUR
BAKI

Alim, yoxsa arif olmaq? Fidan Rəcəbova

CANLI TV / 26.11.2022 00:51

Alim, yoxsa arif olmaq? 


  Yaxın günlərdə oxuduğum kitabda "arif olmaq” adlı belə bir yazıya rast gəldim:
"Haqq dostundan soruşmuşlar:
-Alim kimdir?
-Bildiyini bilən. 
-Bəs arif kimdir?
-Bilmədiyini bilən… ".     
                             (Mehmet Akar-"Hikmət dənizi” hekayələr)
 
 Ta qədim dövrdən günümüzədək alimlərə hörmət göstərilmişdir. Hətta hökmdarlar belə alimlərə ehtiram bəsləmişlər. Çünki elm elə bir məqamdır ki, ona hörmət etməyi hər kəs özünə borc bilir. 
  Lakin daha dərindən düşündüyümüz zaman belə bir sual ortaya çıxır: "Alimdən daha qüdrətli şəxs kimdir?” 
  Məhz bu sual məni araşdırmalara sövq etdi. Elmə nəzər salsaq, onun sonsuz olduğunu açıq-aydın görə bilərik. Bu isə o deməkdir ki, heç bir şəxs bu sonsuz kainatı tamamilə dərindən bilmir.  Bəs alimlər? Bu məqamda bir sıra alimlərin tədqiqat sahələrinə diqqət yetirmək yerinə düşərdi. Nəsirəddin Tusi fizik, riyaziyyatçı, tarixçi, ilahiyyatçı, hüquqşünas olmuş ensklopedik biliyə sahib alim idi.  Və ya məşhur fizik, professor Landau Lev, Azərbaycanlı alim, süni intellekt sahəsində professor Lütfi Zadə, şərqşünas, ədəbiyyatşünas, tənqidçi, təcüməçi Aida İmanquluyeva və.s bu kimi alimlərin hər biri müəyyən sahələr üzrə mütəxəssisə çevrilmişdir. Bu məqamda bir nüans diqqət çəkir. Alimlərdən də heç biri bütün elmlərə bələd olmamışdır. Onların hər biri ağıl ilə əldə etdikləri bilgilərə əsaslanmış, yalnız çox az hissəsi qəlb və kəşf yolu ilə əldə edilmiş bilgiyə, sufilərin təbiri ilə desək, irfana sahib olmuşlar. Bu yerdə əvvəldən adını çəkdiyimiz kitabdan sitat gətirmək yerinə düşərdi:
"Nəyə çatdın, çatdın. Üfüq sonsuzluğa uzanır, bitməz…  Alim olmaq gözəldir. Amma arif olmaq ondan da gözəldir. İnsan elm öyrəndikcə acizliyini dərk edirsə, demək ariflik mərtəbəsindədir.”
  Bəxtiyar Vahabzadənin yazdığı kimi:
                                    "Ucalsam da günbəgün,
                                      Dünənki son zirvəmə
                                      Bu gün yenə "az” dedim.”
Dahi şairin bu misralarından da insanın nə qədər çox biliyə sahib olmasına baxmayaraq daima özünü inkişaf etdirməli, bildiklərinə arxalanmamalı, öyrəndiklərinin sadəcə nəhəng okeandakı bir su damlası olduğunu unutmamalı olduğunu anlayırıq. 
  Əşyaların insan zəkasındakı təsvirinə elm deyilir, hansı ki o, alimliklə bilavasitə əlaqədardır. Alimlik zaman və məkana bağlıdır. Hadisə və detalların təsbiti və təkrarı adamı alim etdiyi halda, ariflikdə bu dünyanı deyil, özünü dərkə əsaslanır.  Bu xüsusiyyət isə yaradılanlar arasında yalnız insana aiddir. Çünki bütün yaradılanların yaradılma məqsədi əvvəlcədən bilinsə də, insan var olduqdan sonra özünün kim olacağına, nə məqsədlə  yaşayacağına qərar verir. O mövcudluqdan əvvəl var ola bilməz. İslam dinində bu yola təsəvvüf yolu, yolun yolçusuna sufi, bu yolda seçilmişlərə isə arif deyiblər. Məhz buradan belə bir nəticəyə gəlirik ki,ariflik sufizmin ən yüksək məqamı olmuş, ona xas xüsusiyyətləri daşımışdır. Ariflər də sufilər kimi Allaha olan eşqləri ilə fərqlənirlər. Çünki bilmək əzmkarlıq və əməyə əsaslandığı halda, tanımaq ilahi eşqə əsaslanır və arif (arəfə) sözü görmək, toxunmaq mənasını ifadə edir. Beləliklə, arif Allahı tanıyan, alim isə Allahı bilən biridir. Həqiqi imanı əldə edən-arif insan kainata meydan oxuya bilər. Necə ki sufilik təriqətinin nümayəndəsi İmadəddin Nəsimi bütün kainata  meydan oxuyurdu. Elm əhli-alim yavaş-yavaş həyat yolunda irəlləyərkən eşq əhli-arif tam fərqli bir yolda addımlayaraq həyat qayəsinə çatmış olur.
Bütün bu fərqli cəhətlərə nəzər yetirdikdə alim və arif anlayışlarının eyni olmadığının fərqinə varırıq. Lakin alim olmaq, yoxsa arif olmaq daha yaxşıdır? Nəticə olaraq ikisinin birlikdə daha yaxşı olduğu qənaətinə gəlinir. Belə bir nümunə göstərək: 20 mərtəbəli bir nərdivanı alim pillə-pillə 15 mərtəbəsini qalxırsa, arif bu 15 pilləni bir anda çıxar. Ancaq digər 5 mərtəbə üçün alimə(elm əhlinə) eşq, arifə(eşq əhlinə) elm lazımdır. Digər bir nöqteyi nəzərdən diqqət etsək, bildiyinin fərqində olmayan birinin biliyi necə faydasızdırsa, bildiyi ilə öyünən şəxsin də biliyi eyni səciyyəni daşıyır. Çünki yaradılmışların hər biri müəyyən bir hikmətə sahib olurlar ki, bunların da zamanla fərqinə vardıqları zaman alimlik mərhələsinə qalxırlar. Eyni zamanda, bilmədiklərini bildiklərinin kölgəsində saxlamayan şəxslər də vardır ki, həm bildiklərinin, həm də bilmədiklərinin fərqindədir. Bəli, əsl kamil insan odur. Həm alimlik, həm də ariflik xüsusiyyətlərini özündə səciyyələndirən o insan…


Oxunub: 266






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim