reklam
USD
5 ℃
EUR
BAKI

Həsən Mirzə yadigarı Fidan Rəcəbova

CANLI TV / 26.11.2022 01:03

Həsən Mirzə yadigarı

                                                           Soyun, kökün qürurusan,
                                                           Özün gözəl, Həsən Mirzə!
                                                           Öyünürəm sözün ilə,
                                                           Sözün gözəl, Həsən Mirzə! 

Söz idimi gözəl olan, yoxsa Həsən Mirzə təxəyyülünün sözə qatdığı incəlikmi? Quru sözlərə can verirdi Həsən Mirzəyev. Bu yolun ən layiqli davamçısı isə Mahirə Nağı qızı Hüseynovadır. Tam da şairin özünün dediyi kimi: 

                         Yol var adi, yol var ali,
                         Yol var zülmət, yol var nurdu. 
                         Yol da var ki, bir ömürdü,
                         Tanrı yolu gözəl yoldu! 

Mahirə Nağıqızının da yolu Həsən Mirzəyevin yolu kimi alidir. Aydın, parlaq və ən asası tanrı nuru ilə bəzənmişdir bu yol. "Mən necə fəxr etməyim müəllim olmağımla”- deyən Mahirə Hüseynova bütün ömrünü təhsilə, elmə həsr etmişdir desək, yanılmarıq. Elə peşə var ki, insanı ucaldır, elə insan da var ki, peşəsini ucaldır. Müəllimlik adı ən uca addır, lakin Mahirə Hüseynova bu adın zirvəsini fəth etmişdir. Bu dahi şəxsiyyət yalnız tələbələrin deyil, bütün Azərbaycan xalqının qəlbində əvəzsiz yerə malikdir. Bir filoloq və şair kimi daim Azərbaycan dilinin gözəlliyini və saflığını qorumağı özünə borc bilmişdir. Hər iki kəlmə - Azərbaycan dili və aşiqlərin dili kəlmələri bir bahar günəşi kimidir. Bu kəlmələr bir-birinin yanında həm də bahar günlərini xatırladır. Qəlbimizdə bəyaz və parlaq duyğular oyadır. Bunlar Mahirə Nağıqızının da poeziyasından qaynaqlanan duyğulardır.  Sözdən bir zərgər dəqiqliyi və incəliyi ilə istifadə edən şairin "Nitq hissələri” şeirində söz barədə yazdığı fikirlərə diqqət edək:
 
                         Söz-Tanrıdan aşağı,
                         Bəndədən uca oldu. 

Bəli, söz bəndədən uca oldu, daha doğrusu, Mahirə Nağıqızı qələmi sözün qüdrətini daha da artırdı. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan dili aşiqlərin dilidir. Bəs nəyə və ya kimə aşiq idi bu qüdrətli söz sənətkarı? Anaya və vətənə! Həyat qayəsini bu iki məvhumda tapıb Mahirə Nağıqızı. 
                         Azərbaycan-
                         Baş əydiyim Tanrı.
                         Sənə kömək olsun,
                         Anamın duaları.
Professor Məhərrəm Hüseynova görə, Mahirə Nağıqızının həyat amalı, yaşam qayəsi xalq və vətən üçün alışıb-yanan ürəyinin nurundan gənc nəslin, çox saylı oxucularının mənəvi təmizliyinə, idrakı qabiliyyətinə işıq saçmaq, təhsil və təfəkkür işığının əhatəsini genişləndirməkdir. Bəlkə də buna görə Mahirə Hüseynova əlinə qələm alanda müdrikləşir, sətirlər arxasından el-gün hayanı, ağbirçək ananın öyüdləri duyulur. Vətənpərvər ruhlu alimin duyğularından doğan şairin qələminin hikmətidir bu müdriklik. 
Adil Həsənoğlunun təbiri ilə desək,
     
                     Alim Mahirənin hər bir sözünə,
                     Şeirdə don biçir şair Mahirə.

Dilçi alim və lirik şairin yaradıcılığında tədqiq olunası məqamlar çoxdur. Çoxşaxəli fəaliyyətinin bir hissəsi elmlə, bir hissəsi ictimai qayğılarla bağlı olsa da, bir oxucusu olaraq, deyə bilərəm ki, poeziyası adamı duyğu yüksəkliklərinə və fikir dərinliklərinə çəkib aparır. O yüksəkliklərdə isə Mahirə Nağıqızı ilə yanaşı Həsən Mirzə nəfəsi də daim duyulmaqdadır. Mahirə xanım bütün yaradıcılığı boyu bu böyük şəxsiyyətə - Həsən Mirzəyevə hörmətini, izzətini, məhəbbətini "Həsən Mirzə yaşayır" şeirində olduğu kimi tərənnüm edir, sanki onu Azərbaycan ziyalılığına nümunə göstərir:
                         
                Bu ayları onsuz gördük deyilməz,
                Üzbəüzdə Həsən Mirzə yaşayır.
                O nə sirdir, nə hikmətdir, bilinməz,
                Yüzə-yüzdə Həsən Mirzə yaşayır.

Poeziya şair qələmindən süzülən ilham məhsulu, elm alim zəkasının nemətidir. Alim-şairin təqdimatında isə poeziya elm libasında, elm isə poeziya naxışları ilə bəzənmiş şəkildə ərsəyə gəlir. Bu qüdrətli qələm sahibi isə ustadının Həsən Mirzəyev olduğunu hər fürsətdə vurğulayır: 

                         Mahirə - övladı Həsən Mirzənin,
                         O mənə dünyanı öyrətdi, dünya!

Mahirə Nağıqızının "Ana sevgisindən doğan nəğmələr”(Bakı, Avropq 2007) kitabının redaktoru filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Həsən Mirzəyev olmuşdur. Həsən Mirzəyevin bir ziyalı kimi saza, sözə bələd olması, Azərbaycan şeirinin bilicilərindən olması çoxlarımıza məlumdur. Elə kitabdakı şeirlərdən biri də Həsən Mirzəyevə ünvanlanmışdır. Şeirdə müəllifin vətən, yurd sevgisi öz əksini tapır. İtirilmiş torpaqlarımıza qarşı münasibəti isə kövrək bir ağı kimi səslənir:

                         Vətən dərdi dağlayıbdı sinəni,
                         Niyə gülmür üzün, ay Həsən Mirzə!
                         Talan olub, viran olub ellərin,
                         Qalmasın bir sözün de, Həsən Mirzə! 

                         Bu qoca tarixin sinəsi dolu,
                         Mərdliklə seçilir igidin yolu,
                         Həsrətli vətənin didərgin oğlu
                         Qoy ötsün, susmasın dil, Həsən Mirzə!

Vətən, torpaq itkisi yaşayanların yuxusu ərşə çəkilir. Gecəsi, gündüzü olmur. Mahirə Nağıqızının bu şeirini məhz həmin duyğunun təcəssümü hesab edə bilərik. Yaradıcılığının böyük bir hissəsini "Dərələyəz” mövzusuna həsr edən Həsən Mirzəyev də məhz bu duyğuların təsirində olmuşdur hər zaman. Öz doğma yurdundan ayrı onu tərənnüm etmək həm çox çətin, həm də məsuliyyətli bir vəzifə idi. Həsən Mirzə qələmi isə bu müqəddəs amal uğrunda daim "ön cəhbədə vuruşmuşdur.” İndi isə sıra Mahirə Nağı qızı Hüseynovadadır. Vətəni, vətəndaşı, ümumilikdə insanlığı tərənnüm edən alim-şair bir müsahibəsində "Mahirə xanımı oxucularımıza necə təqdim edək?” sualına belə cavab vermişdir: 
- Sadəcə Allah bəndəsi. 
"Allahın milyonlarla bəndəsi var. Axı necə bəndəsi?” sualına cavab olaraq:
- Axı necə deyim ki, yaxşı bəndəsi? Bu özündən razılıq olar ki, Allah təkəbbürü sevmir. Özümə pis də deyə bilmərəm. Yaşadığım həyata boylanıb baxanda Mahirə adlı birisinin xəbis, naqis işlərlə məşğul olmadığını görürəm. Dərs demişəm, doğma dilimizin təmizliyinin qorunmasına çalışmışam. Ən böyük arzum sevgilərə sərhəd qoyulmaması olub. Şeirlərimin birində belə yazmışam:

                       İçindəki xəbisliyi boğ, öldür.
                       Nifrət səni məhv eyləyər, tez söndür. 
                       El-obanı sən sevindir, sən güldür.
                       Sevgilərə sərhəd qoyma amandır! 
                                                             (Mahirə Nağı qızı-50, səh 233-234)

 Mahirə Nağı qızı Hüseynovanın da arzuladığı kimi-sevgilərə sərhəd qoymayaraq bitirim yazımı. İdealım olan şəxsiyyətin  şəyirdi olmağın verdiyi qürur və fərəh hissini mənə yaşatdığınız üçün təşəkkürlər, Mahirə xanım Hüseynova!


Oxunub: 335






SON XƏBƏRLƏR

2025-01-12

01:22 ÇƏRPƏLƏNG (HEKAYƏ)

Product image

00:18 Prezident İlham Əliyev Küveytin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Product image

00:13 Azərbaycanda iki yeni milli park yaradılacaq

Product image

23:33 Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun ikinci gününə yekun vurulub VİDEO

Product image

2025-01-04

01:15 Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

Product image

2024-12-30

02:11 Milli Məclisin 2024-cü il payız sessiyası başa çatıb

Product image

02:06 Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım edib

Product image

01:48 Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib VİDEO

Product image

01:40 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib YENİLƏNİB VİDEO

Product image

2024-12-28

14:02 Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub

Product image

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim