reklam
USD
25 ℃
EUR
BAKI

Azərbaycan dili Fidan Rəcəbova

CANLI TV / 26.11.2022 01:16

Azərbaycan dili

  Biz müasir və bəşəri olmaq üçün nədəsə milli olaraq qalmalıyıq. Bəxtiyar Vahabzadə poeziyası bu fikri bizə açıq şəkildə deyir: "Nədəsə milli olmaq”!  Nədə? Çox şeydə. Məsələn, dil sevgisində. 
  Tarixin sınağından çıxıb cilalana-cilalana bu günümüzədək gəlib çatan Azərbaycan dili hər bir azərbaycanlı üçün ana laylası kimi əziz və müqəddəsdir.  Bütün dünyaya səpələnmiş azərbaycanlıların ana dili  olan Azərbaycan dili qədim tarixə malikdir. Bu dil hələ Şah İsmayıl Xətainin dövründən dövlət dili səviyyəsinə yüksəlmiş, ondan diplomatik hərbi-təlim dili kimi istifadə olunmuşdur. Həmin dövrdə imzalanmış müqavilələrin Azərbaycan dilində olması faktı isə dilimizin tarixiliyini özündə qoruyub saxlayan əsaslı bir faktdır. 
  Azərbaycan dili əsrlər boyu inkişaf edərək zamanlardan süzülə-süzülə gəlmiş, kamil bir dilə çevrilmişdir. Bu incə və lətafətli dil bütün dövrlərdə öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxumuşdur. Bu səbəbdən sadəcə azərbaycanlılar deyil, həm də digər dövlətlərin görkəmli şəxsiyyətləri də bu dilin gözəlliyini duyaraq onu öyrənmək həvəsində olmuşlar. M.Y.Lermontov Qafqazda olarkən dostu S.A.Rayevskiyə yazırdı ki, Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda da Azərbaycan dilini bilmək o qədər zəruridir. C.Məmmədquluzadə 1917-ci ildə qələmə aldığı  "Azərbaycan” məqaləsində yazmışdır:
"-Dilim nə dilidir?
-Azərbaycan dilidir. 
-Yəni vətənim haradır?
-Azərbaycan Vilayətidir.
-Haradır Azərbaycan?
-Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən. Qalan hissələri də Gilandan tutmuş qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxilindədir.”
  Məhz bu qədər ümumbəşəri əhəmiyyət daşıyan bu dil zaman-zaman müxtəlif dövlətlərin təziq və təcavüzlərinə məruz qalmışdır. Bir etnos kimi xalqımızı tarix səhnəsindən çıxarmağa çalışan düşmənlərimiz, ilk növbədə, onun dilini məhv etməyə səy göstərmişlər. Dilimizin bütövlüyünü sarsmaq üçün bir əsrdə dəfələrlə əlifası dəyişdirilmişdir. 1929-cu ilə kimi ərəb qrafikalı əlifbadan istifadə edildiyi halda, 1929-1939-cu illərdə latın qrafikalı, 1939-1991-ci illərdə isə Kiril qrafikalı əlifbadan istifadə edilmişdir. Nəhayət 1991-ci ildə yenidən latın qrafikalı əlifbaya keçid edilmişdir.  XX əsrin müxtəlif illərində dilimiz müxtəlif cür adlandırılmışdır. 1918-1920-ci illərdə türk dili, 1936-cı ildən Azərbaycan dili adlandırılmış dilimiz yenidən-1992-ci il 22 dekabr tarixindən türk dili adlandırılmış, son olaraq isə 12 noyabr 1995-ci il tarixində Azərbaycan dili adlandırılmış və Azərbaycan Respublikasının rəsmi dövlət dili kimi təsdiq edilmişdir. Bununla da dilimizin qarşısında yeni inkişaf üfüqləri açılmışdır. 
  Müasir Azərbaycan gəncliyinin üzərinə isə daha böyük vəzifə düşür: əcdadlarımızdan miras qalan doğma dilimizi daimi olaraq yaşatmaq…  Müasir dövrün tələblərinə uyğun olaraq Azərbaycan gəncləri də inkişaf edən dünyanın bir çox beynəlxalq dillərini öyrənmiş və ölkəmizin dünya ilə inteqrasiyasını daha da inkişaf etdirmişdir. Məhz bu yerdə Bəxtiyar Vahabzadənin fikirlərini xatırlamaq yerinə düşərdi: "Bir nədir, beş-altı dil bilsin gərək bizim sabahımız-körpələrimiz.” Məhz bu fikirlərdən sonra qüdrətli söz ustadı fikirlərini belə davam etdirir: "Evdə ayaq açar əvvəlcə hər kəs, 
                        Sonra uzaqlara düşər qədəmlər. 
                        İlkini bilməyən sonunu bilməz,
                        Evdən üz döndərən çöldə vərəmlər.”
Bunun kimi aforistik kəlamlardan istifadə edərək insanın nə qədər çox dil bilsə də, öz dilini unutmamalı, daim onu inkişaf etdirməli, tərəqqisi üçün çalışmalı olduğunu vurğulamış şair.
  Dilimizi inkişaf etdirib yaşatmaq özümüzü yaşatmaqdır, tariximizi yaşatmaqdır. Ana dili bizim həyatımız, inamımız və qeyrətimizdir, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Bizim müqəddəs borcumuz onu qorumaq və inkişaf etdirməkdir.


Oxunub: 365






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim