reklam
USD
6 ℃
EUR
BAKI

Laçın yolundakı aksiya Xankəndidəki “mitinq”ə necə təsir göstərdi?

CANLI TV / 23.12.2022 12:45

Laçın yolundakı aksiya Xankəndidəki "mitinq”ə necə təsir göstərdi?


Son vaxtlar Ermənistan tərəfinin azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatları nümayəndələrinin və fəalların Laçın-Xankəndi yolunda keçirdikləri aksiyadan nə üçün bu qədər narahatlıq və təlaş keçirdikləri əbəs deyilmiş. Görünən odur və bir daha sübut olundu ki, Ermənistan yuxarıda adını çəkdiyimiz yoldan heç də həmişə humanitar məqsədlər üçün istifadə etmirmiş.

Məlum olduğu kimi, dekabrın 22-də Xankəndinin mərkəzində bir qrup erməni "aksiya” keçirməyə cəhd göstərib. Lakin bu "aksiya”da təşkilatçıların gözlədiklərinin tam əksinə olaraq, cəmi 1000-ə yaxın insan iştirak edib. Bu, Xankəndi və ətrafında yaşayan ermənilərin sayı, eyni zamanda, guya orada "humanitar fəlakət”in yaşanması ilə bağlı irəli sürülən iddialar tam şəkildə ifşa edib. Çünki əgər erməni rəsmilərinin də iddia etdikləri kimi, Xankəndidə həqiqətən də 120 min erməni yaşasaydı və guya əvvəlki mitinqlərdə 40-45 min şəxsin iştirak etmiş olsaydı, onda budəfəki mitinqə də "maraq” daha böyük olardı. Lakin görünən odur ki, bu dəfə Ermənistan hakimiyyəti Xankəndidə keçiriləcək aksiyaya ölkədən lazımi qədər insan gətirə bilməyib və ona görə də belə bir "acınacaqlı” mənzərə yaranıb. Buradan bəlli olur ki, Laçın yolundan qanunsuz daşımalar olmadığı halda, Xankəndidə hansısa "irimiqyaslı aksiya” keçirmək mümkün deyil.

Bu, bir daha göstərir ki, Xankəndi və ətrafında yaşayan ermənilərin sayı heç də onların özlərinin iddia etdikləri qədər çox deyil və orada heç bir "humanitar fəlakət” yaşanmır. Əgər "humanitar fəlakət” yaşansaydı, heç olmasa, dünənki aksiyaya oradakı ermənilər toplaşardı. Məlumdur ki, Xankəndi və onun ətrafında yaşayan ermənilərin sayının şişirdilməsinin məqsədi heç də gizli deyil. Əslində, bir çox erməni ailələr Qarabağda yaşamaq istəmirlər və onlar Ermənistana qayıdıblar. Lakin, sadəcə olaraq, Qarabağda qeydiyyatda olduqlarına görə Ermənistan hökumətindən dotasiya alan ermənilər məhz bunun üçün oranı tərk edərkən qeydiyyatdan çıxmırlar. Bu ilin sentyabrında Xankəndidəki separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan rəsmi açıqlama verərək özü etiraf edib ki, hazırda Qarabağda ümumilikdə 35 minə yaxın erməni yaşayır. Amma görünən odur ki, "cənab” Arutyunyan da bu məlumatı rəsmi rəqəmlərə istinadla söyləyib. Reallıq onu göstərir ki, orada yaşayan erməni əhalinin sayı səsləndirilən rəqəmlərdən qat-qat azdır.

Buradan o qənaətə gəlmək olar ki, azərbaycanlı fəalların Laçın-Xankəndi yolunda aksiya keçirməsi Ermənistanın məkrli planlarını əməlli-başlı pozub. Məhz buna görə də aksiya başlayan gündən bəri ermənilər və onların xaricdəki havadarları tərəfindən onun ətrafında müxtəlif manipulyasiyalar aparılır. Bildirilir ki, guya etirazçılar yolu bağlayıblar. Amma yenə də xatırlatmalıyıq ki, birincisi, yolu azərbaycanlı fəallar deyil, ölkəmizin ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları bağlayıblar. İkincisi, yol heç də erməni tərəfinin iddia etdiyi kimi, tam bağlı deyil, humanitar məqsədlər üçün istifadə olunan təchizat, təminat, eləcə də təcili tibbi yardım avtomobilləri, həmçinin sadə vətəndaşlar bu yolla tam sərbəst və maneəsiz hərəkət edirlər.

Bundan başqa, ermənilərin Azərbaycan ərazilərində, xüsusilə "Qızılbulaq” qızıl və "Dəmirli” mis-molibden faydalı qazıntı yataqlarının qanunsuz istismarı ciddi ekoloji fəsadlar törətməkdədir. Həmçinin qanunsuz silahlı erməni dəstələri Azərbaycan ərazilərindən hələ də tam çıxarılmayıb. Əgər sadə ermənilər aksiya keçirmək istəyirlərsə, ilk növbədə, bu qanunsuzluqlara qarşı etiraz etməlidirlər. Çünki onların bundan sonrakı taleyi Azərbaycanla bağlıdır. Onlar Azərbaycan vətəndaşlarıdır və gec-tez ölkəmizin qanunları çərçivəsində yaşayacaqlar. Bu baxımdan, qondarma qurumun və Ermənistan hakimiyyətinin yerli ermənilərin gələcəkdə Azərbaycan cəmiyyətinə inteqrasiyasının, onların azərbaycanlılarla birlikdə yaşamalarının qarşısını almaq üçün göstərdikləri "səylər” əbəsdir və bunun heç bir nəticəsi olmayacaq. Ona görə Ermənistan hakimiyyəti və onun xaricdəki havadarları bunu nə qədər tez başa düşsə, bu, onlar üçün bir o qədər yaxşı olar.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində şanlı Zəfər qazanan Azərbaycan bölgədə yeni reallıq yaradıb. Bu gün ölkəmiz azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa quruculuq işləri aparır, eyni zamanda, minaların təmizlənməsi istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirir. Azərbaycan bütün bu işləri xaricdən heç bir yardım almadan öz gücü və vəsaiti hesabına görür. Ona görə də Ermənistan da, "düşmən dəyirmanına su tökən” qüvvələr də anlamalıdırlar ki, bölgədə söz sahibi Azərbaycandır və ölkəmizin icazəsi olmadan regionda heç bir proses baş verə bilməz.


Oxunub: 202






SON XƏBƏRLƏR

2025-01-12

01:22 ÇƏRPƏLƏNG (HEKAYƏ)

Product image

00:18 Prezident İlham Əliyev Küveytin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Product image

00:13 Azərbaycanda iki yeni milli park yaradılacaq

Product image

23:33 Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun ikinci gününə yekun vurulub VİDEO

Product image

2025-01-04

01:15 Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

Product image

2024-12-30

02:11 Milli Məclisin 2024-cü il payız sessiyası başa çatıb

Product image

02:06 Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım edib

Product image

01:48 Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib VİDEO

Product image

01:40 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib YENİLƏNİB VİDEO

Product image

2024-12-28

14:02 Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub

Product image

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim