Bir ovuc noğul
NƏŞR / 31.01.2023 23:18

Atasından Arifə hədiyyə
Yeni,günəşli
bir səhər idi. Təbiət insanı həyata səsələyir,yaşamaq eşqini daha da artırırdı. Ağacların, otların, çiçəklərin
gözəl qoxusu, yaz müjdəçisi olan quşların cəh-cəhi insanda ifadə edə bilməyəcəyi
hislər yaradırdı. Lakin bu gözəlliklərin yaratdığı duyğularla, uşaq evinin həyətində
gəzişən uşaqların qəlbini ağırlaşdıran tənhalıq, kimsəsizlik, atılmış insan hisləri
arasında dərin bir təzad yaranırdı. Hər gün davam edən valideyn məhəbbətindən, qayğısından
kənarda qalmış atılmış uşaqların maraqsız, kədərli həyatı öz axarında davam edirdi. Çox
marağlıdır, internatda olan uşağlar özlərini iki qrupa ayırırdılar; xoşbəxt və bədbəxt
uşaqlar. Axı onların taleyi eynidir, necə ola bilər ki, yarı xoşbəxt, yarı bədbəxt
ola. Bəli, onlar xoşbəxt uşaqlar idi, çünki hər şənbə-bazar onların yanına gəlib, onları
doya-doya qucaqlayıb öpən valideynləri var idi, digərləri isə onlara çox həsədlə baxır, sözün əsl mənasında
paxıllıq edirdi. Məhz həmin günlərdən biri idi, Şakirin anası oğlunu görməyə gəlmişdi, balaca
Arif isə bu mənzərəni kənardan çox həsədlə seyr edirdi. Onlar söhbət etdikdən
sonra anası çantasından bir ovuc noğul çıxarıb oğluna uzatdı. Arif noğulları görəndə
nədənsə çox iştahlandı, noğullar ona çox dadlı göründü. Və o səbirsizliklə
Şakirin anasının getməsini gözlədi. Şakirin anası gedən kimi Arif ona
yaxınlaşıb:
-Ey, bura
gəl.
-Mənimləsən?
-Hə.
-Nədir?
-O
yanındakı qadın anan idi?
Şakir
sanki qürrələnərək:
-Hə, anam
idi.
-O sənə
verdiyi ağ rəngdə nə idi, çox dadlı bir şeyə oxşayır...
-Noğuldu. Anam
bilir ki, mən noğulu çox sevirəm.
"O
noğuldan mənə verə bilərsən?”, - deyə Arif Şakirə çox yazıq nəzərlərlə baxdı. Şakir
tez noğulları arxasında gizlədərək:
-Yox, yox verə bilmərəm, axı onları mənə anam verib.
Bu sözləri
deyib Şakir sürətlə qaçmağa başladı. Şakir noğuldan deyil, sanki anasının məhəbbətindən pay verəcəyini
düşünüb qısqanaraq Arifdən uzağlaşdı. Arif gözləri dolmuş vəziyyətdə onun
arxasınca baxdı və həyata üsyan edirmiş kimi hönkürtü ilə ağlayaraq:
-Ay
Allah, axı niyə mənim anam yoxdur ki, məni gəlib görsün, mənə noğul gətirsin...
Arif nə qədər
hayqırdısa, üsyan etdisə də, heç bir şey dəyşmədi və o yorğun, qəmli halda
otağında çarpayısına uzandı.
Bir gün
Arif oturub televiziyaya tamaşa edirdi. Bir ziyalı insanın internatda olan uşaqların
həyatı ilə bağlı maraqlı çıxışı onda maraq doğurdu, xüsusilə də onun dediyi bu
sözlər Arifi daha çox özünə cəlb etdi, onlar kimsəsiz, valideynsiz deyillər, bəs
biz kimik, əlbəttə ki onların valideyni, elə biri mən, özümü hər zaman onların
atası hesab edirəm və bir ata kimi heç bir zaman onlardan qayğımı əsirgəmərəm. Bu
sözləri deyən tanınmış ziyalı Lütviyar İmanov idi. Bu sözləri eşidən balaca
Arifi sanki ildırım vurdu, axı o dünən üsyan edirdi ki, mənim niyə valideynim
yoxdu, bəlkə bu da Allahın bir möcüzəsidir. Noğul sevdası Arifi hələ də rahat
buraxa bilmirdi və o bu sözləri eşidən kimi belə bir qərar gəldi ki, həmin o
adama məktub yazsın və ürəyindən keçənləri ona bildirsin,axı o özünü bizim mənəvi
atamız hesab edir. Və belə də edir. Göz yaşlarıyla ləkənmiş məktubda o bütün hislərini,başına
gələnləri qələmə alır, nəhayət ona bir ata kimi bir ovuc noğul göndərməyini
xahiş edir.
Məktub
ünvanına çatır. Çox az müddət keçdikdən sonra, Arifi direktorun otağına
çağırırlar. Direktor ona bir yekə qutunu uzadaraq: ”Arif, bala, bunu sənə göndəriblər”, - dedi. Arif
onun heç kiminin olmadığını bilsə də, amma çox həyəcanla soruşdu:
-Kim
yollayıb?
-Üstündə məktub
var, aç oxu.
Məktubun
üstündə bu sözlər yazılmışdı: Atasında Arifə hədiyyə.
Bu sözləri oxuyan Arif həqiqəti bilsə belə, sanki həqiqətən atasının hədiyyəsini əlinə almışdı, elə bil ki, bir anlıq özünü kimsəsiz, valideynsiz hiss etmədi. Böyük qutunu əlinə alıb sevincək halda uşaqların yanına qaçdı. Onu dövrəyə alan uşağların arasında Şakir də var idi. Arif qutunu açdı, qutunun işərisi noğulla dolu idi, noğulları görəndə Arifin gözlərindən qeyri ixtiyari yaşlar axmağa başladı və göz yaşları içərisində noğulları uşaqlara payladı. Daha sonra bir ovuc noğulu Şakirə uzadıb: ”Al, götür, bax atam mənə noğul yollayıb, axı o bilir ki, mən də sənin kimi noğul xoşlayıram, ye çəkinmə”, -deyib gülümsəyərək noğuldan yeməyə başladı...


2025-04-23
23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

2025-04-19
03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

2025-04-17
12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

11:39 Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

2025-04-10
16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI


TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
