reklam
USD
9 ℃
EUR
BAKI

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub

NƏŞR / 22.02.2023 02:15

"carciTV" TƏQDİM EDİR

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub


     Münxen Təhlükəsizlik Konfransı dünyada beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu ən aparıcı forumdur. Qlobal səviyyədə çox vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər hər ilin fevral ayında Almaniyanın Münxen şəhərində təşkil edilən konfransda irəli sürülür. İclasın builki - sayca 59-cu görüşündə də ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə olundu. Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katiblərinin iştirak etdiyi tədbirə Azərbaycan Prezidenti İlham Əliyev də dəvət olunmuşdu.

   Fevralın 18-də Münxen Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirildi. Görüşdə ölkə başçımız Azərbaycanla Ermənistan arasında sülh sazişinin beynəlxalq norma və prinsiplər əsasında imzalanması və müqavilədə Qarabağ haqqında hər hansı bir müddəanın yer almaması barədə qəti mövqeyini bildirdi: "Biz istəyirik ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin... Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun". Azərbaycanın sülh təklifinə Ermənistanın cavab təklifinin incələndiyini bildirən ölkə başçımız qarşı tərəfdən bu istiqamətdə kifayət qədər olmasa da, müəyyən irəliləyişlərin olduğunu diqqətə çatdırdı.

Həmçinin, Laçın yolunda son iki ay ərzində keçirilən aksiyada heç blokadanın mövcud olmadığını bildirən Prezident İlham Əliyev azərbaycanlı ekofəalların yalnız təbii sərvətlərimizin qanunsuz istismarının dayandırılmasını tələb etdiklərini, yolun humanitar məqsədlər üçün açıq olduğunu vurğulayaraq bu məsələ ilə bağlı iddiaların əsasının olmadığını qeyd edib. Üçtərəfli görüşdə ölkə başçımız bildirib ki, Ermənistan-Azərbaycan sərhədində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Eyni zamanda, Azərbaycanın Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazır olduğunu da açıqlayıb. Lakin bunun Rusiya vətəndaşı Vardanyanın Azərbaycan ərazisini tərk edəcəyi təqdirdə reallaşacağını deyib. Prezident vurğulayıb ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər: "Azərbaycan çoxmillətli ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq və imtiyazlara, o cümlədən mədəni, linqvistik və digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi də təmin edilib".

Almaniya Federativ Respublikasına səfəri çərçivəsində Azərbaycan Prezidenti Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşündə Almaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin genişləndiyini yüksək qiymətləndirərək ölkələrimiz arasında sənaye, ticarət və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin mövcudluğunu diqqətə çatdırmışdır. Avropa İttifaqı ilə Azərbaycanın etibarlı tərəfdaş olduğunu deyən Prezident İlham Əliyev enerji sahəsində birgə həyata keçirilən enerji layihələrindən, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı ilə ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış strateji sənədin əhəmiyyətindən ətraflı bəhs etmişdir. Azərbaycanın enerji təhlükəsizliyinə ölkəmizin mühüm töhfə verdiyini dövlət başçımız fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi" mövzusunda dəyirmi masada da xüsusi olaraq vurğulamışdır: "Ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur". Avropa və onun əsas tərəfdaşı olan Azərbaycan üçün hazırda aktual olan enerji təhlükəsizliyi, yaşıl enerji, Cənubi Qafqazda təhlükəsizlik kimi mövzular da konfransda diqqət mərkəzində saxlanılıb.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Brüssel sülh prosesini dəstəklədiyini, eyni zamanda Aİ Prezidentinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına səy göstərdiyini xüsusi olaraq vurğulamış və Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında səylərin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etmişdir. Görüş zamanı Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti barədə də fikir mübadiləsi aparılmışdır.

Ölkə başçımız Münxendə Avropa İnvestisiya Bankının (EIB) prezidenti Verner Hoyer ilə görüşü zamanı dövlətimizin müəyyənləşdirdiyi inkişaf strategiyasında yer alan rəqəmsal transformasiya, bərpaolunan enerji resurslarının inkişafı və ixracı, nəqliyyat bağlantılarının genişləndirilməsi konsepsiyası haqqında ətraflı məlumat verərək Avropa İnvestisiya Bankının hər üç sahə üzrə ölkəmizin yaxın tərəfdaşı ola biləcəyini nəzərə çatdırmışdır.

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxış edən dövlət başçımız Azərbaycanın hələ uzun illər əvvəl logistika infrastrukturunun yaradılmasına yatırımlar etdiyini və bu gün artıq Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsinə əlavə imkanların olduğunu bildirmişdir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında olan münasibətlərin normallaşması, həmçinin digər ölkələr arasında olan düşmənçiliyin sona çatdırılması üçün nümunə olar. Qeyd edək ki, Ukraynada davam edən müharibənin birinci ildönümü ərəfəsində təşkil olunan konfransda Rusiya-Ukrayna müharibəsi aparıcı müzakirə mövzusu olmuşdur. Cənubi Qafqazdakı vəziyyətin təhlilinə həsr olunmuş budəfəki debata Gürcüstanın baş naziri İrakli Qaribaşvili də qatılıb. Qaribaşvili qeyd edib ki, 2008-ci ildə də Rusiyaya qarşı döyüşüblər və Rusiya Gürcüstan ərazilərini, Abxaziya və Cənubi Osetiyanı işğal edib. Paşinyan isə paneldəki çıxışında "Qlobal qeyri-sabitlik regionumuzda vəziyyəti yaxşılaşdıra bilməz. Bütün beynəlxalq diqqət uzun müddətdir ki, Ukraynaya yönəlib və bu, regionumuz üçün yeni risklər yaradır. Həmçinin beynəlxalq diqqəti regionumuzda saxlamaq çox vacibdir, çünki çoxlu risklər var. Bunu bizim bölgəmizdə idarə etmək lazımdır", deyib. Demokratik islahatlar gündəminə sadiq olduqlarına diqqətçəkən Paşinyan demokratik islahatlar, qanunun aliliyi, insan haqları və müstəqil məhkəmə sistemi kimi demokratik təsisatların inkişafının yaşadıqları regionda ümumi vəziyyəti yaxşılaşdıracağına inandıqlarını bildirib.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təmasların davam etdirilməsi və qarşılıqlı maraq doğuran birgə layihələrin müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparılıb.


Oxunub: 232






SON XƏBƏRLƏR

2024-12-02

13:04 İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı

Product image

12:58 Prezident İlham Əliyev: ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib

Product image

11:11 Sumqayıt şəhərinin 75 yaşı tamam olur SUMQAYIT FOTOLARDA

Product image

2024-11-30

00:40 Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib VİDEO

Product image

2024-11-28

03:06 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat olacaq

Product image

02:52 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib VİDEO

Product image

01:51 Azərbaycanda bələdiyyə seçkiləri gələn il yanvarın 29-da keçiriləcək

Product image

2024-11-21

03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar

Product image

02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ

Product image

02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır

Product image

2024-11-14

13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim