XOCALI - ƏSRİN FACİƏSİ
CANLI TV / 24.02.2023 01:43

"carciTV” TƏQDİM EDİR
FİDAN RƏCƏBOVA - 2015-ci
ildə Xəzər Universiteti-Dünya məktəbinin daxilində təşkil edilmiş məntiq
olimpiadasında iştirak edib. 2017-ci ildə Sabunçu Gənclər evinin təşkil etdiyi
"Gənc alimlər” layihəsində fəal iştirakıma görə sertifikatla təltif olunub. 2017-ci
ildə "Xalqa bağışlanan ömür” adlı şeir müsabiqəsində II yeri tutub. "İdeal vətəndaş”
qazeti tərəfindən "ilin yaxşı şagirdi” fəxri fərmanı ilə təltif olunub. 2019-cu
ildə "9 Noyabr-Dövlət Bayrağı Günü”adlı şeir müsabiqəsində diplomla təltif
edilib. 2019-cu ildə Gənclər və İdman İdarəsinin təşkil etdiyi "Xocalı
soyqrımını unutma” mövzusunda inşa yarışında 1-ci yeri tutub. Eyniadlı yarışda
Bakı şəhəri üzrə II yerə layiq görülüb. 2019-cu ilin mart ayında "Ölkəmizi
tanıyaq 11-ci tur” layihəsində iştirak edib. 2019-cu ildə Respublika fənn
olimpiadasında riyaziyyat fənni üzrə yarımfinalçı olmuşdur. 2020-ci ildə "Mir Cəlal
adına II hekayə müsabiqəsinin” iştirakçısı olub. 2020-ci ildə Sabunçu Gənclər
Evi, Gənclərinİnkişaf və Karyera Mərkəzi və Azərkitabın təşkilatçılığı ilə
keçirilmiş yay məktəbinin iştitakçısı olub. 2021-ci ildə Təhsilim.org saytında
könüllü müxbir kimi fəaliyyət göstərmiş və II dərəcəli sertifikatla təltif
edilib. 2021-ci ildə Respublila Fənn Olimpiadasının Azərbaycan dili və ədəbiyyat
fənni üzrə yarımfinalçısı olub. 2021-ci iıdə Ailə, Qadın və Uşaq Probelmləri
üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilmiş "Lider olmaq istəyirəm”
adlı yay məktəbinin iştitakçısı olub. 2021-ci ildə "Nə? Harada? Nə zaman?” adlı
intellektual yarışda I yeri qazanıb. 2021-ci ildə Meh Ədəbi Dərnəyinə üzv
olmuşam və ideya müəllifi vəzifəsində çalışıb. 2021-ci ildə Azərbaycan
Uşaqlarının V Ümumrespublika forumunun iştitakçısı olub. 2022-ci fevral ayında
Meh Ədəbi Dərnəyinin Qiraətçilər bölməsinin sədri vəzifəsinə təyin olunub. 2022-ci
ildə Tələbə Həmkarlar İttifaqının təşkil etdiyi "Zamanın faciəsi” adlı esse
yarışında I yerə layiq görülüb. 2022-ci ilin mart ayında Meh Ədəbi Dərnəyinin
İnsan Resursları şöbəsinin II, daha sonra isə I müavini vəzifəsini icra
etmişdir. 2022-ci ildə Prestij-S Tədris Mərkəzinin təşkil etdiyi tələbələr
arasında məntiq olimpiadasının finalçısı olmuş və sertifikatla təltif
edilmişdir. 2022-ci il sentyabr ayında Meh Ədəbi Dərnəyinin İnsan Resursları
şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2022-ci il sentyabr ayından DOST
inkluziv təlim və təhsil mərkəzinin və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə
valideyin himayəsindən məhrum uşaqlara könüllü müəllimlik fəaliyyəti göstərir. 2022-ci
il- Türkiyədə fəaliyyət göstərən Güfte edebiyat e-dergisinin Azərbaycan üzrə
redaktorudur. 2022-ci il noyabr ayından İrəli İctimai Birliyinin ADPU üzrə
koordinatorudur. 2023-cü il fevral ayında universitetin ictimai işlərində fəal
iştirakına görə fəxri fərmanla təltif edilib. 2023-cü il fevral ayında İrəli
İctimai Birliyinin təşkil etdiyi qeyri-formal təhsilin əsasları adlı layihənin
iştirakçısı olmuşdur. Bir neçə dəfə Gənclər və İdman naziri Fərid Qayıbovla,
Elm və Təhsil naziri Emin Əmrullayevlə görüşdə olub. Filoloq qazetində məqalə və
şeirləri çap edilib. Həvəskar olaraq qiraətlə, şairlik və nasirliklə məşğuldur. Psixologiya və bədən
dili sahələrinin araşdırması ilə məşğuldur.
Nə üçün bədbəxtlik gələndə dağıda-dağıda, uçura-uçura gəlir? Nə üçün gəldiyi zaman bizdn çox şey alır və aldığını qaytarmır? Nə üçün bütün bu baş verənlər bizi seçir? Nə üçün…
Bu sualların ardı-arası kəsilmək bilmir.
Tarix boyu axıdılan qanlar durdurula bilmir. Anaların ah-naləsi, körpələrin göz
yaşı susdurulmaq bilmir. Tarix boyu mübarizə, azadlıq əzmi ilə alışıb-yanan
xalqımıza qarşı törədilən faciələrin ardı-arası kəsilmək bilməyib. Ta qədim
dövrdən günümüzə kimi başımıza gələn yüzlərcə faciə müstəqil Azərbaycan
Respublikasının təməli olmuşdur.
26 Fevral 1992-ci il… Başımıza gələn faciələrdən
biri, ən önəmlisi, ən sarsıdıcı olanı-Xocalı faciəsi məhz bu tarixdə baş
vermişdir.xalqımızın yaddaşına həkk edilmiş bu tarix bizim üçün, tarix üçün, bəşəriyyət
üçün misli görünməmiş faciə idi.
Fevral ayının 26-dan 27-nə keçən gecəyə kimi
Xocalı dağların qoynunda yer alan kiçik bir kənd idi. Bu kiçik kənd Ağdamla
Şuşa arasında yerləşirdi. Burada günəşin doğuşunun da ayrı bir gözəlliyi var
idi. Xocalı sanki bir cənnət idi. Əlvan saraylar, güllü bağlar, gen aynabəndlər
göz oxşayırdı. Lakin həmin gün… 26 Fevral…
Erməni-rus
ordusu
Basqın
etdi qəflətən.
Qadın,
qoca, uşaq da
Qətlə
yetdi qəflətən.
Bələkdəki
körpələr
Süngülərə
taxıldı.
Günahsız
insan qanı
Su
yerinə axırdı.
Bəli,
ermənilər dayanmaq bilmirdi. Sanki doğulduqları gündən nifrətlə yoğrulmuş, kinlə,
qəzəblə doldurulmuşdular. Həmin gecə cinayərlərin, qətillərin, işgəncələrin
ardı-arası kəsilmirdi. Dəhşətlərlə dolu bir gecə yaşayırdı Xocalım. O gecə evlərə-eşiklərə
od vuruldu, torpaq qan ilə yuyuldu. İnsanlar quduzların tanklarının tırtırları
arasında xırçım-xırçım oldu o gecə. Düşmən qadına, qocaya, körpə uşağa aman
vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında qəddarlıqla qətlə
yetirildi. Qız-gəlinlər əsir alındı. İgidlər mənfur ermənilərin qəbirləri
üstündə qurban kəsilirdilər. Mənfur düşməndən qaçmaq üçün meşələrə üz tutanlar
yoldaca donub qaldılar. Hara gedəcəyini, nə edəcəyini, kimdən kömək diləyəcəyini
bilməyən uşaqlar ana-atalarının meyidləri arasında çaşbaş halda göz yaşı
tökürdülər. Mərhum jurnalist Çingiz Mustafayevin Xocalı qırğınından sonra çəkdiyi
kadrlarda uşaqlara edilən misilsiz işgəncələri görmək olar. Bu kadrlarda ermənilərin
qəddarcasına körpələrə verdikləri zülm öz əksini tapmışdır. Bu kadrlarda
qulaqları kəsilmiş, gözləri çıxarılmış, baş dərisi tükü ilə birlikdə soyulmuş
körpələri görmək olar. Həmin gün Xocalı sakinlərinin üzləşdiyi müsibətlərin
hansı birini deyəsən? Bəlkə diri-diri yandırılmış insanları, bəlkə də dünyaya
yenicə göz açmış, hələ həyatın gözəlliklərindən xəbərsiz olan körpələrin süngülərə
keçirilməsindən danışasan? Qələm acizdir bu müsibətləri təsvir etməkdə…
Bir gecədə 800-dən çox sakinin həyatına son
qoyuldu. 6 ailə tamamilə məhv edildi, 1277 nəfər əsir götürüldü, yüzlərcə
soydaşımız bu və digər dərəcədə bədən xəsarətləri almışdır. Xocalı əhalisinin əksər
hissəsi o qanlı gecə işgəncələrə məruz qalaraq qətlə yetirilmiş, yalnız 1500 nəfər
Ağdama gəlib çataraq canlarını xilas edə bilmişdilər. Bu hadisələrin şahidi
olan saçı ağarmış bir kişi için-için ağlayaraq belə deyir: " Bunlar faşistlərdən
də pisdirlər!”
Tarixdə
indiyə qədər tayı-bərabəri olmayan bu müsibəti yalnız qəddar, insanlıq hissini
itirmiş ermənilər törədə bilərdi. Qana susamış ermənilər 366-cı alayın iştirakı
ilə dinc insanların üzərinə hücum çəkirdilər. Onların törətdikləri bu faciəni
yalnız soyqırım adlandırmaq olar. Bu soyqırım ermənilərin iç üzünü açıb bütün
dünyaya göstərdi.
Azərbaycan xalqı Xocalı soyqırımını unutmayıb
və unutmayacaq da. Ölkəmizin paytaxtı Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə
bunun sübutudur. Burada arzuları ürəyində qalan, övladını başı üstünə qaldıran
ananın fəryadı öz əksini tapmışdır. Bu abidə hər birimizə öz vəzifəmizi, vətənə
olan borcumuzu xatırladır. O borc ki, 44 günlük müharibədə bütün Azərbaycan
xalqı qisas üçün ayağa qalxdı. O borc ki, illər sonra Xocalı qurbanlarının
qisasının alınması ilə nəticələndi.
Xocalı
- arxadan atılan güllə,
Xocalı
- xalqımın faciəsidir.
Xocalı
- günahsız yoldaşlarımın
Qisas
çağırışı, fəryad səsidir.
Bəzən həyat heç gözləmədiyimiz anda bizi təəccübləndirə
bilər. Başımıza gələn bu hadisələr həyatımızı, yaşamımızı, gələcəyimizi dəyişə
bilər. Bəzən müsbət cəhətdən, bəzən isə mənfi cəhətdən... Həyat bir imtahan,
biz isə bu imtahandan keçməyə çalışan şagirdik. Əsas olan bu imtahanı keçmək
deyil, imtahandan çıxardığımız nəticədir. Ən çətin və ən önəmli olan isə
imtahanın nəticəsi yaxşı olub-olmasa da, özünü toplayaraq daha əmin addımlarla
irəliləməyi, gələcəyə ümidlə baxmağı bacarmaqdır. Bizim xalqımız isə ən çətin və
ən önəmli olanı bacardı. Başımıza gələn faciələrə, müsibətlərə baxmayaraq,
yenidən və daha güclü bir şəkildə ayağa qalxdı. Bu dəfə Azərbaycan xalqını zəiflətmək
qeyri-mümkündür.
Azərbaycanı əvvəlcə sarsıldan, sonda isə
mübarizə əzmi ilə dolduran, iradəli, güclü edən quduz ermənilərin törətdikləri
Xocalı faciəsi heç bir zaman unudulmayacaq.
Bu barədə çox yazmaq olar. Günlərlə, aylarla,
illərlə bu mövzu barədə düşünmək, mühakimələr yürütmək olar. Bütün bunlar Azərbaycan
Respublikasının, sarsılmaz ordumuzun, qəlbi azadlıq eşqi ilə alışan xalqımızın
varlığının sübutudur.
Hər zaman demişik, bundan sonra da deyəcəyik:
"Yaşasın Azərbaycan!”
Yaşasın
böyük vətənimiz!
Onun
yolunda qurbanıq biz.
Qoy
al bayraqlar qalxsın göyə!
Şanlı yaşasın gənc nəslimiz!
ADPU Filologiya fakültəsi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, II kurs.

2025-05-04
23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

2025-04-29
16:44 ŞƏRQİN LİDERİ

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

09:20 Göyərçin sülh rəmzi kimi

2025-04-28
00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

2025-04-23
23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində


TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
