reklam
USD
21 ℃
EUR
BAKI

Qayıdış Konsepsiyası reallığa çevriləcək

MÜSAHİBƏ / 07.03.2023 00:24

Qayıdış Konsepsiyası reallığa çevriləcək


Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsi hələ XVIII əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq niyyəti güdən Rusiya imperiyasının çoxdankı işğalçılıq planlarının tərkib hissəsi idi. İran və Türkiyə sərhədlərində xristian zolağı yaratmaq niyyətində olan Rusiya erməniləri başlıca olaraq Azərbaycanın İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazisinə, habelə digər münbit torpaqlarına köçürdü.
İrəvan bölgəsində ermənilərin azlıq təşkil etməsi Rusiya imperiyasının İran və Osmanlı sərhədində xristian dövləti yaratmasına mane olurdu. XVIII-XX əsrlərdə Qərbi Azərbaycanda Rusiya və onun Qafqazdakı əlaltısı Ermənistan tərəfindən aparılmış işğalçılıq siyasəti nəticəsində daşnaklar tərəfindən azərbaycanlılara qarşı dəhşətli talanlar edilmiş, xalqımız kütləvi şəkildə qırılmış, torpaqlarımız zəbt edilmişdir.
XX əsrin əvvəllərində erməni daşnakları İrəvanda yaşayan azərbaycanlılara qarşı vəhşiliklər törətmiş, dinc əhalini talamış, kəndləri, şəhərləri məhv etmişlər.
1920-ci il noyabrın 29-da Ermənistan sovetləşəndən az sonra Rusiya bu sovetləşmənin müqabilində Zəngəzur, Göyçə, Dərələyəz mahallarını azərbaycanlılardan zorla alıb Ermənistana vermişdir. Bununla da, 9 min kvadratkilometr olan ərazilərinə daha 20 min kvadratkilometr əlavə edilmiş, Ermənistan ərazisi 29 min kvadratkilometr olmuşdur. Ən ürək ağrıdan fakt isə odur ki, Bakıda oturmuş daşnak - bolşevik hökumətinin 1920-ci ilin yayında Ermənistanla ərazi mübahisəsini həll etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində bir nəfər də azərbaycanlı olmamışdır.
1929-cu ildə Nüvədi və daha 2 kənd Ermənistana verilmiş və bununla da, Azərbaycan torpaqları hesabına 29,8 min kvadratkilometr olan "Ermənistan" dövləti yaradılmışdır.
1943-cü ildə üç dövlətin (SSR, ABŞ və İngiltərə) Tehran konfransında Sovet-İran münasibətləri müzakirə edilərkən erməni diasporu fürsətdən istifadə edərək SSRİ xarici işlər naziri V.Molotova müraciətində xahiş etmişdir ki, İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsinə icazə versinlər. İ.V.Molotov elə oradaca İ.Stalinlə danışdıqdan sonra onların köçürülməsinə razılıq vermişdir. Q.Harutyunov bu fürsətdən istifadə edərək xarici ermənilərin Ermənistana köçürülməsi ilə əlaqədar azərbaycanlıların Ermənistandan zorla köçürülməsi barədə qərar verilməsinə nail olur.
SSRİ Nazirlər Sovetinin 10 dekabr 1947-ci il tarixli 4083 nömrəli qərarında göstərilirdi ki, 1948-1950-ci illərdə "könüllülük" prinsipi əsasında SSRİ-də yaşayan 10 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. "Könüllülük" ifadəsi xüsusi məqsədlə qərara salınmışdı, əslində bu qatı repressiya idi. Qərara görə, 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Ümumiyyətlə, 1948-1953-cü illərdə Ermənistan SSR-dən 100 min nəfərdən çox soydaşımız Qərbi Azərbaycandan zorla köçürülmüşdür. Beləliklə, Ermənistanın dağlıq rayonları - Əzizbəyov, Yeğeqnadzor, Sisyan, Vedi, Basarkeçər rayonlarından yüzlərlə azərbaycanlı kəndinin əhalisi zorla Azərbaycanın aran rayonlarına göndərilmişdir.
İ.Stalinin ölümündən sonra köçürülmə prosesi dayandırılmış, erməni vandalları öz mənfur niyyətlərini axıra qədər başa çatdıra bilməmişlər.
Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarından deportasiya edilməsinin növbəti mərhələsi 80-ci illərdən başladı. Bu xəyanətə dəstək verən isə ermənipərəst M.Qorbaçov və onun satqın komandası oldu.
Ermənistanda azərbaycanlılara aid olan ali məktəblər, texnikumlar, mətbuat orqanları kütləvi surətdə bağlandı. İrəvan Pedaqoji İnstitutunun 4 Azərbaycan dili fakültəsi bağlandı və cəmi bir qrup təşkil edildi. 1925-ci ildən fəaliyyət göstərən İrəvan Pedaqoji Texnikumu Göygöl rayonuna köçürüldü.
1988-ci ildə Qərbi Azərbaycanın İrəvan şəhərindən, Göyçə, Zəngibasar, Dərələyəz, Amasiya, Zəngəzur mahallarından, Vedibasar rayonundan 300 minə yaxın azərbaycanlı ata-baba yurdlarından zorla qovuldu.
Artıq 35 ildir ki, Qərbi azərbaycanlılar doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti sayəsində 30 ilə yaxın erməni tapdağında olan torpaqlarımız işğaldan azad olundu. İndi bizim əsas hədəfimiz Qərbi Azərbaycan ərazisindəki əzəli torpaqlarımızı geri qaytarmaqdır. Bu məqsədlə, yol xəritəsi - Qayıdış Konsepsiyası hazırlanmışdır.
24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasında bir qrup ziyalının Prezident İlham Əliyevlə görüşü olmuşdur. Bu tarixi görüşdə ölkə başçısı demişdir: "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".
Biz böyük coşqu və həvəslə Qərbi Azərbaycandakı torpaqlarımıza qovuşacaq, lazım gələndə "dəmir yumruq" işə düşəcəkdir.

Ələkbər HƏZİYEV,
Müəllim.



Oxunub: 254






SON XƏBƏRLƏR

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image

2025-05-27

17:23 QƏZƏLLƏR : O.D.ELMAN

Product image

2025-05-26

15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

Product image

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

Product image

2025-05-19

00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

Product image

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

Product image

2025-02-01

03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Product image

2025-05-12

11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Product image

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim