reklam
USD
25 ℃
EUR
BAKI

Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü

CANLI TV / 15.03.2023 10:21

Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü


    Hər bir xalqın tarixi və milli ideologiyası onun dünyada özünəməxsus yer tutması üçün mövcud olan milli kimliyidir. Tarixin müxtəlif dövrlərində müəyyən işğallara , istilalara baxmayaraq , Azərbaycan xalqı sahib olduğu milli dəyərlərini daim ən yüksək səviyyədə mühafizə etməklə mənəvi-siyasi -ideoloji baxımdan özünün milli həmrəyliyini və bütövlüyünü qoruyub saxlaya bilmişdi. Müstəqillik əldə etdikdən sonra milli – mənəvi dəyərlərimizi qorumaq və təbliğ  etmək vəzifəsi xalqımızın qarşısında başlıca məsələlərdən biri kimi dayanırdı. Bu, 1992 -ci il noyabrın 21- də xalqın çağrışı əsasında güclü lider ətrafında partiyanın -Yeni Azərbaycan Partiyasının yaradılması ilə baş tutdu. 
    Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi Azərbaycan dövlətinin  həyat ritmini büsbütün dəyişdi. Ulu öndər ilk növbədə elm, təhsil, mədəniyyət, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsindən başladı. Çünki hər bir müvəffəqiyyətə düşünülmüş siyasətlə, savadla, biliklə, elmlə nail olmaq mümkün idi. O, kadrların seçilib-yerləşdirilməsi, işgüzar, bacarıqlı, idarəetmədə təcrübəsi olan insanları irəli çəkməklə Azərbaycanın bütün sahələr üzrə inkişafının tərəqqisinin əsasını qoydu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yeridilən iqtisadi və sosial siyasət və bunun sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, elmin və mədəniyyətin inkişaf etməsinə, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının dərin bilicisi kimi müvəffəq olmaq mümkün idi. 
  Heydər Əliyevin ən böyük amalı, istəyi, məqsədi bütün hakimiyyət potensialını , imkanlarını insanların şəxsi azadlığının , şəxsi maraqlarının təmin edilməsinə yönəltmək idi. Heydər Əliyev üçün insan həyatının dəyəri bütün dəyərlərdən üstün idi. 
  Heydər Əliyev azərbaycançılıq məfkurəsini milli ideologiya səviyyəsinə qaldıraraq, onun əsasında vətəndaş həmrəyliyi və ümumxalq birliyi yaradıb. Ulu Öndərin müəllifi olduğu müasir azərbaycançılıq idologiyası Azərbaycan xalqını vahid yumruq kimi birləşdirib.
  Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra bu vəzifənin reallaşdırılması yönündə strateji addımlar atılmağa başladı  və beləliklə ulu öndər ömrünün qalan hissəsini Azərbaycanın müstəqilliyinin qorunmasına, beynəlxalq aləmdə tanınmasına, insanların xoşbəxt və firavan yaşamalarına həsr etməyə razılıq verdi. Böyük şəxsiyyətin hakimiyyətə qayıdışını yalnız xalq tələb etmirdi. İxtilafları ilə ölkəni uçurumun qarşısında qoyan bütün siyasi qüvvələr, ölkəni anarxiyaya, özbaşınalığa, xaosa aparan, qardaşı qardaşla üz-üzə qoyan o vaxtkı hakimiyyət də bu müdrik, dahi insanın, idarəetmədə zəngin təcrübəsi olan qüdrətli şəxsiyyətin ölkəyə rəhbərliyə gəlişini yeganə nicat yolu kimi dəyərləndirirdilər.
   Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Burada məşhur fransız mütəfəkkiri Volterin "dövlətin xilası üçün bir dahi insan kifayətdir” kəlamı yada düşür. Heydər Əliyev də Tanrının Azərbaycan xalqının taleyinə bəxş etdiyi bir qismət, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi insan idi.
  Vətəninə xidmətə sərf etmiş ümummilli liderimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının amalı da onun idealarını yaşatmaq və həyata keçirmək, Azərbaycanın inkişafı, güclənməsi , müasirləşməsi , xalqımızın rifahının yüksəlməsi uğrunda mübarizə aparmaqdır. Hazırda bu müqəddəs vəzifələrin yerinə yetirilməsinə ümummilli liderimiz Heydər Əliyevin davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəhbərlik edir. Ölkəmiz sürətlə tərəqqi edir, iqtisadiyyatı güclənir, islahatların miqyasları durmadan genişlənir.

Aidə ƏLİYEVA,
Yeni Azərbaycan Partiyasının Siyasi təhlil, 
maarifləndirmə, seçkilərlə iş üzrə məsləhətçisi.


Oxunub: 272






SON XƏBƏRLƏR

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image

2025-05-27

17:23 QƏZƏLLƏR : O.D.ELMAN

Product image

2025-05-26

15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

Product image

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

Product image

2025-05-19

00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

Product image

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

Product image

2025-02-01

03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Product image

2025-05-12

11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Product image

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim