reklam
USD
6 ℃
EUR
BAKI

Heydər Əliyev və Azərbaycan mədəniyyəti

CANLI TV / 18.03.2023 02:49
"carciTV" TƏQDİM EDİR

Heydər Əliyev və Azərbaycan mədəniyyəti

Mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir.
                                                   
                                                    Ümummilli lider Heydər Əliyev

Deyirlər ki, həyatda əvəzolunmaz insan yoxdur. Mənə elə gəlir ki, bu sözlər o qədər də düzgün deyil. Həyatda əvəzolunmaz insanlar olur. Lakin bu insanlar yüz ildə, min ildə bir dünyaya gəlirlər. Həmin insanlar öz işləri, əməlləri ilə tariximizdə elə silinməz izlər qoyurlar ki, aylar, illər, bəlkə də əsrlər keçsə belə, bu iz öz daimiliyini, əbədiliyini qoruyub saxlayaraq həmin insanı Dahi şəxsiyyətə çevirir. Xalqımızın xilaskar oğlu, Daha Ondərimiz Heydər Əliyev kimi!Ümummilli Liderimiz, Dahi Öndərimiz Heydər Əliyevin Azərbaycan Respublikasına başçılıq etdiyi 34 il ərzində Respublikamızın bütun sahələri kimi mədəniyyət sahəsinə də xüsusi diqqət və qayğı göstərmişdi. Həmin illərdə Azərbaycan mədəniyyəti dərin böhran icərisində idi. Heydər Əliyev millətin taleyi üçün misilsiz əhəmiyyət daşıyan mədəniyyətimizi məhf olmaq təhlükəsindən qurtardı.
Ümmmilli lider Heydər Əliyev mədəniyyəti daim xalqın böyük sərvəti hesab etmişdir Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, ulu öndər Heydər Əliyevin qayğısından bəhrələnməsin. Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltəraşlıq və rəssamlığımız, xalça sənətimiz və s. bugünkü inkişafı üçün ulu öndərimizə borcludur. Ümummilli liderimiz zəngin mədəni irsimizin qorunmasını vacib hesab edərək deyirdi: "Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. Mədəniyyətimizə bu mövqedən yanaşan ulu öndərin sayəsində Azərbaycan musiqisi, rəngkarlığı, xalq sənətkarlığı, kino və teatr sənəti dünya şöhrəti qazanmışdır. Mədəniyyətimizin inkişafında Heydər Əliyev mərhələsi XX əsrin 70-ci illərinin əvvəllərindən başlamış və bu gün də davam etməkdədir
Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndərimiz mədəniyyətimizin ayrılmaz qolu və aparıcı qüvvələrindən biri olan kitabxana işinin inkişafına da öz əvəzsiz töhfələrini vermişdir. kitabxana quruculuğunun özülü də məhz 70-ci illərin əvvəllərində, ulu öndərimiz birinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə qoyulmuşdur. Bu dövrdə bir sıra 

şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, respublikakitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlərin görülməsi buna əyani sübutdur
1974-cü ildə ulu öndərin "Zəhmətkeşlərin tərbiyəsində və elmi-texniki tərəqqidə kitabxanaların rolunu artırmaq haqqında” qərər imzaladı. Həmin qərardan sonra kitabxanalar mərkəzləşməyə başladı və MKS  - yəni Mərkəzi Kitabxana Sistemi kimi fəaliyyət gösttərməyə başladı.
1993-cü ildə Azərbaycanda yaranan çox mürəkkəb tarixi şərait və hərci-mərcilik şəraitində Azərbaycanın kitabxana şəbəkələri də məhv olmaq təhlükəsi ilə üz – üzə idi.. Məhz bu dövrdə ulu öndərimizin xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməyə başlaması bötövlükdə elmimizi, mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdiyi kimi, kitabxana şəbəkələrinin də məhvinin qarşısını aldı. Dahi Öndər "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mədəniyyət, bilik, zəka mənbəyidir.” müdrik fikirlərini söyləyərək kitabxanalarımızın fəaliyyətinin inkişafı üçün daha da əvəzsiz işlər gördü.
Ulu Öndər1995-ci ildə respublikada kitabxana işinin inkişafını ətraflı şəkildə təhlil etməyi Nazirlər Kabinetinə tapşırdı. 1996-cı ildə Nazirlər Kabinetində kitabxana işçilərinin Respublika müşavirəsi keçirildi və orada kitabxana işinin inkişafının yeni istiqamətləri müəyyən olundu, yeni vəzifələr müəyyənləşdirildi.1998-ci ildə isə Azərbaycan kitabxana tarixində dönüş mərhələsi hesab olunan "Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.Bu Qanun 12 aprel 1998-ci il tarixli məşhur fərmanı ilə qüvvəyə minndi və bunun nəticəsində də Azərbaycanda çoxlu sayda kitabxana şəbəkələrini dağılmağ təhlüekəsindən uzaqlaşdı Həmin Qanunda bir yenilik də ondan ibarət oldu ki,Qanunla keçmiş sovet respublikaları arasında ilk olaraq Azərbaycanda "Milli Kitabxana” statusu müəyyən olundu və onun fondları və əmlakı ümummilli sərvət elan edildi. Bu da Heydər Əliyevin kitabxanalarımıza verdiyi ən böyük dəyərlərdən birinin bariz nüünəsidir
Xalqımızın böyük oğlu Heydər Əliyev kitabxana işi ilə bağlı bir sıra dövlət əhəmiyyətli qanun və fərmanlar vermiş, 1996-cı ildə "Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” Qərar, 1998-ci ildə "Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, həmin qanunun tətbiqi ilə bağlı ulu öndərimiz 12 mart 1999-cu il tarixdə Fərman imzalamışdır. Bütün bunlar ölkəmizdə kitabxana işinin təkmilləşdirilməsinə, kitab nəşrinin və kitabxanaların inkişafına ciddi təkan vermişdir Ulu öndərin 1999-cu il 12 mart tarixli fərmanın ən mühüm cəhətlərindən biri odur ki, ölkə kitabxanalarının tutduğu mühüm yer 

müəyyənləşdirilmiş, , kitabxanaların dünya informasiya məkanına daxil olmasının təmin edilmişdir.
Bu gün Ulu öndərin ideyalarını layiqincə davam və inkişaf etdirən Prezidentimiz cənab İlham Əliyevin ölkədə kitabxana işinə qayğısından danışmamaq mümkün deyil. Hörmətli Prezidentimizin 2004-cü ildə imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı, "Dünya ədəbiyyatı və uşaq ədəbiyyatı kitabxanası seriyasından kitabların nəşri haqqında” (2005), "Azərbaycanda kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi haqqında” (2007), "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq olunması haqqında” (2008) Azərbaycan Respublikası Prezidentinin silsilə sərəncamları bu gün də kitabxanalarımıza diqqət və qayğının əvəzsiz olduğundan xəbər verir.
Tarixi abidələr, çoxsaylı maddi mədəniyyət qalıqları Azərbaycanın uzaq keçmişinin zənginliyini təsdiq etməklə yanaşı, eyni zamanda xalqımızın milli pasportu hesab edilə bilər
                                                           Heydər Əliyev
                                                          Ümummilli lider
Hakimiyyətə gəlişi ilə tariximizə və tarix-mədəniyyət abidələrinə böyük diqqət və qayğı göstərən ulu öndərin birbaşa rəhbərliyi ilə bir sıra tədbirlər həyata keçirilir, ilk növbədə, ən yüksək səviyyədə görüləcək işlərin istiqamətlərini müəyyən edən müzakirələr aparılır, qanunlar, qərarlar qəbul edilirdi. Bu cəhətdən Azərbaycan SSR Ali Sovetinin 1973-cü ilin sentyabrında keçirilən sessiyasının gündəliyinə ərazidəki mədəniyyət abidələrinin vəziyyəti və onların qorunması tədbirləri haqqında məsələnin daxil edilməsi və müzakirə olunması diqqəti cəlb edir. Bunun ardınca Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi kimi Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan KP MK-nın 10 sentyabr 1976-cı ildə qəbul etdiyi "Azərbaycan SSR-də tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpası işini yaxşılaşdırmaq haqqında” qərar bu istiqamətdə mühüm işlər aparmaq üçün geniş üfüqlər açdı.
Məxsus olduğu xalqın tarixinə dərindən maraq göstərən Heydər Əliyev bu sahədə aparılan genişmiqyaslı işlərin qanun çərçivəsində yerinə yetirilməsini təmin etmək məqsədi ilə Azərbaycan SSR Ali Sovetinin 21 iyul 1978-ci il tarixli sessiyasında "Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında Azərbaycan SSR Qanunu”nun qəbul olunmasına, 27 yanvar 1982-ci ildə isə Azərbaycan Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi Cəmiyyətinin Nizamnaməsinin Azərbaycan SSR Nazirlər Sovetində təsdiq edilməsinə nail oldu. Beləliklə, ölkə ərazisindəki tarix və mədəniyyət abidələrinin bərpası, tədqiqi və qorunması məsələsi qanun və qərarlarla rəsmiləşdirildi.
Burada qeyd etmək yerinə düşər ki, ulu öndər abidələrin qorunmasında hamının, xüsusilə rəhbər işçilərin rolunu həmişə ön plana çəkmiş və qeyd etmişdir ki,
abidələrin qorunması hamının, xüsusilə rəhbər işçilərin diqqət mərkəzində olmalıdır. Tariximiz üçün müəyyən əhəmiyyət kəsb edən və yer altından tapılmış hər bir xırda əşya belə qızıl qədər dəyərlidir.
Azərbaycan arxeoloji irsinə və maddi-mədəniyyət nümunələrinə böyük maraq göstərən, onlara hörmət və ehtiramla yanaşan, diqqət və qayğısını əsirgəməyən ümummilli lider Heydər Əliyev Moskvada, SSRİ-nin ali rəhbərliyində işlədiyi zaman doğma yerlərə - Azərbaycana gələndə vaxtının məhdud olmasına baxmayaraq, ölkə ərazisində indiyədək qalan tarix-mədəniyyət abidələrini də ziyarət edirdi. 1983-cü ilin sentyabrında Azərbaycanda olarkən qədim mədəniyyət, elm, təhsil, ticarət və sənətkarlıq mərkəzlərindən biri olan Şabran şəhərinə getmiş, orada arxeoloji tədqiqatlarla tanış olmuş və bu işin genişləndirilməsini tövsiyə etmişdi. Bundan sonra, Şabranda bir neçə arxeoloji ekspedisiya fəaliyyətə başlamışdı. Həmçinin,həmin vaxt respublika rəhbərliyinə Azərbaycanın orta əsr şəhərlərinin tarixinin hərtərəfli öyrənilməsinin gücləndirilməsi haqqında tapşırıqlar verilmişdi. Tapşırıqlara uyğun olaraq, bir sıra Azərbaycan şəhərlərinin (Gəncə, Bərdə, Naxçıvan, Qəbələ və s.) qədim və orta əsrlər dövrü tarixinin sistemli şəkildə öyrənilməsi üçün arxeoloji ekspedisiyalar işə başlamış, aparılan tədqiqatların nəticəsi olaraq monoqrafiya və məqalələr yazılmışdır
Bunlardan aydın olur ki,Azərbaycan arxeoloqlarının elmi uğurlarının səbəbi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır Heydər Əliyev hakimiyyətinin birinci dönəmində Bakıda ən böyük abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan bir sıra memarlıq ansamblı, inzibati mərkəz, saray, nəşriyyat, tədris korpusu, kompleks və özünün görkəmi ilə şəhərə rövnəq verən neçə-neçə digər bina istifadəyə verilmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü sayəsində çox sayda memarlıq abidəsinin bərpası mümkün olmuşdur. O, Azərbaycan xalqının keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Heydər Əliyevin mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır. Heydər Əliyev hakimiyyətinin birinci dövründə Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza və digərləri Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər.
Heydər Əliyev azərbaycançılıq ideologiyasına mühüm önəm verirdi. Qədim yazılı abidə olan "Kitabi-Dədə Qorqud"da milli düşüncə, azərbaycançılıq ideologiyası geniş əksini tapdığından ulu öndər alimlərin dastanın araşdırılması və tədqiqinə normal şərait yaratdı. "Azərbaycan ədəbiyyatı çoxəsrlik tarixi "Kitabi-Dədə
Qorqud" kimi ədəbi abidələrlə, Nizaminin nəhəng yaradıcılığı ilə, Xaqaninin və Nəsiminin, Füzulinin və Vaqifin, söz sənəti bahadırlarının dahiyanə əsərləri ilə, aşıq poeziyasının həmişə canlı nümunələri ilə zəngindir" - deyən Heydər Əliyevin təşəbbüsü ilə "Kitabi-Dədə Qorqud"un motivləri əsasında bədii film çəkildi
Ulu öndər Heydər Əliyevin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə "Füzuli ensiklopediyası"nın hazırlanması və nəşr edilməsi haqqında sərəncam imzaladı
1999-cu il mayın 15-də isə Azərbaycan xalqının qədim tarix və mədəniyyət qaynaqlarından olan "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin layiqincə hazırlanması və keçirilməsi haqqında fərman imzalaması da onun elmə və mədəniyyətə verdiyi yüksək qiymətin təcəssümüdür.
Təsviri sənətimizin uğurl inkişafında ulu öndərin qayğı və diqqəti əvəzsizdir.
Hələ sovet dönəmində Azərbaycanın tanınmış sənət adamlarına göstərdiyi diqqət və qayğı, yaradıcı şəxslərlə yaxın dostluq əlaqələri Heydər Əliyevə böyük sənət adamları arasında dərin hörmət və nüfuz qazandırmışdı. Azərbaycanın tanınmış sənət adamları olan Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Böyükağa Mirzəzadə, Oqtay Sadıqzadə, Nadir Əbdürəhmanov, Mirəli Mirqasımov, Ömər Eldarov və başqa rəssamlarla şəxsən görüşərək onların yaradıcılıqları ilə yaxından maraqlanan, ünsiyyət yaradan ümummilli lider bu addımıyla milli mədəniyyətimizin daha da inkişaf etməsi üçün stimul yaradırdı. Onun sənət adamlarının yaradıcılığını yüksək qiymətləndirməsi, yaradıcı insanlara respublikanın yüksək fəxri adlarının verilməsi və orden- medallarla təltif edilməsi üçün göstərdiyi qətiyyət dünya siyasətində nadir dövlət başçılarının nümayiş etdirdiyi keyfiyyət idi
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsində – ötən əsrin 70-80-ci illərində mədəniyyətin və incəsənətin bütün sahələri kimi, milli-mədəni sərvətlərimizin qorunub saxlanıldığı və təbliğ olunduğu muzeylərimiz də inkişaf etdirilməsi, onların şəbəkəsi genişlməsi, maddi-texniki bazası möhkəmləndirilməsi sahəsində xeyli uğurlu işlər görmüşdü. Xalqımızın böyük oğlu Heydər Əliyev birinci dəfə Azərbaycana rəhbər seçildiyi zaman Naxçıvanda cəmi iki muzey var idi. Onlardan biri 1924-cü ildə yaradılmış indiki Naxçıvan Dövlət Tarix Muzeyi, digəri isə 1967-ci ildə təşkil edilən Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi idi. . Muzey işinə qayğı və diqqət dahi rəhbərin fəaliyyətində daim xüsusi yer tutmuşdur. Ulu öndərin respublikaya rəhbərliyinin
ilk ilində onun təşəbbüsü ilə "Respublikada muzey işinin yaxşılaşdırılması haqqında” qərar qəbul olundu.
Dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1980-ci ildə muzey işinə dair yeni bir qərarın qəbulu respublikada muzeylər şəbəkəsinin inkişafına, bu işə rəhbərliyin təkmilləşdirilməsinə geniş imkanlar yaratmış və bölgələrdə tarix-diyarşünaslıq muzeylərinin açılmasına stimul olmuşdur. Həmin qərardan sonra 1980-1982-ci illərdə respublikanın rayonlarında 30-a qədər muzey geniş miqyaslı plan əsasında yenidən qurulmuşdu. Muzey yaradılması sahəsində ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndərin təşəbbüsü ilə həyata keçirilən tədbirlər ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra da davam etdirilmişdir. Milli-mədəni sərvətlərimizin qorunub gələcək nəsillərə çatdırılması sahəsində muzeylərin rolunu layiqincə qiymətləndirən və yeni-yeni muzeylərin yaradılmasının təşəbbüskarı olan dahi şəxsiyyət Heydər Əliyev demişdir: "Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”. Ulu öndərin bütün dövrlərdə öz aktuallığını qoruyub saxlayan bu tövsiyələri həm paytaxt Bakıda, həm də bölgələrdə uğurla həyata keçirilmiş və keçirilməkdədir.
Bütün bunlardan aydın görünür ki, doğrudan da Azərbaycanda milli mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.
     Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilib, 1994-cü ildə isə bu müşavirənin materialları əsasında "Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. 2000-ci il martın 24-də qüvvəyə minmiş "Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən muzey - maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.
Ümummilli Liderimizin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri isə respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndirilməlidir.
Hazırda ölkəmizdə çoxlu muzey fəaliyyət göstərir və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.
Teatr müqəddəs yerdir! İnsanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynamışdır.
                                                                         Heydər Əliyev
Ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin bu fikirləri onun teatr sənətinə verdiyi yüksək qiymətdən xəbər verir.
O, tamaşaların premyeralarına gələr, tamaşa bitdikdən sonra səhnə arxasına keçər, dramaturqla, rejissorla, rəssamla, ayrı-ayrı aktyorlarla bu sahənin bilicisi kimi söhbət edər, fikirlərini bildirərdi. Ulu öndərimiz ömrünün son günlərinə qədər bu ənənəni davam etdirdi Heydər Əliyevin sənət haqqındakı fikirləri, yeri gələndə dramaturqa, rejissora və aktyorlara xoş sözlərlə bərabər haqlı irad tuturdu. Onun tamaşalara hər gəlişi, fikir söyləməsi teatr kollektivlərini yeni-yeni yaradıcılığa səslədi. Teatrların repertuarları yeniləşdi, zənginləşdi. H.Əliyev incəsənət xadimlərinə daimi olaraq böyük ehtiramla yanaşırdı:
Azərbaycanın görkəmli sənətkarına SSRİ-nin Xalq artisti, yaxud Sosialist Əməyi Qəhrəmanı adının verilməsinə H.Əliyev böyük mənəvi və fiziki qüvvə sərf etdi.
"Sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini almır”, deyən Dahi Öndər sənətə, sənətkara daim diqqət və qayğı ilə yanaşırdı
Heydər Əliyevin teatra daim diqqət və qayğısı onun ayrı-ayrı iclaslarda, müşavirə və toplantılarda, plenum və qurultaylarda çıxışları zamanı teatr haqqındakı fikirlərində, ayrı-ayrı sənətkarlarla görüşlərində dediyi sözlərdə, görkəmli sənətkarların yubileylərində göndərdiyi təbrik teleqramlarında, baxdığı tamaşalar barədə mülahizələrində öz dolğun əksini tapıb.
Ümummilli liderimiz Heydər Əliyev ömrünün sonuna qədər Azərbaycan incəsənətinin, o cümlədən Azərbaycan teatrının inkişafı üçün əlindən gələni əsirgəmədi. Onun ölməz ideyaları bu gün də yaşayır, bu gün də bizim yol göstərənimizdir.
Heç şübhəsiz ki, ulu öndərimiz Heydər Əliyevin böyük diqqət və qayğısı nəticəsində inkişaf etmiş Azərbaycan teatrı gələcəkdə daha yüksək sənət zirvələri fəth edəcək
ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyətin bir çox sahələri kimi kino sənətinin inkişafına da böyük qayğı göstərmişdir. 1976-cı ildə milli kinomuzun 60 illik yubileyi ilə əlaqədar kino işçilərinin böyük qrupuna fəxri adlar vermiş, ayrı-ayrı dövrlərdə "Azərbaycanfilm”in texniki bazasının möhkəmləndirilməsi, kinostudiya üçün yeni avadanlığın alınması üçün vəsait ayırmışdır.
"Azərbaycanfilm”də çəkilmiş, lakin sovet ideoloqlarının qəbul etmədiyi "İstintaq”, "Bir cənub şəhərində” və digər filmlər Heydər Əliyevin təkidi ilə ekran üzü görmüşdür. "Şəhərin yay günləri” pyesinin ekranlaşdırılması, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin şəxsiyyətinin araşdırılıb üzə çıxarılması, "Uzaq sahillərdə” filminin çəkilişi ideyası, ən başlıcası isə hər il avqustun 2-nin Azərbaycan kinosu günü kimi qeyd olunması ümummilli liderin adı ilə bağlıdır.
ümummilli liderimiz Azərbaycan kinosuna böyük qayğı göstərmiş, onun təəssübkeşi, hamisi olmuşdur. ulu öndərin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən kinomuz yeni inkişaf yoluna qədəm qoydu, vaxtilə ekranlara buraxılmayan filmlər onun təşəbbüsü ilə ekrana çıxdı, Azərbaycan kinosunun ən maraqlı nümunələrindən biri olan "Bir cənub şəhərində” filmi məhz Heydər Əliyevin dəstəyi ilə ekran həyatı qazandı. Kinoda Azərbaycan tarixini, mədəni abidələrini, dahi şəxsiyyətlərini canlandıran "Nəsimi”, "Nizami”, "Babək”, "Dədə Qorqud” kimi ekran əsərləri meydana gəldi. Kinematoqrafiya sahəsində çalışanların məişət şəraiti yaxşılaşdırıldı, onlara fəxri adlar verildi. Əgər 1969-cu ilə qədər Azərbaycan kinosunda yalnız bir nəfər Xalq artisti fəxri adı almışdırsa, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Tofiq Tağızadə, Həsən Seyidbəyli və neçə-neçə sənətkarlar Xalq artisti adına layiq görüldülər. 1976-cı ildə ulu öndərin təşəbbüsü ilə respublikamızda kino sənətinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında tarixi qərar qəbul olundu. Məhz Heydər Əliyevin səyi nəticəsində 70-ci illərdən başlayaraq Bakıda ümumittifaq kinofestivallarının, televiziya filmləri festivallarının keçirilməsi ənənəsi qoyuldu. ulu öndərin Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu sahəyə dair ilk sərəncamlarından biri Dövlət Film Fondunun yaradılması barədə oldu ki, bununla da o, Azərbaycan filmlərini məhv olmaqdan qorudu. 1998-ci ildə "Kino haqqında” qanunun qəbul olunmasının əhəmiyyətini qeyd etdi: "Bu qanun Azərbaycan kinosunun hüquqi bazasını yaratdı.
Bunlarla yanaşı Musiqi sənətimizin inkişafına xüsusi qayğı ilə yanaşan Heydər Əliyevin sərəncamı ilə 24 bəstəkar və musiqişünasa "Prezident təqaüdü" verilib. Onların bir çoxu "Şöhrət" ordeninə layiq görülüb
      Heydər Əliyevin Azərbaycan mədəniyyətu sahəsində uğurlu işlərindən biri də Azərbaycan xalçaçlıq sənətini yeni müstəviyə çxarması ilə əlamətdarddır. Ölkədə xalça sənətinin inkişafı məhz Ulu öndərin adı ilə bağlıdır. Bütün xalq sənəti növlərikimi xalçaçılıq da ümumbəşəri mədəniyyəti zənginləşdirmiş,dünya dəyərləri sıralarrına daxil olmuşdur. Xalçaçılıq eyni zamanda milli mədəniyyətimizin ayrılmaz hissəsidir. Bu sənət növü əsrlər boyu yaradılmış, qorunub saxlanılaraq bu günümüzə qədər gəlib çatmışdır. Xalçaçılıq Azərbaycan ustalarının istedadı ilə zaman – zaman inkişaf edərək həm bütün ailələrin, həm də cəmiyyətimizin məişəti daimi oaraq sıx bağlıdır Orta əsrlərdə xalçaçılıq sənətinin inkişafı öz məntiqi nəticəsini vermişdir.Belə ki,Azərbaycan öz xalça məktəbləri və növləri ilə orijinl xalça istehsalı mərkəzlərindən birinə çevrilmişdir. Bu XII – XVəsrlərə aid Azərbaycan xalçaları dünyanın adlı – sanlı muzeylərində və şəxsi kolleksiyalarda – Nyu Yorkun Metropoliten, Londonun Viktoriya və Albert, Parisin Luvr,İstanbulun Topqapı, Vyana, Moskva, Sankt –Peterburq və digər şəhərlətin muzeylərində saxlanılır. 1967 – ci ildə yaradılmış Azırbaycan Xalça Muzeyi Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daha uğurla fəaliyyət etməyə başladı. Heydər Əliyevin "Muzeyə lazımı yardımın göstərilməsi haqqında” Fərmanı xalçaçılığıın uğurlu inkişafı üçün böyük təkan oldu.n Çünki o, xalça sənətinin qədim mənbələrinin əhəmiyyətini dəyərləndirə bilirdi. Bu Fərman Azprbaycanın qədim xalçaları və xalq tətbiqi sənəti nümünələrinin geniş miqyasda muzey fondunda cəmləşməsinə imkan yaratdı. Rayonlara, kəndlərə, qəsəbələrə göndərilmiş ekspedisiyalar gözəl nəticələrini verdi, muzeylərin fondları xeyli zənginləşdi.
Respublikamızda xalçaçılığın inkişafına daim dövlət qayğısının olduğu xüsusilə qeyd edilməlidir. Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə mədəniyyətin bütün sahələri kimi  xalçaçılığın inkişafına daim xüsusi qayğı və diqqət göstərib. O dövrdə xalçaçılıq tarixən böyük inkişaf yolu keçib. Ümummili Liderimiz Heydər Əliyevin ənənələrini layiqicə davam etdirən Ölkə prezidenti İlham Əliyev 7 dekabr 2004-cü il tarixində "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Ölkə başçısı bu qanunun təsdiqindən az sonra, 2005-ci ilin fevralın 7-də "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq etdirilməsi barədə Fərman imzalayıb. Bu sənədlər Azərbaycanda xalçaçılığın inkişaf tarixində yeni səhifələr açmaqla, onun daha da intensiv inkişafına misilsiz töhfə verib.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2016-cı ilin 5 may tarixli Sərəncamı ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyət xalçaçılığı inkişaf etdirərək ölkədə bu istiqamətdə güclü sənaye potensialı yaratmağı qarşısına məqsəd qoyub. "Azərxalça” ASC-nin yaradılmasının əsas məqsədlərindən biri məhz xalça və xalça məmulatlarının istehsalı, onların ölkə daxilində və xaricdə satışının təşkili, istehsalatda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir. Qeyri-neft sektorunun inkişafının prioritet təşkil etdiyi müasir dövrdə dövlət başçısının "Azərxalça”nın yaradılması barədə Sərəncamı xüsusi əhəmiyyət daşıyır. İlk növbədə, bu addım ta qədimdən dünyanı heyran qoyan xalçaçılıq sənətinin yeni layihələrlə zənginləşməsi deməkdir.
Ulu öndərimiz söz, mətbuat azadlığı sahəsində də misilsiz xidmətlər göstərib. Azərbaycan mətbuatının gələcək inkişafının istiqamət və perspektivlərini müəyyənləşdirib, ölkədə çoxlu sayda müstəqil mətbuat orqanlarının fəaliyyətə başlamasına təkan verib. 1993-cü ilə qədər qeyri-müəyyənlik içərisində çapalayan, siyasi təzyiqlərə, "senzor qayçısının" amansız həmlələrinə məruz qalan ölkə mətbuatı ulu öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində buxovlardan azad oldu.
1998-ci il avqustun 6-da ulu öndər Heydər Əliyev "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman imzaladı. Həmin fərmanın bir bəndi ilə mətbuatda dövlət sirlərini mühafizə edən idarə ləğv olundu. Bu, senzuranın aradan götürülməsi demək idi. Həmin vaxtdan etibarən Azərbaycan mətbuatında yeni bir mərhələ başlandı.
Bütün bunlar xalqını, Vətənini ürəkdən sevən, onun mədəniyyətinə və mənəvi sərvətlərinə diqqət və qayğını öz həyat amalına çevirən işıqlı şəxsiyyətin nəcib əməllərinin bariz ifadəsidi. Milli Mətbuatımıza əvəzsiz diqqət və qayğısına görə Ümummilli Liderimiz 2002 – ci ildə "Jurnalistlərin dostu” naminasiyasına layiq görüldü.
H.Əliyev həmişə yaradıcı ziyalılara yüksək qiymət verib. Bu mənada onun ədəbiyyat və incəsənət xadimlərinə münasibəti diqqətəlayiqdir. Məlumdur ki, yazıçı və şairlərin mədəni irsinə qayğı, onların kitablarının nəşri, ayrı-ayrı incəsənət xadimlərinin yubileylərinin keçirilməsi olduqca təqdirəlayiq işdir və bütün bunlar dövlət səviyyəsində aparılır. Tədqiqatçıların bildirdiyinə görə, dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu gün Lüksemburqda Rusiya Federasiyası səfirliyinin binası önündə yad edilməsi bunu aydın sübut edir. Dahi Azərbaycan mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik yubileyinə türkdilli dövlətlər qurumundan nümayəndələrin gəlməsi, N.Nərimanovun Tiflisdə ev muzeyinin açılması, Ulyanovskidə büstünün qoyulması, Molla Pənah Vaqifin Şuşadakı məqbərəsinin açılması, H.Cavidin qəbrinin Sibirdən doğma torpağı Naxçıvana gətirilməsi və orada dəfn edilməsi H.Əliyevin Azərbaycan mədəniyyətinə dair siyasətinin bir hissəsidir.
Heydər Əliyev Azərbaycan mədəniyyəti haqda deyirdi: "Xalq bir çox xüsusiyyətlərilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir".
Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.
Heydər Əliyev
Ulu öndər Heydər Əliyev azərbaycançılığın ən mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi sahəsində də mühüm tədbirlər həyata keçirmişdir. Ümummilli liderimizin fikrincə, ana dili azərbaycançılığın təməl prinsipi idi. Buna görə də xalqa milli-mənəvi dəyərlərini aşılamaq üçün ona ilk növbədə öz dilini qorumağın, inkişaf etdirməyin vacibliyini yaxşı bilirdi. Eyni zamanda, xatırlamaq yerinə düşər ki, ulu öndər o dövrdə bütün rəsmi nitqlərini Azərbaycan dilində edir, bunu bütün rəhbər vəzifəlilərə də tövsiyə edirdi. Başqa bir fakt. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən, Azərbaycan dilinin ana dili kimi təsbitlənməsi də Heydər Əliyevin cəsarətinin, Azərbaycan dilinə qəlbən bağlılığının, sevgisinin əyani təzahürü idi... Bundan başqa dahi öndərimizin ötən əsrin 70-ci illərində nəşr olunmuş 3 cildlik "Müasir Azərbaycan dili" dərsliyinə dövlət mükafatı verməsi də dediklərimizə bariz nümunədir. "Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı biri-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir" - deyən Heydər Əliyevin azərbaycançılığa, Azərbaycan dilinə sevgisi bitib-tükənməz idi, kökdən gəlirdi. Ona görə də dilin saflığı, təmizliyi uğrunda daim mübarizə aparırdı.
Azərbaycan deyəndə Heydər Əliyev yada düşür, Heydər Əliyev deyəndə   isə Azərbaycan. "Tarix böyük şəxsiyyətlər müəyyən edir”. Doğrudan da Heydər Əliyev Azərbaycan tarixinə böyük şəxsiyyət kimi daxil oldu, "Ümummilli Lider”ə, "Dahi Öndər”ə, "Xalqımızın xilaskar oğlu” na, "Ölməz siyasətçi”yə, "Əvəzolunmaz şəxsiyyət” ə cevrildi və öz ölümü ilə ölümsüzlüyə qovuüdu. Onun məzarı bütün insanlar üçün müqəddəs bir ziyarətgah oldu. Bakıya gələn bütün insanlar ilk öncə Dahi Öndərimizin məzarını müqəddəs bir yer kimi ziyarət edərək məzar qarşısında böyük ehtiramla baş əyirlər. Bu da bütün dünya xalqının, millətinin Ümummilli Liderimizə olan dərin hörmət və məhəbbətidir.

Məryəm ƏLİYEVA,
Kürdəmir Rayon MKS – nin metodika – biblioqrafiya Şöbəsinin baş biblioqrafı


Oxunub: 804






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim