reklam
USD
19 ℃
EUR
BAKI

Erməni millətçiləri soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər

CANLI TV / 29.03.2023 02:57

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik "böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər

Şərqdə təsir dairəsini genişləndirmək , regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən Çar Rusiyası hələ 17 -ci əsrin sonu və 18 – ci əsrin əvvəllərində Türkiyə  və İrana qarşı müharibə apararkən məhz  "erməni kartı”ndan siyasi alət kimi yararlanmağa çalışmışdır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan  çar Rusiyası ermənilərdən  vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi.  "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər. Beləliklə ,  Birinci Dünya müharibəsindən sonra  Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917- ci ildə baş vermiş fevral və oktyabr inqilablarından öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd etmişlər.  Bakı Kommunası əks – inqilabi elementlərlə mübarizə şüarı altında 1918  - ci ilin martında  bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planının reallaşdırılmasına başlamışdır.
Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ , Zəngəzur , Naxçıvan , Lənkəran və digər ərazilərdə həyata keçirilmişdir. Bu torpaqlarda kütləvi şəkildə dinc əhali qırılmış , kəndlər yandırılmış və milli mədəniyyət abidələrimiz məhv edilmişdir.1918-ci ilin mart-aprel aylarında təkcə Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.
1918 – ci il martın 31 – də Bakı Kommunası və erməni şovinistləri  Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına  imza atmışlar.
1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. 
Bu soyqırımı əsl hüquqi – siyasi qiymətini isə Azərbaycanın dövlət müstəqilliyinə qovuşduqdan sonra  almışdır. Mart hadisələrinin 80 – cı il dönümündə - 1998 – ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı  fərman erməni millətçilərinin hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi – siyasi qiymət olmuşdur.
 Azərbaycan dövləti bu tarixi gerçəklikləri , xalqımızın məruz qaldığı 31 Mart soyqırımını və etnik təmizləmənin dəhşətli miqyasını beynalxalq ictimaiyyətə çatdırmaq istiqamətində xeyli iş görmüşdür. Fərmanda ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulmuş , mərhələlərlə törədilmiş soyqırımı və terror siyasəti  dolğun şəkildə öz əksini tapmışdır. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə "Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilmiş və  aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınmışdır. Aparılan tədqiqat zamanı müəyyən edilmişdir ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb. 

Aidə ƏLİYEVA,
Yeni Azərbaycan Partiyasının Siyasi təhlil, maarifləndirmə, seçkilərlə iş üzrə məsləhətçisi


Oxunub: 261






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim