reklam
USD
15 ℃
EUR
BAKI

Bəşəri dahi! O, Heydər Əliyevdir!

CANLI TV / 04.06.2023 03:02

Bəşəri dahi! 

O, Heydər Əliyevdir! 


Azərbaycanımızı fövqəldərəcədə, misli-bərabəri görünməyən qədər sevən böyük şəxsiyyət! Bu sayaq dərindən dərin, böyükdən böyük, ucadan uca sevməsəydi, vaxtı ilə belə bir dahiyanə, aqilanə fikir söyləməzdi: "Azərbaycan dünyaya Günəş kimi doğacaq". Hazırda H. Əliyev kimi möhtəşəm dühanın anadan olmasının 100 illiyi ərəfəsindəyik. Onun əziz ruhu qarşısında baş əyir və böyük ürəyi qarşısında diz çökürük! Budur, onun həyat fəlsəfəsi: "Mən ömrünün qalan hissəsini də xalqıma bağışlayıram". Zaman belə dühaya biganə qalmadı, zəmanəmiz onun kimi şəxsiyyət yetişdirdi. Şəxsiyyət kimi də o, zəmanəyə borclu qalmadı.Yaşadığımız zamanı da o yüksəltdi. H. Əliyev kimi möhtəşəm dühanın Vətən müharibəsinə verdiyi dürüst səciyyəni, əsl tərifi bugünki gündə bir daha xatırlatmaq yerinə düşər: "Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir". Heydər Əliyev bu kəlamı təqribən 22 il bundan əvvəl demişdi. Bu gün biz həmin müharibənin qalibiyik. Uzaq görənliyə baxın! Baxdıqca bu dühanın müdrikliyinə heyran olmamaq mümkünsüz! Düşünürəm ki, vaxtl ilə paylaşdığım aşağıdakı xatirə hər kəsin qəlbinə yol tapacaq. İllər öncə rəhbərlik etdiyi orta məktəbi Qərbi Azərbaycanın örnək təhsil ocağına çevirən atam Qüdrət Orucov elə cəsarətli addım atmışdı ki, aşağıdakı yazıda bunun şahidi olacaqsınız: "Qüdrət müəllim gördüyü hər hansı bir haqsızlıqla, qəsdən edilmiş səhvlə barışmazdı. Biz onunla azərbaycanlı təbliğatçıların 3 günlük seminarına getmişdik. Seminar Ermənistan Mərkəzi Komitəsinin Siyasi Maarif Evində keçirilirdi. Dəhlizdə gəzərkən onun gözü Siyasi Büro üzvlərinin şəkilləri vurulmuş lövhəyə sataşdı. Lövhədə Heydər Əliyevin şəkli lap sonda yerləşdirilmişdi (o zaman o, Siyasi Büro üzvlüyünə namizəd idi). O, məni yanına çağırıb dedi: - Bura bax, əclaflar Heydər Əliyevin şəklini sonda yerləşdiriblər. Bu anda zəng oldu, biz azərbaycanlı təbliğatçılarla dolu olan iclas zalına girdik. Tribunada üz-gözündən nur yağan, çox yaraşqlı bir müəllim göründü. Bu, o zaman cavan olan Seyfəddin Qəndilov idi. O, bizimlə salamlaşıb dərsə başlamaq istərkən Qüdrət müəllim ona müraciətlə dedi ki, mənim sualım var. Müəllim məsləhət gördü ki, sualı sonda versin. Qüdrət müəllim etiraz etdi, onun razılığını gözləmədən dedi: - Siyasi Büro üzvlərinin şəkli nəyə əsasən düzülməlidir? Seyfəddin müəllim bir az duruxdu və dedi ki, əlifba sırası ilə. Qüdrət müəllim qəzəbli bir səslə dedi ki, bəs nə üçün Heydər Əliyevin şəklini lap sonda vurublar? Müəllim buna inanmadığını bildirdi.1-ci saat qurtaran kimi Qüdrət müəllim ərklə Seyfəddin Qəndilovun qoluna girib, lövhənin qarşısına gətirdi. Müəllim təəccübünü gizlədə bilmədi, Siyasi Maarif Evi-nin direktoru otağına keçdi. Biz isə dağılışdıq. 2-ci saatdan sonra gördük ki, Heydər Əliyevin şəkli namizədlərin tərkibində 1-ci yerdə yerləşdirilib. Qüdrət müəllim lövhəyə baxaraq qalib kimi dedi: - Bax belə olmalıdır". Mənbə: "Qüdrət müəllim 30 ildən sonra" kitabı (əməkdar müəllim, məktəb direktoru Səfəralı İbrahimovun xatirələrindən), Elza Qüdrətqızı, 2011, 665 səh. P.S. Feysbuk səhifəsində "Unudulmaz Lider" adlı qrup həkimlər günündə mənə ünvanlamış təbriklərinə dair həsr etdiyi bir status təsadüfən önümə çıxdı və səmimi etiraf edim ki, heyrətləndim, qəlbim riqqətə gəldi... Çünki hər zaman çevrəsindəkii insanlara əsrarəngiz təəssürat bəxş edən, pozitiv ruhlu DAHİNİN şəklinin yanında özümü gördüm, sanki dünya mənə bağışlandı. Görünür, sözügedən qrup Qüdrət müəllim qədər mənim də bu unudulmaz siyasi və milli liderə sonsuz, tükənməz və böyük sayğımı bilərəkdən bunu etmişdir.

Elza ORUCOVA, 
Azərbaycan Tibb Universitetinin dosenti.


Oxunub: 453






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim