MÜSTƏQİL AZƏRBAYCAN VƏ ORDU QURUCULUĞU
XƏBƏR / 24.06.2023 03:21
Prezident İlham Əliyev: "Bu gün bizim iradəmizə heç kim təsir edə bilməz"
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra 1991-ci il sentyabrın
5-də Müdafiə Nazirliyinin yaradılması baradə qərar və həmin il oktyabrın 9-da
Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması
haqqında qanun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu qərarların
həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Torpaqların müdafiəsi yalnız
pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı.
Həmçinin şəxsi mənafelərə qulluq edən ayrı-ayrı başıpozuq silahlı dəstələr
vardı. Bütün bunlara yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən
hakimiyyətə qayıtdıqdan sonra son qoyuldu. Heydər Əliyev Silahlı Qüvvələrin Ali
Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. O, yerli
özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı
birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami
ordu yaratdı. Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə
səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox
keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi
istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü il
mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizamlı, müasir səviyyəli
ordunun qurulması prosesinə böyük inamla start verildi. Ölkədə nizami ordu
quruculuğu formalaşdırılmağa başlandı.
Varislik prinsipi əsas
tutularaq ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamı
ilə 26 iyun Silahlı Qüvvələr Günü kimi qeyd olunur.
Müstəqil Azərbaycanda
ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə
yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam
və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı
sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun
və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən
müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident
İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri
qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki,
nüfuzlu "Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı
hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu
sırasında yer alır. (2021)
Prezident İlham Əliyevin
Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda
mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq
sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur.
Azərbaycan Ordusunun
hərbi qüdrəti 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş
Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və
müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilən hərbi paradda əyani
nümayiş etdirildi.
Rəşadətli Ordumuz öz
gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. Aprelin 2-də Ermənistan
ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum
əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər
rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad
etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.
Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə
sevinci yaşatdı.
Azərbaycan Ordusunun
daha bir uğuru Aprel döyüşlərindən iki il sonra — 2018-ci ilin
mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan
Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt
kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər
Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun
Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə
irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail
olundu.
2020-ci ilin iyulunda
düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını rəşadətlə
alan cəsur Azərbaycan Ordusu çox keçmədən xalqımıza öz tarixinin ən şanlı
qələbəsinin sevincini yaşatdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan
Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı
Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də
mühüm izlər qoydu. Torpaqlarımızın azad olunması əmrinə daim hazır olan
Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını alınması ilə bağlı
Prezident, Müzəffər Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əks-hücum
əməliyyatına — Vətən müharibəsinə başladı. Döyüşlərdə bir addım da
geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün
ərzində — noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan
azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da
Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə
zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə
bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də
Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana
təhvil verildi.
Şanlı Qələbənin şərəfinə
dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Paradda
Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu müasir silah və texnikalarla
yanaşı düşmənin döyüş meydanında məhv edilən və ya qənimət kimi ələ
keçirilən silah-sursat və hərbi texnikaları da nümayiş olundu.
Şanlı Vətən
müharibəsində qazanılan Böyük Qələbənin təbliği məqsədilə Bakı şəhərində
yaradılan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşmən üzərində
sarsıdıcı uğurunu əks etdirən — düşməndən qənimət götürülən
silah-sursat, hərbi texnika və döyüş bayraqları nümayiş olunur.
Hazırda Azərbaycan
dövləti yerləşdiyi regionda yaratdığı yeni geostrateji və geosiyasi üstünlüklərdən
faydalı şəkildə bəhrələnərək milli və dövlət maraqlarına cavab verən beynəlxalq
hərbi əməkdaşlığı uğurla davam etdirir. Dünyanın hərbi analitik mərkəzləri
Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibədə qazandığı qələbəni təhlil
edir, bir çox dövlətlərin müdafiə qurumları ordumuzun müharibədə qazandığı
döyüş təcrübəsini öyrənir, hərbi taktikasından bəhrələnir.
Cənubi Qafqaz kimi
mürəkkəb geosiyasi regionda və müxtəlif dövlətlərin maraqlarının kəsişmə
məkanında yerləşən Azərbaycan beynəlxalq hərbi əlaqələrini xarici dövlətlərin
hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində
reallaşdırır. Beynəlxalq hərbi əməkdaşlıq fəaliyyəti Xarici İşlər Nazirliyi və
digər aidiyyəti dövlət orqanları, idarə, təşkilat və müəssisələrlə əlaqəli
şəkildə, Müdafiə Nazirliyi tərəfindən Hərbi Doktrina və "Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq konsepsiyası”
əsasında həyata keçirilir.
Beynəlxalq hərbi
əməkdaşlığın məqsəd və istiqamətləri Azərbaycan Respublikasının milli
maraqlarına uyğun olaraq müəyyən olunur.
Xarici ölkələrlə,
Avroatlantik strukturlarla, beynəlxalq təşkilatlarla və aparıcı dövlətlərin
müdafiə sənayesi kompleksləri ilə birtərəfli, ikitərəfli və çoxtərəfli
əməkdaşlıq beynəlxalq hərbi strategiyanın əsas istiqamətlərindəndir. Azərbaycan
qonşu Türkiyə, Gürcüstan, Rusiya ilə yanaşı, Ukrayna, Belarus, ABŞ, Böyük
Britaniya, Pakistan, İsrail və s. ölkələrlə hərbi, hərbi-texniki və
hərbi-siyasi əməkdaşlıq edir.
Ölkəmizin beynəlxalq
hərbi əlaqələrində Türkiyə, Rusiya, Pakistan, İsrail dövlətləri, NATO bloku ilə
əməkdaşlıq xüsusi çəkiyə malikdir.
Azərbaycanın hərbi
sahədə ən mühüm tərəfdaşı qardaş Türkiyə Respublikasıdır. Azərbaycan və Türkiyə
arasında hərbi sahədə əməkdaşlıq, yalnız Azərbaycan Silahlı Qüvvələrinin
gücləndirilməsi baxımından deyil, ümumən bölgədə sülh və təhlükəsizliyin təmini
baxımından mühüm əhəmiyyət kəsb edir. 44 günlük müharibədə Azərbaycan Ordusunun
əldə etdiyi Qarabağ zəfəriylə Cənubi Qafqazda yaranan yeni geopolitik
mənzərəsinin təhlili iki qardaş və dost dövlətin hərbi əməkdaşlığının rolunu və
əhəmiyyətini bir daha ortaya qoyur.
2010-cu il sentyabrın 15-də imzalanmış "Azərbaycan Respublikası və Türkiyə
Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında
müqavilə” Azərbaycan-Türkiyə hərbi əlaqələrinin inkişafında yeni mərhələnin
əsasını qoydu. Bu müqavilə ilə Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli
Strateji Əməkdaşlıq Şurası yaradıldı. Müqavilənin 2-ci maddəsinə görə,
tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın
və ya hərbi təcavüzə məruz qaldıqda, tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi
ilə tanınan fərdi və ya kollektiv özünü müdafiə hüququnun həyata keçirilməsi
üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud
imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə
bir-birinə qarşılıqlı yardım göstərəcəklər. Bu sənəd faktiki olaraq iki qardaş
ölkənin hərbi ittifaq müqaviləsi olaraq da dəyərləndirilə bilər.
2021-ci il İyunun 15-də
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın Şuşa şəhərinə tarixi səfərləri və burada imzaladıqları Şuşa
Bəyannaməsi Azərbaycanın hərbi qüdrətinin daha da artırılması baxımından mühüm
əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi Cənubi Qafqazda strateji güc balansı və
təhlükəsizliyin təminatı üçün Türkiyənin hərbi iştirakının vacib olduğunu
ortaya qoyur. Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasındakı hərbi
münasibətlərin əməkdaşlıqdan müttəfiqlik səviyyəsinə qaldırılması, müttəfiqlik
münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərinin müəyyən
edilməsi, Azərbaycan və Türkiyənin təhlükəsizlik şuralarının birgə
toplantılarının keçirilməsi hərbi əməkdaşlığın yeni prioritetləridir. Rəsmi
görüşlərdə, çıxışlarında Azərbaycan prezidenti İlham Əliyevin bölgədə
təhlükəsizlik və sabitlik üçün iki qardaş ölkənin silahlı qüvvələrinin
inteqrasiyasının daha da dərinləşdirilməsinin vacibliyi vurğulaması Azərbaycan
və Türkiyə hərbi əməkdaşlığının perspektivini ifadə edir.
İki ölkənin silahlı
qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların
keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və həyata keçirilən çoxsaylı birgə
təlimlər də birlik və əməkdaşlığın önəmli istiqamətlərindəndir.
Müdafiə sənayesi
sahəsində mühüm əhəmiyyət kəsb edən əlaqələr də Azərbaycan və Türkiyə arasında
hərbi əməkdaşlığın əsas istiqamətlərindəndir. Müdafiə sənayesi sahəsində
əməkdaşlıqdan danışarkən II Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun
qələbəsində Türkiyə hərbi sənayesinin istehsalı olan "Bayraktar” pilotsuz uçuş
aparatlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın Türkiyə ilə
müdafiə sənayesi sahəsində müştərək istehsal kimi əməkdaşlıq üsullarının
tətbiqi hərbi əməkdaşlığın perspektiv layihələridir.
Azərbaycan NATO ilə
əməkdaşlığı çərçivəsində beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar
olunmasına da töhfə verir. Bu istiqamətdə, sülhməramlı əməliyyatlarda
azərbaycanlı hərbçilərin peşəkarlığı xüsusilə qeyd edilməlidir. Azərbaycan
Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən sülhməramlı
əməliyyatlarda iştirak edir.
Azərbaycanın NATO ilə ən
vacib əməkdaşlıq sahəsi "Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir. Hər
il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri
500-ə qədər təlim və seminarda iştirak edirlər. Hazırda Azərbaycan Müdafiə
Nazirliyinin Təlim-Tədris Mərkəzinin nəzdində "Sülh Naminə Tərəfdaşlıq” mərkəzi
fəaliyyət göstərir. Onu da qeyd edək ki, 2003-cü ildən etibarən NATO Bakıdakı
yay məktəbinin maliyyələşdirilməsində iştirak edir. İldən-ilə proqramların
əhatə dairəsi genişlənmiş və nəticədə 2005-ci ildə Azərbaycanda NATO-nun
Beynəlxalq məktəbi yaradılmışdır.
NATO ilə fərdi
tərəfdaşlıq üzrə əməliyyat planı, Planlaşdırma və Analiz Prosesi çərçivəsində
nəzərdə tutulan tədbirləri reallaşdıran Azərbaycan Rusiya ilə də hərbi sahədə
ciddi əlaqələrə malikdir. Azərbaycan Ordusunun hərbi texnika və silahla
təchizatı baxımından genişmiqyaslı əməkdaşlıq etdiyi ölkələr sırasında
Rusiyanın xüsusi yeri var. II Qarabağ müharibəsində Azərbaycan Ordusunun
qələbəsindən sonra Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin yaradılması
məqsədilə Rusiya sülhməramlılarının Qarabağda iştirakı iki ölkə arasında hərbi-
siyasi münasibətlərdə yeni mərhələni təşkil edir.
Azərbaycanın hərbi sahədə
və xarici siyasətdə mühüm tərəfdaşlarından biri də Pakistan İslam
Respublikasıdır. Pakistan daim beynəlxalq arenada ölkəmizi dəstəkləyir və açıq
şəkildə bəyan edir ki, hər zaman Azərbaycanın yanındadır. Azərbaycan
Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş
Qərargahı arasında imzalanmış "İkitərəfli Hərbi Əməkdaşlıq Planı" da
iki ölkə arasında hərbi müttəfiqlik effektini yaradır.
İsrail dövləti ilə hərbi
əməkdaşlıq Azərbaycanın beynəlxalq hərbi strategiyasında mühüm yer tutur. Son
illər bu ölkə ilə hərbi sahədə əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan
İsrailin müdafiə sənayesi şirkətlərindən müasir pilotsuz uçuş aparatları,
radarlar, raket sistemləri və sahil mühafizə vasitələri alır.
Bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz.
Bu barədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bildirib.
"Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz”, - deyən dövlətimizin başçısı bir daha bildirib ki, biz haqq-ədaləti tələb edirik.
2025-01-04
01:15 Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub
2024-12-30
02:11 Milli Məclisin 2024-cü il payız sessiyası başa çatıb
02:06 Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım edib
01:48 Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib VİDEO
01:40 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib YENİLƏNİB VİDEO
2024-12-28
14:02 Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub
2024-12-20
00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib
00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE
23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib
23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib
23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim