BÖYÜK SÖZ FATEHİ - ORXAN FİKRƏTOĞLU
CANLI TV / 18.09.2023 01:33
ORXAN FİKRƏTOĞLU KİMİ İNSANLAR GEC-GEC DÜNYAYA GƏLİRLƏR, YAŞADIQLARI ZAMANIN İÇİNDƏ İTİB-BATMIR, ƏKSİNƏ, MƏHZ HƏMİN ZAMANIN SİMVOLUNA ÇEVRİLİRLƏR…
Orxan Fikrətoğlu! Bu ad Azərbaycana, bütün türk dünyasının yazarlarına, ədəbiyyatsevərlərinə, publisistlərinə yaxşı tanışdır. Vətənimin kiçik kəndindən tutmuş böyük şəhərlərinədək, hələ türk dünyasının istənilən obasını, elini, aulunu demirəm, hər yerdə Orxana sevgi var, məhəbbət var. Orxan Fikrətoğluna olan sevginin, məhəbbətin sərhədi yoxdur. Ona görə yox ki, o, görkəmli şair, çağdaş poeziyamızın tanınmış nümayəndəsi Fikrət Sadığın oğludur. Bəlkə bu amil də var. Bildiyim isə budur ki, yazıçı, jurnalist, rejissor, ssenarist, aktyor və orijinal düşüncə sahibi olan yaradıcı ziyalı Orxan Fikrətoğluna söz Haqdan gəlib, yaradıcılıq gücü, qabiliyyətini ulu Yaradanımız bəxş edib. Çünki Allahın çox gözəl bəndəsidi Orxan Fikrətoğlu.
Bu istedad sahibini əsasən "Günay” qəzetindən və teleməkanda öz dövrünün ən baxımlı telekanalı olan "ANS”dən, özünün bilavasitə müəllifi olduğu verilişlərdən tanıyıram. Özünün duzlu-məzəli söhbətləri, maraqlı diskussiyaları ilə tamaşaçı qəlbinə yol tapan Orxan hər bir verilişdə yenilik yaradır, qəzetinin simasını həm özünün köşə yazıları, müxtəlif müəllif yazıları ilə oxunaqlı edirdi. Mən onun həmin fəaliyyətini çoxdan bu sahədə qələm çalan bir jurnalist kimi görmüşəm, izləmişəm. Onu tanıyanların çoxu bilir ki, Orxan təmiz, saf, pak əqidəli qələm sahibidir, əsasən satiraya, satirik publisistikaya, poeziyaya meyllidir. Yaxşı yadımdadır, mərhum satirik şairimiz, çağdaş dövrümüzün Sabiri adlandırılan Baba Pünhan söhbətlərinin birində dedi ki, Orxan böyük ziyalıdır, talantlı gəncdir, belə yazarları, söz sahiblərini irəli çəkmək, qayğısına qalmaq və əsas da onları qorumaq lazımdır. Bu bizim boyunumuzun yüküdür. Allah sənə rəhmət eləsin, Baba Pünhan. Bu gün sənin yerin necə də görünür! Sənin özünə də, sözünə də, poeziyana da ehtiyacımız var.
Məncə, Orxan Fikrətoğlu timsallı ziyalılarımız Haqq sözünün sahibi kimi, Allaha bir köynək yaxın olan insanlardır. Belə ziyalılar insanlara doğru yol göstərir, onları düzgünlüyə, haqqa, ədalətə səsləyirlər. Ömrü boyu "haqq” deyib, "haqq” çağırıb, haqq eşqinə yazanları bəxtəvər hesab edən Orxanın Haqq işığından nur alaraq ərsəyə gətirdikləri onu daha əvvəl Haqqı görmək müstəvisində vəhdəti-vücud səviyyəsinə yetişərək sonsuz ləzzəti dadmış İmaməddin Nəsimi, Yunus Əmrə, Cəlaləddin Rumi, Məhəmməd Füzuli ilə bir mərtəbəyə yüksəldir.
Azərbaycan ədəbiyyatının ləyaqətli nümayəndələrinin, müqtədir söz sahiblərinin qədrini bilir Orxan Fikrətoğlu. Vaxtilə müəllifi olduğu müxtəlif verilişlərində həmin söz sahiblərinin yaradıcılığından gətirdiyi nümunələr bu fikrimin həqiqət olması fikrini aşılayır.
Orxan Fikrətoğlu bir araşdırmaçı kimi də əvəzolunmaz araşdırmaçıdır, tənqidçi kimi tayı-bərabəri yoxdur, insan kimi gözəl insandır, eloğlu kimi gözəl eloğludur. Onun üçün Vətən torpağının hər qarışı əzizdir, doğmadır. Onun üçün ayrı-ayrı bölgə yox, bütöv Azərbaycan var. Elə buna görədir ki, bütün çıxışlarında eyni hiss, həyəcan, Vətən məhəbbəti, yurd sevgisi hiss olunur.
Dostum, böyük ziyalımız, publisistimiz, istedadlı yazarımız Xeyrulla Ağayevin təbirincə desək, Orxan Fikrətoğlu qeyri-adi istedad sahibidir. İstedad bir çoxunda ola bilər. Amma qeyri-adi istedad hər adamda ola bilməz. Bu, bir faktdır, məlum həqiqətdir, danılmaz gerçəklikdir ki, Orxan Fikrətoğlu klassik ədəbiyyatımızı əzbər bilir, şeirimizi gözəl təhlil, analiz edir, satiramıza öz baxışı, münasibəti var. Bütün bunlar hamısı Allah-Təalanın ona verdiyi qeyri-adi qabiliyyət və fitri istedaddır.
Nadir özəlliklərə malik şəxslər və onları təqlid etməyə çalışanlar haqda belə bir məsəl işlədirlər: "Filankəs bəhmənkəsin ayaqqabısını geyinər, amma yerişini yeriyə bilməz”. Orxan heç kəsin ayaqqabısını geyinməyib və onun da heç kim nəinki yerişini yeriyə, hətta heç ayaqqabısını belə geyinə bilməz. Çünki elə onun varlığı bu xalqa, bu millətə bəsdi. Çünki o, sözün həqiqi mənasında, bütün varlığıyla, cismi-canıyla Azərbaycan xalqının, Azərbaycan torpağının fanatıdı, vurğunudu. Bu fanatlıq, bu vurğunluq onun hər yazısında, çıxışlarında hiss olunur.
Orxan haqda fikrimi qısaca olaraq belə ifadə edə bilərəm: "Böyük söz Fatehi”. Və nədənsə mənə elə gəlir ki, bu fikrimlə çoxu razılaşacaq. Bəlkə də bu, elə, doğrudan da belədir. O, aydın, axıcı, "durnanın gözündən də duru” sözlərdən istifadə edir, sözün gücü ilə hədəfi sərrast vurur, oxucuya, tamaşaçıya Orxana vaxtını boş yerə ayırmadığını sübut edir. Dupduru fikirlər, dupduru kəlmələr ərsəyə gətirir. Hansı çıxışına baxırsan, içindən xalq çıxır…
Bu günlərdə daha bir şair-jurnalist dostum Bəhruz Məmmədovun feysbukda paylaşımını gördüm. Paylaşımda deyilir: "Sonradan bir çox filmlərin ssenari müəllifi olan Orxan Fikrətoğlu hələ 1991-ci ildə gənc yaşında Ramiz Əzizbəyli və Vaqif Səmədoğluyla birgə sevə-sevə izlədiyimiz "Bəxt üzüyü" filminə ssenari yazıb. İnanıram ki, ölkəmizin və dünyanın mədəni aləminə bələd olan köhnə azərbaycanlımız kinomuza yeni nəfəs gətirəcək. Facebook səhifəsində son paylaşımında Azərbaycan kinosunun yeni mərhələyə addımlamağından söz açan sənətkarımıza bu yolda uğurlar diləyirik”.
Orxan Fikrətoğlunu tanıyanlar, onun şəxsiyyətinə, yaradıcılığına bələd olanlar bilirlər və öz paylaşımlarında bu ümiddədirlər ki, o, Azərbaycan kinosunun irəliləməsi, daha da inkişaf etməsi üçün var qüvvəsi ilə çalışacaq, Azərbaycan kinosunun dirşəlməsi sahəsində bütün imkanlardan istifadə edəcək.
Mən də Orxan Fikrətoğlunu yaxından tanıyan yazar kimi bilirəm ki, o, harada çalışıbsa, həmin sahəyə fayda gətirib, novatorluğunu nümayiş etdirib, adı, sanı üçün yox, o sahənin yaşaması üçün sədaqətlə çalışıb, əziyyət çəkib, tamaşaçıya uğurlu bir layihə, təqdirəlayiq iş təqdim edib. Yeni sahədəki fəaliyyəti də inanırıq ki, ona uğurlar gətirəcək, bizə də sevinc, fərəh.
Düşünürəm ki, zəmanə, onun dəyişməsi məfhumları nisbidir. Zamanı intervallara bölən də, həmin intervalları bir-birindən fərqləndirən də, həmin fərqləndirici əlamətləri yaradan da, həmin əlamətlərin özü kimi xidmət edən də məhz insandır. Orxan Fikrətoğlu kimi insanlar gec-gec
dünyaya gəlirlər, yaşadıqları zamanın içində itib-batmır, əksinə, məhz həmin zamanın simvoluna çevrilirlər…
Və sonda deyim ki, Orxan Fikrətoğlu 1966-cı ildə Bakı şəhərində anadan olub. 1983-1991-ci illərdə Moskva şəhərindəki Dünya Ədəbiyyatı İnstitutunu bitirib. 1983-cü ildə kinoda işıqçı kimi fəaliyyətə başlamışdır. Müxtəlif dövrlərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının, Dövlət kino komitəsinin, AzərTelefilmin, "Günay" qəzetinin baş redaktoru işləyib. Dövlətlərarası MİR Teleşirkətinin direktor müavini, "Mozalan” Satirik Kinojurnalının direktoru və ANS Teleşirkətinin baş icmalçısı olub. On dörd bədii, üç publisistik kitabın müəllifidir.
İlk hekayəsi 1981-ci ildə "Kirpi" jurnalında çap olunub. Ondan sonra dövrü mətbuatda yüzlərlə hekayə, povest və publisistik yazılar çap etdirib. Onlarla bədii filmin ssenari müəllifidir. Əsərləri İran, Türkiyə, Bolqarıstan, İsveç və dünyanın bir çox ölkəsində çap olunub. "Yeddi" romanı Almaniyada mükafata layiq görülüb. Onun hekayələri OKSFORD Universitetinin dərsliklərinə salınıb. Bir sıra respublika mükafatları laureatıdır. Hekayələri "Dünya Nəsr Antalogiyası”na düşüb.
Orxan Fikrətoğlunun "TAS", "Qıyığın ölümü", "Şəkilçi və şəkilçi " pyesləri ölkə teatrlarında səhnələşdirilib. Ssenariləri əsasında onlarla film çəkilib.
Və Orxan Fikrətoğlu azərbaycanlı yazıçı, ssenarist, rejissor, jurnalist, Əməkdar incəsənət xadimi. Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviridir.
Daşdəmir ƏJDƏROĞLU,
Yazıçı-publisist.
Oxunub: 124
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
10:07 İmişli sakini Araz çayında batdı
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
İDMAN
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim