reklam
USD
8 ℃
EUR
BAKI

Ötən əsrlərdə ermənilərin Qarabağla heç bir dini, mədəni və mənəvi bağlılığı olmayıb - ARAŞDIRMA

CANLI TV / 21.10.2023 23:31

Ötən əsrlərdə ermənilərin Qarabağla heç bir dini, mədəni və mənəvi bağlılığı olmayıb - ARAŞDIRMA

Ötən əsrlərdə ermənilərin Qarabağla heç bir dini, mədəni və mənəvi bağlılığı olmayıb -  ARAŞDIRMA

Ermənistan və onun havadarlarının, Qarabağ sakinlərinin mürəkkəb inanclar kompleksini genetik elementlərə parçalamaq, onları kökündən qoparıb yaranan boşluqları ermənilərlə doldurub "erməni xalqı” adlı yeni millət "formalaşdırmaq” planı Birinci Qarabağ müharibəsindən sonrakı 28 ildə dünya güclərinin təsiri ilə gündəm oldu. Hətta 2020-ci il 44 günlük İkinci Qarabağ müharibəsindən (Azərbaycanın Ermənistan üzərindəki qələbəsindən) sonra da bəzi dövlətlər tərəfindən açıq şəkildə Qarabağ ermənilərinə hansısa status verilməsi barədə ölkəmizə davamlı təsirlər göstərilməyə başlanıldı.

"carciTV" xəbər verir ki, bu barədə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun "Ermənilərin keçən əsrlərdə Qarabağla heç bir dini mədəni və mənəvi bağlılığı olmayıb” adlı yazısında bildirilib.

"carciTV" xəbər verir ki, bu barədə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun "Ermənilərin keçən əsrlərdə Qarabağla heç bir dini mədəni və mənəvi bağlılığı olmayıb” adlı yazısında bildirilib.

Qeyd edilib ki, Qarabağın qədim tarixində xristianlığın da digər dinlər kimi formalaşması ermənilərə öz çirkin niyyətlərini həyata keçirməyə müəyyən əsaslar yaradırdı. Lakin Qarabağın xristianlıq tarixini öz adlarına yazmaq istəyi ermənilərə nəsib olmadı. Çünki Qarabağın xristianlıq tarixində, xristianların dini etiqadlarının, dini simvollarının, ibadət qaydalarının, kilsə və monastırların memarlıq quruluşları erməni toplumunun dini etiqadlarına və memarlığına uyğun gəlmirdi. İşğal dövründə Qarabağdakı xristian dinini mənimsəmək üçün ermənilərə, kilsə və monastırların formalarını dəyişmək, ya da uçurub yerlərində yenilərini tikmək üçün layihələr həyata keçirirdilər. Qarabağ xristianlarının öz dini dünyagörüşləri, onların inancları kimi amillər ermənilərə xristian mədəniyyətini mənimsəməyə mane olurdu. Qarabağda xristian ziyarətgahlarının böyük əksəriyyətində xristianlarla bərabər, müsəlmanların da etiqadı xristian dininin Qarabağda təşəkkül tapmasına və yayılmasına təkan verən amillərdən bəlkə də ən böyüyü idi. Xristian dininin daşıyıcıları olan kilsə, monastır, məbəd, və sovmələrin tikintisində türk xalqlarının da iştirakı adıçəkilən abidələrin üzərində xristianlıqdan öncəki fəlsəfi dünyagörüşü elementlərinin bu məbədlər və xaçlar üzərində yer almasına səbəb olub. Xristian abidələri üzərindəki türk elementlərini nəinki Qarabağda, eyni zamanda, Zəngəzurda, Göyçə gölü hövzəsində, Dərəçiçək mahalında daha çox müşahidə etmək mümkündür.

Xocavənd rayonunun Sos kəndindəki Amaras, Ağdərə bölgəsindəki Dədəvəng, Kəlbəcər rayonundakı Gəncəsər monastırları və Kolatağ məbədi kimi məşhur dini ibadətgahlar bu qəbildən olan abidələrdəndir. Lakin ermənilərin Qarabağda xristianlığa qədər və xristianlıqdan sonrakı dövrlərdə tikilmiş bütün memarlıq abidələri, hətta yeraltı zirzəmiləri və kahaları bir qayda olaraq kilsə və ya monastır adlandırmaları elmdən kənar əsası olmayan boşboğazlıqdır. Çünki kilsə formasına görə kilsədir, monastır formasına görə monastırdır. İnam və inanc yerləri hansısa tarixi kökə söykəndiyinə və tarixi əhəmiyyətinə görə etiqad yerləridir. Ermənilərin işğal dövründə Qarabağda 104 məbəd, sovmə və bazilikanı əsassız olaraq kilsə adlandırıb onların 59-nu "Tanrı anası”nın adına bağlamaları xristian dininə hörmətsizlikdən başqa bir şey deyildir. İşğal dövründə ermənilər dini ibadətgah olmayan bütün abidələr üzərində xaç şəkilləri cızır, erməni dilində ayinlər yazır və onları dövri mətbuatda erməni kilsəsi, yaxud erməni monastırı kimi təqdim edirdilər. İstər-istəməz sual yaranır. İnsanların yaşamadıqları ərazilərdə bu qədər çox sayda "erməni kilsələri”nin olması hansı zərurətdən irəli gəlir? Hətta 30-40 ailənin yaşadığı bir kənddə iki kilsənin olduğunu iddia etmək nə dərəcədə doğrudur? Dini etiqad-inanclar inamdan doğur. Doğurdanmı bir kənddə yaşayan 30-40 erməninin hamısı inanclıdır? Əgər inanclıdırsa, 30-40 nəfər insan nəyə görə bir kilsəyə sığışmır? Bu kimi sadə və primitiv məsələlərin araşdırılmasından da aydın olur ki, erməniləri din ətrafında birləşdirən onların dini inancları deyil, Azərbaycana qarşı ərazi iddialarıdır.

Elmi ədəbiyyat sübut edir ki, keçmiş əsrlərdən yadigar qalan bütün bina və qurğuları erməni kilsəsi və ya monastırı adlandırmaq yolverilməzdir. Bunu nə xalqın iradəsi, nə də elm qəbul etməyəcək. Qarabağ regionundakı abidələr üzərində xristianlıqdan əvvəlki mədəniyyətin kökündə dayanan bütpərəst nüvənin ayrı-ayrı hissəcikləri və tarixi inkişafın bütün mərhələləri görünür. Şərq xalqlarının mədəniyyətlərinin inkişafında güclü rolu olan Oğuzların və Zərdüştlüyün təsiri dövrünə aid baxışlara, adətlərə, maddi mühitdə mədəni və məişət qalıqlarına Qarabağ abidələri üzərində rast gəlmək mümkündür. Ona görə də bütün tarix və mədəniyyət abidələrini dini xarakterli qurğular kimi təqdim etmək tarixin təhrifinə səbəb olur.

Din Allah tərəfindən bəşəriyyəti hidayət etmək və ona yol göstərmək üçün gətirilən bir sıra elmi, əxlaqi və əqidəvi göstərişlərdən ibarətdir. Din insanları gözəl əxlaqa, insani keyfiyyətlərə malik olmağı tövsiyə edir, mümkün qədər yaxşı və xeyirxah işlər görməyə çağırır. Din əsasən üç hissəyə bölünür: etiqad, əxlaq və əməl. Bu, prinsip etibarilə bütün dinlərdə belədir, xeyirxahlıq, humanistlik bütün dinlərin təməl prinsiplərini təşkil edir. Bəlkə də bu baxımdan İslam dini bu ərazilərə hakim olduqdan sonra xristianlığı yox etmədi, onunla yanaşı addımladı, xristian dininin daşıyıcılarına hörmət və etiqadla yanaşdı. Eyni zamanda, dini seçimdə insanın azadlıqlarına toxunulmadı. Bir qayda olaraq insan öz həyatında hər hansı bir dini seçərsə, həqiqətdə özünün səadət və xoşbəxtliyindən başqa heç bir şey istəmir. Lakin ermənilərin Cənubi Qafqaza gəlişi özü ilə bərabər ayrı-seçkilik, düşmənçilik, nifaq gətirdi.

Qarabağlıların inam və etiqadları

İnsanların inam və etiqadlarına din prizmasından baxmaq olmaz. İnam və etiqadlar dindən yüz illər öncə insan təfəkküründə formalaşaraq dövrümüzə qədər gəlib çatıb. Qarabağda inam və etiqadı ermənilərin işğal dövründə dağıtdıqları mədəni irsin xarabalıqlarında, antik qalalarda, bədii daş təsvirlərində axtarmaq lazımdır. İnam və etiqadları, adət və ənənələri din yaratmayıb. Onlar dindən yüz illər öncə mövcud idi. Ocağa, Günəşə sitayiş, toy və yas mərasimlərinin yerinə yetirilməsi, təbiətə, ağaclara, bulaqlara sitayiş bu qəbildən olan inam və etiqadlardır.

 

Qarabağın bir çox səciyyəvi inanc və adətləri qədim Albaniyada yaşayan xalqların inanc və adətləri ilə üst-üstə düşür və bu, mənşəyin özəlliyini göstərir. Bu xalqlarda pisliyə nifrət, pis əməllərdən çəkinmə hissləri onların şüurunda bu günümüzə qədər gəlib çıxıb. Şüurda müqəddəs kimi özünə yer tapan hər şeyi qoruyub yaşatmaq adəti dəb olub.

Erməni adətlərindən fərqli olaraq, Qarabağ sakinlərində oda, günəşə etiqad və məhəbbət o qədər müqəddəs, güclü idi ki, od və günəş insanların and yeri olub. Bu inam və etiqad insanlar arasında əsrlər boyu yaşayaraq, dövrümüzə qədər belə gəlib çatıb. İndinin özündə belə Azərbaycanda "o gün haqqı”, "o ocaq haqqı”, "Gözümün nuru” , "qəbri nurla dolsun”, "o günəşin şölələri haqqı” kimi ifadələr insanlar tərəfindən and kimi işlədilir.

Qarabağ əhalisi, yeri, kainatı qızdıran, torpağa, suya hərarət və can verən Günəşə böyük möcüzə kimi baxırdılar. Onlar Günəşin obrazını daş, qaya üzərində həkk edərək ona sitayiş edirdilər. O zaman hələ dinlərin mövcud olmadığı bir zamanda, insanlar özlərinin hiss və həyəcanlarını bu cür ifadə edirdilər. Hazırda xristian dininin simvolu sayılan xaçların yaranması insanların Günəşə, daha sonralar oda, etiqadından, sitayişindən, inamından irəli gəlirdi. Xaç hazırda xristian dünyasının qəbul etdiyi, xristian dininin rəmzlərindən biri yəni dini simvolu kimi başa düşülsə də, xaç rəmzlərinin meydana gəlməsində din amilinin heç bir rolu olmayıb. Xaç simvollarının araşdırılmasında Alban dövrü xaçlarının tədqiqi daha çox maraq doğurur. Bu da ondan irəli gəlir ki, Alban dövrü xaçları daha çox klassik ənənələrə uyğunlaşdırılıb. Çünki Alban xaçları xristianlığa qədərki elementlər və dini ayinlər ilə bağlıdır.

Qarabağda xaç obrazı

Alban xristianlarının xaç daşlarında müxtəlif, biri-birinə aidiyyəti olmayan dekorativ tərtibatlar qovuşur. Alban xaçı bəlkə də dünyada yeganə xaçdır ki, xristianlığa qədərki inamların, etiqadların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, Günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunub.

Tədqiqatlar sübut edir ki, Qafqaz Albaniyasının erkən xristianlıq incəsənətinin meydana çıxması və inkişafı tamamilə orijinal, yəni, özünəməxsus yolla baş verib. Burada söhbət, eyni zamanda, xristianlığa qədər mövcud olmuş dini–ayinlərin simvolikası əks olunan və müsəlman qəbirlərinin müqayisəsi, Qafqaz Albaniyasının bədii daşlarından gedir. Alban dövrünün sonlarında yaranan alban xaç daşlarının üzərindəki obrazların çoxlu yüzilliklər keçdiyinə görə əvvəlcə iki, sonralar üç din hakimiyyəti altında toplanmış, harmonik olaraq yüzlərlə mümkün yazılı daşların üzərində əks olunmuş ayin simvolikasıdır. Odur ki, Alban daş yazı nümunələrinin (xaç daşlarının, başdaşılarının və nişandaşlarının) bax bu cür orijinallığı və özünəməxsusluğu onu digər xalqların daş yazı nümunələrindən köklü surətdə fərqləndirir. Lakin ermənilərin Qarabağda yerləşdirilmələrindən sonra Azərbaycan mədəni irsinin unikal nümunəsi olan xaç daşlarını da yeniləşdirmə, qloballaşdırma həvəsi bu daşları öz mənşəyindən ayırır, qədim adət və ənənələrin, inam və etiqadların unutdurulmasına səbəb olur. Bütün bu təhlildən sonra belə bir qənaətə gəlmək mümkündür ki, ermənilərin ötən əsrlərdə Qarabağla heç bir dini, mədəni və mənəvi bağlılığı olmayıb.



Oxunub: 121






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim