reklam
USD
8 ℃
EUR
BAKI

DOĞMA SAHİL

CANLI TV / 29.10.2023 00:49
"carciTV" TƏQDİM EDİR

Natavan YUSİBOVA

DOĞMA SAHİL

" Vətənin bir damla suyu , bir qarış torpağı da əzizdir" Atası ona beş yaşı olanda Aleksandr Qrinin " Al yelkənlər" kitabını hədiyyə edib demişdi: -Sahil ,oğlum .Böyüyüb oxumağı bacaranda bu kitabı oxuyarsan.( Atası kitabın üz qabığının ağ hissəsinə " Sevimli Sahilimə atasından " sözlərini yazmışdı. Gəmi kapitanı olan Mahmud oğlunu çox sevirdi.Necə ki, bir atanın doğma övladına olan sevgisi,eyni zamanda aylarca üzünü görə bilməmək həsrəti ilə.Sahil bu sevgini tamlığı ilə dərk edə bilməsə də, atasının ona olan qayğısından və gətirdiyi hədiyyələrdən çox sevinir,xoşbəxtliyini kiçik qəlbi ilə dərk edirdi.Müxtəlif vaxtlarda ona hədiyyə edilən gəmi modelləri,kürəciklər, balıqqulaqları ilə bəzədilmiş nimçə,üzərində qağayılar və dəniz əks olunan köynək, dənizçi forması.Bu hədiyyələrdən ən əziz bildiyi isə Azərbaycanın qartal şəklində olan maketi idi. Anası Leyla müəllimə işləyirdi.Rus dili və ədəbiyyatı fənnindən dərs deyirdi.Zamanının çox hissəsini məktəbdə keçirdiyi üçün ( iki növbə dərs deyirdi) Sahilə çox zaman ayıra bilmirdi.Nənəsinin himayəsində böyüyən uşaq Sahil çoxlu nağıllar bilir,özünü nənəsindən eşitdiyi nağılların qəhrəmanlarına bənzədirdi.Ən çox da Məlikməmmədə.Hər dəfə nənə bu nağılı Sahilə danışanda çoxlu suallar verirdi: -Nənə, div niyə sehrli almaları gizlətmişdi? Məlikməmmədi qardaşları niyə quyuda qoydu? Şah nəyə görə Məlikməmmədi o biri oğullarından çox istəyirdi? Əslində isə öz dünyasında özünü Məlikməmməd hesab edən bu oğlan istəyirdi ki, nənəsi onu bir daha tərifləsin. - Böyüyəndə mən də Məlikməmməd kimi igid, qorxmaz olacam. Sahilin bu sözlərinə gülümsəyən nənəsi onu öpüb deyirdi: - Mənim igid Sahilim,sən də yaxşı oxu,ağıllı,çalışqan ol.Hamı səni sevəcək,sənə hörmət edəcək. Beləcə illər keçdi.Sahil məktəbə getdi.İlk dərsi,sinif yoldaşları, müəlliməsi haqqında evdə elə maraqla danışırdı ki,məzuniyyətə gələn atası onu heyranlıqla süzür,bu balaca uşağın həyat eşqi ona atalıq hissinin möhtəşəmliyini bir daha xatırladır,oğlu ilə qürur duyurdu. -Ata,sinfimizdə Dəniz adlı qız da var.Bunu deyib gülən gözlərini atasına zillədi. -Bah, nə yaxşı. Maraqlıdır, Sahil və Dəniz.Ay səni şahzadə ,indidən Dənizi də tapdın. Atasına sarılan oğlan qımışdı,üzünü onun dəniz ətri verən sinəsinə söykədi. - Ata,səndən dəniz ətri gəlir. -O necə olur oğul? -Dəniz ətri ,yəni ki, yosun,duzlu su və balıq qoxusu. Atası güldü: -Mənim ağıllı şahzadəm , sən bunları necə bildin? Altı yaşlı uşağın ağlına,fantaziyasına heyran olan Mahmud onun gələcəyi haqqında düşündü."Kaş biz çəkən əziyyətləri çəkməsinlər "dedi öz- özünə. 1992 ilin aprelin sonları idi. 15 yaşlı Mahmud atası cəbhəyə gedən gündən evin böyüklüyünü, yükünü çəkirdi.Evləri dağın yamacında olduğundan su ,odun daşımaqda anasına kömək edirdi.Qarabağın ərazisi dağlıq relyefdə yerləşdiyindən qışı sərt keçirdi.Cıdır düzünü cəmi iki dəfə görmüşdü.Birinci dəfə babası ilə ova gedəndə.Mahmudun babası Mahmud kişi mahir ovçu idi.Əla da at çapmağı vardı.Nəvəsi Mahmudu bağrına basaraq ata ehmalca qamçı vurduğunda qara köhlən quş kimi pərvaz etmiş,Cıdır Düzündə oki var onları gəzdirmişdi. Ancaq balaca Mahmudu aparanda babası heç nə vurmamışdı,hətta bircə güllə də ,atmamışdı.Babasından niyə belə etdiyini soruşanda ona cavabı bu olmuşdu. -Oğlum, mən ovçuyam,sərrast nişan alıram.Heç vaxt gülləm boşa getməyib.Amma sənə məsləhət bilmirəm ovçuluq edəsən.Vurduğum hər canlının naləsi, yaş donan gözləri məni gecələr də rahat yatmağa qoymur. Bu sözlərdən təsirlənən oğlan heç vaxt tüfəng atmayacağına söz vermişdi. Cıdır düzünə ikinci gedişi rusiyada yaşayan dayısının gəlməsi şərəfinə qonaqlıq təşkil etmələri olmuşdu.İş adamı olan dayısı onlara Cıdırda əylənməyi məsləhət bilmişdi. Atası tövlədən iri bir qoçu buynuzundan tutub bayıra çıxarmış,hər zaman yanında gəzdirdiyi ucu par-par yanan əyribel bıçağı bircə dəfə cəkməklə qoçun başını bədənindən üzmüşdü.Bunu görməmək üçün Mahmud üzünü yana çevirib gözlərini yummuş,içindən bir sızıltı keçmişdi. Qoç dərisindən diri çıxarıldıqdan sonra əti doğranmış, tavaya yığılıb üstünə duz,istiot,ədviyyat ,soğan vurulmuşdu.Atasıona şirin səslə - "Mahmud,qaç bala, qonşudan Zabir əminin o dəmirçi şişlərini də gətir",demişdi.Mahmud qaça - qaça şişləri gətirmişdi. Yeməkdən şişmiş dayısına bir anlıq nəzər salanda qoçun taleyinə bir daha acımışdı. -Ayə nolub? Olmaya mənim gəlməyimə sevinmirsən? Dayısının şit- şit gülən üzünə,ətdən itib- batan gözlərinə və iri qarnına nəzər salaraq: - Yox sevinirəm,niyə sevinməyim ki? Əslində heç də sevinməmişdi. Anası Səmayə evdə nəki palaz,döşək,qab-qacaq varsa xurcunlara yığdı,xurcunları atlara yüklədilər. -Ay qardaş, sən Qaragözə min.O dinc atdı. Dayısı iri əndamıyla ata necə mindisə atın beli çöküb- qalxdı.Qalanlar isə ata,anası, balaca bacısı və Mahmud araba qoşqusundan azadlığa çıxıb gözləri gülən iki yabıya mindilər. Günortaya yaxın Cıdır Düzünə çatdılar.Uzaqdan yaz günəşinin ilıq şüaları Mahmudun gözlərini qamaşdırırdı.Yaşaran gözlərini əli ilə tutan oğlan üç il qabaq babası ilə bura ilk gəldiyi günü xatırladı.Mahmud kişi həmin gün nəvəsinə sanki bir uğur yolu, başqa bir həyat başlatmağa gəlmişdi bura. Babasının ovdan gətirdiyi çöl quşlarını,ceyran,cüyür ətini iştaha ilə yeyən oğlan həmin gündən sonra heç vaxt sevinərək ət yemədi.Evdə töhmət almamaq üçün bir- iki tikə yeyərdi. Ötən qış babası qəflətən ağır xəstələndi.Mahmudu yatağının yanına çağırıb ona: -Sən mənim arzularımsan,demişdi. Sonra uşaq heç nə xatırlamamış kimi babasının öldüyünü,o qarlı,çovğunlu gündə soyuq torpağa basdırıldığını sanki kino kimi izləmişdi.Amma ağlamamışdı.Babasının bir dəfə ona" Kişilər ağlamaz" sözünü xatırlamışdı. -Çatdıq nəhayət. Mahmudu xəyallardan ayıran səs anasının məlahətli səsiydi.Cıdır düzünün sübh günəşində bərq vuran gözəlliyi qarşısında heyran olmamaq mümkün deyildi. Atlardan tökülüb gətirdiklərini yerbəyer etdilər.Anası palazı göy otların üstünə sərdi,döşək,mütəkkələri düzdü.Süfrə açıb nimçələri, stəkanları,sac çörəklərini,göy- göyərti,pendir,camış qatığı və digər şeyləri səliqə ilə süfrəyə yerləşdirdi.Atası manqalı hazırladı, əti şişlərə çəkdi.Samovara su tökdü, od saldı.Ətləri manqala yerləşdirdikcə qonaq gələn dayı ilə söhbət edirdi. Palazın üzərində mütəkkəyə dirsəklənən qonaq arada qımışır ,təsdiq üçün başını yelləyirdi.Bu mənzərəni izləyən Mahmud anasının səsinə çevrildi. -Ay oğul, kabab bişənəcən get bacınla bir az çiçək topla.Amma uzağa getməyin ha,pislik çoxdur. Səmayə pislik deyəndə özü də bilmədən içindən bir gizilti keçdi.Mahmudun fikri isə atasının söhbətində idi.Atası danışırdı:- Bizim üst tərəfdəki qonşumuz varha Suren.O yaman bic adamdı.Bir dəfə mənə deyir ki, "Ara, nə yaxşı bizim torpaqda məskunlaşdız." Bu söz mənə o qədər təsir etdi ki, tutdum köynəyinin yaxasından dedim- Ə,sən öl ,səni ölümünə döyərəmha. Qorxdu it balası,əlimi tutaraq zarafat etdiyini dedi. Atasının bu söhbətinə dayısı"Hə elədir, bilmişdilər.Hətta rusiyada da məqam gözləyirlər.Yan gəzirəm onlardan. Bu mövzuda söhbət düz bir saat çəkdi. -Ata, sənə nolub? Sahilin səsinə diksinən Mahmud oğlunun başını tumarlayıb -Acmamısan?-dedi. Naharda Mahmud Sahilə gülümsəyib- Ye oğlum, doyunca ye- deyirdi. Doyunca ? Bu söz onu yenə keçmişə apardı. Həmin gün çiçək toplayanda uzaqdan ov tüfənginin səsini eşitdi. Bu an bacısının qəflətən yerə yıxıldığını gördü.Əvvəl elə bildi zarafat edir onunla.Çünki həmişə bacı ,qardaş bu çür aktyorluq edərdilər.Amma yaxınlaşanda 7 yaşlı qızın sinəsindən fışqıran qanı görüb qorxdu.Çığırıb arxaya anasıgilin yanına qaçdı.Atasının" nolub ?"deməsi ilə anasının qulaqbatırıcı fəryadı bir- birinə qarışdı.Hər şey bir anda baş verdiyindən ,sonra nə olması yadında qalmadı.Dayısı Mahmudu atın tərkinə alıb oradan uzaqlaşdırdı.Kənd camaatı hadisə yerinə tökülüşdü.Bir qədər sonra bacısı Səriyyənin cansız bədənini vay- şivənlə gətirdilər.Məlum oldu ki,qarşı tərəfdən açılan erməni gülləsinə( guya ov edirmiş)tuş gələn uşaq dərhal keçinibmiş.Səriyyəni dəfn edəndə atasına diqqətlə baxan Mahmudun ağlamaqdan qızaran gözlərindən bir şey qaçmadı.Atasının alnından tər puçur-puçur axaraq göz yaşına qarışmışdı.Dinməz,söyləməz bacısının qırx mərasimini vermişdi atası. Elə o sakit görkəmi ilə də cəbhəyə yollanmışdı.Bir il sonra ölüm xəbəri gələndə də Mahmudun yadına atasının alnında puçurlanmış tər damcısı düşmüşdü. Dərd bir-birinin ardınca ayaq açan bu ailənin qismətinə bir də köçkünlük düşdü.Gah vaqonlarda ,gah köhnə məktəb binasında sığınacaq tapan ailə ailə iki nəfərdən ibarət olsa da bəzən çay içməyə qənd, çörək batırmağa şor belə tapmırdı.Gecələr anasının hıcqırıqlarına üzülən Mahmud öz- özünə yaxşı oxuyacağına, anasını bu dar gündən qurtaracağına söz verdi.Səhərlər məktəbə gedəndə anasının şirin çayla yavan çörəyi uzadaraq" Doyunca ye bala" deməsi onu çox kövrəldirdi. Xəyallardan ayrılan Mahmud oğluna sevgi ilə baxıb saçlarına sığal çəkdi. Gecə yatağına girməzdən əvvəl oğlunu öpdü,yatmaq istəsə də yenə xatirələr ona dinclik vermədi.Həyat yoldaşı sinif dəftərlərini yoxlayırdı.İstədi desin ki," Gəl yat, özünü çox yorma" Amma demədi,fikirləşdi ki, bəlkə kitab oxusun.Kitabı əlinə alanda həmin an ötən illərə qayıtdı. Uşaqlığının o müdhiş anlarını unuda bilmirdi.Anası məskunlaşdıqları rayondakı uşaq baxçasında xadimə işləyirdi.Mahmud da səylə çalışır, əlaçı olmağı qarşısına məqsəd qoyurdu. Nəhayət məktəbi əla qiymətlərlə bitirdi.Ali Hərbi Dənizçilik məktəbinə daxil oldu.Oranı da fərqlənmə ilə bitirdi.Ailə qurdu.Həyatının çox hissəsini dənizdə, mavi suların qoynunda keçirdi.Hər məzuniyyətə gələndə oğluna yeni macəralar danışır,getdiyi ölkələrdən hədiyyələr gətirirdi. Xoş anların təsiri ilə yuxuya gedən Mahmudun həyatında hər şey axarında idi, kaş ki o gün olmasaydı.... Dəniz çox təlatümlü idi.Şahə qalxan quduz dalğalar dənizçiləri qorxuda bilməsə də , ehtiyatlı olmaq lazım idi. -Cənab Kapitan- leytenant,SOS göndərəkmi? Mahmud matrosun bu sözünə sakitcə cavab verdi.-Olar,amma sonu gözləyək,təşvişə düşməyək. Qəflətən gələn hündür dalğa kapitanı necə oynatdısa gəminin sükanı əlindən çıxdı,gəminin göyərtəsinə çırpılan Mahmud matrosun dalğanın ağuşunda dənizə düşdüyünü və bir anda sulara qərq olduğunu gördü.Dərhal özü də suya atıldı.Bunu görən kapitan köməkçisi və digər heyət üzvləri təşvişə düşdülər.Özlərini itirməyib toru suya atdılar.Trosu suya saldılar.Dəniz sanki bütün qəzəbini bu tənha,sərhəd qoruyan gəminin üzərinə tökmüşdü.İyirmi dəqiqəlik döyüşdən sonra nəhayət ki, kapitanı və matrosu xilas etdilər.Dəniz də bir qədər sakitləşmişdi.Gəminin ekipaj kabinəsində uzanan hər iki dənizçinin vəziyyəti ağır idi.Həkimin səyi nəticəsində gözünü açan matros çətinliklə çevrilib xilaskarına baxdı.Kapitan hələ ayılmamışdl.Onun çöhrəsində bir nur vardı.Yanına toplaşan ekipaj üzvləri onun ayılmasını səbirsizliklə gözləyirdi.Süni nəfəs qoşulan aparata diqqətlə baxan həkimi qəfil qəhər boğdu.Nə qədər cəhd etsələr də kapitan Mahmudu həyata qaytara bilmədi. - Onu itirdik- deyərək kədərlə yana baxdı. Bu sözə diksinən heyət üzvlərinin hıcqırıqları gəminin yeknəsaq fitinə qarışdı. Ertəsi gün vətən doğma sahillərində öz övladını qarşılayırdı.Sahilə toplanmış insan izdihamını balaca oğlanın " Ata,atam!" səsi kövrəltdi.Bu Sahil idi.Kapitan Mahmudun " Dəniz şahzadəsi" Kapitanın faciəli ölümünü eşidən,bilən hər kəs təəssüflənirdi. .......(Epiloq)...... Günəşin doğma şüaları sinif otağının pəncərəsindən Sahilin üzünə düşdü. GÜNƏŞ-in üzünə bir anlıq baxıb gülümsəyən Sahil əli ilə gün düşən üzünü tumarladı və o biri əlində tutduğu qələmin başını dodağına yaxınlaşdırdı.Vərəqin yuxarı hissəsindən iri hərflərlə İnşa " Azərbaycan deyəndə" yazmağa başladı. Mənim adım Sahildir,12 yaşım var.Atam mənə " Dəniz şahzadəm" deyərdi.Mən atamı çox sevirdim.İndi də çox sevirəm.Çünki o həmişə mənimlədir.Vətənim Azərbaycanı da mənə sevdirən atam olub.Sonra da anam və müəllimlərim.Mən də böyüyəndə atam, babam kimi vətənimə layiqli övlad olacağam. Azərbaycandır mənim vətənim, doğma candır vətənim.....!

Natəvan YUSİBOVA,
Kitabxanaçı, Qəbələ Yazarlar Birliyinin üzvü.


Oxunub: 265






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim