reklam
USD
11 ℃
EUR
BAKI

AZƏRBAYCANDA MUSİQİ FORUMU KEÇİRİLDİ

CANLI TV / 01.11.2023 10:55

AZƏRBAYCANDA MUSİQİ FORUMU KEÇİRİLDİ


Bildiyiniz kimi ölkədə ilk dəfə Musiqi forumu keçirildi. Ümummili lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində "Musiqi Forumu"da bu tədbirlərin növbətisidir. Bu mədəni hadisə təkcə musiqimiz üçün deyil, eyni zamanda bütövlükdə mədəniyyətimiz üçün böyük hadisədir deyərdim. Layihə çərçivəsində müxtəlif mövzular əsasında müzakirələr aparıldı ki, bu da ölkənin tanınmış musiqi xadimləri ilə bərabər eyni zamanda xaricdən dəvət olunmuş qonaqlar nəzərdə tutulmuş panel mövzular əsasında fikir mübadiləsi apardılar. Bunlar birinci gündə l - panel -Azərbaycanda musiqi təhsili-bəstəkarlıq və ifaçılıq məktəbləri,burada ölkədəki təhsil sisteminin nailiyyətlərindən,çətinliklərindən,yaranmış boşluqlardan müxtəlif təkliflər irəli sürüldü. Əsasən bu paneldə yeni nəsil gənc bəstəkarlar tərəfindən günün aktual problemi kimi təhsilini bəstəkarlıq ixtisası üzrə bitirən gənclərin universitet və kolleclərdə işlə təmin olunmamaları kimi məsələlərə toxunuldu. ll-panel-Ənənəvi musiqi janrları,buna muğam sənətinə dair,aşıq musiqisi və ənənəvi musiqinin müasir musiqi janrlarında mövcudluğu,hazırda olan problemlərdən danışıldı. İkinci gün lll-panel-Milli musiqi sənayesinin inkişafı,burada isə əsasən musiqi sənayesində əqli mülkiyyət hüquqlarının qorunması əsasında daha əhatəli müzakirələr aparıldı. lV-panel-Milli mədəni ənənələrin qlobal miqyasda təbliği xaricdən dəvət olunan rürkiyəli,rusiyalı,almaniyalı,yunanıstanlıvə danimarkalı mütəxəssislərlə birgə müzakirə olundu. Üçüncü gün isə V-panel-Azərbaycan musiqişünaslığı: araşdırmalar kəsişməsində və nəhayət Vl -panel -Xoreoqrafiya sənəti:milli rəqs,balet,müasir rəqs formaları mövzuları ilə əhatə olunmuşdur. Yalnız təəssüf hissi ilə vurğulamaq istəyirəm ki,bir çox insanlar forumun mahiyyətini bilmədən gəlmiş,iştirak etmişdilər. Verilən suallar,aparılan müzakirələr,edilən təkliflər buna bariz nümunədir. Məncə belə əhəmiyyətli bir forumda insanlar öz şəxsi məsələlərini deyil, ümumi problemlər ətrafında müzakirələr aparmalı,suallarını bu yöndə ünvanlandırmalı idilər. Belə mövzuya yad suallar müzakirələri əsas mövzudan uzaqlaşdırıb,böyük vaxt itkisinə səbəb olurdu ki, əsas mövzuya,məhz vacib həll olunmalı problemlərə zaman çatmırdı. Nəzərə alsaq ki, forum üçün zaman müddəti 3 gün nəzərdə tutulmuşdu. Belə problemlərin həlli üçün zamanın yetəri qədər olmadığını düşünürəm. Yalnız kifayət qədər uğurlu təkliflər də irəli sürüldü,əsas problemlərdən də danışıldı. İlk iki gündə mövzular seminarlar əsasında keçsə də, bu gün nəhayət ki, görkəmli musiqişünaslarımız Lalə Hüseynova, Zemfira Qafarova, Kamilə Dadaşzadə, Könül Nəsirova, Zümrüd Dadaşzadə, Tariel Məmmədov, Nigar Axundova sayəsində problemlərə toxunuldu. Xüsusən bu paneli vurğulamaq istərdim ki, elm adamlarının dəyərli müzakirələri Azərbaycan musiqi elminin inkişaf istiqamətləri, strategiya və taktika,mədəniyyətlərarası dialoq kontekstində Azərbaycan musiqişünaslığının rolu,Azərbaycanda musiqi tənqidi və jurnalistikasında mövcud problemlər,onların çözülmə yolları, müasir dövrdə musiqi sosialogiyası kimi mövzular ətrafında baş verdi. Düşünürəm ki,yaxın gələcəkdə bütün bu məsələlər öz həlli yolunu tapacaq. Bütün bu təhlillərin,mülahizələrin fövqündə onu qeyd etmək istərdim ki,forum çox yüksək səviyyədə təşkil olunmuşdu. Ümid edirəm ki, ənənəvi hal alaraq musiqi sahəsində, eyni zamanda bu kimi problemləri əhatə edən belə mötəbər tədbirlər davam edəcək.

Aygün BAYRAMLI,
"carciTV"nin Mədəniyyət şöbəsinin aparıcısı.


Oxunub: 348






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim