reklam
USD
8 ℃
EUR
BAKI

ÖMÜR YALNIZ YAŞANMIŞ İLLƏRIN SAYI İLƏ ÖLÇÜLMÜR “GERİYƏ BAXSAN...” ELƏ ARİF MUSANIN ÖZÜDÜR!

CANLI TV / 17.12.2023 02:11
ÖMÜR YALNIZ YAŞANMIŞ İLLƏRIN SAYI İLƏ ÖLÇÜLMÜR
"GERİYƏ BAXSAN...” ELƏ ARİF MUSANIN ÖZÜDÜR!
Məndən soruşsalar ki, yazarlarda – şair və yazıçılarda ən çox hansı keyfiyyətə üstünlük verərdin, fikirləşmədən "xeyirxahlıq” sözünü dilimə gətirərdim. Təbii ki, şair üçün istedad, zəhmət, dözüm, gərgin axtarışlar daha vacibdir. Uzun illər tanıdığım və hörmət bəslədiyim, zəhmətkeş şair kimi həmişə haqqında xoş sözlər eşitdiyim Arif Musa da bu xüsusiyyətlər var, lakin, mənə görə, onun ən yaxşı keyfiyyəti məhz xeyirxahlığıdır.
Onun məktəbinə daxil olmaq, bu məktəbin müdavimi olmaq, onunla vaxtaşırı canlı söhbətlərdən bəhrələnmək, fikir alıb, fikir vermək, onun aurasından ziya almaq insanı zənginləşdirir, saflaşdırır. Əgər sən bu məktəbin sadəcə müdavimi deyil, həm də onun yaradıcısının işçisi olmusansa, bu zənginləşmə, saflaşma ikiqat artır, həzz və qürur qaynağına çevrilir. Onun yüksəksəviyyəli natiq kimi mülahizə və fikirlərinə də biganə qalmaq mümkün deyil, şifahi nitqin geniş imkanlarından məharətlə istifadə etmək bacarığı onun çıxışlarına şirinlik gətirir.
BAŞLADIM BU OVSUNUN, BU HEYRƏTİN SƏBƏBLƏRİNİ ARAYIB-AXTARMAĞA...
Arif Musa ilə ünsiyyətdə olduğum illər ərzində mən məhz belə duyğular keçirmiş, onun həlim, rəvan, insanın ürəyinə sakitlik, arxayınlıq təlqin edən danışığını dinləməyə, onun insanlıq, şairlik, idarəçilik məktəbindən hər gün bir yeni şey öyrənməyə çalışmışam.
Kim zamanı udursa, o, nəticədə hər şeyi udur. Vaxtı yer üzündə təsadüfdən sonra ikinci ən böyük tiran sayanlar sözsüz ki, haqlıdırlar. Əlbəttə, üç şey olmasa - heç vaxt böyük rütbəyə çatmaq olmaz: zəhmət çəkmək, var-dövlət sərf etmək, güzəştə getmək...
Ömür yalnız yaşanmış illərin sayıyla ölçülmür - görülən işlərin siqlətini, arzu və istəyin sədasını, harayını da yaşadır özündə.
Üzü gələcəyə doğru gedən yolların hansı dayanacağında ayaq saxlayıb keçmişə baxsam, ömrün vərəq-vərəq, sətir-sətir yazılmış xatirələrini görürəm. İlk dəfə dilimizin sehrinə düşdüyüm, xalqımızın böyük söz xəzinəsinin ovsununda heyrətimdən dilsiz dayandığım vaxtlar düşür yadıma... Və günlərin bir günü özüm də bilmədən başladım bu ovsunun, bu heyrətin səbəblərini arayıb-axtarmağa...
Arif Musa qeyri-adi zəhmətkeşdir. Mən onu həmişə rəsmi qulluqda dayanan insan kimi görmüşəm. Bu, o deməkdir ki, o da hər birimiz kimi, hər gün səhər tezdən işə gedir, axşam evə qayıdır. Onun gördüyü işlərin məsuliyyətliliyini, gərgin zehni və fiziki əmək tələb etdiyini də bura əlavə etsək, Arif müəllimin başqa işlər görməyə, hətta istirahət etməyə vaxtının qalmadığı aydınlaşır. Lakin bütün bunlarla yanaşı demək olar, o, mütəmadi olaraq kitablar çap etdirir, dövri mətbuatda məqalələrlə çıxış edir, gənc yazarların kitablarına rəy yazır və müxtəlif tədbirlərdə təşkilatçı simasında da təmsilçilik edir. Bu işgüzarlıq və zəhmət isə onu yaşıdlarından heç birinin nail ola bilmədiyi bir mövqeyə, yüksək insanlıq mərtəbəsinə yüksəltmişdir.
ŞAİR ARİF MUSA, ZİYALI ARİF MUSA VƏ VƏTƏNDAŞ ARİF MUSA
Arif Musa – "Söz” qəzetinin sahibi haqqında vaxtilə sözümü demişəm. Amma onun haqqında bu yazını da çoxdan yazmaq istəyirdim. Lakin hər dəfə yazıya başlamaq istəyəndə nədənsə bu böyük şair və təkrarsız ziyalı haqqında söz deməyə özümü hazır hesab etmirdim. Daha döğrusu, deyəcəyim sözlərin milli taleyimizdə və ədəbi tariximizdə müstəsna rol oynayan bu əvəzsiz fikir adamına layiq olmayacağından
ehtiyatlanırdım. Son vaxtlar özümün-özümlə xeyli müzakirələrimdən sonra ürəyimdə,
fikrimdə və düşüncəmdə Azərbaycan ədəbiyyatının uğurlu bir mərhələsini təşkil edən, milli diriliyimizin təmsilçisi şair Arif Musa, ziyalı Arif Musa və vətəndaş Arif Musa haqqında bu mülahizələrimi oxucularla bölüşməyə qərar verdim.
Yeri gəlmişkən, bu nə yubiley yazısıdır, nə də ədəbi-tənqidi dəyərləndirmə, bu
kiçik risalə olsa-olsa 1990-cı illərdən yaradıcılığının, nəcib əməllərinin, siyasi sarsıntıların gedişində kamilləşən şəxsiyyətinin cazibəsinə düşdüyüm şair, sənətkar, ziyalı Arif Musa haqqında zaman-zaman içimdə zərrə-zərrə toplanan düşüncələrin qısa təqdimatıdır. Bəri başdan deyim ki, Arif Musa adından sonra nə «müəllim» nə «bəy», nə də başqa bir tamamlayıcı ifadəni mən qəsdən işlədirəm. Bu ad millətimizi «Anlamaq dərdi»ndən keçərək ədəbiyyatımıza, ictimai fikrimizə, mədəniyyət tariximizə elə bitkin şəkildə daxil olub ki, indi ondan sonra hər hansı bir tamamlayıcı ifadənin işlədilməsi dörd hərfdən ibarət olan bu adın mənəvi tutumunu kiçildir və qəribə də olsa, natamamlıq təsiri bağışlayır.
XİLASKAR
Yuxarıda qeyd etdim ki, bu yubiley yazısı deyil. Onun bu yaxınlarda işıq üzü görmüş "Geriyə baxsan...” kitabı haqqında mülahizələrimdir. Bu kitabı mənə təqdim edəndə bildirdi ki, sənə bir sürprizim var. Əli ilə vərələyib kitabın 15-ci səhifəsini mənə göstərdi. Bu səhifədə havaxtsa onun haqqında yazdığım geniş yazıdan bir sitat idi. Qucaqlaşıb bağrıma basdım və təşəkkürümü ünvanladım. Onu da əlavə etdim ki, maraqlı bir şey tapsam, mütləq yazacağam. Budur, əlimə kitabı oxumaq fürsəti düşüb. Vərəqləyirəm, müxtəlif qələm dostlarımızın ürək sözləri, qəlb çırpıntıları yer alın kitabda. Mənim isə diqqətimi A.Musanın Ali Baş Komandana yazdığı müraciət və şeir cəlb etdi. Arif Musa cənab Prezidentin erməni əsirliyində 30 ildən artıq müddətdə qalmış torpaqlarımızın azadlığı uğrunda apardığı çabalardan, Müzəffər Ali Baş komandan kimi istər siyasi, istər diplomatiya, istər hər meydanında göstərdiyi uğurlu işlərdən, apardığı məqsədyönlü tədbirlərdən söz açaraq bizə üz tutur: "Azərbaycan tarixində ilk dəfə olaraq torpaq uğrunda qazanılan böyük qələbəyə görə Vətən naminə xilaskarımızın əzəmətli heykəlinin qoyulması böyük əhəmiyyət kəsb edir.
Bu həm indiki, həm də gələcək nəsillərin mübarizlik ruhunun yüksəlməsinə səbəb olacaq”. Və yazdığı "Xilaskar” şeirindən bir sitat gətirmək istəyirəm.
Ey böyük Sərkərdə, inam dünyamız,
Bu şanlı Qələbə əbədi olsun!
Doğma Qarabağda - ən uca yerdə,
Xilaskar İlhama heykəl qoyulsun!
Bu da bir istəkdir, bu da bir ümid,
Xilaskar – həm Vətən, həm göyümüzdür!
Əbədi olaraq Vətən övladı,
Deyəcək: - Bu heykəl and yerimizdir!
Arif Musa, hər şeydən əvvəl, tanınmış şairdir. Həyatda əldə etdiyi nailiyyətlərin demək olar ki, hamısı üçün o, ilk növbədə poeziya sahəsindəki çoxillik və səmərəli fəaliyyətinə, sanballı bədii xidmətlərinə, fədakar əməyinə borcludur. Onun bədii-publisistik fəaliyyətində millilik və müasirlik, ictimai fəallıq və obyektivlik aparıcılıq təşkil edir. O, dar mənada sahə şairi deyil, geniş dünyagörüşə, çoxcəhətli bilik və çoxtərəfli məlumata, bir-birinə yaxın olan şairlik, yazıçılıq istiqamətlərində nəinki yetkin söz demək, hətta dərin, əhatəli araşdırmalar aparmaq səriştəsinə malik olan böyük ziyalıdır.
UCU-BUCAĞI GÖRÜNMƏYƏN ÖMÜR YOLU
Ömrümüzdən ötən günlərin birində bar-bərəkət rəmzi sayılan Şamaxıda, Ərəbşalbaş kəndində dünyaya göz açan Arif Musa bu gün yaşının ucalığından baxıb yenə də bu yurdu ruhunun əbədi beşiyi sanır. Lap yeniyetmə yaşlarından səyahətə çıxmaq, Vətən torpağını qarış-qarış gəzib, onun bütün gözəlliyini göz yaddaşıma köçürmək arzusunda olub. Bəlkə elə ona görə də onun ömür yolu ucu-bucağı görünməyən, nəhayətsiz yollardan başlayır...
Bu fikir kitabın 30-cu səhifəsində belə izah edilir: "Bilirsinizmi, mən Arif müəllimlə yaxın qohumam, bir nəsildənik. Babalarımız qardaş olub. Biz Arif müəllimlə fəxr edirik. Onun yazılarını, şeirlərini oxuyanda sevinirik. Atalar doğru deyiblər: "Ot kökü üstə bitər”. Babalarımız da söz asamı olublar, çox vaxt fikirlərini şeirlə deyiblər. Deyilənlərə görə, babalarımız o vaxt bir mahaldan başqa mahala dəvə karvanı ilə gedib, çarvadarlıq edirlərmiş. Yəni satdıq mal aparıb çal gətirirlərmiş. Bir dəfə dəvə karvanı Gütcüstandan vətənə doğru üz tutur. Yolda Mirzə babanın dəvəsi yorulur. Dəvəni yolda qoymaq isytəmirlər. Ona görə də yükün bir hissəsini başqa dəvələrə yükləyirlər. Ancaq yenə də yorulmuş dəvə karvanla ayaqlaşa bilmir. Vəziyyətin belə müşkül hala düşdüyünü görən Mirzə baba yoldaşlarına üz tutub deyir ki, siz gedin, mən qalmalı oldum.
Qardaşlarına salamını bədahətən dediyi şeirlə bildirir:
Əzizinəm Zülfüqara,
Ağ üzündə zülfü qara.
Gedib salam söyləyin,
Ağasıya, Musaya, Zülfüqara.
Karvan yola düşür...
Bu əhvalatı danışmaqda məqsədim odur ki, Arif müəllimin babaları, əmiləri şair təbli olublar”.
Arif Musanın ömür yolu hamar olmayıb. Qəm-kədərdən uzaq olmayıb heç vaxt.
Kədər duyğu libasımdır,
Ömür yolum qəmdi, qəm.
Gözləginən bir az məni,
Gözüm hələ nəmdi, nəm.
Taleyimə acı desəm,
Xoş günlərim inciyər.
Keçən günə şükür desəm,
Gələn gün sevinc deyər...
Ömrün hər anı gözəldir. Bəzən insan ömrünü təbiətin fəsilləri ilə müqayisə edirlər və deyirlər ki, fəsillərin hər birinin özünəməxsus özəllikləri və gözəllikləri olduğu kimi insan ömrünün də hər anı, hər dövrü gözəldir. Bahar ömrü isə daha yaddaqalan, yaradıcı insanı vəcdə gətirən müddətdir, əlahəzrət zamanın hissəsidir. Arif Musanın da qəlbində, ruhunda həmişə bahar həvəsi, bahar nəfəsi var. O, "Bahar ömrü” şeirində gözələ həsr etdiyi şeirinin bir bəndində belə deyir:
Mən səni vəsf edib tərifləmirəm,
Əks olub, ay gözəl, gözündə bahar.
Mənim misralarım dil açıb deyir,
Qəlbin də bahardır, özün də bahar.
NEYLƏSƏM BU KƏNDİM MƏNİ BAĞIŞLAR?
İllərdir doğma yurduna dönə, Ərəbşalbaş kəndinə gedə bilməyən Arif Musa bunu şeir dili ilə izhar edir, səmimi etiraflarını məsumluqla bildirir:
Vəfasız çıxmışam, dönük çıxmışam,
Qayıda bilmirəm kəndə haçandı.
Bəzən ekranlardan kəndə baxmışam,
Yurda dönməyirəm xeyli zamandı.
Bağışla, a yollar, bağışla məni,
İzim də qalmayıb, yuyub yağışlar.
Uşaqlıq oylağım – a yamac, a dağ,
Neyləsəm bu kəndim məni bağışlar?
Və sonda üzünü kəndini tərk etmiş cavanlara tutaraq xitabən deyir:
Kəndi tərk eyləyib gedən cavanlar,
Çalışın, deməyə sözünüz olsun.
Kəndə tez-tez gəlin, vəfalı olun,
Barı, qayıdanda üzünüz olsun.
İnsan həyatında elə mənalı günlər, elə mənalı anlar olur ki, onları zaman-zaman yada salanda qəlbin ilıq hiss və duyğularla riqqətlənir və sən dünyada ən ali, təmənnasız mənəvi dostluğun hər şeydən üstün olduğuna bir daha inanırsan... Əlbəttə, bu cür münasibətlərə hər adam qadir deyil. Bunun üçün fitrətən geniş ürəyin, sadə və açıq təbiətin olmalıdır. Arif Musa bu kitabı mənə verəndə nəzərimə çatdırdı ki, məni tərifləmə, bacardığın qədər tənqidi fikirlərini yaz. Mən isə, vallah, kitabı oxuyandan sonra ona tənqidi yanaşa bilmədim. Burada istər onun poetik, istərsə də nəsr yaradıcılığı (bir neçə xatirə hekayəsi) olsun, hər ikisi ilə tanışlıq məndə xoş təəssüratlar yaratdı. Kitabı oxuyandan sonra bu qənaətə gəldim ki, "Geriyə baxsan...” elə Arif Musanın özüdür!
"Deyirlər elm kimi şeirin də Vətəni olmur, amma alimin və şairin mütləq Vətəni olmalıdır. Başqa xalqların dilini öyrənməyə müəyyən zaman məsafəsi kifayət edər, amma öz dilini öyrənməyə, vallah, bir insan ömrü bəs etmir. Ömrünün bahar tək körpəlik dövrünü, yay kimi gənclik çağlarını, payız kimi saçlara gümüşü dən düşən vaxtlarını boranlı-şaxtalı qış günlərinə bənzər uzun gecələrini kitablar arasında keçirmisən, ay Arif Musa. Elə bu kitabında da həmin məziyyətləri görməmək mümkünsüzdür.
SABİT ƏQİDƏ SAHİBİ
Və sonda. Hörmətli Arif Musa! Sənə çox hörmət bəsləyirəm. Ona görə hörmət bəsləyirəm ki, əqidə adamısan. Əqidənə sadiqsən və əqidəndə sabitsən. Əqidə adamı olmaq nə deməkdir? İlk növbədə doğruluğuna inandığın, uğrunda mübarizə apardığın əqidə yolunda hər cəfaya, hər sınağa, hər əzab-əziyyətə hazır olmaq hünəri. Sənin ömür yolun, taleyinin çətin, ağır ayları, illəri əqidəyə sədaqətin, etibarın bariz örnəyidir. Sən hər hansı təqib, təzyiq nəticəsində, ya da şirnikləndirmə, şirin vədlər əsasında dediklərindən dönən adam deyilsən. Bu gün gurultulu sözlər deyib alqış qoparmaq, sabah bir balaca «xox» gələn kimi dönüb dediyinin tam əksini söyləmək mənəvi
büqələmunların xislətidir...
Daşdəmir ƏJDƏROĞLU


Oxunub: 296






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim