reklam
USD
9 ℃
EUR
BAKI

Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani

NƏŞR / 29.03.2024 23:53

Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani


Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani(16 avqust 1780Şamaxı1838Qırmızı dəniz) —azərbaycanlı səyyah, coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair. Astronomiya elmləri ilə əlaqə yaradıb. Əsl adı isə Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvanidir.

Zeynalabdin Şirvani 1780-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Onun beş yaşı tamam olanda axund İskəndərin ailəsi Bağdad yaxınlığındakı Kərbəla şəhərinə köçür və gələcək səyyahın atası mədrəsədə dərs deməyə başlayır. Zeynalabdin də ilk təhsilini elə burada alır. 1796-cı ildə o, təhsilini başa vurmaqdan ötrü Bağdad şəhərinə gedir. Zeynalabdin Bağdadda fəlsəfə, tibb, astronomiya və riyaziyyatı, habelə dilləri öyrənməkdə davam edir. Bağdad kitabxanalarında olan səyahətnamələr, bütün Şərq dünyasından buraya axışıb gəlmiş alimlərin, müqəddəs şəhərin ziyarətinə gələn zəvvarların söhbətləri bu gənc oğlanın nəzərlərində yeni bir dünya açır. Dünyanı görmək və onun möcüzələri ilə həmyerlilərini tanış etmək elə həmin vaxtdan gənc Zeynalabdinin həyat məqsədinə çevrilir və o, tərəddüd etmədən səyahətə çıxmaq qərarına gəlir.

Zeynalabdin Şirvani yaradıcılığının təhlili ilə məşğul olmuş görkəmli Azərbaycan alimiNurəddin Kərəmovunda yazdığı kimi,"Bu yol 60 min kilometr uzanmış və 40 il davam etmişdir. Bu yolKiçik Asiyadan,İranyaylasından,Orta Asiya,ƏrəbistanCənubi Afrikasəhralarından,Sudanınmeşə və cəngəlliklərindən,Hindistanıntropik meşələrindən,Hind okeanıadalarından keçib. 0, Hindquş, Zaqros, Süleyman dağlarından,Pamirdənadlamışdır. Bu yolAsiyaAfrikanınbir çox digər vilayətlərindən uzanmışdır."

Şirvani öz əsərində səyahətini hissələrə bölmür. N.Kərəmovsa onun üç başlıca səyahətini fərqləndirir. Onun birinci səyahətinin marşrutu belə göstərilir: Bağdadİraqi-ƏcəmGilanŞirvanMuğanTalışCənubi AzərbaycanXorasanHeratZabulPəncab, Hind adaları, DəkənBenqalQucaratHind okeanındakı adalardan Sind və Multandan keçən səyyah dağ yolları ilə Kəşmirə, Müzəffərabada çatmış, sonra Kabul yolu ilə Tatarıstana, oradan Turana və Bədəxşan dağları ilə Xorasana, nəhayət, "İran yolu" ilə Farsa gəlmişdir.

Bir qədər istirahətdən sonra Şirvani ikinci səyahətə çıxır. Bu dəfə yol Şirazdan (Fars) başlayır, oradanDaraba, sonra Bəndər Abbas limanından Hörmüz yolu ilə Həzrəmövt və Yəmənə, sonra Həbəşistan və Sudana, buradanƏrəbistan yarımadasında olan Ciddəyə, oradan da HicazMədinə və Məkkəyə uzanır. Bundan sonra o, dəniz yolu ilə "Səidlər ölkəsinə" (əs-Səidə -Nilçayı sahillərinə) gedir, Misirdən Yaxın Şərqə "Şam-Rum"a (Anadoluya), DiyarbəkirəQaraman və Aydına keçir.

Hacı Zeynalabdinin Atlantik okeanınavə geriyə üçüncü səyahətin marşrutu belə idi: Bəhre-Əhzər adaları ("Yaşıl dəniz" – şərq coqrafiyaçıları Atlantik okeanını belə adlandırırdılar), Rumeli (o vaxt Osmanlı imperiyasının Avropa hissəsinə belə deyirdilər), AnadoluAzərbaycanTehranHəmədanİsfahanKirmanŞirazBağdad.

İndi artıq bir çoxu sıradan çıxmış beş yüzdən artıq əlyazma və mətbu qaynağın və səyahətlər zamanı etdiyi şəxsi müşahidələri nəticəsində Şirvani ona dünya şöhrəti gətirən üç kitab yazır: 1822-ci ildə "Riyazüs-səyahət" ("Səyahət bağçaları"), 1827-ci ildə "Hədaiqüs-səyahət" ("Səyahət bağları") və nəhayət, 1833-cü ildə "Bustanus-səyahət" ("Səyahət gülzarı") - Bu əsərlərdə o, bir çox ölkələrin coğrafiyası, tarixi, etnoqrafiyası, arxitekturası, ədəbiyyatı və görkəmli ictimai xadimləri barədə dəyərli məlumatlar verir.

Səyyah yer kürəsinin iqlim qurşaqlarının təsvirinə xüsusi yer ayırır. Şərqin digər alim və səyyahları kimi o da Yeri yeddi iqlim qurşağına bölür. Öz səyahətləri zamanı Şirvani çox sayda alimlər və siyasi xadimlərlə yaxından tanış olur. Onun rəyi ilə hesablaşır, onunla görüşməyə can atırlar. Şirvaninin elm və savadı haqda xəbərlər onun səyahətlərinin marşrutları çərçivəsindən xeyli kənara çıxır. Belə danışırlar ki, Hindistan vilayətlərindən birində ağlagəlməz bir qonaqpərvərliklə qarşılanmış Şirvani bunun səbəbini soruşarkən vilayətin hakimi cavab vermişdi:"Mən sizə layiq olduğunuz hörmətin yalnız yüzdə birini göstərə bilmişəm. Siz səkkiz səbəbdən hörmətə layiqsiniz: birincisi, siz insanpərvərsiniz, insanlarsa bir-birinə hörmət etməlidirlər, ikincisi, siz buraya bizim ölkəmizin qonağı olaraq gəlibsiniz, qonaqa hörmət edərlər, üçüncüsü, siz alimsiniz, alimə hörmət bir borcdur, dördüncüsü, siz müdrik və çox bilən bir adamsınız, acizlərə, kasıblara kömək edirsiniz, belə adamlarsa hər cür hörmətə-izzətə layiqdirlər… Bax, bütün bunlara görə mən sizi qəlbən sevir və sizə hörmət bəsləyirəm."'

Olduğu bir çox yerlərdə onu saraya dəvət etmişlər. Bunlardan Misir hakimi İbrahim bəyi, İran şahı Fətəli şah QacarıTürkiyə sultanı Mahmudu və başqalarını göstərmək olar. Olduğu saraylarda müzakirə və söhbətlərdə iştirak edən Şirvani həmişəlik burada qalmaq dəvətlərinə nəzakətlə rədd cavabı verir. Şirvani həmişə macəralar və məhrumiyyətlərlə dolu səyyah həyatını saraydakı rahat həyatdan üstün tutur. Zeynalabdin eyni zamanda şair olmuş və Təmkin təxəllüsü ilə şerlər yazmışdır. Həmin şerlər onun səyahətnamələrinə səpələnmiş və əlyazması Tehran mərkəzi kitabxanasında saxlanan "Divan"ında toplanmışdır. Bu nadir şəxsiyyətin digər əsərlərinin əlyazmaları Britaniya MuzeyindəParis  Milli KitabxanasındaSankt-Peterburqda və İranda saxlanır.

Şirvaninin əsərləri bir çox Azərbaycan, İran, rus və Avropa tədqiqatçıları tərəfindən öyrənilib. Bu alimlərdən Abbasqulu ağa BakıxanovunMəmmədəli TərbiyətinƏskər Həmid RəbbanininB.A.Dornun, N.V.Xanıkovun, E.Braunun, S.Stornun, E.Bloşenin və başqalarının adlarını çəkmək mümkündür. Bu sırada öz ömrünün böyük bir hissəsini Zeynalabdin Şirvaninin elmi hünərlərinin tədqiqinə həsr etmiş N.K.Kərəmovun adı xüsusilə qeyd olunmalıdır.

Zeynalabdin 1820/21-ci ildə Şiraz şəhərində evlənib. Tezliklə onun Cəlaləddin Məhəmməd adında oğlu doğulur. İki il sonra isə ikinci oğlu Hüsaməddin Əli anadan olur. Böyük oğlu az yaşayır, ikinci oğlu isə atasının yolu ilə gedərək, İraqİran və Hindistana səyahətlər edib. Şirvani ömrünün son illərini ailəsi ilə Şirazda keçirib. Elə buradan da özünün son səyahətinə yollanıb. Bu, onun həyat yoldaşı ilə birlikdə çıxdığı həcc ziyarəti idi. 1838-ci ildə həmin səfəri zamanı Zeynalabdin Şirvani yolda xəstələnmiş və Ciddə şəhəri yaxınlığında dünyasını dəyişmişdir. Hacı Zeynalabdin Şirvani elə buradaca da dəfn olunub.

Qələmə aldı:

Rahib KƏRİMLİ,

AYB-nin və AJB-nin üzvü, "Qızıl Qələm" Media laureatı, 

"Ad günü" jurnalının və "carciTV"-nin Baş redaktoru.



Oxunub: 373






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim