reklam
USD
14 ℃
EUR
BAKI

Qar üşüyəcək (Uşaq hekayəsi)

NƏŞR / 01.11.2024 00:39

Qar üşüyəcək 

(Uşaq hekayəsi)

 Sizə kimdən deyim, kimdən danışım bapbalaca Mətindən. Mətin hələ çox balacadı, hələ məktəbə getmir. Həm evdə, həm yaşadığı məhəllədə hamıdan kiçik olduğu üçün ətrafının sevimlisi idi. Hamı onu çox sevirdi. Bu balaca oğlanın şirin dili, bəzən uşaqlar tərəfindən anlaşılmayan fərqli hərəkətləri onu hamının sevimlisi etmişdi. Balaca Mətinimiz bax beləcə yavaş – yavaş böyüyürdü. 
 Qiş səhəridi. Hər tərəf ağ rəngə boyanıb, qar isə ara vermədən, dayanmadan elə hey yağır. Uşaqların sevinclərinin həddi – hüdudu yoxdu, onların səs – küyü həyəti bürümüşdü. Kimi qartopu oynayır, kimi şaxtababa düzəldirdi. Lap körpə uşaqları isə valideyinləri həyətdə gəzdirirdilər. Balaca Mətin həyətdəki səs – küyə oyanıb pəncərədən boylananda qar yağdığını, bütün həyətin ağappaq olduğunu görüb çox, lap çox sevindi. Yeməyini yeyib tez həyətə qaçdı. O, balaca dostları ilə həyətda doyunca qartopu oynadı, dostları ilə böyük şaxtababa düzəltdilər, onun ətrafında çoxlu oynadılar. Balaca Mətin birdən üşüdüyünü, əllərinin donduğunu hiss etdi və ağlayaraq evə qaçıb getdi. Bu balaca oğlan o qədər üşümüşdü ki, soyuqdan tir – tir əsirdi, hətta onun səsi də titrəyirdi. Evə girən kimi tez gəlib sobanın yanında qızınmağa başladı. Artıq hava qaralırdı, qaranlıq yavaş – yavaş qarışırdı. Qaranlıq qarışsa da yerdə, ağacların üzərində, evlərin dam örtüyündə dayanan qar gözəl xalıya bənzəyirdi və ətrafı həm işıqlı göstərir, həm də özəl bir gözəllik yaratmışdı. Soyuqdan üşüdüyü üçün sobanın yanından heç durmayan Mətin axşam yeməyini yeyib yatmaqa hazırlaşırdı ki, valideyinləri onun nə isə düşünüb qaşlarının çatıldığın gördülər. Babası, nənəsi, atası, anası onun bu halını görüb çox maraqla soruşdular. Nə olub sənə, Ay körpə balamız? Mətin isə öz uşaq dünyası ilə düşüncələrini kövrələ - kövrələ babasına, nənəsinə, atasına, anasına bildirərək dedi ki, "Çöldə soyuqdu, Şaxtabab üşüyəcək, onu gətirək sobanın yanına. Mənin kimi o da qızınsın, Yoxsa qar üşüyəcək, Şaxtababanı üşüdəcək, o da soyuqdan xəstələnəcə”. Onun bu sözünə əvvəlcə evdəkilər doyunca güldülər, sonra isə Mətini başa salmağa çalışdılar ki, "qarı evə gətirmək olmaz, onu evə gətirən kimi əriyər, şaxtababa canlı deyil, o üşümür”. Valideyinləri nə qədər çalışdılarsa da Mətinə bunu başa sala bilmədilər ki, bilmədilər. Balaca Mətin gecəyarıya qədər şaxtababanın sobanın yanına gətirmək üçün yollar axtara – axtara yuxuya getdi və mışıl – mışıl yatdı. 
 Səhərdi, gözəl qış səhəri... Hava çox gözəldi. Axşamdan yağan qar və şaxtanın soyuğunun yaratdığı buzlar yavaş – yavaş əriyirdi, suya dönüb axırdı. Mətinin şaxtababası da ərimişdi. Hava soyuq olsa da çox təmiz idi. Səhər tezdən yuxudan duran kimi Mətin əl – üzünü yumazdan əvvəl pəncərədən baxdı ki, görüm şaxtababam üşümür ki? Şaxtababanın əriyib suya dönməsini görən Mətin birdən var gücü ilə qışqırıb ağlamağa başladı və həyətə qaçdı. Mətin "Şaxtababama soyuq oldu, o, xəstələndi, evə aparsaydım, sobanın yanına qoysaydım xəstələnməzdi, əriməzdi” - deyib hey ağlayırdı. Nə valideyinləri, nə də həyətdəki dostları Mətini başa sala bilmirdilər ki, qarı evə aparmaq olmaz, onu sobada isitmək olmaz. Onun bu şıltağlığına həyətdəki dostları və valideyinləri həm gülür və həm də onu başa salmağa çalışırlar. Mətin isə heç nə başa düşmür, heç nəyə məhəl qoymur, elə hey Şaxtababası üçün ağlaya – ağlaya təəssüflənirdi. 
 Bizim isə balaca Mətin haqqındakı nağlımız burda bitdi. Əziz balalar, göydən üç alma düşdü. Gəlin üçünü də Mətinə verək ki, yesin, tez böyüsün, anlasın ki, qarı, buzu sobada isitmək olmaz.

Məryəm ƏLİYEVA,
Kürdəmir Rayon MKS- nin metodika – biblioqrafiya şöbəsinin baş bibliorafı.


Oxunub: 206






SON XƏBƏRLƏR

2024-11-21

03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar

Product image

02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ

Product image

02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır

Product image

2024-11-14

13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi

Product image

13:19 Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçiriləcək

Product image

13:10 It started 18 years ago with the UAE leadership’s pioneering vision to diversify the economy and address global sustainability challenges

Product image

13:04 Bakıda qadın heykəli buna görə sökülübmüş...SƏBƏB...FOTO

Product image

2024-11-13

12:04 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib

Product image

2024-11-06

13:06 Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisindəCOP29-la bağlı yaradılan şəraitlə tanış olub VİDEO

Product image

12:50 Prezident İlham Əliyev: Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək

Product image

12:47 Şeyxülislam: COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim