reklam
USD
16 ℃
EUR
BAKI

Sarmaşıq (hekayə)

NƏŞR / 20.12.2024 22:42

"Gülü sevən, tikanına dözər”. (atalar sözü)

Sarmaşıq (hekayə)


      Bağçanın dörd tərəfində rəngbərəng güllər əkilmişdi. Kollu dekorativ güllərin dibi səliqə ilə bellənib alaq otlarından təmizlənmişdi. Sarı, qırmızı,cəhrayı, ağ güllərin bihuşedici ətri bağçaya girənləri məst edirdi. Enli daş səkinin hər iki tərəfi ilə zanbaq çiçəkləri cərgələnmişdi. Səki bağçanın ortasında tağlı çardağacan uzanırdı. Çardaq naxışlı taxta məhəccərlərlə əhatə olunmuşdu. Tavanı konusvari olan bu yerin ətrafına sarmaşıq əkilmişdi ki, yayda orada dincələnləri qızmar günəşin şüalarından qorusun. Çardağın yerdən yarım metr hündür beton döşəməsinin altında ehtiyat içməli su saxlanılırdı. Bu həm çardağa sərinlik verirdi, həm də içmək üçün istifadə edilirdi. Sarmaşıqlar uzanıb bir-birinə elə bənd olmuşdular ki, sanki hansısa toxucu ilmələrinin məhsulu idi. Çardağın dörd bir tərəfində söyüd ağacları əkilmişdi. Salxım söyüdlər xəfif külək vurduqca pərvaz edir, sanki bağçadakı gülləri salamlayırdılar. 
  Bağçanın yeri yumşaq otlarla örtülmüşdü. Xırda ot çiçəkləri arıların,parabözən böcəklərinin qanadlarının küləyindən titrəyir, demək istəyirdilər ki, biz də varıq... Bu gözəlliyin bircə yaradıcısı, rəssamı Tanrının bağbana ruhunu verməsi ilə varlığının sübutunun yer üzərində təsdiqini anlamaq olardı. Bağçaya qulluq edən bağban sarmaşıqların uzanmasına nəzarət edirdi. Necə oldusa sarmaşıq toxumunun biri hasardan bayır tərəfə düşdü və orada bitdi. Böyüdükcə ətrafdakı qanqallara sarmaşmağa başladı. Dolana-dolana hasara qalxdı. Bağçaya nəzər saldı, hasarın üstü ilə sarmaşıb düz aşağı üz tutdu. Əvvəlcə qızıl gülə, sonra sarı gülə sarmaşdı. Amma tikanları ona batan gülləri bəyənmədi. 
    -Off, necə də kobudsunuz. Güllər bir-birinə baxıb köks ötürdülər. Sarmaşıq torpağa zoğ atdı. Kökünü ora bərkidəndən sonra rahat oldu. -Hə, indi hara istəsəm uzana bilərəm. Gecə oldu. Rahatca uyuyan sarmaşığı dəryaz xışıltısı oyatdı. Hasarın o üzündə kimsə qanqalları biçirdi. Sarmaşığın kökü də həmin qanqallarla birgə biçilirdi. Amma arxayın olan bitgi indi bilirdi ki, bağçada daha bir kök atıb. Kök atdığı yer qızıl gülün arxasında olduğu üçün nəzərə çarpmırdı. Günlər keçirdi. Sarmaşıq elə hey uzanır, zanbaqlara sarmaşırdı. 
  İstirahət günün səhəri bağban tezdən bu mənzərəni görüb bağ qayçısını işə saldı. Zanbaqları sarmaşıqdan təmizləməyə başladı. Kəsdikcə dartıb bitgini hasardan kənara atırdı. Təmizliyi bitirən bağban işindən razı qaldı, səkinin kənarında əyləşib bağçaya tamaşa etdi. İçindən bir sevgi keçdi, -ehhh, deyərək qalxıb öz köşkünə dincəlməyə getdi. Bu vaxt qayçının verdiyi əzablardan canı ağrıyan sarmaşıq gül kolunun arxasında yerə bənd olan kökünə görə qızılgülə ürəyində minnətdarlıq etdi. Yaxın gəlib ondan üzr istədi. Gül onun bu halına pərişan olmuşdu. Sarmaşığın göz yaşına acıyan gül onun yerdə qalan yarpaqlarını qalın tikanlı budaqları ilə örtdü. Öz yarpaqlarını sarmaşığın incə yarpaqlarına bənd etdi. Beləcə sarmaşıq bir vaxtlar bəyənmədiyi kollu gülün dostluğu sayəsində bağçanın sakininə çevrildi.
Natavan YUSİFOVA,
Qəbələ rayon MKS-nin Xırxatala kənd kitabxana müdiri


Oxunub: 311






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim