reklam
USD
16 ℃
EUR
BAKI

İŞILDABÖCƏK (hekayə)

MARAQLI / 11.02.2025 02:16

İŞILDABÖCƏK

(hekayə)

Yalnız olmaq - yanlış yerdə və səhv bir ürəkdə olmaqdan yaxşıdır.

Çarlz Bukovski

Üfüqdə günəş görünən kimi günəbaxanlar başlarını qaldırır, günəşə boylanırdılar. Axşam olan kimi günəş yatmağa gedəndə yenidən günəbaxanlar başlarını aşağı dikir, sarı ləçəklərini tabaqlarına yığırdılar. Hər gün bu hal təkrar olurdu. Günəbaxan tarlasını qarğıdalı sahəsi ilə ayrıldığı yerdə dar çəmənlik vardı. Çəmənliyin ortasından su arxları keçirdi. Hər iki sahəni suvarmaq üçün qazılan arxların içi nəm qaldığından ətrafında çoxlu çəmən çiçəkləri açmışdı. Rəngbərəng çiçəklər dar zolaqda sərilmiş xalını xatırladırdı. Arxın başqa sakinləri də vardı.

Qurbağalar, çöl siçanları, ağcaqanadlar, çəyirtkələr, su ilbizləri. Bir də heç kimin gündüzlər görə bilmədiyi işıldaböcək. Səhərlər günəbaxan yarpağının arasında daldalanan işıldaböcək gecələr astaca havaya qalxır, bədənindəki fosfor ətrafa parlaq işıq verməyə başlayırdı. Kimsənin eşidə bilmədiyi həzin nəğməsini oxuyur, zərif qanadları ilə sevimli günəbaxanın ətrafında dövrə vururdu. Günəbaxan isə onu seçib ona sığınan bu balaca varlıqdan xəbərsiz idi.

İşıldaböcəyin uçuşu günəbaxanın yatdığı vaxta təsadüf edirdi. Gündüzlər isə işıldaböcək günəbaxanın ən aşağı, torpağa yaxın yarpağında gizlənirdi. Gizləndiyi yerdən sevimli günəbaxanı seyr edirdi. Beləcə günlər keçdi. İşıldaböcəyin özünə doğma bildiyi günəbaxan su arxına yaxın olduğundan o birilərdən fərqli boy atdı. Sahədəki bitgiləri öz kölgəsində qoydu. Onun gözəl qamətinə digər günəbaxanlar həsəd aparırdı. Hər başını qaldırdığında çəməndəki rəngli çiçəklər günəbaxanın onlara baxdığını düşünür, naz edirdilər.

Günəş yerini dəyişdikcə bitgi də tabağının üzünü o səmtə çevirirdi. Çiçəklərin və arxın sakinlərinin dedi-qodu söhbətləri işıldaböcəyə pis təsir edir, qısqanclıqdan əzab çəkirdi. Çəmən güllərinin söhbəti belə idi: - Görürəsən ay çobanyastığı, o mənə baxır. Lalə isə gözünü ondan çəkmir. Qaymaqçiçəyinin bu sözü digər çiçəkləri özündən çıxarırdı. Böyük mübahisə düşürdü. Ağcaqanad Qurbağaya: - Vızzz, Qurbağa qardaş, səncə çiçəklər haqlıdır? Qurbağa: - Qua, qua əlbəttə. Ancaq o çiçəklərin hamısına baxır. Siçan əlindəki günəbaxan tumunu gəmirərək deyirdi: - Onun dərsini vermək lazımdır. İlbiz sürünərək onların söhbətinə qoşulurdu: - Məncə çox pis haldır.

Axşam gün batanacan günəbaxan ətrafda bütün çiçəklərə eşq elan edir. Bütün bu söhbətləri işıldaböcək göz yaşı içində qarşılayırdı. Neçə dəfə istəmişdi günəbaxanı xəbərdar etsin. Amma qorxurdu bunu desə dostu ona inanmaz və bir də onu yarpağına sığınmasına icazə verməz. Bir gün paxıllıq hissi çöl siçanını pis əmələ vadar etdi. O, qurbağa və ilbizlə əlbir olub günəbaxanın kökünü gəmirdi. Köksüz qalan bitgi saralıb büzüşməyə başladı.

Səhər günəş doğanda günəbaxan ha istədi başını qaldırsın, bacarmadı. Bunu görən işıldaböcək çox pis oldu. Kədərdən özünə yer tapmayan böcək dostunun məhv olduğunu görür, nazik ayaqları ilə arxın səmtini ona tətəf çevirirdi. Bunu görən arxın sakinləri gülməyə başladılar. Onların gülüşünü anlamayan çiçəklər günəbaxanın saraldığını görüb heç keflərini də pozmadılar və bir ağızdan dedilər: - Nə çoxdur tarlada yaraşıqlı günəbaxanlar. Günlər keçdi, günəbaxan tamam saralıb əyildi. İndi o nəinki tabağını yuxarı qaldlra bilmirdi, yarpaqları da bürüşmüşdü. Bunu görən işıldaböcək hər gecə onun ətrafında dövrə vurur, işığını ona salırdı. Göz yaşı həzin nəğməsinə qarışan böcəyin dostu məhv olurdu. Qurbağanın ilbizə dediyi sözlər isə onu lap özündən çıxarırdı.: - Qua, qua indi görüm o, yenə bu gözəl çiçəklərə baxa biləcəkmi, indi çiçəklər ona vurulacaqlarmı?.. Quaaaaa... Səhər oldu...

Tarlaya nəzarət edən adam gəldi gördü ki, günəbaxan quruyub, onu kökündən çıxarıb atdı bir kənara. Bu an gözünə dəyən zərbədən əlilə gözünü tutub oturdu. Bu işıldaböçək idi. Onun günəbaxanı qırıb atdığını gördüyündə özünü saxlaya bilməyib gözünün içinə girmişdi. Adam gözünü ovuşdurub onu əzərək yerə atdı. Can verən işıldaböcək son nəfəsində qurbağaya bunu deyə bildi: - O, günəşə baxırdı...

Natavan YUSİFOVA,

Qəbələ rayon MKS-nin Xırxatala kənd kitabxana müdiri



Oxunub: 77






SON XƏBƏRLƏR

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image

2025-04-19

03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

Product image

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Product image

2025-04-17

12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Product image

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

Product image

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

Product image

11:39 Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

Product image

2025-04-10

16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

Product image

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim