Natalya Koçanova: Belarusla Azərbaycanın əlaqələri illərin sınağından çıxmış qarşılıqlı münasibətlərə əsaslanır
CANLI TV / 19.02.2025 03:24
Natalya Koçanova: Belarusla Azərbaycanın əlaqələri illərin sınağından çıxmış qarşılıqlı münasibətlərə əsaslanır
Fevralın 18-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"carciTV" bildirir ki, əvvəlcə Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Milli Məclisin plenar iclas zalı ilə tanış olub.
Sonra iki ölkənin parlament sədrləri arasında təkbətək görüş keçirilib.
Görüşdən sonra qonaq Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış olaraq, buradakı Xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra tərəflər arasında geniş tərkibdə görüş olub.
Sahibə Qafarova Belarus parlamentinin sədrinin rəsmi səfərlə yanaşı, həm də Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etməsini yüksək qiymətləndirib. Eyni zamanda, Azərbaycan və Belarus arasında münasibətlərin səmimiliyə, etimada və dostluğa əsaslandığını diqqətə çatdırıb.
Bildirilib ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 32 ildə ikitərəfli əlaqələrdə fundamental ənənələr formalaşıb. Münasibətlərin inkişafında iki ölkənin dövlət başçıları arasında yüksəksəviyyəli münasibətlərin mühüm rolunu vurğulayan Milli Məclisin sədri, ali və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin və imzalanan 170-dən artıq sənədin əlaqələrin daha da güclənməsinə xidmət etdiyini vurğulayıb. Sahibə Qafarova ölkələrimizin beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq etməsindən, beynəlxalq platformalarda bir-birinə qarşılıqlı dəstək verməsindən məmnunluğunu ifadə edib.
Söhbət zamanı ölkələrimiz arasında əlaqələrə mühüm töhfələr verən parlamentlərarası münasibətlərin mövcud səviyyəsindən razılıqla danışılıb. Sahibə Qafarova ötən il Belarus Respublikasına rəsmi səfərini və orada keçirdiyi görüşləri xatırlayaraq, qanunverici orqanlarımızın həm qarşılıqlı əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq etdiyini deyib. Bildirib ki, Belarus APA-da müşahidəçi statusu alarsa, bu, çoxtərəfli əməkdaşlığa öz müsbət təsirini göstərəcək. Sahibə Qafarova Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti və Azərbaycanda keçirilmiş COP29 ərəfəsində bəzi qüvvələrin ölkəmizə qarşı ədalətsiz münasibəti barədə qonağa məlumat verib.
Görüşdə Azərbaycanda və Belarusda keçirilən seçkilərdə qarşılıqlı olaraq nümayəndə heyətlərinin geniş tərkibdə müşahidəçi qismində iştirak etməsindən razılıqla danışılıb.
Ölkəmizə rəsmi səfərə və APA-nın 15-ci plenar sessiyasında iştiraka dəvətə görə təşəkkürünü bildirən Natalya Koçanova qeyd edib ki, iki ölkənin bugünkü əlaqələri illərin sınağından çıxmış qarşılıqlı münasibətlərə əsaslanır. O, iki ölkənin iqtisadi, ticarət, mədəniyyət və digər sahələrdə əlaqələrinin yüksək səviyyədə olmasından danışaraq, bu baxımdan parlamentlərarası əlaqələrin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Qonaq Azərbaycanın öz suverenliyini tam bərpa etməsinin Belarusda da sevinclə qarşılandığını deyərək, ötən il və bu il həm Azərbaycanda, həm də Belarusda keçirilən seçkilərin vətəndaşlarımızın ölkə rəhbərliyinə güclü dəstəyinin ifadəsi olduğunu diqqətə çatdırıb.
Natalya Koçanova Azərbaycanla münasibətlərə böyük önəm verdiklərini və bu əlaqələrin daha da inkişaf etdirmək əzmində olduqlarını bildirib. Qonaq Belarusun Asiya Parlament Assambleyasında müşahidəçi statusu almağa namizədliyinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib və bu təşkilat çərçivəsində müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
2025-11-03
01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində
01:14 TƏMƏNNA
00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU
2025-10-14
21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir
21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər
21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib
21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib
20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib
20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR
2025-08-02
00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək
2025-06-21
11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
