reklam
USD
2 ℃
EUR
BAKI

Daşdəmir ƏJDƏROĞLU : Əsl ziyalı, əsl vətəndaş, əsl insan

CANLI TV / 02.03.2025 11:46

Daşdəmir ƏJDƏROĞLU : Əsl ziyalı, əsl vətəndaş, əsl insan


   Onun haqqında yazmağım heç də təsadüfi deyil. Olub-keçənlərə, özümün və onun ötən ömür yolumuza nəzər salanda əlimə qələm götürüb yazmaqda özümü bəlkə də tam haqlı sayıram. Axı bu gün ətrafında olanlarının çoxundan bəlkə də onu daha çox mən tanıyıram. Onunla tanışlığım ali məktəb illərindən, daha doğrusu, sənədvermə dövrlərindən başlayır. İlk vaxtlardan, imtahana gələrkən müəllim kimi zənn etdiyim qəhrəmanımı sonradan öz yanımızda görcək təəccübləndiyim, sevindiyim və haradasa ilk günlərdən özümə "dayı” saydığım Rəşid Məmməd oğlu Hüseynovla (ədəbi təxəllüsü Faxralıdır) xoş, saf münasibətimizin həqiqətən maraqlı - əvvəllər yoldaşlığa, lap sonra isə zaman-zaman bir-birini üstələyən dostluğa, həmkarlığa və hətta iş yoldaşlığına çevrilən bu tanışlığın 39 ildən çox tarixçəsi var. Bu illər ərzində yollarımız uzun müddət paralel uzanıb.
Daşdəmir ƏJDƏROĞLU : Əsl ziyalı, əsl vətəndaş, əsl insan - FOTOLAR

Onun haqqında yazmağı özümə həqiqətən borc bilirəm. Bu borcu yada salarkən Ulu Öndər Heydər Əliyevin tez-tez təkrarladığı və həmişə önəm verdiyi bir fikir heç vaxt yadımdan çıxmır. Söhbət elm, mədəniyyət, ədəbiyyat aləmindən, ictimai xadimlərdən, tarixi şəxsiyyətlərdən, bu və ya digər sahədə xidmətləri olan insanlardan gedir, o, çıxışlarında belə deyərdi: "Biz gərək belə adamların qədrini bilək, onların dəyərini verək, xidmətlərini yüksək qiymətləndirək. Bununla biz təkcə onlara olan hörmət və ehtiramımızı bildirmirik. Onları millətimizə tanıdırıq. Millətə belə adlar, belə simalar lazımdır ki, həmişə öz övladları ilə öyünsün, fəxr etsin, öz milli mənsubiyyətinə görə qürur duysun. Belə insanların adlarını qorumaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur”.
Daşdəmir ƏJDƏROĞLU : Əsl ziyalı, əsl vətəndaş, əsl insan - FOTOLAR

Müasirimiz Rəşid Faxralı da heç şübhəsiz ki, millətimiz, xalqımız üçün belə dəyərli və nadir insanlardan biri, qürur duyduğumuz şəxslərdəndir. Taleyinə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi və burada çalışan azman pedaqoq və müəllimlərin etimadı, onlardan dərs almaq, ali təhsilə yiyələnmək səadəti qismət olmuş biri kimi onun bu və ya digər mövzularda düşüncələrini paylaşdığı unudulmaz söhbətlərinə şahidlik etmək istəyirəm. Bizim tələbəçiliyimiz dövlətimizin müstəqilliyinin ilk illərinə təsadüf edib. Həmin illərdə ilk dəfə bizi Sabir bağında təşkil edilmiş mitinqə aparan da məhz Rəşid Faxralı idi. Orada olan söhbətlərdən sonra Rəşid Faxralının - bu böyük insanın fikirlərinin bizim üçün nə qədər dəyərli olduğunu az sonra başa düşdük: "Biz indi əsl mənada müstəqil dövlətimizi qururuq. Biz dövlətçilik psixologiyamızı inkişaf etdirməliyik. Bunun üçün milli mənsubiyyətimizi, milli dəyərlərimizi, ənənələrimizi qabartmalı, tarixi şəxsiyyətlərimizi, görkəmli insanlarımızı təbliğ etməliyik. Bu, bizim xalqımıza hava və su kimi lazımdır. Öz dövlətini quran xalqın buna çox böyük ehtiyacı var”.
Daşdəmir ƏJDƏROĞLU : Əsl ziyalı, əsl vətəndaş, əsl insan - FOTOLAR

Rəşid Faxralının simasında pedaqoq, publisist, hərbçi-jurnalist, şair, ehtiyatda olan mayor, II qrup Qarabağ müharibəsi əlili, ata, baba, nəhayət, azərbaycanlı kimi xüsusiyyətlər sadəliyi, səmimiyyəti, təvazökarlığı, yüksək mədəniyyəti və əsl ziyalılığı ilə görünməmiş dərəcədə üzvi şəkildə birləşib.
Zəngin potensialı, yüksək təşkilatçılıq qabiliyyəti, demokratik düşüncəsi, müasirliyi, novatorluğu, yeniliklərə və təşəbbüslərə açıq olması, zamanla ayaqlaşmaq və daha irəlini görmək bacarığı məşğul olduğu hər bir işdə, çalışdığı hər bir sahədə ona həmişə hörmət, ehtiram və nüfuz qazandırıb.
O, böyük bir nəslin parlaq nümayəndəsi, müdrik insan və gözəl bir ailə başçısı kimi, özünün bütün davranışı, həyat və fəaliyyəti ilə cəmiyyətimizin sarsılmaz mənəvi dəyərlər qalasını ucaldıb. Onu sevənlər, içdən ona tapınanlar və ona bağlananlar onun insaniyyət və alicənablıq qalasına qəlbən pənah gətirib sığınanlardır.
Daşdəmir ƏJDƏROĞLU : Əsl ziyalı, əsl vətəndaş, əsl insan - FOTOLAR

Ədəbi yaradıcılığa dövri mətbuatda dərc olunan şeirləri ilə başlayan R.Faxralı sonralar öz qələmini müxtəlif ədəbi janrlarda sınayaraq bir-birindən dəyərli, koloritli əsərlər yazmış, real həyat lövhələrini əks etdirən saysız-hesabsız oçerk, hekayə müəllifi kimi tanınmış, böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malik dərin məzmunlu kitabları ilə həyat fəlsəfəsini və ədəbi məfkurəsini ortaya qoyub. Rəşid Faxralının fəaliyyəti təkcə ədəbi yaradıcılıq amplitudası ilə məhdudlaşmayıb. O, həmçinin xeyli müddət çalışdığı hərb elminin də sirlərinə bələd olub, ilin demək olar çox hissəsini hərbi hissələrdə - səngərlərdə döyüşən oğullarımızın yanında olub, çörək kəsib, onları qələbəyə səsləyib, özünün yadda qalan poeziyası ilə ruhlandırıb.
Ziyalı taleyi yaşamaq, əslində, bu fani dünyada "Həqiqət nədir" sualına usanmadan cavab axtararaq zülmətdən işığa doğru irəliləmək, başqalarının fərqində belə olmadığı reallıqları sezmək, bu yolda hər cür məhrumiyyəti, psixoloji-mənəvi baryeri dəf edərək ülvi məqsədə qovuşmaqdır. Ziyalı şəxsiyyət mənəvi dünyanın sakini kimi nadir hadisə, fenomendir; o, daxili potensialını yüksək səviyyədə realizə etmək, xoş və nəcib niyyətlərlə qurub-yaratmaq eşqi ilə seçilir. Və elə bu ali keyfiyyəti ilə fərqlənir, layiq olduğu ucalığa yüksələrək yaşadığı mühit və cəmiyyət üçün əlçatmaz olur. Xalq üçün çalışmaq, yazıb-yaratmaq, insanlara səmimi xidmət etmək istəyi ziyalıların iç dünyasından, mənəvi aləmindən qaynaqlanır. Özümə güvənc, arxa-dayaq bildiyim Rəşid Faxralı da belə fəxr ediləsi ziyalılarımızdandır.
Daşdəmir ƏJDƏROĞLU : Əsl ziyalı, əsl vətəndaş, əsl insan - FOTOLAR

Belə bir deyim və bilim var ki, insanın xarakteri, xasiyyəti öz doğulduğu məkandan qidalanaraq nəşvü-nüma tapır, bir sözlə, insan daha çox doğulduğu torpağa oxşayır. Rəşid Faxralı da əsrarəngiz təbiəti, gözəlliyi, saflığı ilə fərqlənən Borçalı mahalından, doğulub boya başa çatdığı Faxralıdan, onun müdrik, işgüzar, halallığa tapınan adamlarından çox şey mənimsəyib, başqa sözlə, belə bir coğrafi və ictimai mühit ona ikinci bir həyat məktəbi olub.
Belə olmasaydı o, pərvanə oda şığıyan kimi, jurnalist təkin çətin və istedad tələb edən bir peşəni seçməzdi. Rəşid Hüseynov 1975-ci ildə APİ-nin riyaziyyat fakültəsini bitirdikdən sonra 1992-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini əla qiymətlərlə başa vurub. Adətən əsgər həyatı kimlər üçünsə hər şeydən öncə olur. Amma R.Faxralı 1972-ci ildə həqiqi hərbi xidmətdə olub. Qarabağ döyüşlərində hərbi jurnalist kimi iştirak edib. 2008-ci ildə müqəddəs Həcc ziyarətində olub.
Daşdəmir ƏJDƏROĞLU : Əsl ziyalı, əsl vətəndaş, əsl insan - FOTOLAR

O, 25 kitabın – "Gözümdə hönkürür bir dəli sevda”, "Zaman, biz və kişiliyimiz”, "Qürbət ağrısı”, "Könlüm cənnət qapısıdır”, "Ömrün üfüqləri”, "Tonqal yerində çiçək”, "Ziyarətin hikməti”, "Müharibə nə vaxt qurtaracaq”, "Diqqət, diqqət”, "Örmeşendən Berlinədək”, "Oğuz eli Faxralı”, "Goranboy əməliyyatı” kimi kitabların, 3 cilddə seçilmiş əsərlərin, 4 sənədli filmin müəllifidir, eyni zamanda "Qızıl qələm", "Məmməd Araz" və "Həsən bəy Zərdabi" mükafatlarının laureatıdır.
Daşdəmir ƏJDƏROĞLU : Əsl ziyalı, əsl vətəndaş, əsl insan - FOTOLAR

R.Faxralı geniş yaradıcılıq diapozonuna , orjinal dəst-xəttə, özünəməxsus üsluba, lakonik deyim tərzinə malik, yaradıcılığı ilə şəxsiyyəti vəhdət təşkil edən istedadlı, təpərli, işgüzar, yollardan yorulmayan, daim axtaran qələm əhlidir... Vətəninə, torpağına, müstəqil dövlətçiliyinə - müasir Azərbaycan birliyinə sıx bağlı vətənpərvər, vətəndaş ziyalılarımızdandır... O, bütün şüurlu ömrünü Azərbaycan mətbuatının, jurnalistikamızın, mədəniyyətimizin çiçəklənməsinə, inkişafına, təbliğinə, dünya miqyasında tanınmasına sərf edib...
Daşdəmir ƏJDƏROĞLU : Əsl ziyalı, əsl vətəndaş, əsl insan - FOTOLAR

Əzizim Rəşid Məmməd oğlu! Mən səni uca, dərin köklü palıd ağacına bənzədirəm. Palıd ağacı bütün ağacların şahı, hər fırtınaya, tufana dözəni sayılır. Sən də 70 illik həyatında bütün fırtınalara, dərdlərə, faciələrə, fəlakətlərə mərdliklə, mətanətlə dözüb, bizim aramızda palıd rəmzi kimi qalıbsan. İnanıram ki, bundan sonra da belə qalacaqsan. Ulularımızın ağsaqqal haqqında belə bir maraqlı fikri var: "Əsl ağsaqqal evin yox, elin ağsaqqalı, müdrik insanı, hamını özünün dərin biliyi ilə ardınca aparan böyük şəxsiyyət olmalıdır. Evin ağsaqqalı olana isə sadəcə yaşlı adam demək olar”. Sən də lap cavanlıq yaşlarından ağsaqqal kimi müqəddəs rütbəni qazanmısan. Bu, zaman-zaman özünün təsdiqini tapdığına görə indi də sənə ağsaqqal gözü ilə baxıram.
Osman Sarıvəllinin belə məşhur misrası var:
Hər kim yüz il yaşamasa,
Günah onun özündədir.
75 yaşında görüşənədək, əziz dayım!

Daşdəmir ƏJDƏROĞLU,
tələbə yoldaşın və dostun, "Azərbaycan” qəzetinin əməkdaşı

P.S.
   Fevralın 28-də Azərbaycan Yazıçılar Birliyində Qarabağ müharibəsi veteranı, şair-publisist, Əməkdar jurnalist, ehtiyatda olan mayor Rəşid Faxralının 70 illiyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən "Borçalı" İctimai Birliyinin sədri Dəyanət Osmanlı Rəşid Faxralının yaradıcılığına nəzər salaraq onun poeziyasının və publisistik irsinin gücündən danışıb. O qeyd edib ki, Rəşid Faxralının qələmi təkcə söz sənətinin incəliklərini deyil, həm də vətən sevgisini özündə daşıyan bir xəzinədir. O, öz yaradıcılığı ilə daim haqqın, ədalətin müdafiəsindədir.
Yazıçılar Birliyinin katibi, tanınmış yazıçı Elçin Hüseynbəyli isə Rəşid Faxralının həyat yolunun çoxşaxəli olduğunu deyib: "O, həmişə diqqət mərkəzində olan qələm adamlarındandır. Simasında xoşgörü, səmimiyyət var. O, həyatını yalnız yazmağa yox, həm də mübarizəyə həsr edib. Onun yazıları təkcə poeziya deyil, həm də mübariz əsgər ruhunu yaşadır”.
Həzi Aslanov irsinin araşdırmaçısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani yubilyarın vətənpərvərlik ruhunu xüsusi vurğulayıb. "Torpaq üzərində gəzənin deyil, onu qəlbində daşıyanındır. Rəşid Faxralı məhz belə insanlardandır. O, əsgərlərimizi müharibədən əvvəl döyüşə səsləyirdisə, müharibədən sonra da bu torpağı qorumağa çağırırdı. Onun yazıları xəncəri qınından çıxaran yazılardır. O inanırdı ki, torpaqlarımızı yalnız döyüşlə azad edə bilərik və bu gün onun dedikləri tarixə həqiqət kimi yazılıb”,-deyə o əlavə edib.
Tədbirdə digər çıxışçılar da Rəşid Faxralı ilə bağlı fikirlərini bölüşüblər, onun xarakterindən, vətənə bağlılığından, qətiyyətli ruhundan söhbət açıblar.
Sonda Rəşid Faxralıya "Borçalı” İctimai Birliyinin fəxri diplomu təqdim olunub.
Daşdəmir ƏJDƏROĞLU : Əsl ziyalı, əsl vətəndaş, əsl insan - FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU : Əsl ziyalı, əsl vətəndaş, əsl insan - FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU : Əsl ziyalı, əsl vətəndaş, əsl insan - FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU : Əsl ziyalı, əsl vətəndaş, əsl insan - FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU : Əsl ziyalı, əsl vətəndaş, əsl insan - FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU : Əsl ziyalı, əsl vətəndaş, əsl insan - FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU : Əsl ziyalı, əsl vətəndaş, əsl insan - FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU : Əsl ziyalı, əsl vətəndaş, əsl insan - FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU : Əsl ziyalı, əsl vətəndaş, əsl insan - FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU : Əsl ziyalı, əsl vətəndaş, əsl insan - FOTOLAR


Oxunub: 18






SON XƏBƏRLƏR

2025-03-02

12:10 ŞEYTAN ÇARXI

Product image

11:46 Daşdəmir ƏJDƏROĞLU : Əsl ziyalı, əsl vətəndaş, əsl insan

Product image

11:37 AZƏRTAC-ın kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Product image

11:33 Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə paylaşım edib

Product image

11:28 Azərbaycan Prezidenti İlham Əliyev və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış ediblər

Product image

11:23 Hikmət Hacıyev 105 illik yubiley münasibətilə AZƏRTAC-ın kollektivini təbrik edib

Product image

2025-02-26

19:34 Supermilyarderlərin reytinqi açıqlandı - Birinci odur

Product image

18:58 Antonov An-990: X-Plane 11'de Dünyanın En Büyük Kargo Uçağının Muhteşem Kalkışı

Product image

18:50 “Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası” - AMEA-nın yeni nəşri

Product image

18:11 Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər

Product image

18:03 Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib VİDEO

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim