reklam
USD
15 ℃
EUR
BAKI

Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

CANLI TV / 17.04.2025 11:39

Kitabxanalar xalqın bilik və zəka mənbəyidir


"Biz hamımız xoşbəxtik ki, bu dövrdə yaşayırıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik".

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

   Qüdrətli Azərbaycan dövlətinin tarixinin bütöv bir epoxası Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Ulu Öndərin qurduğu bu dövlət yaşadı və sürətlə inkişaf etdi. Ümummilli Liderin davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı müstəqil siyasət xalqımız və Vətənimiz üçün yeni-yeni uğurlar gətirdi. Azərbaycan xalqı bu yolu davam etdirənləri, Heydər Əliyev kursuna sadiq və etibarlı insanları da yüksək qiymətləndirir.

    Prezident İlham Əliyevin komandasında Heydər Əliyev kursuna sadiqliyi ilə seçilənlər sırasında xalqımızın xüsusi rəğbət bəslədiyi Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi yeri olduğu danılmazdır. Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin, o cümlədən Qarabağ həqiqətlərinin dünya miqyasında təbliğ edilməsi və tanıdılmasında xüsusi xidmətləri vardır. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri və "Baku” jurnalının baş redaktoru Leyla Əliyeva Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqla, böyük tarixi bir missiyanı həyata keçirmişdir.

    Ulu Öndər Heydər Əliyevin Ermənistanın təcavüzü ilə işğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda başladığı fəaliyyəti uğurla davam etdirən və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 30 il işğal altında qalan Qarabağ torpaqlarını azad etməklə həm ata vəsiyyətini, həm də Onun ən böyük arzusunu yerinə yetirdi. Azərbaycan xalqının müdrik və ədalətli seçimi bir daha sübut etdi ki, Prezidentin apardığı daxili və xarici siyasətinin nə qədər doğru və düşünülmüş olması, otuz il sonra bütöv Azərbaycanda tarixi və böyük bir xalq dəstəyi ilə qələbə çalması dünyada yaşayan hər bir azərbaycanlını ürəkdən sevindirmişdir.

    Bu gün Azərbaycan müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanınır. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir. Prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi, son 20 ildə kitabxana sahəsinə göstərdiyi diqqət və qayğı xalqın elmi, mədəni və intellektual səviyyəsinin daha da yüksəldilməsi, müasir dünya kitabxanası modelinə uyğunlaşdırlması baxımından mühüm əhəmiyyət kəsb edir.

     Ölkəmizin mədəni inkişafında kitab və kitabxana işinin mühüm rolu vardır. Kitabxanalar xalqın bilik və zəka mənbəyi kimi bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Xalqın milli ruhda inkişaf etməsi, soy-kökə bağlılıq, adət-ənənələrə sahiblik məsələlərinin ön planda çəkildiyi bir vaxtda kitabxana sahəsinin əhəmiyyəti xüsusi hiss olunmaqdadır.

     Hələ müstəqilliyimizin ilk illərində çətin ictimai-siyasi bir durumda məhz Ulu Öndər Heydər Əliyev bütün sahələrə olduğu kimi, kitabxana sahəsinə də böyük qayğı və diqqət göstərmişdir.

    Azərbaycan öz kitabxana ənənəsini uzun illərdir böyük fədakarlıq və əzmlə davam etdirməkdədir. Burada əsas amillərdən biri və bəlkə də birincisi elə məhz bu sahəyə olan dövlət qayğısıdır. Bu gün kitabxana sahəsinə olan dövlət qayğısı özünü bir neçə sferada göstərir. Bu sferalardan başlıcası yeni kitabxanaların açılması, kitab işinə dövlət dəstəyi, kitabxana işçilərinin sosial-rifah halının yaxşılaşdırılmasıdır.

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə Sərəncam imzalamışdır. Azərbaycanda kitabxana işinin inkişafında yeni bir dönəmin başlanğıcı hesab olunan bu sərəncam öz əhəmiyyətini bir neçə istiqamətdə göstərir. İlk olaraq bu mühüm sənəd ölkə Prezidentinin bütövlükdə mədəniyyətə və mədəni dəyərlərimizə, kitab və kitabxana işinə diqqət və qayğısının təcəssümüdür. Kitab və kitabxana işinə bu cür diqqət və qayğı xalqın mənəvi inkişafına, onun dünyagörüşünə, əxlaq və tərbiyəsinə, gənc nəslin milli ruhda böyüməsinə, vətənpərvər və savadlı kadrlar kimi yetişməsinə böyük təkan verir.

    Azərbaycan həqiqətləri ilə bağlı təbliğati işlərin aparılması, informasiya müharibəsində Azərbaycanın haqq işinin dünyaya yayılması istiqamətində kitabxanalar da mühüm işlər görüb. Bu gün Azərbaycan kitabxana-informasiya sistemi Prezident İlham Əliyevin qayğı və diqqəti sayəsində özünün çiçəklənmə dövrünü yaşayır. İstər maddi-texniki bazası, istərsə də peşəkar kadr potensialı ilə Azərbaycan kitabxana sistemi dünya kitabxana sistemi ilə ayaqlaşa bilir. Bu da ölkə başçısının məhz bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

  Əminliklə deyə bilərəm ki, bundan sonra da bütün dünya azərbaycanlıları Sizinlə olacaq, rəhbərliyinizlə işğaldan azad olunmuş torpaqlarımızın hər qarşısında oranın əsl sahibləri olan azərbaycanlılar məskunlaşacaq və əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil, gözəl olan Azərbaycanımızı daha da gözəlləşdirəcəksiniz.

    Cənab Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, daha güclü Azərbaycan naminə görəcəyiniz işlərdə müvəffəqiyyətlər arzulayıram.

Hörmət və ehtiramla:

Sahibə ƏMİRASLANOVA,

Şəmkir Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru



Oxunub: 8






SON XƏBƏRLƏR

2025-04-19

03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

Product image

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Product image

2025-04-17

12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Product image

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

Product image

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

Product image

11:39 Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

Product image

2025-04-10

16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

Product image

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

Product image

16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

Product image

15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

Product image

15:32 Armud ağacı. Natavan YUSİFOVA

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim